Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə48/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   44   45   46   47   48   49   50   51   ...   205

Sxem 2.

  Margelis və  Şvaısa görə canlı orqanizmlərin təsnifatı (1982)

Hüceyrənin  struktur  elementləri  (komponentləri)  çox  kiçik  olduğuna  görə 

onların  morfolojı  xüsusiyyətləri  öyrənilərkən  müxtəlif  ölçü  vahidlərindən 

istifadə  olunur  (cədvəl  1).  Hüceyrə  canlı  bioloji  vahid  kımı  müxtəlif kimyəvi 

birləşmələr və elementlərdən təşkil olunur (cədvəl 2,3).

101



Hüceyrə komponentlərinin ölçü vahidləri

Cədvəl 1.

Ölçü vahidi

Hərfi mənası

Metr hissələri

Millimetr

Mm

Mində 



bir, 

10'3 


m,

Mikrometr

Mkm, həmçinin pm 

kimi də işarə olunur

yaxud milyonda bir,  10'6m

Nanometr


nm

millimetrin  mində biri

Mikron

mk

Miliyardda 



bir, 

10'9 


yaxud mikrometrin mində biri

1  mk=0,001  mm

Anqstrem


1  A°=0,0001  mk və yaxud 

0,0000001 mm 

1  nm=1000 mk 

1000 mk=10000000 A°

Cədvəl 2.

Hüceyrədə kimyəvi birləşmələrin miqdan (Z.F.Qarayev və b. 2002)

Birləşmələr,  %-lə

Qeyri-üzvi

Uzvi


Su

70-80


Zülallar

10-20


Karbohidratlar

0,2-2,0


Yağlar

1,0-5,0


Qeyri-üzvi

maddələr


1,0-1,5

Nuklein turşuları

1,0-2,0

ATF və digər kiçik 



molekullu maddələr

0,1-0,5


102


Cədvəl 3.

Hüceyrədə kimyəvi elementlərin miqdan (Z.F.Qarayev və b. 2002)

Elementlər

Miqdarı,%-lə

Elementlər

Miqdarı,%-lə

Oksigen


65-75

Kalsium


0,04-2,00

Karbon


15-18

Maqnczium



0,02-0,03

Hidrogen


8-10

Natrium


0,02-0,03

Azot


1,5-3,00

Dəmir


0,01-0,015

Fosfor


0,2-1,00

Sink


0,0003

Kalium


0,15-0,4

Mis


0,0002

Kükürd


0,15-0,2

Yod


0,0001

Xlor


0,05-0,1

Flüor


0,0001

2.2.  Heyvan hüceyrəsinin quruluşu və fknksiyaları

Molekulyar  səviyyədə  apanlan  mikroskopik  müayinələrə  əsasən  ayn-ayn 

fərdlərin  həyat  fəaliyyətində  apancı 

rol  oynayan  hüceyrələr  müəyyən 

komponentlərdən,  xüsusilə  orqanoidlərdən  (ribosomlar, mitoxondrilər,  lizosomlar, 

Holci  kompleksi,  endoplazmatik  -  tor-şəbəkə,  hüceyrə  mərkəzi-sentrosom), 

sitoplazma, nüvə və hüceyrə membranından ibarətdir (şəkil  1).  Bu komponentlərin 

hamısı  hüceyrə  qişası,  təbəqəsi  -   membranı  (bioloji  qat)  ilə  əhatə  olunmaqla 

hüceyrənin  tamlığı,  ətraf mühitlə,  eləcə  də  digər  hüceyrələrlə  qarşılıqlı  əlaqəsi 

təmin olunur.



Hüceyrə membranı  (sitoplazmatik membran

)-onun  bütün komponentlərini 

xaricdən  əhatə  edən,  formasının  sabit  saxlanmasına  zəmin  yaradan, 

zədələnmə sinin  qarşısım  alan  xüsusi  qişa  olub  3  nazik  təbəqədən  (iki  zülal  və 

onların  arasında yerləşən bir lipid  qatından)  ibarətdir.  Membranın malik olduğu 

külli  miqdarda  fermentlər müxtəlif maddələrin  hüceyrəyə  mübadilə  olunmasını 

təmin  etməklə  çox  mühüm  funksiyanı  yerinə  yetirir.  Sitoplazmatik  membran 

yüksək seçicilik və  keçiricilik xassəsinə  malik  olmaqla hər maddənin hüceyrəyə 

və  əksinə,  ondan  mühitə  keçməsinin  qarşısını  alır,  beləliklə  də  onun  normal 

funksiyasını təmin edir.



Sitoplazma  -

  hüceyrədaxili  maye  olmaqla,  onun  əsas  kütləsini  təşkil  edir, 

zülalların  biosintezini  və  hüceyrələrin  həyat  fəaliyyətinin  bütün  proseslərini 

yerinə  yetirir.  Onun  tərkibinin  85%-ni  su,  10%-ni  zülallar,  5%-ni  isə  başqa 

maddələr  təşkil  edir.  Heyvan  hüceyrələrinin  sitoplazması  kolloid  maddə  olub, 

qatılığına  görə  bir-birindən  fərqlənən  iki  təbəqədən-duru  endoplazma  və  qatı 

ektoplazmadan  ibarətdir.  Bütün  orqanoidlər  (piqmentlər,  qlikogen,  zülal 

kristalları,  hüceyrə  törəmələri,  yağ  damlaları)  də  sitoplazmada  yerləşir  və 

metabolizm prosesləri də burada icra olunur.

103



Şəkil 1.

 

Heyvanı 



mənşəli 

hüceyrənin 

ultraımkroskopık  quruluş  sxemi:  I-sitozol



2- 



plazmatik  membran;  3-mitoxondri;  4-sentriol;  5- 

endositoz qovuqcuq;  6-lizosom;  7-pereksisoma; 8- 

nüvə;  9-ribosom;  10-Holci  kompleksi:  11-

mikrofılament;  12-mikroborucuq;  13-eksositioz 

qovuqcuq;  14-dənə\:ər endoplazmatik şəbəkə;  15- 

hamar  endoplazmatik  şəbəkə  (C.Xəcəfov  və  b., 

2010

)

Ribosomlar -

  sitoplazmada  səpələnmiş  formada  yerləşən  iki  qeyri-bərabər, 

bəzən  isə  dəstə  halında  poliribosom  olan  kiçik  hissəciklərdən  ibarət  olub 

hüceyrədə  zülalların  bıosintez  prosesində  çox  mühüm  rol  oynayır  və  zülal 

«fabriki»  adlanır.  Ribosomlann  ümumi  ölçüləri  150-350 A"  (anqstrem)  olmaqla 

əsas  funksiyası  nüvənin nəzarəti  altında zülal  sintez  etməkdən  ibarətdir  Onların 

tərkibində  hüceyrənin  80-90%  rRNT-si  (ribosomal)  və  zülal  olur.  Zülal  sintezi 

zamanı  mRNT  (məlumat)  ilə  birləşmiş  bır  neçə  ribosomdan  təşkil  olunan 

polisom yaranır (şəkil 2).

104



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə