Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə44/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   40   41   42   43   44   45   46   47   ...   205

təsərrüfatının  davamlı  inkişafına çox güclü neqativ təsir göstərməsidir.  Dünyada 

ərzaq  çatışmazlığının  qarşısının  alınmasında  genetika  elminin,  o  cümlədən 

baytarlıq təbabəti genetikası və biotexnologiyanın olduqca böyük rolu vardır.

Bu  baxımdan  alimlər  genetikanın  nəzəri  və  praktiki  məsələlərinə,  genetika 

mühəndisliyindən  bitkilərin,  heyvanların,  mikroorqanizmlərin  seleksiyasında, 

heyvanların  xəstəliklərinin  müalicə  və  profilaktikasında  səmərəli  üsulların  tətbiq 

edilməsindən geniş istifadə olunmasına, biotexnologiyanın son nailiyyətlərinə geniş 

yer  verilməsinə  önəmli  yer  verirlər.  Ərzaq  ehtiyatı  problemlərinin  davamlı  və 

dayanıqlı  surətdə  həll  edilməsində  kənd  təsərrüfatı  heyvanları  və  quşlann 

xəstəliklərinin  qarşısının  alınması  üçün  irsi  xəstəliklərlə  mübarizə  apanlmasmda, 

ətraf  mühitin  mühafizəsində  və  ekoloji  disbalansın  aradan  qaldırılmasında, 

genetikanın  və  onun  bir  şaxəsi  olan  baytarlıq  təbabəti  genetikasının  və 

biotexnologiyanın  müstəsna  əhəmiyyəti  vardır.  Müasir  genetika  elmi  sahəsində 

fundamental  kəşflərin  edilməsi,  yeni  mütərəqqi  üsullarla  elmi  tədqiqatların 

aparılması  heyvan,  bitki  və  mikroorqanizmlərin  seleksiyasında  və  ərzaq 

çatışmazlığının qarşısının alınmasında ümdə rol oynayır.  Məhz bu elmlərin dinamik 

inkişafi  sayəsində  yeni  yüksək  məhsuldar  buğda,  arpa,  vələmir,  qarğıdalı, 

günəbaxan,  çuğundur,  kartof,  yonca,  üzüm 

sortlan  yaradılmışdır.  Bitkiçilikdə 

totipotentlik  hadisəsi  istənilən  somatik  hüceyrənin  bitkiyə  başlanğıc  verməsi, 

mikroklonal  çoxalma  üsulu  ilə  fillokser  xəstəliyinə  çox  davamlı  üzüm  sortunun 

yaradılması,  genlərin  köçürülməsi  yolu  ilə 



ildə  7 metr inkişaf edən  və çox yüksək 

oduncaq məhsulu verən evkalipt ağacı

 növünün, yüksək məhsuldar qaramal, camış, 

qoyun,  keçi,  donuz,  quş,  an  cinslərinin  yaradılması  genetika  mühəndisləiyinin 

mütərəqqi  nailiyyəti  hesab  olunur.  Genetika  mühəndisliyinin  biotexnoloji 

proseslərdə  geniş  istifadə  edilməsi  nəticəsində  ərzaq  və  yeyinti  məhsulları 

sənayesinin  inkişafına  çox  mühüm  zəmin  yaradılmışdır.  Yüksək  texnologiyalar 

tətbiq olunmaqla Escherichia coli bakteriyasının  1- treonin amin turşusu və vitamin 

B

2



-   riboflavin  sintez  edən  sənaye  ştammlan,  o  cümlədən  lizin,  somatotropin  (boy 

hormonu), sellülazahhk və s. bakteriya  növləri alınmışdır. Hazırda artıq çörək emalı 

üçün yeni  mayalar,  yeyinti  sənayesində  işlədilən müxtəlif zülallar (yumurta zülalı- 

ovalbumin,  əzələ  zülalı-  miozin  və  s.),  həmçinin  biotexnoloji  üsulla  heyvan  və 

quşlann infeksion xəstəliklərinin spesifik prfilakhkası üçün yeni, müasir standartlara 

uğyun, yüksək immunegenliyə malik, orqanizm üçün tamamilə təhlükəsiz vaksin və 

immun  serumlar  sintez  olunur.  Genetikanın  üsullarından  baytarlıq  təbabəti  və 

heyvandarlıq təcrübəsində aşağıdakı məqsədlər üçün daha çox istifadə edilir:

-  xəstəliklərə davamlı və yüksək rezistenthyə malik olan heyvan, quş və an 

cinslərinin və xətlərinin yetişdirilməsində;

-  Heyvan, quş və anlann mənşəyinin təyin olunmasında;

-  Dölün keyfiyyətinə görə törədicilərin qiymətləndirilməsində;

-  Törədicilərin sitogenetik attestasiyası zamanı;

-  Vəhşi xəzdərili heyvanlann genetik xüsusiyyətlərinin öyrənilməsində.

Müasir  baytarlıq  təbabəti  genetikası  və  biotexnologiyaelmi  aşağıdakı  əsas

problemlərin öyrənilməsi ilə məşğuldur:



92


-  Kifayət qədər insulin,  interferon, antibiotiklər, viatminlər, əvəz olunmayan 

amin  turşuları,  yem  və  qida  zülalları,  əlavələri,  bitkilərin  mühafizəsi  üçün 

preparatlar və s istehsalı;

-  Ontogenezdə genlərin tənzimlənməsi, informasiyası və idarə edilməsi;

-   Genlərə təsir etməklə onun idarə olunmasını və tənzimlənməsini nəzarətə almaqla 

heyvanların,  quşların  və  balıqların  məhsuldarlığının  və  xəstəliklərə  davamlılığının 

artmlması, arzuolunmayan (anomal) əlamətlərin qarşısının almması;

-   Mutasiya prosesinin  idarə  edilməsi  texnologiyasının  işlənib  hazırlanması 

yolu  ilə  mütərəqqi,  əlverişli,  səmərəli  irsi  dəyişkənliyə  nail  olmaqla  yeni 

mikroorqanizm  ştammlannm,  bitki  növlərinin,  heyvan,  quş  və  an  cinslərinin 

yaradılması və onların xəstəliklərinin qarşısının alınması;

-   Heyvanlarda  cinsiyyətin  tənzim  olunması  (bu  proses  hələlik  ipək  qur­

dunun cinsiyyətinin tənzimlənməsi üçün mümkün olmuşdur);

-   Heyvanlarda genlərin  surətinin  alınması  üçün  somatik hüceyrələrdən  alı­

nan  xüsusi  genetik  materialın  yumurta  hüceyrəsinə  köçürülməsi  (bu  mani- 

pulyasiya hələlik amfıbiya, balıq və siçanlarda uğurlu nəticələr verib);

-   Genetik  surətin  alınması  yolu  ilə  yüksək  məhsuldar-elit  və  xəstəliklərə 

davamlı heyvan,  quş və an cinslərinin yetişdirilməsi;

-   Radiasiyanın,  kimyəvi  mutagenezin və  ekoloji fəsadların mutagen təsirindən 

insan və heyvanlann irsiyyətinin mühafizəsi problemleminin həll olunması;

-  Heyvanlann və quşlann irsi xəstəlikləri ilə kompleks mübarizə üsullarının 

öyrənilməsi və rasional mübarizə tədbirlərinin işlənib hazırlanması.

Son  illər  nəzəri  və  eksperimental  tədqiqatlann  təhlili  sübut  edir  ki,  canlı 

aləm  Günəş  sisteminin  inkişafının  başlanğıc  mərhələsində  qeyri-üzvi  birləş­

mələrlə  üzvi  birləşmələrin  sintezindən  yaranmış  və  kimyəvi  evolyusiya 

(evolutio-latınca  çevrilmə,  təkmilləşmə,  təkamül  mənasım  verir)

 

nəticəsində 



formalaşmışdır.  Kimyəvi  evolyusiya  təlimi

 

dünya  şöhrətli  alim  Lui  Paster 



tərəfindən  irəli  sürülmüş  və  sonralar  akademik  A.İ.Oparin  tərəfindən  inkişaf 

etdirilərək  müasir  elmdə  dərin  kökü  olan  təlim  kimi  etiraf edilmişdir.  Bu  gün 

artıq  dünyanın  tanınmış  alimləri  bu  təlimi  yüksək  qiymətləndirməklə  onu 

məmnuniyyətlə  dəstəkləyirlər.  Həmin  təlimə  görə  cansız  maddələrin  canlı 

maddələrə  çevrilməsindən  yaranan  zülal  kolloid  kompleksi  mühitdəki  suyu 

özünə  çəkərək  (adsorbsiya)  hüceyrə  membranını  əmələ  gətirir.  Sonra  xüsusi 

hüceyrə  komponentləri-koatservatlar  (koatservatio-latınca  koma,  toplanü, 

toplanma  deməkdir)  sintez  olunur,  onlardan  isə  ilk  canlılar-protobiontlar 

(«protos»-yunanca  ilk,  «bions»-canlı  deməkdir)  yaranır.  Bu  prosesin  sonu 

hüceyrənin və çoxhüceyrəli orqanizmlərin evolyusiyası ilə nəticələnir.

Kimyəvi evolyusiya təliminin əsaslı olmasını qədim meteoritlərin astroidlərinin 

(daş  qəlpələrinin)  səthində  hopmuş  vəziyyətdə  öz  xüsusiyyətlərini  indiyədək 

saxlayan üzvi  birləşmələrin  (hətta amin turşularının) tapılması  bir daha təsdiq edir. 

Bu təlim bir daha sübut edir ki, hər bir canlı yalnız fərdi inkişaf qanunauyğunluqları 

əsasında özünəməxsus olan genlərin, molekullann birləşməsi, təkamülü və cinsiyyət 

hüceyrələrinin  qarşılıqlı  assimilyasiyası  nəticəsində  formalaşır,  öz  nəslini  saxlayır. 

Beləliklə, kimyəvi evolyusiya təlimi bir daha Ç.Darvinin insanın əcdadının meymun

93



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə