Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə45/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   41   42   43   44   45   46   47   48   ...   205

olması  nəzəriyyəsini  tamamilə  təkzib  edərək elmi  cəhətdən onun  əsassız  olduğunu 

təsdiqləyir (sxem 1).

QEYRİ ÜZVÜ BİRLƏŞMƏLƏR

i

ÜZVİ BİRLƏŞMƏLƏR



i

İLKİN BULYON



i

KOATSERVATLAR



i

PROTOBİONTLAR

ÇOX MOLEKULLU BİOLOJİ SİSTEMDƏN ƏVVƏL 

YARANAN TÖRƏMƏLƏR



i

DNT


1

HÜCEYRƏ


ÇOX HÜ CEYRƏL^ ORQANİZMLƏR

Sxem  1.  Kimyəvi evolyusiyanın sxemi (V.İ.Oparinə görə,  1923)

Məlum  həqiqətdir  ki,  elmin  inkişafi,  cəmiyyətin  inkişafı  ilə  əlaqədar 

olmalıdır.  Buna  görə  də  o  dövrdə  Ç.Darvin  və  digər  təkamül  təlimçilərinin 

xidməti  böyük  idi.  Belə  ki,  heyvan  aləmini  öyrənmək,  sistemləşdirmək,  onlann 

quruluşunda, çoxalmasında, inkişafında həyat şəraitinin, xarici  mühit amillərinin 

rolunu,  oxşarlıq  və  fərqləndirici  əlamətləri  müəyyən  etmək,  öyrənmək  və  s. 

olduqca  vacib  idi.  Heyvan  aləminin  öyrənilməsi  də  mövcud  dövr  ilə  əlaqədar 

olmuşdur.  Dünyanın  məşhur  bioloqları,  genetikləri,  arxeoloqları,  hazırda 

materiyanın  canlı  aləminin  və  biomüxtəlifliyin  təkamül  prosesinin  geniş  və 

ətraflı  öyrənilməsi  sahəsində  daha  geniş  diapozonlu  və  qlobal  xarakterli  elmi- 

tədqiqat işləri aparır.

94



II FƏSİL

İRSİYYƏTİN  SİTO LO Jİ  ƏSASLARI



«Hər  bir  hüceyrə  diktator  rolu  oynayan 

nnklein  turşusuna  malik  mikrokosmosu  xatır­

ladır;  lakin xərçəng zamanı  o,  qaniçən,  talan­

çı  zülmkara-müstəbidə,  istibdadçıya  (des- 

pola),  virusla yoluxduqda  isə-ölkəni  qeyri-qa­

nuni  zəbt  edən  qiyamçıya,  qarətçiyə  (ıtzur- 

patora) çevrilir.»

(U.M.Stenli,  Nobel m ükafatı laureatı)

2.1.  Ümumi  məlumat

Dahi  rus  fizıoloqlan  İ.P.Pavlov  və  I  M  Seçenovun  təliminə  görə  insan  və 

heyvan  orqanizmi  vahid  bioloji  sistem  olmaqla  xarici  mühit amilləri  ilə  qırılmaz 

dialektik vəhdət və  əlaqənin hesabına həyat fəaliyyətini  dayanıqlı  surətdə  davam 

etdirir.  Bu  əlaqə  sinir və  humoral  yolla  (hormonlar,  neyrosekretlər.  metabolizm 

məhsulları,  vitaminlər,  mediatorlar,  makro  və  mıkroelementlər)  həmin  sistemlər 

tərəfindən  təmin  olunur.  Xarici  mühit  amillərindən  əsasən  atmosfer  havası  və 

qidalar  (yemlər),  eləcə  də  su  mənbələri,  torpaq  ehtiyatları,  ərazinin  ekoloji 

durumu  orqanizmə  təsir  edir.  Həmin  amillərin  təsirindən  orqanizmidə  gedən 

fizioloji  və  bıokimyəvi  proseslərin  (metabolizm.  hərəki,  sekretor.  hormonal, 

fermentatıv.  neyro-humoral  və  s.)  baş  verməsinə  baxmayaraq  orqanizm  həmin 

təsirə  uyğunlaşır-adaptasiya  olunur.  Hüceyrələrdə,  orqanlarda,  toxumalarda, 

ümumilikdə  isə  bütün  orqanizmdə  baş  verən  proseslərin  hamısı  mərkəzi  sinir 

sisteminin  tamamilə  nəzarəti  altında  icra  olunur  və  sinir-humoral  yolla 

tənzimlənir.  Xarici  mühitdən  daxıl  olan 

adekvat

  (orqanizmin  uyğunlaşdığı  və 

ona  mənfi  təsir  göstərməyən)  və 

qeyri-  adekvat

  (orqanizmə  güclü  neqativ  təsir 

göstərən  və  fizioloji  proseslərin  normal  ahəngini  pozan)  qıcıq  amilləri 

analizatorlarm  (dəri, görmə,  eşitmə,  dad,  qoxu  bilmə,  vestibulyar)

  reseptorları 

tərəfindən  qəbul  edilərək 

afferent

  (mərkəzəqaçan-hissi)  sinirlərlə  mərkəzi  sinir 

sisteminə  ötürülür,  orada  ona  qarşı  analiz  və  sintez  hazırlanır  və 

efferent

95



(mərkəzdən  qaçan-hərəki)  sinirlərlə  icraçı-işçi  orqana  göndərilərək  müvafiq 

cavab  reaksiyası  yaranır.  Analizator

 

termini  ilk  dəfə  İ.M.Seçenov  tərəfindən 



elmə daxil olmaqla funksional cəhətdən bir-biri ilə qırılmaz surətdə bağlı olan və 

3  əsas  hissədən-periferik,  keçirici  (aralıq,  nəqledici)  və  mərkəzi  (baş,  onurğa 

beyni  və  qabıq  maddədən)-ibarət  olan  mürəkkəb  quruluşlu  xüsusi  sistemdir. 

Periferik  hissə  qıcıqlan  qəbul  edən  eksteroreseptorlar (xarici),  interoreseptorlar 

(daxili) və proprioreseptorlardan

 

(skelet əzələləri, bağlar, vətərlər və oynaqların 



reseptorlan)  ibarət  olmaqla  təkamül  prosesi  zamanı  onlar  həmin  qıcıqlandırıcı 

amillərə adaptasiya olunur. Aralıq

 

(keçirici hissə) periferik hissədən qəbul edilən 



impulslan  əvvəlcə  mərkəzi  sinir  sisteminə,  oradan  isə  müvafiq  işçi  orqanlara 

ötürür.  Mərkəzi  hissə

 

baş  və  onurğa  beyin  hüceyrələrindən  ibarət  olub, 



reseptorlardan  daxil  olan  impulslan  analiz  və  sintez  edərək  müvafiq  cavab 

reaksiyası  hazırlayır,  beyin  qabığında  isə  sinir  oyanmalan  yeni  keyfiyyət  kəsb 

edərək  hiss  etmə  prosesini  təmin  edir.  Bu proseslərin  hamısı  genetik  müstəvi 

çərçivəsində baş verir və genlərin  nəzarəti altında idarə olunur və tənzimlənir. 

Mərkəzi  sinir  sisteminin  bütün  şöbələrinin,  o  cümlədən  onun  ali  şöbəsi  sayılan 

baş-beyinin  böyük  yanmkürələrinin  fəaliyyətinin  əsasını  refleks  təşkil  edir. 

i?e/7eAs-(latınca-reflexus-əks  olunan,  geriyə  qayıdan)  orqanizmin  reseptorlann 

qıcıqlanmasına qarşı  mərkəzi  sinir sisteminin iştirakı  ilə  verdiyi  mürəkkəb,  cəld 

və  təcili  cavab  reaksiyası  olub,  elmə  ilk  dəfə  ftansız  alimi  Rene  Dekart 

tərəfindən  daxil  edilib.  Fiziologiya  elminə  refleks  təlimini  XVIII-əsrdə 

İ.Praxanski  və  P.Uenzer  daxil  etmişdir,  sonralar  isə  t.M.  Seçenov,  İ.P.Pavlov, 

Ç.Şerrinqton,  İ.Beritov  və  R.Anoxin  tərəfindən  daha  ətraflı  və  geniş  tərzdə 

öyrənilmişdir.  İ.P.Pavlov  bütün  refleksləri  2  əsas  qrupa-  şərtsiz

 

(anadangəlmə, 



genetik,  nəsildən nəsilə verilən)  və şərti

 

(həyatda qazanılan) növlərə bölmüşdür. 



Şərtsiz  refleksə  uşağın,  yaxud  körpə  heyvanların  doğulan  kimi  anasını  əmməsi, 

heyvanlararın  hərəkət  etməyə  (ayağa  durmağa  meyl  göstərməsi,  inək  və 

qoyunların  yalamaqla  balasını  qurutması,  körpə  heyvanların  mələməsi  və  s.), 

şərti  refleksə  isə  müəyyən  şərtlərə  qarşı  (tanış  olan  yemləri  gördükdə  ağız  suyu 

və  mədə  şirəsinin ifrazı və  s.) aiddir.  Bioloji əhəmiyyətinə  görə reflekslərin qida 

(həzm),  tənəffüs,  müdafiə,  cinsiyyət,  səs,  orientasiya,  lokomator, poznotonik

 

və 



s.  növləri  vardır.  Mərkəzi  sinir  sisteminin  şöbələrinin  refleksdə  iştirak 

etməsindən  asılı  olaraq  onun  spinal

 

(onurğa  beyin  neyronlan  iştirak  edir), 



bulbar

 

(uzunsov  beyin  iştirak  edir),  mezensefal



 

(orta  beyin  iştirak  edir), 



diensefal

 

(aralıq  beyni  iştirak  edir)  və  kortikal



 

(böyük  beyin  yanmkürələrinin 

iştrakı  ilə  gedir)  növləri  ayırd  edilir.  Reseptorlann  (sinir  uclannın)  yerləşmə 

yerinə  görə  isə  reflekslər  ekstroreseptiv  və  interorezeptiv

 

növlərə  bölünür. 



Reflekslərin  hamısının  maddi  əsasını  refleks  qövsü  (refleksin  keçdiyi  yol- 

afferent,  aralıq  və  efferent neyronlar)  təşkil  edir.  İmpulslann  refleks  qövsündən 

keçməsi  üçün  sərf  olunan  vaxt  (qıcığın  verilməsindən-təsir  göstərməsindən 

cavab  reaksiyasının əmələ gəlməsinə  qədər olan dövr) refleks vaxtı  (latent dövr) 

adlanır və  ən sadə  reflekslər zamanı  0,001-0,003  saniyə təşkil  edir.  Refleks vaxtı 

qıcıqlanmanın  gücündən  və  mərkəzi  sinir  sisteminin  funksional  vəziyyətindən 

asılıdır.  Qüvvətli  qıcıqlanma  zamanı  refleks  vaxtı  qısa,  yorğunluq  zamanı  uzun

96



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə