Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə54/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   50   51   52   53   54   55   56   57   ...   205

hormonun  hazırlanmasına  xidmət  edir, 

müdafiə 


və  termorequlyasiya 

funksiyalarını  yerinə  yetirir,  çoxlu  sayda  qıvrım  kanalcıqlara  malikdir.  Yaşlı 

qabanın  bir  xayasında  həmin  kanalcıqların  uzunluğu  3000  m-dir.  Cinsi 

yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır.  Onlar 6- 

8  gün  xaya  artımında  yerləşərək  burada  yetişir  və  toxumaparan  kanalın 

divarındakı 

əzələlərin 

yığılması 

nəticəsində 

həmin 


kanala 

keçir. 


Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə): 

buğada -  54 

qoçda -  49

donuzda (qabanda)- 34 

ayqırda -  42 

dəvədə -  56 

dovşanda -  41 

xoruzda -  25

Spermanın-erkəklərdə  cinsiyyət aktı  zamanı  ifraz  olunan  mayenin hidrogen 

ionlarının koesentrasiyası -  pH=6,5-6,9 olur.

Kənd  təsərrüfatı  heyvanlarının  dişi  cinsiyyət  üzvlərinə

 

yumurtalıqlar, 



yumurtalıq  boruları,  balalıq,  balalıq  buynuzları 

və  dəhlizi  (vagina),  xarici 

cinsiyyət  orqanları  (cinsiyyət  dodaqları,  klitor)  aiddir.  Mayalanma  yumurta 

borularında,  dölün  inkişafı  isə-balalıq  buynuzlarında  gedir.  Yumurtalıqlar 

mürəkkəb  orqan  olmaqla  follikulalardan  və  sarılıq  cisimlərindən  ibarət  olan 

qabıq  (follikulyar)  və  beyin  (damarlı)  maddələrə  ayrılır.  Ovogenez  prosesi 

follikulalarda 

baş 


verir, 

yumurtalığın 

qabıq 

maddəsində 



ooqoniya 

hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır.



Cinsiyyət  aktı  (koitus)-

 

şərti  və  şərtsiz  reflekslərin  mürəkkəb  kompleksi 



olub,  spermanın 

əlavə  cinsiyyət  vəziləri  sekretlərinin  erkəklərin  cinsiyyət 

aparatından 

ixrac 


edilməsi 

və 


onlann 

dişilərin 

cinsiyyət 

aparatına 

yeridilməsindən  ibarətdir və  4  əsas  refleksdən -  ereksiya,  qucaqlama

,  


birləşmə 

və  eyakulyasiya

 

təşkil  olunur.  Bu  reflekslərin  hamısı  qeyri-şərti  reflekslərə 



aiddir.  Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu 

və  təkamül  nəticəsində  qazandığı  bioloji  qanundan  ibarət  olmaqla,  cinsiyyət 

yetişkənliyi  ilə  eyni  dövrdə  yaranan  cinsiyyət  instinktindən

 

ibarətdir.  Dişi 



fərdlərdə  cinsiyyət  instiktinti  follikulalann  yetişməsindən  əvvəl,  erkəklərdə  isə 

spermogenezin  başlaması  dövründə  yaranır.  Orqanizmin cinsiyyət hormonlarına 

qarşı  reaksiyası  cütləşmə

 

formasında  təzahür  edir.  Cütləşmə  yalnız  təbii 



mayalanmaya aid olmaqla,  süni mayalanma ilə heç bir əlaqəsi yoxdur,  çünki  bu 

proses  iki  müxtəlif  cinsiyyətə  malik  olan  fərdlərin  qarşılıqlı  münasibətindən 

ibarət olan bir prosesdir.  Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları 

cinsiyyət aktı  reflekslərinin yaranmasına başlıca zəmin yaradır.



Ereksiya  refleksi 

-

  müvazinət halına nisbətən  qan  damarları  ilə  penisə  bir 

neçə  dəfə  artıq  qanın  gəlməsi  və  onun  mağaralı  cisminin  və  venoz  kavemalı 

sahəsinin  qanla  çox  güclü  təchiz  olunması  və  möhkəmlənməsinin  tədricən  baş 

verməsi  ilə səciyyələnir.

116



Qucaqlama  refleksi  -

  törədicinin 

dişi  fərdin  üzərinə  qalxması  və  ön 

ətrafları  ilə  onu  qucaqlamasından  ibarət  olub,  ayqırlarda  və  donuzlarda  çox 

güclü, buğa, təkə və qoçlarda isə nisbətən zəif nəzərə çarpır.  Bu refleks də irsi və 

növdaxili  xarakter  daşıyır,  bəzi  variasiyalara  malikdir,  eyni  vaxtda  birləşmə 

refleksii yaranır, törədicinin  fəal hərəkəti nəticəsində penis vaginaya daxil olur 

(immitsio),  onun  dinamiki  hərəkəti  (friksio)  nəticəsində  termiki  və  mexaniki 

reseptorlan qıcıqlanır və eyakulyasiya başlayır. 

Vaginal myalanma

 qrupuna aid 

olan  heyvanlarda  koitus  qısa,  eyakulyasiya  sinxron  olmaqla,  sperma  balalıq 

boynuna  daxil  olur.  Bu  qrupun  tipik  nümayəndələri  iri  və  xırda  buynuzlu 

heyvanlar, bütün antilop növləri və dovşanlar sayılır.

Balalıq  mayalanması

  qrupuna  aid  olan  heyvanlarda  sperma  bir  başa 

balalığa  daxil  olur  (at,  eşşək,  donuz,  pişik,  itlər  və  tülkülər),  onlarda  koitus 

nisbətən uzun çəkir,  eyakulyat asinxron xarakterlidir.  Göründüyü kimi,  müxtəlif 

mayalanma  tipinə  malik  olan  heyvanlarda  cinsiyyətli  aktı  fərqli  xüsusiyyətə 

malikdir (cədvəl 4).



Cədvəl 4.

Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda  cinsiyyət aktının fərqlənməsi

(A.P.Studensov və b., 1980)

C insiyyət aktı (koitus)

Balalıq mayalanması

Vaginal mayalanma

Koitusun müddəti

Uzun

Qısa

Eyakulyasiya

Dəqiqələrlə hesablanır

Saniyələrlə hesablanır

Eyakulyatm həcmi

Böyük

Kiçik

Spermiyalann 

konsentrasiyası (qaühğı)

Azacıq

Böyük

Əlavə cinsiyyət vəziləri

Yaxşı inkişaf etmişlər

Z əif inkişaf etmişlər

Vaginal  tipli  mayalanm aya  m alik  olan  heyvanlarda  koitusun  qısa 

m üddətli  olm asının  səbəbi  spermiyanın  xaya  artım ından  genişlənm iş  am- 

pulabənzər toxum aparan kanala daxil  olub  oradan  vaginaya gətirilm əsi  za­

manı  birləşm ə  refleksinə  qədər  ləngim ənin  baş  verm əsidir.  Spermiyanın 

ləngim əsinin  səbəbi  isə  məhz  toxum çıxarıcı  kanalın  genişlənmiş  ampu- 

layabənzər  quruluşa  malik  olm asıdır.  Buğa,  qoç  və  təkədə  cinsiyyət  aktı 

ilə  eyakulyasiya  eyni  vaxtda  baş  verərək  2-10,  antiloplarda  isə-10-15 

saniyə  davam  edir.  A yqırın  və  eşşəyin  cinsiyyət  aktı  1-3  dəqiqə, 

eyakulyasiya  isə-5-10  saniyə,  donuzda  bu  göstəricilər  müvafiq  olaraq  10- 

15  və  7-8  dəqiqə  davam  edir.  D əvələr  cinsiyyət  aktını  yatılı  vəziyyətdə

117



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə