Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə43/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   39   40   41   42   43   44   45   46   ...   205

stress  faktorların təsın»  mövzusunda dissertasiya işini müdafiə  edərək, baytarlıq 

elmləri  namizədi  alimlik  dərəcəsini  almışdır,  1988-ci  ildə  “Epizootologiya, 

mikrobiologiya və Parazıtologıya" kafedrasında assistent,  1993-cü ildə isə həmin 

kafedranın  dosenti  seçilib.  1996-1999-cu  illərdə Zoobaytarlıq  və  Əmtəəşünaslıq 

fakültəsinin  dekan  müavini  vəzifəsində  çalışmışdır.  2002-2008-ci  illərdə 

«Qoyunların  ınfeksıon  xəstəlıkləri»ni  öyrənən  elmi-tədqiqat  laboratoriyasının  elmi 

rəhbəri kimi  fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi- 

tədqiqatlar aparmaqda  davam  edir.  O,  60-dan  çox  elmi  əsərin,  3  dərslik,  2  dərs 

vəsaiti və 2 monoqrafiyanın müəllifidir.

Z.  Ələsgərovun  elmi  əsərlərinin  bir  qismi  Türkiyə,  Rusiya,  Gürcüstan, 

Belarus  və  Ukraynanın  nüfuzlu  elmi  jurnal  və  külliyatlannda  dərs  edilmişdir, 

heyvanların  və  quşların  bəzi  ınfeksion  xəstəliklərinin  profilaktikasına  və  onlara 

qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir.  O, 

bir  sıra  xarici  ölkələrdə  (Türkiyə,  Rusiya,  Fransa,  Gürcüstan,  Ukrayna  və 

Norveçdə)  Bavtarlıq elminin və praktikasının aktual  problemlərinə həsr olunmuş 

beynəlxalq elmi  konqres,  simpozium, konfrans və seminarlarda elmi  məruzələrlə 

çıxış  etmiş  və  müvafiq  sertifikatlar  almışdır,  Respublikanın  «Qabaqcıl  təhsil 

işçisi» döş nişanı  ilə təltif edilmişdir.

Z.  Ələsgərov  "Azərbaycanda  qoyun  və  quzulann  Salmonellyozunun 

öyrənilməsi  və  ona  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  həyata  keçirilməsi» 

mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır.

O,  2011-cı  ildən  icrasına start verilmiş  «Norveç Təbiət Elmləri  Universiteti 

ilə  ADAU-nun  birgə  həyata  keçirdiyi  akademik  layihə»nin  bir  istiqaməti  olan 

«K/t  heyvanlarında  brusselyozunun  öyrənilməsi»  layihəsinə  rəhbərlik  edir, 

2000-ci  ildən  ADAU-nun  “Epizootologiya.  Mikrobiologiya  və  Parazıtologiya” 

kafedrasının müdiri vəzifəsində çalışır

Məmmədli Ə şrəf Teym ur oğlu 

(1939)


Məmmədli  Əşrəf  Teymur  oğlu  1956-ci  ildə 

orta məktəbi  “Gümüş”  medalla bitirmiş  və  Gəncə 

şəhərində  H.Zərdabi 

adına  pedaqoji  institutun 

fizika-riaziyyat fakültəsinə daxil olmuş, bu institutda 

bir il oxuduqdan sonra ADAU-nin baytarlıq təbabəti 

fakültəsinə 

kecəcək  əvvəlcə  ən  yüksək  dövlət- 

Stalin,  sonra isə  Lenin  təqaüdlərinə  layiq  görülmüşdür,  hələ  IV  kursda  oxuyarkən 

“İmmunitetinin  əmələ  gəlməsində  antibiotiklərin  rolu”  adlı  elmi  maqəlasi  açıq 

mətbuatda  dərc  olunmuşdur.  Alim  1962-d  ildə  ADAU-nun  baytarlıq  təbabəti 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1962-1964-cü  illərdə  müxtəlif  kənd

90



təsərrüfatı  sahələrində  işlədikdən  sonra  1964-cü  ildə  Azərbaycan  Elmi-Tədqiqat 

Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və  1968-ci ildə 

Gürcüstan  respublikasının  Zoobaytarlıq  Elmi-Tədqiqat  və  Tədris  İnstitutunda 

müvəffəqiyyətlə  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  1968-1972-ci  illərdə 

Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyi  sistemində  müxtəlif 

vəzifələrdə-Baş  Baytarlıq  və  Otlaqlar  idarələrində  böyük  və  baş  baytar  həkimi  və 

Respublikanın  Baytarlıq  laboratoriyasının  direktoru  vəzifələrində  çalışmışdır.  O, 

1972-ci  ildə  Kənd  Təsərrüfatı  Nazirinin  əmri  ilə  Azərbaycan  Elmi-Tədqiqat 

Baytarlıq İnstitutuna  baş elmi işçi  vəzifəsinə təyin edilmişdir.  1978-ci ildə  keçmiş 

SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baytarlıq Sanitariyası” üzrə baş 

elmi  işçi  rütbəsi  diplomuna  layiq  görülmüşdür.  Ə.T.Məmmədli  1980-ci  ildən 

AzETBI-nin  “Ekologiya,  sanitariya,  ekspertiza  və  yoluxmayan  xəstəliklər” 

laboratoriyasının  müdiridir.  Onun  rəhbərliyi  ilə  göstərilən  sahələr  üzrə 

laboratoriyada  çox  dəyərli,  iqtisadi  cəhətdən  səmərəli  və  praktiki  əhəmiyyətli 

tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir.  Laboratoriyanın apardığı geniş 

miqyaslı  elmi  təfqiat  işləri  nəticəsində  çox  qiymətli  tətqiqat  işləri  təsərrüfatlarda 

həyata keçirilmişdi: “Yüksək keyfiyyətli südün alınma texnologiyası”, “İri buynuzlu 

heyvanlann  saxlanmasında  optimal  mikroiqlim  parametrləri”,  “Sağım  avadan- 

lıqlannın  və  süd  qablarının  hipoxlorit  natrium  məhlulu  ilə  yuyulub-dezinfeksiya 

edilməsi”,  “Camış  saxlanan  heyvandarlıq  binalarında  optimal  mikroiqlim 

parametrlərinin təmin olunması”, “Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı 

kompleks  tədbirlər  konsepsiyası”,  “İnəklərin  mastit  xəstəliklərinin  diaqnozu, 

müalicə  və  profilaktikasına  dair  təlimat”,  “Qaramalın  yelin  xəstəlikərinə  qarşı 

kompleks  tədbirlər  sistemi”  və  s.  Respublika  heyvandarları  və  zoobaytar 

mütəxəssisləri onu  zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş 

insan  kimi  tanıyırlarlar.  Ə.T.Məmmədli  5  kitabın,  18  kitabçanın  və  broşuranın,  7 

tövsiyənin,  3  metodiki  göstərişin,  2  metodiki  vəsaitin,  1  təlimatın,  150  -dən  artıq 

elmi  məqalənin,  çox  saylı  elmi-populyar  məqalələrin, 

vərəqələrin,  buklet  və 

plakatların,  1 ixtiranın, 4  diaqnostik testin və  1 yerli sənaye məhsulundan hazırlanan 

dezinfeksiyaedici  preparatın  müəllifidir.  Hazırda  ekologiya,  sanitariya  və 

yoluxmayan  xəstəliklər  sahəsində  laboratoriyada  fundamental  tədqiqat  işlərinin 

aparılmasına  və  həyata  keçirilməsinə  rəhbərlik  edir  və  elmi  axtarışlarım  davam 

etdirir.


1.4. Baytarlıq təbabəti genetikasının praktiki əhəmiyyəti

Müasir  qloballaşma  dövründə  bəşəriyyətin  davamlı  inkişafına  maneçilik 

törədən və olduqca neqativ təsir göstərən ən başlıca amillərindən biri də dünyada 

baş  verən  ərzaq  çatışmazlığı  problemidir.  Hazırda dünyanın  bütün  inkişaf etmiş 

ölkələrində,  xüsusilə  Çin, Hindistan,  Pakistan,  İndoneziya,  Afrika ölkələrində və 

s.  taxıl,  bitkiçilik  və  heyvandarlıq  məhsulları  çatışmazlığı  mövcuddur.  Bu 

problemin  yaranmasının  əsas  səbəbi  isə  planetimizin  bütün  regionlarında 

fasiləsiz olaraq tüğyan edən,  arealı gündən-günə genişlənən ekoloji böhranlar və 

təbii  fəlakətlərin  (leysan  yağışlar,  sel,  daşqınlar,  sunnami,  tomada,  qasırğa  və 

torpaq  sürüşmələri,  zəlzələ,  vulkan  püskürmələri  və  s.)  fəsadlarının  kənd



91


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə