Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə51/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   47   48   49   50   51   52   53   54   ...   205

Şəkil 6.  Xromosomların formaları:

A-metasentrik; B-submetasenlrik; C-akrosentrik; D-telosentrik

1-mikro şəkillər; Il-sxematik görünüşü (R. Əliyev,  C. Nəcəfov və b.,  2008)

Erkək  və  dişi  fərdlərdə  xromosom  yığımları  yalnız  bir  cüt xromosoma  -  



 

(iks)  və 



Y

 (iqrek)  -  görə  bir birindən fərqlənir  Cinsiyyətə  görə  fərqlənən  həmin 

xromosomlar  cinsi  xromosom.  yaxud 

qonosom,

  müxtəlif  cinsiyyətli  fərdlənn 

hüceyrələrində  olan  eyni  xromosomlar  isə 

autosomlar

  adalımr.  Müxtəlif 

növlərin  xromosom  yığımının  təhlili  zamanı  müəyyən  olunmuşdur  ki, 

xromosomlar  sayma və  quruluşuna görə  bir-birindən  fərqli  olur.  Növün  diploid 

xromosom  yığımının  miqdar  və  quruluş  xüsusiyyətlərinin  məcmusu 

kariotip 

adlanır.  S.Q.Navaşinə  görə  kariotip  -   növün  özünə  məxsus  səciyyəvi 

formulasıdır.  Kariotipdə  hər  bir  fərdin  genetik  informasiyalarının  dəyişməsi 

nəticəsində  orqanizmlərin  və  onlann  nəslinin  əlamət  və  funksiyalarının 

dəyişilməsi prosesi əks olunur.

Sinir hüceyrəsi  və onun xüsusiyyətləri.

Orqanizmin hüceyrələrinin  ümumi  identiklıyə  malik  olmasına baxmayaraq, 

onlann bəziləri  formasına,  quruluşuna  və  funksıyalanna  görə  bır-bınndən  xeyli 

fərqlənir.  Bəzi  hüceyrələr  öz  fəaliyyəti  zamanı  sekretlər  ifraz  edir,  digərləri- 

yığı lmanı-təqəllüsü  təmin  edir,  başqa  bır  qrup  ısə-sınır  ımpulslanm  keçirir 

Lakm 

buna  baxmayaraq 



onlann 

hamısının 

quruuşunda 

ümumi 


bir 

qanunauyğunluq  mövcuddur.  Belə  ki,  bütün  hüceyrələrin  hamısı  xancı  mem- 

brana,  sıtoplazmaya, nüvəcik  və  xromosomlara malik olan nüvəyə,  rıbosomlara, 

mıtoxondrilərə,  lızosomlara  və  s.  malikdir.  Hiss  üzvlərinin  reseptor  hüceyrələri 

membranmın  səthində  xüsusi  törəmənin  olması,  sinir  və  böyrək  hüceyrələri  isə 

özünün  spesifik  funksional  quruluşa  malik  olmasaı  ilə  digər  hüceyrələrdən

110



fərqlənir. 

Sinir hüceyrələri (neyronlar)-

 uzun və qısa çıxıntılan-şaxələri  ilə bir­

likdə sinir sisteminin başlıca prioritet morfoloji və funksional bioloji vahidi sayı­

lır.  Sinir toxuması  mərkəzi  sinir sisteminin  əsas  materialı  kimi  neyronlardan  və 

neyroqliyadan təşkil  olunur.  Heyvanların  orqanizmində  orta hesabla  50  milyarda 

qədər  neyron  vardır.  Neyronlar  sinir  sisteminin  hüceyrə  elementlərinin  1-15%-ni 

təşkil  edir.  Onlar formasına görə  piramidəbənzər,  dairəvi,  ulduzvari,  oval  formada 

olur, ölçüləri isə 5-150 mkm-ə bərabərdir.  Hər bir neyron cisim (soma, perikarion), 

dendritlərdən (latmca-«dendrom>-ağac) və aksondan (latınca-«axon» -  ox) ibarətdir, 

(şəkil 7).  Çıxıntılarının  sayma görə neyronlar: 



unipolyar

 (tək  çıxıntılı), 



bipolyar 

(iki  çıxıntılı) 



və  multipolyar

  (çox  çıxıntılı)  qruplara  bölünür.  Onurğalılarda 

əsasən  bipolyar  və  multipolyar  neyronlara  təsadüf  olunur. 

Dendritlər

  adətən 

çoxlu sayda, 

akson

 isə tək olur. 



Neyronlar nüvəsinin iri, mitoxondrilərin çox və 

neyrofibrillərin  olması,  torlu  aparatın  güclü  inkişaf  etməsi,  beyinin  bəzi 

şöbələrində  isə  sekretor  fəaliyyət  göstərməsi  ilə  somatik  və  cinsiyyət 

hüceyrələrindən  fərqlənir.

  Sekretor  neyronlar  mukoproteid  və  qlikoproteid 

təbiətli  sekıet  ifinz  edir.  Neyronlann  əsas  funksiyası  reseptorlardan  və  başqa 

sinir hüceyrələrindən  siqnalları  qəbul  etməkdən,  informasiyaları  hazırlamaqdan 

və  impulslan  sinir,  əzələ  və  sekretor  hüceyrələrə  ötürməkdən  ibarətdir. 

Neyronlar 3 əsas qrupa bölünür:

1. 

H issi (sensor,  afferent,  affektor,)

  neyronlar -   daxili  və  xarici  mühitdən

siqnalları qəbul edir.

2. 


Assosiativ

  (aralıq,  vasitəçi)  neyronlar-müxtəlif  sinir  hüceyrələrini 

əlaqələndirir.

3. 

Hərəki

  (efferent,  effektor,  motor)  neyronlar  -   siqnalları  mərkəzi  sinir 

sisteminin  yuxan  şöbələrindən  aşağı  şöbələrə,  yaxud  irsi  orqanlara ötürür.  Ney­

ronlar  bir-biri  ilə  müxtəlif  tipli 



sinapslarla

  əlaqələnir  və  onlar  astronomik 

rəqəmlərlə  ifadə  olunur  (1015-1016).  Sinapslann  əsas  hissəsi  neyronun 

dendritlərində,  nisbətən  az  hissəsi-somada,  ən  az  hissəsi  isə-aksonda  yerləşir. 

Yerləşməsindən  asılı  olaraq  sinapslar  3  qrupa  - 

aksodendritik  (dendritlərdə 

yerləşən), 

aksosomatik 

(somada-cisimdə 

yerləşən) 

və 

akso-aksonal 

(aksonlarda  yerləşən)-bölünür.

  Heyranlarda  oyanma  yalnız  bir  istiqamətdə- 

dendritlərdən  somaya və  aksona  doğru  nəql  olunur.  Başqa toxumalardan  fərqli 

olaraq  sinir  toxumasında  neyronlardan  başqa  digər  hüceyrələr  də  mövcuddur. 



Neyroqliya

-sinir  toxumasının  əsas  kütləsini  təşkil 



edən  qlial  elementlərdən 

(hüceyrələrdən)  ibarət  olub,  neyronlar  arasındakı  bütün  boşluğu  doldurur  və 

köməkçi  funksiyaları  yerinə  yetirir.  Anatomik  cəhətdən  onlar  2  qrupa- 

oliqodendritlər

 və 


astrositlər

 (beyində neyronun cismi  ilə kapilyarlann arasında 

yerləşir)  və 

Şvannov  hüceyrələri

  (periferik  sinir  sistemində  yerləşir,  millin 

əmələ  gətirən  qlial  hüceyrələrdən  əmələ  gəlir)-bölünür.  Bunların  hər  ikisi 

birlikdə aksonlann ətrafında möhkəm millin qişasını əmələ gətirir. Neyronlardan 

fərqli olaraq astorositlər və  digər qlial  hüceyrələr bölünmə  xassələrinə malikdir. 

Qliya

 -mərkəzi  sinir sistemində  dayaq  və  müdafiə  funksiyalarını  yerinə  yetirir. 

Neyron  və  neyroqliya  arasında  15-20  nm  uzunluğunda yarıqlar  vardır ki,  onlar 

da maye  ilə  dolu  olan  interstisial  boşluq  əmələ  gətirir.  Neyronlararası  mərkəzi



111


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə