Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə40/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   36   37   38   39   40   41   42   43   ...   205

Beynəlxalq  seminar,  simpozium,  konfrans  və  qurultaylarda  iştirak  etmişdir.  O, 

1969-cu il  Daşkənd  Biokimyaçılann  2-ci qurultayı,  1971-ci  il  Moskva Yaş  fiziolo­

giyasına aid X konfrans,  1982-ci il Moskva Patofizioloqlann 3-cü qurultayı,  1989-cu 

il  Bakı  Qərb  regionunun  problemləri  konfransı,  1989-cu  il  Bakı  Morfoloqlann  V 

Zaqafqaziya  konfransı,  1989-cu  il  Bakı  Xəstəliklərlə  mübarizəyə  həsr  edilmiş 

konfrans,  1990-cı  il  Bakı I  Respublika biokimya konfransı,  1993-cü il  Bakı  II Res­

publika biokimya konfransı,  1994-cü il  Bakı  fizioloqlann  1-ci  qurultayı,  1997-ci  il 

Bakı  III 

Respublika  biokimya  qurultayı,  2003-cü  il  Gəncə-Kars  Baytarlıq 

simpoziumu,  2004-cü  il  Kars  XVIII  Ulusal  Kimya  konqresi,  2005-ci  il  Bakı 

Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.

R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyasına aid bir 

sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (“Patoloji  fiziologiyadan 

təcrübə  məşğələləri”,  1976,  “Kənd təsərrüfatı  heyvanlannın  patoloji  fiziologiyası”, 

1984,  “Kənd təsərrüfatı heyvanlannın patoloji fiziologiyası,  1985, “Kənd təsərrüfatı 

heyvanlannın  patoloji  fiziologiyası”-   toxuma  patologiyası”,  1987,  “Patoloji 

fiziologiyadan  metodik  göstəriş”,  1989,  “Ümumi  patologiyanın  əsaslan”,  1990, 

“Kənd təsərrüfatı heyvanlannın xüsusi  histologiyası”,  1991,  magistratura proqramı, 

1997)  müəllifidir.  Alim  Kətd  təsərrüfatı  heyvanlarının  patoloji  fiziologiyası” 

dərsliyinin (Bakı, 2010) və  ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir. 

O,  2000-ci  ildə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  “Fəxri 

fərmanı”  ilə  təltif olunmuşdur,  Respublikanın  əməkdar  müəllimidir.  Yüksək  elmi 

elitaya,  eridusiyaya  və  intellektə  malik  olması  Rübail  müəllimə  xas  olan  ən 

səciyyəvi  parametrlərdir.  Onun  “Altı  məzar,üstü  bazar,  “Dünya  dəlilərin 

şənlikevidir” və  s.  kitablan  dəyərli və  cox təsirli  şerləri  oxucular tərəfindən  sevilə- 

sevilə oxunur.

Hər kəsin müqəddəs ocaq sandığı,

Məktəb dediyimiz bir türbəsi var.

Şahın da, hökmün də arxalandığı,

Müəllim adlanan bir qibləsi var.

Müdrik müəllimin hər imtahanı 

Aqil kürəyində qayğı əlidir,

Müəllim önündə diz çöküb hamı,

Böyük ehtiramla baş əyməlidir.

ANAMIN AĞ KƏLAĞAYI

Açılanda səhər idi,

Ömrümüzə nəmər idi,

Günəş üzə qəmər idi 

Anamın ağ kəlağayı.

Buludlarla yarışardı,

Baxanda göz qamaşardı.

Anama çox yaraşardı



82


Anamın ağ kəlayı.

Qonaqlara hörmət idi.

Yad baxışa nifrət idi,

Namus ıdi.qeyrət  idi.

Anamın ağ kəlağayı

Atam öldü uçdu qaya,

Hamı gəldi  bu haraya,

Döndü qara kolağaya,

Anamın ağ kəlağayı.

Yetimliyim yaddaş olub,

İpəkliyə yad, daş olub,

Məzar üstə ağ daş olub,

Anamın ağ kəlağayı

(Rübail)


Tağıyev Sabir M əhərrəm  oğlu 

(1928)


Ölkəmizdə  aqrar  sahə  mütəxəssislərinin  (baytarlıq 

təbabəti  həkimləri  və  əczaçılan,  zoomühəndislər və  s.) 

hazırlanmasında  mühüm  rol  oynayan  alimlərimizdən 

biri  də  baytarlıq  təbabəti  famıokologiyası,  əczaçılığı, 

mamalığı  və  ginekologiyası  sahəsində  tanınmış  alim, 

ADAU-nun  professoru  Sabir  Tağıyevdir.  O,  1951-ci 

ildə  ADAU-nun  Baytarlıq təbabəti  fakültəsini  bitirmiş, 

1954-cü  ildə  "Mamalıq"  kafedrasında ordinator vəzifə­

sində  işləmiş,  1961-ci ildə  baytarlıq təbabəti  elmləri  namizədi alimlik dərəcəsini 

almışdır.  Alim  1962-cı  ildə  Baytarlıq  təbabəti  fakültəsinin  nəzdində  fəaliyyət 

göstərən  "Naftalan  nefti  üzrə  problem  laboratoriyasına baş  elmi  işçi  vəzifəsinə 

seçilmiş,  1970-ci  ildə  doktorluq  dissertasiyasını  tamamlamışdır.  O.  1975-ci  ildə 

"Anatomiya,  farmakologiya  və  patoloji  anatomiya"  kafedrasında  dosent 

vəzifəsində  işləmiş,  fakültə  və  universitetin  Elmi  Şurasının  üzvü  olmuşdur.

S.Tağıyev  1990-1997-ci  illərdə  "Anatomiya,  farmakologiya,  terapiya  və 

mamalıq"  kafedrasının  müdiri.  1997-ci  ildən 2004-cü  ilə  qədər  Zoobaytarlıq  və 

əmtəəşünaslıq  fakültəsinin  dekanı  vəzifələrində  çalışmış,  2004-cü  ildə  yenidən 

"Anatomiya, 

farmakologiya,  terapiya  və  mamalıq" 

kafedrasına  müdir 

seçilmişdir,  2009-cu  ildən  "Əczaçılıq  və  morfologiya"  kafedrasının  professoru 

vəzifəsində  çalışır.  S.Tağıyev  15O-yə  qədər elmi  əsərin,  o  cümlədən,  20  dərslik, 

dərs  vəsaiti,  monoqrafiya,  kitabça  və  metodik  göstərişin  müəllifidir.  Onun 

"İnəklərin  qısırlığına  səbəb  olan  ginekoloji  xəstəliklər7’,  "Kənd  təsərrüfatı 

heyvanlarının  qısırlığı  və  mübarizə  tədbirləri”,  "Baytarlıq  mamalığı".  "Naftalan 

nefti  və  onun  quşçuluqda  tətbiqi",  "Qaramalda  rüşeymin  transplantasiyası"  və

83



Təhsil  Nazirliyinin  qrifləri  ilə  "Yeyinti  məhsullarının kriminalistik ekspertizası" 

və  "Baytarlıq  toksikologiyası"  adlı  kitabları  tədris  prosesində  geniş  istifadə 

edilir.

Ram azanov Adil M irzə oğlu 



(1936)

Ölkəmizdə  baytarlıq  təbabəti  həkimləri  və 

zootexnik 

kadrlarının 

hazırlanmasında 

böyük 


xidmətləri  olan  alimlərimizdən  biri  də  professor 

kənd təsərrüfatı heyvanları və quşlannm anatomiyası 

və 

morfologiyasının 



öyrənilməsi 

sahəsində 

ölkəmizdə  və  onun  hüdudlannda  tanınmış  alım, 

anatom,  morfoloq  Adil  Ramazanovdur. 

Kənd 

təsərrüfatı  heyvanları  və  quşlannm  anatomiyasının 



öyrənilməsində  morfoloq  Adil  Ramazanovun  apardığı  fundamental  tətbiqi 

xarakterli  elmi  tədqiqatlar  olduqca  böyük  nəzəri  və  elmi-praktiki  əhəmiyyətə 

malikdir.  O,  1957-ci  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsinə,  1967-ci  ildə  "Anatomiya"  kafedrasının  əyanı  aspiran­

turasına  qəbul  edilmiş,  1972-ci  ildə  "Qaramal  və  camışlarda  çanaq-bud 

oynaqlarının  qan  damarları  və  əzələləri"  mövzusunda  dissertasiya  müdafiə 

edərək  baytarlıq  təbabəti  elmlər namizədi  elmi  dərəcəsi  almışdır  Alim ADAU- 

da  ordinator,  klinika  müdiri,  sex  həmkarlar  təşkilatının  sədri,  xalq  nəzarəti 

qrupunun  sədri,  partiya  təşkilatının  katibi,  dekan  müavini  və  idarəetmə  üzrə 

prorektor vəzifələrində  işləmişdir.  A.Ramazanov  kənd təsərrüfatı  heyvanları  və 

quşlannm  anatomiyası  üzrə  4  ali  məktəb  dərsliyinin,  2  fənn  proqramının  və 

çoxlu  sayda  tədris  metodiki  və  dərs  vəsaiti,  13  şeir  kitabının  müəllifidir. 

Respublika  Ağsaqqallar  Şurasımn  üzvü,  Əmək  Veteranı  və  güləş  üzrə  SSRİ 

idman ustasıdır.  Azərbaycan Dövlət  Aqrar Universitetinin Elmi  Şurasımn qəran 

ilə  2010-cu  ildə  A.Ramazanova ADAU-nun  professoru  elmi  adı  verilmişdir.  O, 

beynəlxalq  konfrans,  konqres  və  simpoziumlarda kənd təsərrüfatı  heyvanları  və 

quşlannm  anatomiyası  və  morfologiyası  kimi  mürəkkəb  və  olduqca  çətin  sahə 

üzrə  maraqlı  və  elmi  məlumatlarla  zəngin  olan  elmi  məqalələri  və  çıxışlan  ilə 

milli  elmimizi  mütəmadi  olaraq  təmsil  edir,  onu  tanıtdınr,  şərəfləndirir  və 

məşhurlaşdınr.  Onun  ən  böyük  xidmətlərindən  biri  də  ölkəmizdə  ilk  dəfə 

yaradılan  anatomiya  muzeyinin  təşkil  olunmasıdır.  Kənd təsərrüfatı  heyvanları 

və  quşlannm  sklctləri  və  eksponatlarla  çox  zəngin  olan  həmin  muzeyin  demək 

olar  ki,  analoqu  mövcud  deyil.  Alim  həm  do  oxuculann  çox  sevdiyi  bir  neçə 

şeirlər kitabının müəllifidir



Yaşıl meşələrin seyrəlib yaman

,

Yox olub sərvətin olubdur (alan.



Niyə tapılmayır halına yanan?

Təbiət kükrəyib bir gün duracaq

84



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə