Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə36/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   32   33   34   35   36   37   38   39   ...   205

professoru  Ağayeva  Emma  Müzəffər  qızının  ölkəmizdə  mikrobiologiya,  immu- 

nologiya,  immunogenetika,  molekulyar  biologiya,  gen  mühəndisliyi  və 

biotexnologiya  elmlərinin  öyrənilməsində,  tədrisində  və  inkişafında  xüsusi  və 

təqdirəlayiq  xidmətləri  vardır.  0 ,  1974-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar 

Universitetinin  baytarlıq  təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirdikdən 

sonra  1975-ci  ildə  İnstitutun Elmi  Şurasınm qərarı  ilə Moskva şəhərindəki  sabiq 

Ümumittifaq  Eksperimental  Baytarlıq  İnstitutunun  mikrobiologiya,  virusologiya 

və  immunologiya ixtisasları üzrə  əyani  aspiranturaya daxil  olmuş və  1981-ci ildə 

namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  edərək  baytarlıq  təbabəti 

elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  0 ,  «Mikroorqanizmlərin tipizasiyası 

və  tipospesifık  serumun  (zərdab)  alınmasına  aid  hazırlanan  sabiq  Ümumittifaq 

miqyaslı  tövsivyənin»  müəllifi  olmuşdur.  E.Ağayeva  1982-cı  ildə  ADAU-nun 

«Epizootologiya.  mikrobiologiya və  virusologiya»  kafedrasının  assistenti.  1987- 

ci  ildə  isə  dosenti  vəzifəsində  işləmiş,  2000-cı  ildə  Bakı  şəhərində 

mikrobiologiya,  virusologiya,  immunologıya  və  mikologiya  ixtisasları  üzrə 

doktorluq  dissertasiyası  müdafiə  edərək  baytarlıq  elmləri  doktoru  elmi  dərəcəsi 

adma  layiq  görülmüşdür.  Alim  əvvəlcə  (2003) Azərbaycan  Tibb  Universitetinin 

«Tibbi  biologiya  və  genetika»  kafedrasında  dosent,  sonra  isə  (2004)  «Tibbi 

mikrobiologiya  və  immunologiya»  kafedrasının  professoru  vəzifəsinə  seçilmiş 

və  hazırda  həmin  kafedrada  öz  elmi-pedaqoji  fəaliyyətini  uğurla  davam  etdirir. 

Onun  elmi-tədqiqat  işlərinin  əsas  qayəsi  müasir  biologiya  elminin  ən  prioritet, 

mürəkkəb,  lakin  planetar  və  bəşəri  əhəmiyyətli,  hazırda  dinamik  inkişaf edən, 

mütərəqqi  elm  sahələri-molekulyar  biologiya,  immunologiya,  immunogenetika. 

gen  mühəndisliyi,  biotexnologiya  və  s  təşkil  edir.  O,  həm  də  ATU-da  qeyd 

edilən  müasir  və  çətin  elm  sahələrinin  tədrisi  ilə  məşğuldur  Alımın  ali 

məktəblər  üçün  hazırladığı  fundamental  dərsliklər  «Biotexnologiya  və  gen  mü­

həndisliyi»,  2010  (azərbaycan  və  rus  dillərində),  «Molekulyar  biologiya  üzrə 

(mikrobiologiya,  immunologiya,  gen  mühəndisliyi)  terminlər  lüğəti»  (2010)  və 

s.  onun  yaradıcılığının  şah  əsərləri  sayılır.  O,  həm  də  ölkəmizdə  elmı-pedaqojı 

alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək,  hazırda bır neçə 

dissertasiya  işlərinə  elmi  rəhbərlik  edir,  eləcə  də  bir  monoqrafiya,  200-ə  qədər 

elmi  əsər, tədris  vəsaitləri  və  metodik  tövsiyələrin  müəllifidir.  E.Ağayeva ATU- 

nun mikrobiologiya, allergologiva, ep i dem i o log ıya və gigiyena üzrə Dissertasiya 

Şurasının  üzvü  kimi  də  universitetin  ictimai  həyatında  çox  fəal  iştirak  edir. 

Hazırda alimin  çox geniş  dipozonlu  elmi-pedaqoji  yaradıcılıq planlan vardır.  O, 

hazırda  biologiya  elminin  qeyd  edilən  müasir  sahələri  üzrə  öz  elmi-pedaqoji 

yaradıcılq işlərini çox uğurla davam etdirir.

M ustafayev Q ara Teyfur Oğlu 

(1931)

Ölkəmizdə və xarici  ölkələrdə nüfuzlu alim kimi 



tanınan  məşhur  bioloq,  professor,  Beynəlxalq  Peda­

74



qoji Elmlər Akademiyasının akademiki, Həsən Əliyev adma Ekologiya Mükafatı 

Laureatı,  «Şərəf  Nişanı»  ordenli,  BDU-nun  «Onurğalılar  zoologiyası» 

kafedrasının  müdiri  Qara  Teyfiır  oğlu  Mustafayev  çoxşaxəli  və  olduqca  geniş 

diapazonlu  elmi  yaradıcılıq  yolu  keçmiş,  milli  elimizə  və  beynəlxalq  biologiya 

elminə  mühüm  töhfələr  vermişdir.  O, 

«Omitofaunanın  keyfiyyət  və 

kəmiyyətinin  kompleks  landşaft-ekoloji  təhlili»,  «Ekoloji  rayonlaşdırmanın 

prinsipləri»,  «Faunanın  keyfiyyəti  və  kəmiyyəti  ilə  yaşama  yerinin  antropogen 

təkamülü arasında paralelizm»,  «Quru  sahə  heyvanlarına ətraf mühit amillərinin 

təsir  mexanizmi»,  «Nadir  və  nəsli  kəsilmək  qorxusu  yaranan  heyvanların 

qoruqdan  kənarda  saxlanmasının  kompleks  tədbirlər  sistemi»  və  s.  yeni  elmi 

konsepsiyalarının,  «Quru  sahə  heyvanlarının  obyektiv  yem  xarakteri  şkalası», 

«Heyvanların  sinantroplaşması  şkalası»,  «Heyvanlarm  yem  əlaqəsi  spektri» 

şkalalarınının  müəllifidir.  Q.Mustafayev  həm  də  «Biotik  əlaqələrin  üçbucaqlı- 

qoşaxətli forması» qanununun,  «Ekologiya sxemlərdə», «Ekoloji hüquq» (1999), 

«İnsanın  ekologiyası»  (1999),  «Ekologiya»  (2001),  «Onurğalı  heyvanlarm 

ekologiyası»  (2001)  kitabları  və  çoxlu  sayda  dərsliklərin  müəllifidir.  Alimin 

apardığı  bütün  elmi  tədqiqat  işlərinin  əsas  qayəsini  ətraf mühit amillərinin çirk­

lənməsinin  fauna  və  omitofaunaya  neqativ  təsiri  nəticəsində  onların  genetik 

modifıkasiyaya  uğraması,  bəzi  genetik  əlamətlərdə  dəyişkənliklərinin  baş 

verməsi  və  qarşısının  alınması  üçün  yeni  üsulların  tətbiq  olunması  təşkil  edir. 

Alim  müasir  ekologiya  və  biologiyanın  ən  qlobal  və  aktual  problemlərinə  həsr 

olunmuş  yeni  elmi  axtarışlar  sahəsində  elmi-tədqiqat  işlərini  uğurla  davam 

etdirir.  Onun  elmi  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər  namizədi  və  doktorları 

hazırlanmışdır.  Q.  Mustafayev  ümumi  biologiya,  zoologiya,  omitologiya, 

teriologiya,  ümumi, tətbiqi,  regional,  insan və heyvanların ekologiyası sahəsində 

ölkəmizdə,  eləcə  də  onun hüdudlarından kənarda tanınan,  məşhurlaşan,  600-dən 

çox  elmi  əsəri  olan,  olduqca  zəhmətkeş,  38  nəfər  alim  yetişdirmiş  bir  elm 

fədaisidir.  «İndiki  dövrdə  Q.Mustafayev kimi çox alimləri olan xalq xoşbəxtdir» 

(«Qaranın  zirvə  yolları»  əsərinin,  2009,  müəllifi jurnalist Tofiq Abdullayev).  O, 

1959-cu  ildə  «Azərbaycanda  quşlann  bəzi  kütləvi  növlərinin  ekologiyası» 

mövzusunda  namizədlik,  1985-ci  ildə  isə  Moskva  Dövlət  Universitetində 

«Azərbaycan yerüstü ekosisteminin quşlan» (rus dilində) mövzusunda doktorluq 

dissertasiyasını müdafiə etmişdir.  Alimi şöhrətləndirən həm də onun bir sıra yeni 

elmi  konsepsiyaları  («Omitofannanın  keyfiyyət  və  kəmiyyətinin  kompleks 

landşaft-ekoloji  təhlili»,  «Faunanın  keyfiyyəti  və  kəmiyyəti  ilə  yaşama yerinin 

antropogen təkamülü arasında paralelizm»,  «Quru sahə heyvanlarına ətraf mühit 

amillərinin  təsir  mexanizmi»,  «Nadir  və  nəsli  kəsilmək  qorxusu  yaranan 

heyvanlarm  qoruqdan  kənarda  saxlanmasının  kompleks  tədbirlər  sxemi»  və  s.) 

olmuşdur.



75


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə