Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə35/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   31   32   33   34   35   36   37   38   ...   205

Məşhur  və  tanınmış  Azərbaycan  alimi,  mıkrobioloq,  tibb  elmləri  doktoru, 

Azərbaycan  Tibb  Universitetinin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

kafedrasının  müdiri,  professor  Qarayev  Zakir  Ömər  oğlunun  milli  mikrobiolo­

giya  elmimizin  inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O,  1968-ci  ildə 

«Polien  antibiotiklərinin  immunogenezə  təsiri»  mövzusunda  namizədlik,  1974- 

cü  ildə  isə  «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə  təsir mexanizminin 

öyrənilməsi»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək  tibb  elmləri 

doktoru  alimlik  dərəcəsinə  layiq  görülmüşdür.  Alimin  yaradıcılığının  əsas 

pnontet  istiqamətini  mikrobiologiya,  mikologiya,  immunologiya,  dərin 

mıkozlar,  assosiativ  (müxtəlif  infeksion  agentlər  tərəfindən  törədilən  qanşıq) 

ınfeksıyalar,  patogen mikroorqanizmlərin genetikası,  dəyişkənliyi,  antibiotiklərə 

həssaslığı,  davamlılığı,  nozokomial  infeksiyalann  öyrənilməsi  sahəsində 

aparılan  fundamental-tətbiqi  xarakterli  elmi  tədqiqat işləri  təşkil  edir.  Elmi  araş­

dırmalar nəticəsində alim qeyd olunan  infeksion  agentlərin bioloji,  epidemiolojı. 

patogenetik,  genetik  xüsusiyyətlərini,  patogenlik  və  vinılentlik  dərəcəsim, 

yayılma  arealını  və  s.  ətraflı  öyrənmiş,  mikrobiologiya,  immunologiya  və 

mikroorqanizmlərin  genetikası  sahəsində  elmi-praktiki  cəhətdən  çox  böyük 

əhəmiyyət  kəsb  edən  elmi  yeniliklər  aşkar  etmişdir.  O,  1968-1969-cu  illərdə 

ATU-nun Mərkəzi  Elmi  Tədqiqat laboratoriyasının müdiri,  1974-1975-cı  illərdə 

Sankt-Peterburq  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Elmi-Tədqiqat 

Laboratoriyasının  baş  elmi  işçisi,  1975-1982-ci  illərdə  direktoru,  1982-1993-cü 

illərdə  sabiq  SSRİ  Səhiyyə  Nazirliyinin  və  ÜST-ün  Mikologiya  və  Dənn 

Mikozlar  Elmi  Mərkəzinin  direktoru,  1993-1994-cü  illərdə  Azərbaycan  Elmi- 

Tədqiqat  Mikrobiologiya  və  İmmunologiya  institutunun  direktoru  vəzifəsində 

işləmişdir.  Alim  1998-2001-ci  illərdə  İstambul  Universitetinin  Tibb  fakültəsində 

«Mikrobiologiya  və  immunologiya»  kafcdrasımn  professoru  olmuş,  2004-cü 

ildən  etibarən  isə  ATU-nin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

kafedrasına  rəhbərlik  edir.  O.  2009-cu  ildə  Bakıda  keçirilən  «3-cü  Avrasiya 

Klinik  Mikrobiologiya.  İmmunologiya  və  İnfeksion  xəstəliklər»  Beynəlxalq 

Konqresinin  Prezidenti  olmuşdur.  Z.Qarayevin  rəhbərliyi  ilə  41  nəfər  elmlər 

namizədi  və  29  nəfər elmlər  doktoru  hazırlanmış,  hazırda  isə  xeyli  dissertasiya 

işlərinə  rəhbərlik  edir.  O,  300-dən  artıq  elmi  məqalə  və  əsərin,  tədris-metodiki 

və  dərs  vəsaitlərinin,  o  cümlədən  «Tibbi  mikrobiologiya  və  immunologiya» 

(2010),  «Tibbi  mikrobiologiya,  immunologiya və klinik mikrobiologiya»  (2011) 

adlı  fundamental  ali  məktəb  dərsliklərinin  müəllifidir.  Z.Qarayev  hazırda 

yaradıcılığının  ən çiçəklənən,  məhsuldar mərhələsini  yaşayaraq,  mikrobiologiya 

elminin  qlobal  əhəmiyyətli  prioritetləri  üzrə  elmi-tədqiqat  işlərini  davam  etdirir 

və daha geniş diapozonlu axtarışlar apanr.

72



Milli  biologiya  və  təbabətşünaslıq  elmimizin  inkişafında,  tədrisi  və 

təbliğində  biologiya  elmləri  doktoru,  Azərbaycan  Tibb  Universitetinin  «Tibbi 

biologiya  vo  genetika»  kafedrasının  müdiri  professor  Nəcəfov  Canbaxış  Əli 

oğlunun  çox  böyük  xidmətləri  olmuşdur.  C.Nəcəfov  1980-ci  ildə  Moskva 

şəhərində  «Yemləmə  rejiminin  və  selen  mikroelementinin  balbas  qoyunlarının 

embrionunuıı  və  skelet  əzələlərinin  inkişafına  təsiri»  mövzusunda  dissertasiya 

işini  müdafiə  edərək  biologiya  elmləri  namizədi.  1996-cı  ildə  isə  «Onurğalı 

heyvanlarda  somatik  əzələlərin  müqayisəli  embrional  histogenezı»  adlı 

doktorluq  dissertasiyasını  müdafiə  edərək  biologiya  elmləri  doktoru  elmi 

dərəcəsim  almışdır.  Alimin  elmi-pedaqoji  yaradıcılığı  çox  sahəli  və  rəngarəng 

olmaqla,  biologiya  elminin  ən  prioritet  sahələrini  (biologiya,  zoologiya, 

botanika,  genetika,  tibbi  biologiya,  cmbriologıya.  histologiya,  anatomiya,  uşaq 

anatomiyası  və  fiziologiyası,  fiziologiya,  ekologiya,  ətraf mühitin  mühafizəsi, 

ekoloji  genetika  və  s.)  əhatə  edir.  O,  150-yə  qədər  elmi  məqalələrin,  tədris 

proqramı,  dərs  vəsaitləri,  dərsliklər  və  kitabların  müəllifidir.  Onun  hazırladığı 

tədns-metodiki  vəsaitlər («Orta məktəblərdə  botanikanın tədnsı  metodikası»,  2000- 

2011;  «Reproduktiv  sağalmanın  əsaslan».  2002;  «Orta  məktəblərdə  insanın 

anatomiyası,  fiziologiyası  və  gigiyenasının  tədrisi  metodikası»,  2003,  «Orta 

məktəblərdə  ümumi  biologiyanın tədrisi metodikası»,  2004;  «Uşaq  anatomiyası  vo 

fiziologiyası»,  2004;  «Yenidənhazırlanma və  ixtisasartırma təhsili  üçün tədns  plan 

vo proqramlan», 2004;  «Tibbi biologiya və genetikanın praktik məşğələ albomu»,  1 

və  2-ci  hissələr,  2004,  2007;  «İnkişafın  biologiyası  və  genetikası»  (azərbaycan  və 

rus  dillərində),  2009;  «Tibbi  biologiya terminləmnn  izahlı  lüğəti»  (azərbaycan  və 

rus  dillərində).  2010  və  s.)  ölkəmizin  alı  və  orta  məktəblərində  istifadə  olunan 

qiymətli  vəsaitlər  və  kitablardır.  O,  həm  də  1  monoqrafiyanın  (rus  dilində,  2007), 

eləcə  də  «Tibbi  biologiya  və  genetika»  (laboratoriya  məşğələləri,  2008).  «Tibbi 

biologiya və genetikanın əsaslan», I və II-cildlər (2010) adlı fundamental ali məktəb 

dərsliklərinin  müəllifidir.  C.Nəcəfovun  rəhbərliyi  ilə  5  namizədlik  və  1  doktorluq 

dissertasiyası  hazırlanıb.  Alim  hazırda  yaradıcılığının  ən  məhsuldar  dövrünü 

yaşamaqla  biologiyanın  və  təbabətin  prioritet  elmi  istiqamətləri  üzrə  fündamental- 

tətbiqı  xarakterli, qlobal miqyaslı elmi  tədqiqatlar və axtanşlar apanr.  C.Nəcəfovun 

kafedrada düzəltdityi heyvanat aləmi muzeyi çox zəngin və nadir eksponatlara malik 

bir  muzeydir.  Onun  Hindistandan  çox  çətinliklə  gətirdiyi  fil  və  2  turan  pələngi 

skeletləri  həmin  muzeyi  olduqca  məşhurlaşdırır  və  dəyərləndirir.  Çünki,  həmin 

skeletlər dünyanın çox nadir muzeylərində mövcuddur.

Ağayeva Em ma M üzəffər qızı 

(1951)

Azərbaycan  baytarlıq  təbabəti  mikrobiolo­



giyası  və  immunologiyası  üzrə  ilk  qadın  elmlər 

doktoru,  Azərbaycan  Tibb  Universitetinin  «Tibbi 

mikrobiologiya  və  immunologiya»  kafedrasının



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə