Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə55/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   51   52   53   54   55   56   57   58   ...   205

arxa-arxaya  birləşm əklə  davam  etdirir,  proses  13-14  dəqiqə  davam  edir. 

Bütün  heyvanlardan  fərqli  olaraq  cinsiyyət  reaksiyası  erkək  dəvələrdə 

olduqca  aqressiv  formada  keçir.  Bu  proses  əsasən  ilin  soyuq  qış  aylarında 

baş  verir.  Həmin  dövrdə  erkək  dəvə  yemdən  tamamilə  im tina  edir,  çox 

güclü,  köpüklü  tüpürcək  əmələ  gəlir,  insanlara  hücum  edir  və  uzaq 

m əsafədən  onlara  tüpürür.  El  arasında  buna  «nər  qızıb»  deyirlər.  N ər 

insan  üçün  çox təhlükəli  olduğu  üçün  həmin  dövrdə  bir  neçə  gün  onun  ön 

ətraflarını  möhkəm  çidarlayır,  cinsiyyət  reaksiyası  tamamilə  söndükdən 

sonra  onu  çidardan  azad  edirlər.  Buna  oxşar  reaksiya  buğada,  xüsusilə 

kələdə  də  müşahidə  olunur.  Hövrəgəlm ə  aktı  başladıqda  kələ  olm adıqda 

cam ışlar  onu  axtarır,  bəzən  isə  onu tapana  qədər uzaq  məsafəyə  m iqrasiya 

edir.  İtdə  və  digər  yırtıcı  vəhşi  ət  yeyən  heyvanlarda  (canavar,  tülkü, 

çaqqal,  yenot  və  s.)  koitus  nisbətən  uzun,  bəzən  isə  2  saata  qədər  davam 

edir  və  bu  müddət  ərzində  onlar  birləşm iş  vəziyyətdə  olur.  Şirlər  də 

koitusu  yatılı  vəziyyətdə  keçirir.  Lakin  koitus  zamanı  erkəklər  sakit 

davrandığı  halda,  dişilər  ona  qarşı  olduqca  aqressivlik  göstərir,  sanki 

onunla 

dava  etməyə 



çalışır. 

İnsanda  koitus 

sinir  tipindən  və 

tem peram entlik  dərəcəsindən  asılı  olaraq  ayrı-ayrı  fərdlərdə  bir-birindən 

xeyli  fərqlənir və  m üxtəlif müddət davam  edir.

Çoxalma prosesi  ilə  əlaqədar bütün  reaksiyalar sonda myalanm a və  ən 

həlledici,  olduqca  mürəkkəb  və  nəslin  davam çısı,  irsiyyətin  ən  dayanıqlı 

daşıyıcı  sayılan 



boğazlıqla

  yekunlaşır. 



Boğazlıq  (qraviditas)  -

  irsiyyətin 

sitoloji  əsası  sayılan  xromosom  və  genlərin  vasitəsilə  əlamət  və  xassələrin 

valideynlərdən  gələcək  nəsil  törəm ələrinə  keçməsi  prosesinin  əsas  və  ən 

birinci  təm inatçısı  sayılan  mürəkkəb  fizioloji  prosesdir.  Bu  proses 

ziqotanın  əmələ  gəlm əsindən  balanın  doğulm asına  qədər  dişi  fərdlərin 

orqanizmində  baş  verir  və  praktiki  olaraq  onun  başlanğıcı  sonuncu 

mayalanm a  hesab  olunur.  Boğazlıq  balalıqda  bir  və  ya  bir  neçə  dölün 

inkişaf etm əsindən  asılı  olaraq 

birdöllii  (ilk  doğuş)

  və 


çoxdöllü

  (əgər  baş 

versə  sonrakı  təkrar  doğuşlar)  formaya  böölünür.  Gedişinə  görə 

boğazlığın 



fizio lo ji

  (ana  və  dölün  normal  fizioloji  vəziyyətinin  davam 

etməsi)  və 

patoloji

  (ananın  və  inkişafda  olan  dölün  orqanizmində  gedən 

fizioloji  proseslərin  pozulması  və  patologiya  ilə  müşayət  olunması) 

formaları  ayırd  edilir.  Ana  bətnində  dölün  inkişafında  3  əsas  mərhələ 

mövcuddur:

1. 


B lastosisitlər  (blastula)  m ərhələsi-

  mayalanm adan  ziqotanın 

yum urtalıq  (fallopi)  borusundan  balalığa  daxil  olması  və  inkişafı  ilə 

xarakterlənir və  10  gün  davam  edir.

2. 

E m brional  (rüşeym )  dövrü

  rüşeymin  balaətrafı  pərdələrlə  (ətənə 

ilə)  birləşm əsi  ilə  səciyyələnir,  11-ci  sutkadan  40-cı  sutkaya  qədər  davam 

edir.


3. 

F etal  (döl)  d ö vrü -

  dölün  böyümə  və  inkişafı  ilə  səciyyələnir  və 

doğuma  qədər  olan  m ərhələni  əhatə  edir.  Bəzi  m üəlliflər  (A .P.Studensov 

və  b.,  1980)  heyvanların boğazlığına d ig ər-p o stfetal-d ö v rü   də  (doğumdan



118


fizioloji  yetişkənliyə  qədər  olan  dövr)  əlavə  edirlər.  Əlbəttə,  bu  dövr  bir 

növ  məcazi  m əna  daşıyır.  Boğazlığın  m üddəti  inəkdə  -285  (240-311), 

qoyun  və  keçidə-150  (146-160),  donuzda  114  (110-140),  m adyanda  -340 

(307-412),  eşşək d ə-  380  (360-390),  dəvədə-365  (335-395),  cam ışda-307 

(300-315),  itdə  və  canavarda  -   62  (59-65),  fıldə-660,  su  itində-456, 

zürafədə-420,  Şimal  m arallannda-225  (195-243),  ayıda-200,  pələngdə- 

154,  pişikdə-58  (55-60),  dovşanda-51  (50-52),  gəm iricilərdə-22  (20-25) 

sutkadır.  Ümumiyyətlə,  heyvanların  çoxalm a  funksiyalarının  göstəriciləri 

bir-birindən xeyli  fərqlənir (cədvəl  5).

Cədvəl 5.

Heyvanların çoxalma funksiyalarının əsas göstəriciləri (A.A.Sisoyev, 1980)

H e y v a n ­

ın  n ö v ü

İlk mayalan­

manın 

optimal 

müddəti 

(aylarla)

Cinsiyyət

tsiklinin

davamiyyəti

(günlərlə)

Hövrə-

gəlmənin

davamiyyəti

(saatlarla)

Ovulyasiyanın

müddəti

Boğazlığın

orta

hesabla

müddəti

(günlərlə)

At

36-48


20-21

48-114

Hövrəgəlmənin__sonuna_1-2_gün__qalmış__340__İnək'>Hövrəgəlmənin 

sonuna  1-2 gün 

qalmış

340

İnək

16-18


18-22

12-18

Hövrəgəlmənin 

sonuna  10-15 

saat qalmış

285

Qoyun 

və keçi

12-15


16-17

24-3 6


Hövrəgəlmənin 

1-ci sutkasının 

sonuna qalmış

150

Donuz

8-11


20-21

48-7 2


Hövrəgəlmənin 

2-ci sutkasında

114

Canlı  orqanizmlər  öz  nəslini  çoxalma  yolu  ilə  davam  etdirməklə  bütün 

əlamət  və  xassələrini  gələcək  nəsillərə  ötürür.  Hüceyrənin  bölünməsi  çox

119



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə