Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə37/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   33   34   35   36   37   38   39   40   ...   205

Quliyev R auf Ələkbər oğlu 

(1938)


Milli  biologiya  elmimizin  inkişafında  xüsusi 

xidmətləri  olan  tanınmış  alim,  biologiya  elmləri 

doktoru,  professor,  akademik  N.İ.Vavilov  adma 

mükafatın  laureatı,  Bakı  Dövlət  Universitetinin 

«Genetika  və  darvinizm»  kafedrasının  müdiri  Raııf 

Ələkbər  oğlu  Quliyev  ölkəmizdə  genetika  və 

seleksiya  elminin 

inkişafı 

üçün 

elmi-praktiki 



cəhətdən  səmərəli  və  fundamental-tətbiqi  xarakterli 

tədqiqatların  müəllifidir.  0 ,  1988-ci  ildə  «Pambıq 

hibridlərində  və  təkrarən  təsir  edilmiş  mutantlarda  mutasiya  dəyişkənliyi» 

mövzusunda doktorluq dissertasiyasını  müdafiə  etmişdir.  R.Quliyev  «Genetika» 

(2002),  «Təkamül  təlimi»  (2009)  ali  məktəblər üçün  dərsliklərin,  «Genetikanın 

əsasları  ilə  bitkilərin  seleksiyası»,  «Təkamül  təlimi»  (2010,  rus  dilində)  dərs 

vəsaitlərinin,  «Pambığın  mutasion  seleksiyasında  genotipın  rolu»  (1994)  adlı 

monoqrafiyanın,  ümumilikdə  isə  110  elmi  məqalə  və əsərlərin müəllifidir.  Onun 

rəhbərliyi  ilə  5  elmlər  namizədi,  1  elmlər  doktoru  hazırlanıb,  4  nəfərin 

namizədlik  dissertasiyası  (onlardan  2  nəfəri  İran  İR-nın  vətəndaşıdır)  isə 

müdafiə  olunmaq  ərəfəsindədir.  Alim  genetikada  mutagenez  proseslərinin 

mexanizminin  öyrənilməsi  sahəsində elmi axtarışlarını  davam etdınr, genetikaya 

dair yeni  dərsliklər,  dərs  vəsaitləri  və  tədris  -   metodiki  vəsaitlərin  hazırlanması 

sahəsində yaradıcılıq işlərini  uğurla davam etdirir.

Bəşirov Eyyub Balaməmməd oğlu 

(1926)


Ölkəmizdə  heyvandarlıq  və  zootcxniya  elminin 

inkişafı  sahəsində tanınmış  alim  Eyyub  Balaməmməd 

oğlu  Bəşirovun  təqdirəlayiq  xidmətləri  vardır.  O,

1951-ci ildə Moskvada Timiryazev adma Kənd Təsər­

rüfatı  Ümumittifaq  Heyvandarlıq  İnstitutunun  aspi­

ranturasını  bitirib,  1954-cü  ildə,  elmlər  namizədi 

alimiik  dərəcəsi  almışdır.  Alim 

1954-cü  ildən 

Azərbaycan  Elmi  Tədqiqat  Heyvandarlıq  İnstitutunda 

şöbə  müdiri,  direktor  müavini  vəzifələrində  işləmiş,

1961-ci  ildən  heyvandarlığın  elmi  əsaslarla  inkişaf  etdirilməsi  və  süni 

mayalanmanın  tətbiqinə  kömək  məqsədiylə,  SSRİ  hökumətinin  qərarı  ilə 

Hindistanda,  Əlcəzairdə,  Çilidə,  Əfqanıstanda  olmuş,  Sovet  mütəxəssisləri

76



qrupuna rəhbərlik etmişdir.  O,  1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət 

Damazlıq və  Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-cı 

ildən  ictimai  əsaslarla  Respublika  Heyvandarlar  Cəmiyyətinin  sədri  kimi 

fəaliyyətini  davam etdirir.  Aqrar  sahənin  inkişafındakı  xidmətlərinə görə  «Şərəf 

nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxn  fərmanına və bir sıra medallara 

layiq  görülmüş,  damazlıq  işinin  təşkilinə  və  bu  sahədəki  elmi  nailiyyətlərinə 

görə  İtaliyada  beşinci  Dünya  bioloq  alimlərin  və  Moskvada  Qarşılıqlı  İqtisadı 

Yardım  Şurası  ölkələrinin  beynəlxalq  elmi  simpoziumlarının  yubiley  medalları 

və  mükafatları  ilə  təltif  edilmiş,  1997-ci  ildə  Beynəlxalq  Encrji-informasıya 

Elmlər  Akademiyasının,  2004-cü  ildə  «Vektor»  Beynəlxalq  Elmi  mərkəzinin 

«XXI  əsrin  tanınmış  alimi»  diplomuna  layıq  görülmüş,  Rusiya  Keyfiyyət 

Problemləri  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir,  rus,  fransız,  ərəb,  fars, 

ingilis və ispan dillərini bilir. E.Bəşirov  125 nəşr edilmiş elmi əsərin, 2 dərslik,  3 

monoqrafiya  və  3  təlimatın  müəllifidir.  Onun  elmi  əsərləri  dünyanın  bır  sıra 

dillərinə  tərcümə  edilmiş  və  elmi  kəşflərindən  istifadə  olunur.  O,  6  elmlər 

namizədi  dissertasiyasına rəhbərlik etmişdir.



(

J)

Babayev M əcnun Şıxbaba oğlu 



(1940)

Azərbacynanın müasir milli  biologiya və genetika 

elminin  ən  layiqli  nümayəndəsi,  ölkəmizdə  və  onun 

hüdudlarından  kənarda -   beynəlxalq  arenada  tanınan, 

məşhur  alim,  biologiya  elmləri  doktoru,  Bakı  Dövlət 

Universitetinin  ‘Təkamülün  genetikası”  kafedrasının 

professoru,  Rusiya  Ekologiya Akademiyasının  həqiqi 

üzvü  Babayev  Məcnun  Şıxbaba  oğlu  1974-cü  ildə 

"Buğdada  bir  sıra  yeni  N-nitroza-N-alkil  sidik 

cövhərlərinin genetik aktivliyinin tədqiqi" mövzusunda namizədlik,  1991-cı  ildə 

isə  “Spontan  və  radiasion  -   induksion  mutagenez  zamanı  antıoksıdantlann 

müdafiə  effekti”  mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  O, 

müasir  genetika  elminin  nəzəri  və  praktiki  cəhətdən  çox  böyük  əhəmiyyətə 

malik  olan  ən  aktual  və  ciddi  problemlərinə  həsr  edilmiş  220-dən  çox  elmi 

əsərin,  o  cümlədən  36  dərslik, dərs  vəsaiti, tədris proqramı,  metodiki göstəriş  və 

elmi-kütləvi  kitabların  müəllifidir.  “Ekoloji  genetika”  (2004),  “Genetikadan 

praktikum”  (2006).  “Biologiyanın  tədrisi  metodikası”  (2008)  kimi  fundamental 

dərslikləri.  "Genetikadan  məsələlər”  (izahlı  lüğət  ilə,  2006)  və  s.  dərs  vəsaitləri 

müəllifin gərgin əməyinin nəticəsi kımı  dəyərləndirilməlidir

Genetika  elminin  müasir  roblemlərinə  həsr  olunmuş  elmi  ixtiralarına görə 

alimə  üç  müəlliflik  şəhadətnaməsi  verilmişdir.  M.Babayev  9  ıl  Respublika 

Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  Ekspert  Şurasının  biologiya 

şöbəsinin  üzvü  olmuşdur.  O,  2008-ci  ildən  etibarən  BDU-nun  qiyabi  və  əlavə 

təhsil  üzrə  prorektoru  vəzifəsində  işləmişdir.  M.Babayev  hazırda  genetika

77



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə