Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə53/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   49   50   51   52   53   54   55   56   ...   205

qabiliyyəti  onların təsərrüfat  əhəmiyyətini  xarakterizə  edən  ən  başlıca göstəricidir. 

Ali  heyvanlar cinsi  yolla çoxalır.  Bu  zaman  erkək  və  dişi  cinsiyyət hüceyrələrinin 

birləşməsindən  (qameüərdən)  ziqota

 

əmələ  gəlir.  Ziqotadan  isə  embrional  inkişaf 



nəticəsində  yeni  oıqasüzm-embrion

 

inkişaf  edir.  Cinsiyyət  hüceyrələrinin  əmələ 



gəlməsi və  sonrakı proseslərin hamısının dinamikası çoxalma- reproduktiv

 

üzvləri 



vasitəsilə  həyata  keçirilir  və  dişi  fərdlərdə  cinsiyyət  tsikli,  mayalanma,  boğazlıq, 

doğuş və  doğumdan  sonrakı  dövrlə

 

müşayət  olunur.  Çoxalma prosesi  bütünlükdə 



bilavasitə genlərin iştirakı, daimi nəzarəti ilə həyata keçirilir və neyrohumoral  yolla 

tənzimlənir.  Bu proseslərin hər biri genetik xarakter daşıdığı üçün ayn-ayn  heyvan 

növlərində  kəmiyyət  və  keyfiyyət  əlamətlərinə  görə  bir-birindən  fərqli  olur. 

Laktasiya  prosesi-südün  əmələ  gəlməsi  (laktopoez)  və  ixrac  olması  reproduktiv 

çoxalma  ilə  bilavasitə  qarşılıqlı  əlaqədə  olan  proses  sayılır.  Çoxalmada  ən  vacib 

amillər sayılan  erkək  və  dişi  qametlərin  heyvanların  postnatal  inkişafının  nisbətən 

əvvəlki  cinsiyyət  yetişkənliyi  dövründə  əmələ  gəlir.  Spermatogenez  və  ovogenez 

ümumi  bioloji  xüsusiyyətlərə  malik  olsalar  da,  öz  fərqli  xüsusiyyətləri  ilə 

səciyyələnir.  Yaxşı  yemləmə  və  bəsləmə  şəraitində  heyvanlarda  ilk  cinsiyyət 

reaksiyaları  başlayır ki, bu dövr cinsiyyət yetişkənliyi

 

adlanır. Bu zaman erkəklərdə 



cinsiyyət orqanlan tam  inkişaf edir,  yumurtalıq və toxumluqlarda cinsiyyət hücey­

rələri əmələ gəlir, heyvanda cinsiyyət əlamətləri (oyanma, cinsiyyət refleksləıi və s.) 

yaranır,  hormonlar  ifraz  olunur,  dişilərdə  isə  cinsiyyət  yollarında  dəyişikliklər 

başlayır.



Cinsiyyət yetişkənliyi

 

zamanı  cinsiyyət  aparatının  morfoloji  və  funksional



cəhətdən  formalaşması,  erkəklərdə  dişiləri  mayalandırma,  dişilərdə  isə  ziqotanı 

yaratma  və  boğazlıq  qabiliyyətinin  olmasından  ibarət  prosesdir,  təsadüfi  və 

qəflətən  xarakter  daşımır,  orqanizmin  fərdi  inkişafi  nəticəsində  yaranır  və  tam 

irsi  və  növdaxili  xarakter daşıyır.  Bu proses  zamanı  cinsiyyət orqanlan tədricən 

inkişaf  edir,  böyüyür,  formalaşır  və  ikinci  cinsiyyət  əlamətləri  yaranır.  Cinsi 

yetişkənlik  müddəti  heyvanın  növündən,  genetik  statusundan,  cinsindən, 

yemlənmə,  saxlanma şəraitindən və iqlim amillərindən asılı olaraq müxtəlif olur. 

Dişi heyvanlarda cinsiyyət yetişkənliyinin müddəti (aylarla) aşağıdakı kimidir: 

dəvədə  (mayada)-9-12 

düyədə-6-9 

dayçada-16-18 

qoyn və keçidə-5-8 

donuzda-5-8 

itdə-6-8


pişikdə və dovşanda-4-5 

eşşəkdə-12-15

Erkəklərdə  də  cinsiyyət  yetişkənliyi  təxminən  həmin  yaşlarında  başlayır. 

Cinsi  yetişkənlikdə  hipofizin-follikulastimullaşdıncı  (FCH)  və  lyuteinləşdirici 

(LH)  hormon 

əsas  rol  oynayır.  Bu  prosesdə  mərkəzi  sinir  sistemi 

(hipotalamusun  preoptik  nahiyəsi,  badamvari  nüvəsi  və  beyinin  limbik  sistemi) 

də  iştirak  edir.  Cinsiyyət yetişkənliyi orqanizmin fizioloji cəhətdən  tam  inkişaf 



etməsindən  əvvəl başlayır,  vaxtından  əvvəl cütləşmə  nəticəsində  həm  ananın,

114


həm  də  embrionun  normal  inkişafı  ləngiyir,  balasalma  müşahidə  edilir,  zəif 

bala  doğulur.

  Bu  baxımdan  heyvanların 



fizioloji  yetişkənlik

  dövründə 

cütləşməsi  reproduktiv  çoxalmada  ən  vacib  şərt  sayılır  və  xüsusi  təsərrüfat 

əhəmiyyəti kəsb edir.



Fizioloji  yetişkənlik  -

  cavan  erkək  və  dişi  heyvanlarda  həmin  növ  cinsə 

mənsub  olan  yaşlı  fərdin  diri  kütləsinin  70-75%-ni  təşkil  etdiyi  və  ona məxsus 

əlamətlərin  formalaşdığı  dövr  hesab  olunur.  Yetişkənliyin  bu  növü  heyvanların 

yaşma,  diri  kütləsinə  və  cinsiyyət  orqanlarının  inkişaf  dərəcəsinə  görə  təyin 

edilir və heyvanlarda onun müddəti aşağıdakı kimidir (aylarla): 

dəvədə 

-   40 


dayçada -  36 

düyədə -   16-18 

qoyun və keçidə -   12-18 

donuzda 9-12 

it və pişikdə  10-12 

dovşanda -  4-8 

eşşəkdə  30-32

Cinsiyyət tsikli-  cinsi yetişkən dişi heyvanlarda çoxalma ilə əlaqədar olaraq 

əmələ  gələn  mürəkkəb  neyrohumoral  reflektor və  periodik  olaraq təkrar olunan 

kompleks  morfoloji,  fizioloji  və  biokimyəvi  dəyişikliklər  kompleksindən  ibarət 

olub,  çərəaxıtma,  ümumi  cinsi  oyanma,  hövrəgəlmə  və  ovulyasiya  ilə 

xarakterlənir  və  2  qrupa  bölünür:  1.  Politsiklik-(çox  dövrlü)  cinsiyyət  tsikli 

(boğazlıq  əmələ  gəlmədikdə  bütün  il  boyu  vaxtaşırı  fasiləsiz  olaraq  davam 

etməklə  madyan,  inək,  camış,  qoyun,  keçi,  donuzda  müşahidə  edilir);  2. 

Monotsiklik (tək dövrlü) cinsiyyət tsikli ildə

 

1, bəzən isə 2 dəfə olur (it, pişik və 



vəhşi  heyvanlarda  baş  verir).  Bu  dövr  dişilərin  cinsiyyət  orqanlarında, 

ümumilikdə  isə  bütün  orqanizmdə  bir  oyanma  dövründən  digərinə  qədər  olan 

dəyişikliklərlə  xarakterlənir və  3  mərhələ  -oyanma,tormozlanma  və müvazinət 

ilə müşayət olunur.  Oyanma dövrünün özü isə 4 fenomen- çərəaxıtma,  cinsiyyət 



oyanması  (ümumi  reaksiya),  hövrəgəlmə,  follikulalann  yetişməsi

 

və 



ovulyasiya

 

ilə  növbələşir.  Oyanma



 

mərhələsində  bütün  reflekslərin  hamısı 

cinsiyyət  refleksinə  tabe  olur.  Çərəaxıtma-

 

cinsiyyət  yollarının  epiteli 



hüceyrələrinin və balalığın borulu-alveolyar vəzilərinin fəaliyyətinin güclənməsi 

nəticəsində cinsiyyət orqanlarında selikli mayenin axmasından ibarətdir.



Cinsi  oyanma

 

cinsiyyət  hormonlarının  sinir  sisteminə  təsiri  nəticəsində 



narahatlığın,  iştahasızlığın,  məhsuldarlığın  azalmasının,  südün  duzlu  olmasının, 

çürüməsinin  və  ağız  südünü  xatırlamasının  baş  verməsidir.  Hövrəgəlmə

 

-   dişi 



heyvanın  erkək  heyvana  qarşı  müsbət  cinsiyyət  reaksiyasının  yaranması,  onun 

erkək fərdə yaxınlaşması, cinsiyyət aktı vəziyyəti alması ilə səciyyələnir.



Erkək  heyvanlarda  cinsiyyət  orqanlarına

 

toxumluqlar  (didimis,  erkək 



cinsiyyət  vəziləri),  toxumluq  (xaya)  artımları  (epididimis),  toxumaparan 

kanallar,  toxum  kisəcikləri,  əlavə  cinsiyyət  vəziləri  (qovuğabənzər,  soğanaq, 

kuper-prostat vəziləri) və  erkək cinsiyyət üzvü  (penis)  aiddir.  Xayalar cüt orqan 

olub  öz  artımı  ilə  birlikdə  xaya  torbasında  yerləşərək  spermatozoidlərin  və



115


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə