Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə58/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   54   55   56   57   58   59   60   61   ...   205

gəlir.  Bu  7.ЯШЯП  sınapsis  və  xiazmlar  xromatidlərin  homolojı  sahələrində  gen 

mübadiləsinin baş verməsinə zəmin yaradır və 



krossinqover

 prosesi baş verir.



Diakinez  -

  mərhələsində  bivalent  xromosomlar  çox  qısalır  və  hər  bir 

xromosomun qız xromatıdlən görünməz olur.

P ro f aza

 -

1

: xromosomlar görünməyə başlayır və ikiləşir.

Metafaza

  -   I  Cüt  xromosomlar  hüceyrənin  mərkəzində  bir-birinə  əks 

istiqamətdə yerləşir

A nafaza-I.

  cüt  homolojı  xromosomlann  hər  biri  hüceyrənin  qütblərinə 

çəkilir.

Telofaza

 -I: Hüceyrənin başlanğıc bölünməsi sona çatır.



P rof aza  -

  II:  Xromosomlar  yenidən  mitotik  bölünmədə  olduğu  kımı 

görünməyə başlayır.

Metafaza

 -  II:  Xromosomlar yenidən hüceyrənin mərkəzində yerləşir



Anafaza

 -  II: xroıııatıdlər bir-birindən ayrılaraq əks istiqamətdə yerləşir.



Telofaza -

 П: hüceyrənin bölünməsi sona çatır və dörd haploid hüceyrə əmələ gəlir

Heyvan  hüceyrəsində  mcyoz  prosesi  erkək  və  dişi  cinsiyyət hüceyrələrində 

bır-bırindən olduqca fərqli  surətdə baş verir (şəkil  10).

um

Şəkil 9.



 

Meyoz və mitozun müqayisəsi və fərqi (F. Ayala,  C.Kayger,  1987)

128



129


Spermatogenez

  -erkək  fərdlərin  toxunduqlarının  qıvrım  kanalcıqlarında, 

ovogenez  isə  dışı  fərdlərin  yumurtalıqlarında  həyata  keçirilir.  Hər  iki  proses 

olduqca  mürəkkəb  xarakter  daşıyır.  Spermatogenez  prosesi  zamanı  ilkin 

spermatozid  adlanan  hüceyrə  iki  ədəd  ikincili  spermatozidə  bölünərək  dörd 

spermatid əmələ gətirir.  Sperıuatogenezm gedişi zamanı  hər bir spermatid özünə 

məxsus  başcığı  və  uzun  quyruğu  (qamçısı)  olan  spemıatozoidə  çevrilir  (şəkil 

11

).

1

Spermiyanın quruluşu:



1-  Başcıq; 2 - boyun;  3-cisiın; 4 -  quyruq;  ə-akıosom; 6-nüvə;  7-mcmbrana;  8- 

sentriolalar;  9-ox sapı;  10-spiralabənzər sap.

Buna  uyğun  olaraq  ovogenez  prosesi  zamanı  yumurta  hüceyrəsi  (oosıtlər) 

əmələ  gəlir.  Lakin  spermatozoiddən  fərqli  olaraq  bu  zaman  sitoplazma  başqa 

formada  bölündüyü  üçün  yalnız  bir  ədəd  yumurta  hüceyrəsi  formalaşır. 

Spermatozoidin  əsas  funksiyası  öz  nüvəsini  yumurta  hüceyrəsinin  daxilinə 

yeritməkdən  ibarətdir.  Bu proses mayalanma adlanır (şəkil  12).

130



Şəkil 12.

  Mayalanma  1,2,3,4-akrosom reaksiyasının mərhələləri; 5-pellikula zonası 

(şəffaf  zona);  6-perivital  sahə;  7-plazmatik  membran;  8-kortikal  dənə;  8a-kortıkal 

reaksiya;  9-spermamn  yumurtahüceyrəyə  daxil  olması;  10-mayalanma  reaksiyası

(C.Nocəfov və b„ 2010).

Spermatogenez  və  ovogenez  prosesləri  4  mərfıələ  il



a-çoxalma,  böyümə, 

yetişmə  və  formalaşma-müşayat

  olunmaqla  bu  zaman  onların  forması  və 

böyüklüyü  dəyişilir,  xromosomlarda  isə  çox  kəskin  dəyişiklik  və  mürəkkəb 

proseslər  gedir.  Spermatozoidlər  müxtəlif (X  və  У),  oositlər  isə  eyni  (X  və  X) 

xromosomlara 

malik 


olduğundan 

yumurta 


hüceyrəsi 

X-xromosomlu 

spermatozoıdlə  birləşdikdə  dişi, 

Y

  -xromosomlu  ilə  birləşdikdə  isə-eıkək  döl 

inkişaf  edir.  Spermatogenez,  ovogenez  və  qametogenez  prosesləri  sxematik 

olaraq  13-ci  şəkildə  təsvir  olunur.  Xromosomlann  cinsiyyətə  təsiri  isə  14-cü 

şəkildə 

öz 


əksini 

tapmışdır. 

Yumurta 

hüceyrəsindən 

fərqli 

olaraq 


spermatozoidlər  çox  hərəkətli  olub  inəklərdə  -3-14  dəqiqə,  madyan  və 

qoyunlarda  -1  saat,  itlərdə  isə  -1  dəqiqə  müddətində  yumurtalıq  (fallopi) 

borusuna  çataraq  onun  yuxan  1/3 

hissəsində  yumurta  hüceyrəsi  ilə  birləşir 

və  mayalanma prosesi  gedir.  Vagina tipli  mayalanmaya malik  olan heyvanlarda 

(iri  və  xırda  buynuzlu  heyvanlar,  marallar,  dovşanlar)  eyakulyat  (bir  cinsiyyət 

aktı  zamanı  ifraz  olunan  bütün  sekret  kütləsi-sperma,  spermiyalar,  xaya 

artımının  və  əlavə  cinsiyyət  vəzilərinin  sekretləri)  sinxron  qaydada  balalıq 

boynuna,  balalıq  tipli  mayalanmaya  malik  olanlarda (it,  at,  donuz)  isə  asinxron 

olaraq  (birbaşa)  balalığa daxil olur.  Spermanm spermatozoidlər olmayan hissəsi 

onun plazması  (toxum  plazması)  adlanır.  Eyakulatın  1  ml-də  buğada  500  mln-1 

mlrd,  qoçda-1-2  mlrd,  donuzda-11-12  mln,  ayqırda-10-25  mln,  xoruzda-1,4-2.7

131



mln  spermatozoid  olur.  Eyakulyatın  miqdarı  buğada-5-15,  qoçda-1.3.5. 

donuzda-200-1000,  ayqırda-50-600, xoruzda-0,4-1,6 ml təşkil  edir.

Bütün  spermatozoidlər üçün  xarakter xüsusiyyət  ondan  ibarətdir ki,  onların 

hamısı  mənfi  elektrik  yükünə  mənsubdur,  bu  da  onların  bir-birinə  yapışmasına 

imkan  vermir.  Heyvanlarda  və  insanlarda  spermatozoidin  əmələ  gəlməsi  külli 

miqdarda olub,  çox müxtəlifdir.  Məsələn,  itlərdə  bir dəfəki  cinsi  akt  zamanı  60 

mln,  qoçlarda  1  mlrd,  atlarda  10  mlrd,  insanda  isə 200  mln  spermatozoid  əmələ 

gəlir.  Spermatozoid  xaricdən  sitolemma  ilə  örtülür  ki,  onun  da  ön  tərəfində 

yumurta  hüceyrəsinin  reseptorunun  tanınmasını  təmin  edən  xüsusi  reseptor- 

qlikoziltransferansferaza  yerləşir.  Meyoz  və  mitoz  prosesləri  öz  gedişinə  və 

mərhələlərinə görə bir-birindən kəskin surətdə fərqlənirlər.

Şəkil 13.

  Qametogenezin sxemi



1-çoxalma dövtii; II-böyümə dövtii; III-yetişmə dövrü,  IV-formalaşma dövrü;  V-mayalanma. 

1-spermatoqonilər;  2-I-dərəcəli  spermatositlər;  3-II-dərəcəli  spermatositlər;  4-spermatidlər;  5- 

spermatozoidlər;  6-ovoqonilər;  7-I-dərəcəli  ovositlər;  8-II-dərəcəli  ovositlər;  9-1-qütb  cisimciyi; 

10-yumurtahüceyrəsi; ll-Tl-qütb cisimciyi;  12-:iqota  (C.Nəcəfov və b.,2010).

132



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə