Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə49/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   45   46   47   48   49   50   51   52   ...   205

Şəkil  2.

  Ribosomlar: 



1-sitosel;  2-endoplazmatik  şəbəkə;  3-sərbəst  ribosom;  4- 

endoplazmatik şəbəkə üzərində olan ribosom;  5-ribosomun böyük subvahidi;  6-riboso- 

mun kiçik subvahidi (C.Nəcəfov və b„ 2010).

M itoxondrilər

 

-  



hüceyrələrdə 

energetik 

prosesləri 

tənzimləyən 

adenozintrifosfat  turşusunun  (ATF)  sintezini  yerinə  yetirməklə  müxtəlif forma 

(sap  şəkilli,  girdə,  uzunsov)  və  ölçüdə  (0,5-5  mkm)  olur  və  hüceyrənin  eneıji 

mənbəyi-«stansiyası»  adlanır  Onların  üzəri  ikiqat  membran  (xarici  hamar  və 

daxili  daraqşəkilli  qat-krist)  ilə  örtülü  olmaqla  onların  arasında 



xüsusi  maye- 

matriks

 toplanır.  Matriksdə  olan çoxlu  sayda fermentlərin təsirindən  hüceyrədə 

metobolizm  prosesi  zamanı  yaranan  enerji  bioloji  eneıjiyə  çevrilir  və 

adenozintrifosfat  (ATF)  sintez  olunur.  ATF  tərkibindəki  fosfat  turşusu 

molekulunu  itirərək  adenozindifosfata  (ADF)  və  adenozinmonofosfata  (AMF) 

çevrilir  və  hüceyrənin  bütün  energetik  funksiyaları  təmin  edilir.  Mitoxondrilər 

yağ  turşuları,  fosfolipidlər  və  zülalların  (az  miqdarda)  sintezində  də  iştirak 

etməklə, onların tərkibində 25-30% lipid, 65-70% zülal və cüzi formada DNT və 

RNT olur.

Holçi kompleksi

 müxtəlif (çən, qabarcıq, vakuol) formalı orqanoid olmaqla, 

əsas  funksiyası  metabolizm  prosesinin  aralıq  məhsullarım  və  ətraf  mühitdən 

daxil  olan  kimyəvi  maddələri  hüceyrələrdən təcrid və  xaric  etməkdən  ibarətdir. 

Bu  kompleks  nüvənin  yanında  yerləşərək  hüceyrə  mərkəzini  əhatə  etməklə  ilk 

dəfə  olaraq  Nobel  Mükafatı  Laureatı  Kamillo  K.Holçi  (1898)  tərəfindən 

neyronlarda  müşahidə  edilməklə,  eritrositlər  və  yetişmiş  spermatozoidlərdən 

başqa  bütün  hüceyrələrdə  mövcuddur,  hüceyrənin  sekretor  və  ifiazat 

funksiyasını icra edir.

Lizosomlar

  -   kiçik  (0,4-08  mkm)  ölçüyə  malik  olan  və  hidrolitik 

fermentlərlə  dolu  kisəciklərdən  ibarətdir.  Onların  əsas  funksiyası  hüceyrələrin 

həzm  fəaliyyətini  təmin  etməkdir.  Onlar heyvan və  göbələklərin  hüceyrələrinin 

orqanoidi  olmaqla Holçi  kompleksində  əmələ  gəlir.  Bitki  hüceyrəsində  mövcud 

deyil,  bir  qat  membrandan  ibarətdir,  tərkibindəki  fermentlər  hüceyrəyə  daxil 

olan  markomolekulyar  birləşmələri  hidrolizə  uğradır.  Lizosomlar  müdafiə 

funksiyasına  malik  olmaqla  hüceyrəyə  daxil  olan  DNT  genomalı  virusları  öz 

fermentləri ilə neytrallaşdıraraq onları parçalayır.

Endoplazmatik şəbəkə

  (tor) -  hüceyrələrdə  olan kiçik borulardan  ibarət, tor 

şəkilli  ikiqat membranla təşkil olunmaqla hüceyrənin müxtəlif elementlərinin və 

sitoplazma  daxili  proseslərin  qarşılıqlı  əlaqəsini  tənzimləyir.  Bu  şəbəkənin  iki 

tipi-qranulyar  (membrana  çoxlu  sayda  ribosom  birləşən)  və  aqranulyar  (yalnız 

membranlardan  təşkil  edilən)  vardır.  Qranulyar  şəbəkənin  səthində  zülallar, 

aqranulyannkında isə karbohidratlar və lipidlər sintez olunur. Hücyerənin apancı 

sistemi  adlanan  bu  şəbəkə  onun  bütün  orqanoidləri  və  nüvəsi  ilə  qarşılıqlı 

əlaqədə olur.

Hüceyrə  mərkəzi

  -   (sentrosoma)  kiçik  dairəvi  qranullardan-sentriollardan 

və  sitoplazmanın ixtisaslaşmış  sahəsindən-sentrosferadan  ibarət olub hüceyrənin 

əsas  hərəki  (dinamik)  mərkəzi  kimi  onun  bölünməsini  və  çoxalmasını  həyata 

keçirir.  Sentrosoma həm də axroma tin  iylərin vasitəsilə xromosomlann qütblərə

105



çəkilməsini,  onların  əmələ  gəlməsini  və  sentnollann  qütbülərə  hərəkət  etməsini 

təmin edir



Nüvə

  -   hüceyrənin  genetik  ınforomasıyaları  daşıyan  başlıca  komponenti 

kimi  əsasən iki  vəziyyətdə -   sakit  (ınterfaza)  və  bölünmə  (mitoz,  yaxud meyoz) 

mərhələsində  olur.  Interfaza  mərhələsində  nüvə  xromatin  adlanan  zülalı 

maddədən  təşkil  olunur.  Xromatitinin  iki  tıpı-adi  mikroskopla  görünən 

heteroxromatın  və  yalnız  elektron  mikroskopu  ilə  görünən  euxromatın 

mövcuddur.  Onların  hər  ikisi  hüceyrədə  zülalların  biosintezinə  genetik  nəzarət 

edir.  Nüvə  hüceyrənin  bütün  funksiyalarını  idarə  etməklə  dairəvi,  yaxud 

ellipsvan  formaya  malik  olub,  əsasən  (70-90%)  zülallardan,  DNT  və  RNT-dən 

ibarətdir.  Onun  daxili  boşluğunda xüsusi  şirə-karioplazma,  yaxud nukleoplazma 

toplanmaqla,  burada  həm  də  bir,  bəzən  isə  bir  neçə  dairəvi  cisimciklərə- 

nüvəciklərə  təsadüf  olunur,  həmçinin  çoxlu  miqdarda  zülallar  və  RNT.  az 

miqdarda  isə  DNT  vardır.  Nüvəciyin  başlıca  funksiyası 

ribosomları 

formalaşdırmaqdan  və  ribosomal  RNT-nin  (rRNT)  sintezini  təmin  etməkdən 

ibarətdir.  Nüvəınn  membram  xüsusi  məsamələrə  malikdir  ki,  onlar  da  nüvə  və 

sitoplazma  arasındakı  maddələr mübadiləsini  tənzimləyir.  Nüvənin  tərkibindəki 

ən  vacib  komponent  xromosomlar  hesab  olunur.  Onun  membram  zədələnərkən 

onda  regenerasiya  (bərpa)  olunma  prosesi  getmədiyi  üçün  sitoplazma  və 

karioplazma qarışır, hüceyrənin normal  funksiyası tamamilə pozulur və distrofık 

dəyişikliklər  baş  verir.  Elektron  mıkroskopiyası  zamanı  heyvan  hüceyrələrinin 

nüvəsinin struktur elementləri  daha aydın görünür (şəkil  3, 4).

106



Şəkil 

3.  Nüvənin  quruluşu:  1-nüvə,  2-nüvəcik,  3-xromatin,  4-daxili  membran,  5- 

xarici  membran,  6-niivə porası  (məsamə),  7-pnralar  kompleksi,  8-ribosom,  9-dənəvər 

endoplazmatik şəbəkə (C.Nəcəfov və b.,  2010).

H ü c e y »   m ı m b ıı ıl. 

V“k u « 1  N üva

Şəkil 4.

  Eukariot (məməli) hüceyrənin quruluşu. Nüvənin orqanellası-nüvəcik aydın



müşahidə olunur (F.Ayala,  C.Kavger,  1987).

Xromosomlar.

  Xromosom  (yunanca  «xroma»-rəng,  «soma»-bədən)  termım 

biologiya elminə  ilk dəfə V.Valdeyer (1888) tərəfindən daxil edilmişdir.  Onların 

forması, morfologiyası və  sayı hüceyrənin mitoz bölünməsi zamanı  (metafaza və 

anafaza mərhələlərində) öyrənilir (şəkil 5).

107



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə