Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə46/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   42   43   44   45   46   47   48   49   ...   205

olur,  sinir  mərkəzlərinin  oyanmasının  artması  zamanı  isə  qısalır.  Qıcıqlanma 

(qıcıq  amillərinin  reseptorlara  təsiri)  və  oyanma

 

(qıcığın  təsir göstərdiyi  yerdə 



əmələ  gələrək  sinir  lifləri  ilə  yayılma  prosesi)  sinir  lifləri

 

vasitəsi  ilə  həyata 



keçirilir.  Sinir liflərinin  əsas  xassələrinə  oyanma,  lingimə,  labillik,  oyanmanın 

sinirlərdə  nəql  olunması,  sinir  oyanmasının  polyarlıq  qanunu  (impulsun 

sinir  lifinin  hansı  hissəsində  əmələ  gəlməsi  və  hansı  istiqamətdə  nəql 

edildməsi),  parabioz  (müxtəlif  amillərin  təsirindən  sinir  lifinin  funksional 

qabiliyyətinin itməsi və əlverişli şəraitdə onun bərpa olunması) və s. aiddir.

Qeyd  olunanların  məntiqi  nəticəsi  ondan  ibarətdir  ki,  sinir  sisteminin  ali 

orqanizmlərin  bioloji  varlıq  kimi  mövcud  olmasında,  onun  genetik  statusunun 

sabitliyinin  təmin  edilməsində,  bütün  fizioloji  və  biokimyəvi  proseslərin 

icrasında  və  tənzimlənməsində,  nəslin  davam  etməsində,  populyasiyanın 

dayanıqlı  inkişafında  rolu  əvəzolunmazdır  və  ən  aparıcı  prioritetdir.  Sinir 

sisteminin  funksional  fəaliyyəti  isə  onun maddi  əsasını  təşkil  edən neyronlann- 

sinir  hüceyrələrinin  nüvəsində yerləşən  xromosom  dəstləri  və  onlara  məxsus 

olan  quruluş,  məlumat-informasiya,  nəqliyyat,  operator-funksional  və 

nəzarətçi  genlərin  daimi  nəzarəti  altında  olur,

 

bütün  prosesləri  onlar 



stimullaşdırır və  tənzimləyir,  son  nəticədə  isə  ali  orqanizmlər  materiyanın  canlı 

varlığı  kimi  formalaşır  və  dinamik  həyat  fəaliyyətini  davam  etdirir,  öz  nəslini 

saxlayır  və  populyasiyasını  inkişaf  etdirir.  Beləliklə,  orqanizmin  canlı  varlıq 

kimi  mövcud  olması,  onun  genetik  statusunun  təmin  edilməsi,  daxili  mühitinin 

təmin olunması üçün olduqca geniş areallı zəmin yaranır.

Orqanizm

 

-  onu cansız materiyadan əsaslı  surətdə fərqləndirən həyati vacib 



proseslərin  (maddələr  mübadiləsi-metabolizm,  böyümə,  çoxalma,  inkişaf,  sinir 

sistemi  vasitəsilə  qıcıqlanmaya  cavab  vermə,  hərəkət  etmə,  özünə  məxsus 

davranış  qabiliyyəti  və  s.)  məcmuundan  ibarət  mürəkkəb  sistem  olub,  hüceyrə, 

toxuma,  orqan  və  üzvlər  sistemindən təşkil  olunan  canlı  bir varlıqdır.  Onun tək 

və  çoxhüceyrəli  növləri  vardır.  Sonuncuların  ən  xarakterik  və  fərqləndirici 

xüsusiyyəti homeostaza və homeokinezə malik olmasıdır.



Homeostaz 

-

  orqanizmin  genetik  və  daxili  mühitinin-fıziki-kimyəvi 

sabitliyinin-konstantının  (reaksiyası-pH,  qanın  və  limfa  mayesinin  tərkibi, 

osmotik  və  arterial  təzyiqi,  bədən  temperaturu,  su-duz  mübadiləsi,  turşu-qələvi 

müvazinəti,  zülal,  karbohidrat,  yağ,  duzlar və  ion tərkibi-elektrolitlərin -  Na,  K, 

Ca,  Mq,  P,  C1  miqdarı  və  s.)  nisbətən  saxlanması, tənzim olunması  prosesindən 

ibarətdir.  Əgər homeostazın  genetik  sabitliyi  mövcud  olmasaydı,  onda  insan və 

ali  çoxhüceyrəli  heyvanların  yaşaması və  həyat fəaliyyəti  qeyri-mümkün  olardı. 

Bu termin biologiya elminə  ilk dəfə Amerika filosofu və riyaziyyatçısı  İ.Kennon 

tərəfindən  daxil  edilib.  Heyvanlar  arasında  ən  təkmilləşmiş  və  formalaşmış 

homeostaz  məməlilərə  və  quşlara  məxsusdur.  Orqanizmdə  müxtəlif maddələrin 

nisbətən  sabit  saxlanması  əsasən  qan,  limfa,  haram  ilik  mayesi-likvor  və 

bağırsaq  şirəsində-ximusda  və  s.  maye  mühitdə  təmin  olunub.  Homeostazın 

pozulması  neyro-humoral  yolla  tənzimlənir  və  bərpa  olunur.  Məsələn,  homo- 

yoterm  (mühitdən  asılı  olmayaraq  sabit  temperatura  malik  olan)  heyvanların 

hüceyrələri  yalnız  homeostazın  sabit  olduğu  şəraitdə  öz  normal  funksiyalarını

97



dayanıqlı  və  dinamik  surətdə  davam  etdirir.  Həmin  hüdudun  astanasının- 

sərhəddinin  pozulması  orqanizmin  həyat  fəaliyyətinin  dəyişilməsi,  hətta  məhv 

olması  ilə  nəticələnir.  Homeostaz  həzm  traktı  və  tənəffüs  sistemində,  qan  və 

limfa  dövranında,  qaraciyərdə,  sümük  iliyində  baş  verən  proseslərin  hesabına 

təmin  edilir.  Belə  ki,  daxili  mühitə  həzm  sistemindən  zülallar,  karbohidratlar, 

yağlar,  su,  duzlar  və  vitaminlər,  ağciyərlərdən  0 2,  qaraciyərdən  onun  özündə 

sintez  olunan  bəzi  maddələr  (öd  turşuları  və  s.),  cinsiyyət  vəzilərindən 

hormonlar,  sümük  iliyindən  qanın  formalı  elementləri,  ürəkdən  mediatorlar 

(asetilxolin,  yaxud noradrenalin-simpatin),  böyrəklərdən isə  renin fermenti daxil 

olur.  Daxili  mühitdən  isə  böyrəklər  vasitəsilə  su,  ammonyak,  sidik  cövhəri  və 

turşusu,  müxtəlif qcyri-üzvi  maddələr,  həzm  traktı  ilə-duzlar,  sidik  cövhəri  və 

digər aralıq  məhsulları,  ağciyərlərlə  C 0 2  və  s.  qazlar ekskresiya-xiric  edilir.  Bu 

olduqca mürəkkəb proseslər daimi  və  fasiləsiz olaraq davam edir və orqanizmin 

homeostazı təmin olunur.  Homeostazın təmin  edilməsində  ən  başlıca funksiyam 

hüceyrə  mübadiləsi  yerinə  yetirir.  Daxili  mühitə  maddələr  yalnız  hüceyrə 

membranı  ilə  daxil  olur,  mübadilə  məhsullan-metabolitlər  isə  hüceyrədən 

çıxaraq  hüceyrəarası  mayedə  hər  hansı  bir  maddənin  çatışmaması,  yaxud  artıq 

olması  hüceyrələrin  funksiyasını  ya  gücləndirir,  ya  da  tormozlayır.  Məsələn, 

daxili  mühitdə  zülallar çatışmadıqda hüceyrələrdə  onların  sintezi  güclənir,  artıq 

olduqda isə-əksinə  proses baş verir. Hüceyrəarası  mayedə zülalların artıq olması 

hüceyrənin  ribonukleaza fermentini  fəallaşdırır  və  həmin  ferment  RNT-yə  təsir 

etdiyi  üçün  o,  zülal  sintezində  iştrakım  dərhal  dayandırır.  Daxili  mühitin  daimi 

sabitliyi neyro-humoral yolla tənzimlənir.

H omeokinez-

  orqanizmin  dəyişilmiş  xarici  mühit  şəraitində  həyat 

fəaliyyətini  davam  etdirməsi  üçün  olduqca  vacib  və  həyati  əhəmiyyətli 

funksiyalann-eneıjinin  ayrılması,  lokomator  fəallıq  (hərəkətetmə)-  daimi 

saxlanmasından  ibarət  olub,  bəzən  homeostazın  dəyişildiyi,  yaxud  ondan  asılı 

olmayan  şəraitdə  baş  verir.  Orqanizmin  homeostazınm  və  homeokinezin 

dayanıqlı  davamiyyəti  və  saxlanması  üçün  ən  vacib  şərtlərdən  biri  maddələr 

mübadiləsidir.



Maddələr  mübadiləsi

  (metabolizm)  -   xarici  ətraf  mühitdən  orqanizmə 

müxtəlif  maddələrin  daxil  olması  və  əmələ  gələn  parçalanma  aralıq 

məhsullarının  orqanizmdən  xaric  edilməsindən  ibarət  olmaqla,  bu  zaman 

yaranan  potensial  eneıji  ayrılaraq  kimyəvi,  mexaniki,  istilik  və  elektrik 

eneıjisinə  çevrilir.  Həmin  sərbəst  enerji  növləri  orqanizmdə  əzələ  işinin  həyata 

keçirilməsi, genetik sabitliyin, bədən temperaturunun daimi dinamik saxlanması, 

hüceyrənin  quruluş  və  funksiyalarının,  onun  böyümə  və  inkişafının  təmin 

olunması üçün istifadə olunur.  Metabolizm iki bir-biri ilə həm dialektik vəhdətdə 

olan,  həm  də  əks  istiqamətdə  gedən  prosesdən-assimilyasiya-anabolizm  və 

dissimilyasiya-katabolizm ibarətdir.

Anabolizm  -

  xarici  mühitdən  orqanizmə  daxil  olan  ən  bəsit  maddələrin 

hüceyrələr tərəfindən mənimsənilməsi və onlardan daha mürəkkəb birləşmələrin 

hasil olunmasıdır.



98


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə