Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə34/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   30   31   32   33   34   35   36   37   ...   205

tapmışdır.  Təsadüfi  deyildir  ki,  ilk  dəfə  olaraq  YUNESKO-nun  xətti  ilə 

Azərbaycanda  "Bioetika,  elmi  biliklərin  və  texnologiyaların  etikası"  üzrə  Milli 

Komitə yaradılarkən onun ilk sədri C.  Əliyev seçilmiş və bu günə qədər də o, bu 

vəzifədə  öz  işlərini  böyük uğurla davam  etdirir.  Alimin  əldə  etdiyi  yeni  sortlar, 

yazdığı  qiymətli  əsərlər,  yaratdığı  seleksiya  məktəbi,  zəngin  buğda  genefondu 

Azərbaycan 

xalqının  milli  sərvətidir  və  artıq  ölkəmizdə  çörəyə  ehtiyacın 

ödənilməsi  istiqamətində  C.Əliyev  məktəbi  vardır.  Alimin  buğdanın  seleksiyası 

sahəsində  əldə  etdiyi  nailiyyətlər  onun  elmi  fəaliyyətinin  ancaq  bir  hissəsidir 

Onun bitki  fiziologiyası, fotosintez nəzəriyyəsi,  biokimya,  biofizika, molekulyar 

biologiya,  gen  mühəndisliyi,  hüceyrə  seleksiyası  və  biologiya  elminin  digər 

sahələrində  də  əldə  etdiyi  nailiyyətlər  gələcək  nəsillərə  irs  qalacaq.  Bu  ırsı 

yaşatmaq,  qoruyub  gələcək  seleksiyaçılar  nəslinə  çatdırmaq  seleksiya 

məktəbinin  hər bir üzvünün,  Azərbaycam gələcəkdə  qüdrətli  bır dövlət  görmək 

istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.

Ələkbərov Urxan  Kazım oğlu

(1943)

Müasir  biologiya,  xüsusilə  genetika  elmi  və 



Davamlı  İnsan  İnkişafı  sahəsində  həm  ölkəmizdə, 

həm  də  xaricdə  məşhur  bioloq  kimi  tanınan, 

biologiya  elmləri  doktoru,  akademik.  Urxan  Kazım 

oğlu  Ələkbərov  hazırda  ölkəmizi  dünyada  məş­

hurlaşdıran,  tanıtdıran  görkəmli  alimlərimizdən 

biridir.  O,  300-dən  çox  elmi  əsərin,  o  cümlədən  15 

monoqrafiyanın,  kitab,  dərslik  və  dərs  vəsaitinin,

28  müəllif şəhadətnaməsinin,  7 patentin müəllifidir.

Onun  əsərləri  Türkiyə,  Rusiya,  ABŞ,  Almaniya,

Fransa,  İngiltərə,  İtaliya,  Yunanıstan,  Kanada  və  b.  ölkələrdə  nəşr  olunmaqla 

böyük  elmi  marağa  səbəb  olmuşdur.  Həmin  əsərlər  arasında  biologiya  və 

genetikaya  aid  olan  dərsliklər  və  dünyada  ilk  dəfə  olaraq  «Davamlı  İnsan 

İnkişafına»  həsr  olunmuş  orta  və  alı  məktəblər  üçün 

tədris  proqramı  və 

dərslikləri  xüsusi  qeyd  etmək  lazımdır.  Alimin  2005-ci  ildə  nəşr  olunan 

«Davamlı İnsan İnkişafının təmini  üçün ətraf mühitin  idarə olunması» qısa kursu 

ABŞ  universitetlərində  dərs  vəsaiti  kimi  istifadə  olunur.  Bu  əsər  ingilis  dilinə 

tərcümə  edilərək  BMT  və  təşkilata  üzv  olan  bütün  ölkələrin  internet  saytında 

yerləşdirilmişdir.  BMT  bunların  haqqında  2004-2005-ci  illərdə  informativ 

məlumatlar  yaymış  və  bu  fəaliyyəti  «innovativ  ideya  və  təsir»  kimi 

qiymətləndirmişdir.  U.Ələkbərov  dünyada  ilk  İnsan  İnkişafı  Mərkəzinin 

yaranmasının  təşəbbüskarı  və  2002-cı  ildən  onun  rəhbəri,  BMT-nin  «İnsan 

İnkişafı»  Proqramının  və  hesabatların  hazırlanması  üzrə  ekspertidir.  Onun  elmi 

yaradıcılığının  əsas  prioritetini  genofondun  mühafizəsinin  nəzəıi-praktiki 

əsaslarının  antimutagenez  fenomeni  əsasında  ətraf  mühitin  çirklənməsi

70



nəticəsində  cari  və  uzunmüddətli  neqativ genetik  fəsadların  qarşısının  alınması, 

təbii  populyasiyalann  davamlılığında gen  mühafizə  sistemlərinin  rolunun,  ətraf 

mühitin  çirklənməsi  və  qocalma  ilə  bağlı  genetik  aparatın  tənzimləmə 

funksiyasının  pozulma  proseslərinin  əhəmiyyətim  müəyyən  edib  və  onlann 

tənzim edilməsinin öyrənilməsi  kimi  elmin  yem  istiqamətinin  formalaşdırılması 

təşkil  edir.  Alimin  antimutagcncz  fenomeni  haqqındakı  ilk  məlumatı  1952-ci 

ildə  dərc  edilmişdir.  U.Ələkbərovun  elmi  maraq  dairəsinin  əsas  istiqaməti  anti- 

mutagenez,  irsi  dəyişkənlik  prosesinin  tənzimlənmə  mexanizmi,  mutagenez, 

kanserogenez,  qocalmanın  idarəolunmasının  öyrənilməsi  istiqamətinə  yönəl­

dilmişdir.  Alimin  rəhbərliyi  ilə  25  elmlər  namizədi  və  4  elmlər  doktoru  hazır­

lanıb.  O,  hazırda elmi-pedaqoji  fəaliyyətinin  ən  məhsuldar  dövrünü  yaşamaqla, 

genetika elminin və  biologiyanın  digər sahələrinin əsas prioritetinin  öyrənilməsi 

istiqamətində  qlobal elmi  axtarışlarını uğurla davam etdınr və  Dövlət  İdarəetmə 

Akademiyasınm rektorudur.

M əmmədova Siddiqə Rza qızı 

(1925)


Bitki  mühafizəsi  elmi  sahəsində  fundamental 

elmi-tədqiqatların apanlmasında entemologiya üzrə ilk 

azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru 

Siddiqə  Rza  qızı  Məmmədovanın  böyük  xidmətlən 

olmuşdur 

O.  ADAU-nun  Aqronomluq  fakültəsini 

fərqlənmə diplomu  ilə bitirdikdən sonra,  entomologiya 

kafedrasında baş laborant vəzifəsində çalışmış və  1952- 

ci  ildə  kənd  təsərrüfatı  elmləri  namizədi  alimlik  dərə­

cəsi almışdır.

Alim  1956-cı  ildən  1963-cü  ilə  qədər ADAU-da assistent,  dosent vəzifələrində, 

1963-cü  ildən  indiyədək  isə  Azərbaycan  ET Bitki  Mühafizəsi institutunun  direktoru 

vəzifəsində  işləyir.  S.Məmmədova  1971-ci  ildən  biologiya elmləri doktorudur,  1973- 

cü  ildə  professor,  1983-cü  ildə  Azərbaycan  MEA-nrn  müxbir üzvü,  2001-ci  ildə  isə 

həqiqi  üzvü  seçilmişdir.  0 ,  hazırda  AMEA-nın  biologiya  bölməsi  üzrə  yaradılan 

Koordinasiya Şurasının  bitkiçilik,  bitki  mühafizəsi  üzrə  sədridir.  Alim  2008-cı ildən 

ADAU-da  doktorluq  və  namizədlik  dissertasiyalarının  müdafiəsi  üzrə  ixtisaslaşmış 

Müdafiə  Şurasının  sədridir.  O,  205-dən  artıq  elmi  əsərin,  o  cümlədən,  5  tədris 

vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlonn katoloqunun 

müəllifidir.  S.Məmmədova  «Şərəf  Nişanı»,  «Qırmızı  Əmək  Bayrağı»,  «Şöhrət» 

ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur. 

O,  1985-ci  ildə II çağırış Azərbaycan Respublikası Ali  Sovetinin deputatı seçilmişdir.




Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə