Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə47/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   43   44   45   46   47   48   49   50   ...   205

Katabolizm

 

-   hüceyrələrdə  sintez  olunan  mürəkkəb  maddələrin  son  məh­



sullara  qədər  parçalanması,  çevrilməsi,  mübadilənin  son  məhsullarının  isə 

onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır.  Metabolizm bütün sonrakı 

proseslərin-böyümə,  inkişaf,  çoxalma,  qidalanma,  tənəffüs,  həyat  fəaliyyəti 

məhsullarının  xaric  edilməsi,  hərəkət,  xarici  mühitin  dəyişilməsinə  verilən 

müvafiq  cavab  reaksiyası-həyata  keçirilməsi  üçün  əsaslı  zəmin  yaradır.  Bu 

proseslər  zamanı  yaranan  aralıq  və  son  məhsullar  hüceyrə  tərəfindən  istifadə 

olunmayaraq  böyrəklər,  mədə-bağırsaq  sisteminin  selikli  qişası,  ağız  suyu, 

mədəaltı  və  digər  vəzilərin  sekretləri,  dəri  və  tənəffüs  orqanları  vasitəsilə 

hüceyrələrdən  xaric  olunur.  Tənəffüs  zamanı  karbon  qazı,  tərlə  isə-  su,  sidik 

cövhəri  və  mineral  duzlar  orqanizmdən  ixrac  edilir.  Lakin  hücyrədən  aralıq  və 

son  metabolizm  məhsullarının  ixrac  olunması,  yəni  ifrazat  funksiyası  başlıca 

olaraq,  böyrəklərin vasitəsilə həyata keçirilir.  Bu proseslər böyrəyin əsas aparıcı 

funksional  vahidləri  sayılan  nefronların

 

vasitəsi  ilə  icra  olunur.  Qaramalın  bir 



böyrəyində  4,  qoyunda-1,  donuzda  isə-1,5  milyon  nefron  vardır.  Qeyd 

olunanlardan  belə  nəticəyə  gəlmək  olur  ki,  həm  insan,  həm  də  heyvan  və 

quşlann orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün 

vacib  olan  proseslərin  hamısı  məhz  hüceyrələrdə  baş  verir və  onlar  ən  aparıcı, 

mərkəzi  funksional  vahid  sayılır.  Buna  görə  də  hüceyrənin  quruluşuna  və 

funksional  fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı  şərh olunması 

daha  məqsədəuyğundur.  İrsiyyətin  sitoloji  əsaslan  da  məhz  hüceyrə  və  onun 

komponentləri, xüsusilə nüvə ilə əlaqədardır.

Dünyanın  məşhur  bioloq,  morfoloq,  sitoloq,  histoloq,  genetik  və  fi- 

zioloqlan  elmi  cəhətdən bir araya gələrək birmənalı  surətdə  hazırda hüceyrənin 

tərifinin  aşağıdakı  kimi  şərh  olunmasını  daha  məqsədəuyğun  hesab  edirlər. 

«Orqanizmlərin  metabolizm-maddələr  mübadiləsi  proseslərini  (anabolizm- 

assimilyasifa  və  katobolizm-dissimilyasiya)  icra  edən,  xaricdən  sitoplazmatik 

membranla  əhatə  olunan,  çoxalma,  dəyişkənlik,  irsiyyət  və  qıcıqlanmaya 

cavab  reaksiyası  vermə  xüsusiyyətlərinə  və  mürəkkəb  quruluşa  malik  olan, 

yalnız  mikroskopla  müşahidə  olunan  bioloji  vahid  hüceyrə  adlanır».

 

Bütün 



canlı orqanizmlər milyardlarla hüceyrələrdən təşkil olunmaqla,  onlann hamısı öz 

başlanğıcını  ata-erkək  cinsiyyət  hüceyərsi  (spermatozoidin)  ana-dişi  cinsiyyət 

hüceyrəsi 

(yumurta 

hüceyrəsi) 

ilə 


qarşılıqlı 

assimilyasiyasından, 

mayalanmasından  başlayır.  Bu  iki  hüceyrənin  mayalanmasından  ziqota  əmələ 

gəlir  və  embrional  (bətndaxili,  ana  bətni)  dövr  başlayır.  Embrional  dövr  ana 



bətnində  embrionun  inkişafı  və  doğuma  qədər  olan  mərhələdir.  Cinsiyyət 

hücerələri  meyoz,  ziqota  isə  mitoz  bölünmə  yolu  ilə  davam  edir.  Embrional 

dövr postembrional (bətndən xarici)  dövrlə əvəz olunur və bu mərhələlərdə ilk 

günlərdən  başlayaraq postnatal (doğumdan  sonrakı)

 

dövr ayn-ayn  orqanların, 



toxumaların böyüməsi,  mürəkkəbləşməsi,  formalaşması,  inkişafı  ilə  səciyyələnir 

və  bu  dəyişikliklər  müəyyən  qanunauyğunluqlar  üzrə  baş  verir.  Böyümə  və 

inkişaf  qarşılıqlı 

vəhdətdə 

olmasına  baxmayvaraq 

bir-birindən 

fərqli 

proseslərdir.  Böyümə-hüceyrə



 

və  toxumaların  sayınm  çoxalması,  onlann 

ölçülərinin  həcmcə  böyüməsi,  yəni  kəmiyyət  dəyişkənliklərindən  ibarətdir.

99



İnkişaf-isə

 

keyfiyyət  dəyişkənliklərindən,  hüceyrə  və  toxumaların  fizioloji 



funksiyalarının  mürəkkəbləşməsi,  differensiallaşması  və  təkmilləşməsindən 

ibarət  olan  prosesdir.  Orqanizm  inkişaf  etdikcə  mürəkkəb  qruluş  kəsb  edir, 

müxtəlif funksiyaları  yerinə  yetirən toxuma və  orqanlar formalaşır.  Orqanizmin 

müxtəlif  funksiyaları  yerinə  yetirən,  qan  damarları  və  sinirlə  təchiz  olunan, 

toxumalardan  təşkil  edilən  hissəsi  orqan

 

adlanır. 



Morfoloji  və  funksional 

cəhətdən  oxşar  olan  müxtəlif orqanların  məcmusu  orqanlar  sistemi,

 

quruluşu, 



funksiyası  və  inkişaf  dərəcəsi  ilə  bir-birindən  fərqlənən  ayrı-ayn  orqanların, 

yaxud  orqanlar  sisteminin  məcmusu  isə  aparat

 

adlanır.  Quşlar,  qurbağalar  və 



eukariotlann  bəzi  növlərində  fərdlər  bir  cinsiyyət  hüceyrəsindən  inkişaf  edir 

(partenogenez).  Hüceyrələrin nəsli  informasiyası  maddi əsaslara malik olmaqla 

sitogenetika (hüceyrə,  onun  quruluşu,  ayrı-ayrı  hissələrinin funksiyasından  bəhs 

edən  sitologiya  və  genetikanın  birləşməsi  haqqında)  elmi  tərəfindən  öyrənilir. 



Sitogenetika  hüceyrələrin  irsi  quruluşunun  miqdar  (kəmiyyət)  və  keyfiyyətcə 

dəyişilməsindən  bəhs  edən  elmdir.

 

Sitogenetik  müayinələrin  aparılması  üçün 



hər  şeydən  əvvəl  bioloji  və  təsərrüfat  xüsusiyyətlərinə  görə  bir-birindən 

fərqlənən  heyvan  hüceyrələrinin  quruluşu,  çoxalma  və  bölünmə  yollan  və 

genetik quruluşu ətraflı öyrənilməlidir.

Canlı  m ateriya  -   üzvi  aləm  uzun  müddət  2  əsas  qrupa  (bitkilər  və 

heyvanlar)  bölünürdü.  Hazırda isə  alimlər bir araya gələrək üzvi  aləmi  4 çarlığa 

bölürlər:  prokariotlar

 

(nüvəsiz  hüceyrələr-göy  və  yaşıl  yosunlar),  viruslar 



(həyatın  yüksək  molekulyar  və  genetik  səviyyəyə  malik  olan  qeyri-hüceyrəvi 

forması),  eukariotlar,

 

yaxud  birhüceyrəli  orqanizmlər  (mikroorqanizmlər, 



protozoalar  və  göbölöklər)  və  çoxhüceyrəli  orqanizmlər

 

(ali  bitkilər  və 



heyvanlar).  İlk  orqanizmlər  hüceyrə  quruluşunda  olmayan  canlılardan  yaranan 

birhüceyrəli orqanizmlər-eukariotlar olmuşdur.  Sadə  canlılar içərisində ilkin (3,5 

miliyard  il  əvvəl)  canlılar  yaşıl  qamçılılar  və  amöblər  hesab  edilirdi.  Tədricən 

həyat  şəraitinə  uyğunlaşan  bu  bəsit  orqanizmlər  canlılara  (bitki  və  heyvanlara) 

başlanğıc  verir  və  inkişaf  edir.  Hər  iki  ibtidai  orqanizmdən  divergensiya 

(aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir (sxem 2 ).



100


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə