Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə50/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   46   47   48   49   50   51   52   53   ...   205

Н

  ! M 

'v?ri

  Г?гб

Şəkil  5.  1971-ci  il  Paris  nomenklaturasına  müvafiq  olan  insan  xromosomlarmm 

sxematik görünüşü (M.Babavev,  2006).

Xromosomlan  anilın  boyaları  ilə  boyadıqda  onların  bəzi  sahələri 

(heteroxromatin  sahə)  boyanı  intensiv  qəbul  etdiyi  halda,  digər  sahələri 

(euxromatin)  çox zəif boyanır.  Heteroxromatin  sahə  genetik  cəhətdən qeyrı-fəal 

(genlərə  malik  olmadığı  üçün),  euxromatin  sahə  isə  əksinə  çox  fəal  (genlərə 

malik  olduğu üçün)  olur.  Rentgen -   struktur analizinə  əsasən  hər bir xromosom 

çoxlu 

sayda 


(60-64) 

30A°-diametrli 

xromonemlərdən 

təşkil 


olunur 

Xromosomlann  eni  0.2-1.5  mk, uzunluğu isə 2-50  mk  olmaqla,  onların kimyəvi 

tərkibi  əsasən  (90-92%)  nukleoproteidlərdən və  nisbətən  azlıq  təşkil  edən  RNT, 

Fe. Mq, Cavə  s. ionlardan ibarətdir

Hüceyrə  nüvəsinin  elektron  mikroskopu  ilə  müayinəsi  göstərir  ki.  xro­

mosom  2  ədəd  çox  nazik  saplardan-xromatiddən təşkil  olunub.  Hüceyrənin  hə­

min 

quruluş  elementləri 



irsiyyətin 

maddi 


bazası 

hesab 


olunur.

Dezoksıribonuklein turşusu  (DNT) biopolimer birləşmə olmaqla,  onun molekulu 

ardıcıllıqla  düzülən  dezoksiribonukleotidlərdən  (monomerlərdən)  ibarətdir.Hər 

bir  monomerin  tərkibi  purin,  (adenın,  quanin),  yaxud  pirimidin  (sitozin,  tınıin) 

əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil  olunur. DNT- 

nin  molekulu  iki  polinukleotid  spiral  şəklində  birləşən,  ardıcıl  düzülmüş  azot 

əsasından,  dezoksiribozadan  və  fosfat  turşusu  qalığından  ibarət  zəncirdən 

ibarətdir.  Zəncirin  birinin  adenini  digərinin  timini  (A-T),  quanıni  isə  sitozin  ilə 

(Q-S) birləşir,  həm də zəncirlə  qarşılıqlı olaraq biri digərini  tamamlayır ki.  bu da 

kom plem entarlıq  adlanır.  Xromosomlann  tərkibində  az  miqdarda  olan  RNT- 

nin  tərkibi  də  DNT-də  olduğu  kimi  4  azot  əsasından  (adenin,  sitozin,  alanin, 

urasil) təşkil  olunmaqla, timin urasil  ilə, dezoksiriboza isə  riboza ilə əvəz olunur. 

RNT  yalnız  bir  zəncirdən  ibarətdir.  Hər  bir  fərdin  genetik  informasiyası  məhz

108



xromosomlarda  yerləşir.  Hüceyrələrin  nüvəsində  müxtəlif  sayda  dairəvi 

cisimciklər  -   nüvəciklər  yerləşir.  Nüvəciklərdə  ribosomal  ribonuklein  turşusu 

(rRNT)  və  nüvə  zülalları  (histonlar)  sintez  olunur.  Xromosomun  rRNT  sintez 

olunan  sahələri  nüvəciyin  təşkilatçısı  adlanır.  Məsələn,  donuzlarda  nüvəciyin 

təşkilatçısı  8  və  10-cu  xromosomlarda  müşahidə  olunur.  Donuzların  nüvəcik 

əmələ  gətirən  xromosomlannda  baş  verən  dəyişiklik  müxtəlif  xəstəliklərin 

(ataksiya, hərəkət koordinasiyasının pozulması  sindromu və s.) baş verməsi üçün 

zəmin yaradır.

Məşhur  genetiklər  (S.Q.Navaşin,  M.S.Navaşin,  L.N.  Delone,  Q.A.Levitski 

və  b.)  isbat  etmişlər  ki,  xromosomlann  mikroskopik  müayinəsi  zamanı  onlar 

müxtəlif  forma  və  ölçülərdə  müşahidə  olunur  və  fərdi  quruluşa  malikdirlər. 

Lakin  xromosomlarda ümumi  morfoloji  əlamətlər də  mövcuddur.  Xromosomlar 

əsasən  iki  teldən  -   paralel  yerləşən  xromatid  və  bir  nöqtədə  birləşən 

sentromerdən-ibarətdir.  Xromosomlann  qurtaracaq  hissəsi  xüsusi  spesifik 

quruluşa  malik  olub,  telomerdən  sentromerə  (xromosomlan  iki  çiyinə  ayıran 

xüsusi  sahə)  qədər  olan  hissəsi  onun  çiyini  adlanır və  hər  bir xromosomun  iki 

çiyini  olur.  Çiyinlərin  uzunluğundan  və  sentromerin  yerləşdiyi  yerdən  asılı 

olaraq xromosomlar dörd tipə bölünür (şəkil 6):

-  

Metasentrik 

-

 çiyinləri bərabər olan xromosomlar;

-  

Submetasentrik 

-

  çiyinləri  bərabər  olmayan  və  biri  digərindən  nisbətən 

qısa olan xromosomlar;

-  


Akrosentrik

 

xromosomlar -  çiyinlərindən biri digərindən çox qısa olan və 



aydın seçilməyən xromosomlar;

-  


Telosentrik

 

xromosomlann  çiyinlərindən  biri  ya tamamilə  görünmür,  ya 



da olduqca çətin müşahidə edilir.

Xromosomlann  kimyəvi  müayinəsi  göstərir ki,  onlarda iki  əsas  komponent 

-   dezoksiribonuklein  turşusu  (DNT)  və  histon  tipli  zülallar,  yaxud  protaminlər 

(cinsiyyət  hüceyrələrində)  mövcuddur.  Xromosomlann  hər  birində  xromonem 

adlanan bir tel vardır, xromonemin özü isə bir DNT molekulundan ibarətdir.

K ariotip,  onun  növ xüsusiyyətləri.  Heyvan və  bitki hüceyrələrinin xromo- 

som  müayinəsi  nəticəsində  irsiyyət  və  dəyişkənliyin  bir  sıra  ümumi  qanu- 

nauyğunluqlan  elmi  əsaslarla  ətraflı  öyrənilmiş  və  müəyyən  edilmişdir  ki,  bir 

növə mənsub  olan müxtəlif toxumaların hüceyrələrində xromosomlann sayı eyni 

olur.  Məsələn,  siçanlann  sümük iliyi,  dalaq,  limfa düyünləri,  qara ciyər, böyrək, 

qalxanabənzər  vəzi,  bağırsaq  epitelisi,  peyer  yığımı  və  s.  hüceyrələrində  eyni 

forma  və  ölçülü  40  xromosom  vardır.  Xromosomlar  xarici  quruluşuna  və 

funksiyasına  görə  bir birindən  fərqlənməklə  irsi  xüsusiyyətləri  hüceyrələrin  bir 

generasiyasından  digərinə  keçir  və  valideynlərdən  gələcək  nəslə  verilməsini 

təmin  edir.  Somatik hüceyrələrdə xromosomlar cüt və  xromosom yığımı  diploid 

(2n)  olur.  Formasına  və  böyüklüyünə  görə  eyni  olan  xromosom  cütlüyü 



homoloji xromosomlar

 

adlanır.



109


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə