Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə57/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   53   54   55   56   57   58   59   60   ...   205

İnterfaza

 

-   nüvənin  sakitlik  mərhələsi  adlanmasına  baxmayaraq  bu 



zaman  hüceyrənin  nüvəsində  çox  mürəkkəb  dəyişikliklər  baş  verir  və 

bölünmə  prosesi  başlayır.  Mitoz  bir-birini  ardıcıl  olaraq  əvəz  edən  beş  əsas 

faza  -   mərhələ  (profaza,  prometafaza,  metafaza,  anafaza,  telofaza)  ilə 

müşayət  olunur  (şəkil  7,8).  Profaza

 

mərhələsində  xromosomlar görünməyə 



başlayır  və  nüvənin  qişası  əriyir,  nüvənin  daxilində  yumağı  xatırladan 

torvari  xromatin  teli  əmələ  gəlir  və  onlar  xromosomlara  çevrilir.  Profaza 

mərhələsi  nüvəciklərin  və  nüvənin  qlafının  həll  olması,  onun  plazmasının- 

karioplazmanın  sitoplazm a ilə  qarışması  və  mikroplazmamn

 

əmələ  gəlməsi 



ilə  səciyyələnir.  M etafazada

 

-   xromosomlar  hüceyrənin  ortasında  düzülür, 



ekvatorial  lövhədə  iy  tellərinə  qarşı  perpendikulyar  yerləşir,  onların 

forması  və  sayı  aydın  müşahidə  olunur.  Bu  mərhələ  çox  qısa  mühitdə  başa 

çatır,  sentramer  b ir  xətt  üzrə  metafaza  (ekvatorial)  lövhəsində  yerləşir, 

sentriollar  arasındakı  iy  telləri  xromosomun  sentromeri  ilə  birləşir. 



Anafazada

 

-   hər  bir  xromosomun  iki  xromatidi  əks  istiqamətlərdə  qarşı- 



qarşıya  yerləşir,  bütün  xromosomlarda  eyni  vaxtda  sentrom erlər  bölünür, 

xrom atidlər  iki  sərbəst  xromosoma çevrilir.  Sentromerlərin  bölünməsi  başa 

çatan  kimi  xromosomlar  dərhal  hüceyrənin  qütblərinə  çəkilir və  bu  prosesi 

iy  telləri  idarə  edir.  İy  telləri  qısaldığından  xromosomların  yarısı  çox 

sürətlə  və  nizamlı  surətdə  hüceyrənin  bir,  yarısı  isə  digər  qütbünə  çəkilir, 

onların  sayı  valideyin  hüceyrələrindəkinə  bərabər  olduğu  üçün  gələcək 

nəsil  törəmələrində  də  sabit  saxlanılır.  Bu  prosesin  m üxtəlif  səbəblərdən 

pozulması 

nəticəsində 

xromosomların 

sayının 

dəyişilməsi 

bəzi 

anomaliyaların  yaranmasına  səbəb  olur.  Telofaza



 

mərhələsində  hüceyrənin 

xromosomları  qütblərə  doğru  yığılmaqla  onlar  uzanır,  sitoplazma  iki  yerə 

bölünür,  bir  ana  hüceyrədən  iki  qız  hüceyrə  əmələ  gəlir  və  onların  hər 

birində  ana hüceyrədəki  miqdarda xromosom  olur.

Qametogenez  və  meyoz.

 

Bir  xromosom  dəsti  olan  hüceyrə  haploid 



(haplos-  sadə),  ikiqat  xromosom  dəsti  olan  hüceyrə  isə  diploid

 

(diplos- 



ikiqat)  adlanır.  Hüceyrənin  cinsiyyətli  bölünməsi  mürəkkəb  proses  olmaqla 

bu  zaman  xromosomların  miqdarı  yarıya  qədər  azalır.  M ayalanma  zamanı 

xromosomların  başlanğıc  miqdarı  bərpa  olunur.  Canlı  orqanizmlərin 

cinsiyyət  hüceyrələrinin  inkişafı  prosesi  qametogenez,  erkək  fərdlərdə 



spermogenez,  dişilərdə  isə  -ovogenez

 

adlanır.



M itoz

 

-   qeyri-cinsi  çoxalma  təbii  seçmə  yolu  ilə  somatik  hüceyrələrin 



çoxalması  zamanı  möhkəmlənmiş  mürəkkəb  proses  olub  DNT  mole- 

kullarının  və  xromosomların  reduplikasiyası  (ikiləşməsi)  və  bərabər  sürətdə 

qız  hüceyrələrə  keçməsindən  ibarətdir.

124



Şəkil

  7.  Heyvan  hüceyrəsinin  4  xromosoınla  mitotik  (haploid  ıniqdar=2)  bölün­

məsinin sxemi (K.Villi, B.Dete,  1975)

A - interfaza (sakitlik mərhələsi);

B - ilkin profaza (sentriolalar ayrılıb);

Vvə  Q - son profaza;

D - metafaza;

E -  ilkin və  son anafaza

Z - telofaza;  (nüvə qişası əriyir,  sitoplazmanın bölünməsi başlayır).

1- xromosom;

2 - sentromer;

3 - nüvəcik;

4 - nüvə;

5 - nüvə qişası;

6 - sentriol;

7 - ulduz və çıxıntılar

125



Şəkil 8.

  Milozun mərhələləri (B.Qutman və b.. 2004).

Beləliklə,  hüceyrənin  cinsi  çoxalması  mürəkkəb  mərhələlərlə  müşayət 

olunan  bır  prosesdir.  İnsanın  kariotipində  iki  xromosom  dəsti  (23)  olduğundan 

insanlar diploid  orqanizmlər hesab  olunur.  Bu prosesi  sxematik  olaraq  aşağıdakı 

kimi  şərh etmək olar:



D iploid (2n) fa za

H aploid (İn) fa za

Hüceyrə tsikli  zamanı  nüvənin  bölünməsi  ilə əlaqədar olaraq,  sitoplazma da 

iki  yerə  bölünür,  nəticədə  iki  qız  hüceyrə  yaranır,  heyvan  hüceyrələrində

126



ekvatorial  səthində  get-gedə  dərinləşərək  sitoplazmanı  iki  yerə  bölən  xüsusi 

şırım  əmələ  gəlir  və 



sitokin ez

  adlanır.  Mitozdan  əlavə  hüceyrənin  başqa 

bölünmə tipləri də -  amitoz,  endomitoz və politeniya -  mövcuddur.



A m ito z  bölünm ə 

-

  hüceyrə  nüvəsinin  2  yerə  bölünməsi  prosesində  iy 

tellərinin  yaranmaması,  2  yaxud  daha  artıq  nüvələrin  fraqmentasiyası  baş 

verməklə,  əsasən  patoloji  və  yüksək  differensiasiya  olunması  toxumalarda 

(kanserogen-xərçəng,  degenerasiyaya uğramış  əzələ  hüceyrələrində,  ibtidailərdə 

və  s.) müşahidə olunur.



E n dom itoz 

-

 hüceyrənin bölünməsi zamanı nüvənin qlafı  sabit qalır, nüvədə 

xromosomlann  sayı  ilkin  saya nisbətən  xeyli,  bəzən  isə  on  dəfələrlə  artıq  olur. 

Bu  proses  bitki  və  heyvan  toxumalarının  intensiv  funksiyaya  (hiperfunksiya) 

malik olan hüceyrələrində daha çox baş verir.

P oliten iya 

-

  xromosomlann  həddindən  artıq  ikiləşməsi,  bir-biri  ilə 

birləşməsi,  diametrinin böyüməsi  (tellərin sayımn çox artması,  1000-2000 ədədə 

çatması)  nəticəsində  giqant  (nəhəng)  xromosomlann  yaranmasından  ibarətdir. 

Bu  hadisə  əsasən  bitki toxumalannda və  bəzi  həşəratlann  ağız  suyu  vəzilərinin 

hüceyrələrində baş verir.



2.5.  Meyoz və onun xüsusiyyətləri

M eyo z

 (reduksion bölünmə) -  qametogenez (cinsiyyət hüceyrələrinin əmələ 

gəlməsi)  zamanı  xromosomlann  sayının  2  dəfə  azalması  və  gələcək  nəsil 

törəmələrində  onun  sabit  saxlanmasının  təmin  olunmasından  ibarət  olub, 

mitozda  baş  verən  mərhələlərlə  gedir.  Lakin  mitozdan  fərqli  olaraq  meyozun 

birinci 

mərhələsində 

(reduksion 

bölünmədə) 

-  

interfazada 



ikiləşmiş 

xromosomlardan  qız  hüceyrələrə  hərəsindən  biri  düşərək,  xromosomlann 

onlarda  miqdan  iki  dəfə  azalır.  Meyozun  profaza  mərhələsi  mitozun  profaza 

mərhələsindən  kəskin  surətdə  fərqlənməklə  onun  birinci  profazasında 

xromosomlann 

leptonem a,  ziqonem a,  paxin em a,  diplonem a  və  diakinez 

mərhələləri  ardıcıl  olaraq  bir-birini  əvəz  edir.  Sonra  isə  sürətlə  davam  edən 

profaza  -   I,  metafaza  -I,  anafaza  -I,  telofaza  -   I  mərhələləri,  daha  sonra  isə 

profaza  -   II,  metafaza  -   II,  anafaza  -II  və  telofaza  -II  mərhələləri  bir-biri  ilə 

əvəz olunur (şəkil  9).

L epton em a

  -   profaza  - I   bölünmənin  birinci  mərhələsi  olmaqla  bu  zaman 

DNT  sintezindən  sonra  cüt  xromosomlann  tayları  (homoloqlan)  iki  xromatidə 

bölünür və uzanırlar.

Z iqon em ada 

-

  homoloji  xromosomlar  bir-birinə  yaxınlaşır,  onlar 

konyuqasiyaya uğrayır,  sinapsislər yaranır və paxinema mərhələsi başlayır.

P axin em ada

  -   homoloji  xromosomlar  çox  sıx  birləşir,  qısalır,  nisbətən 

yoğunlaşır və bivalentlər adlanır.



D iplon em ada

  -   konyuqasiyaya  uğramış  homoloji  xromosomlann  biri 

digərini  sentrosem hissədən itələməyə  başlayır və 



X -va ri fiq u rla r

 (xiazm)  əmələ

127


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə