Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə32/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   130

 

96 


müəllim daima çalıĢmalıdır ki, hər hansı rast gəldiyi  yazılı mə-

sələlərə  deyil,  yalnız  sübut  olunmuĢ,  elmi  status  almıĢ  məsə-

lələrə istinad etsin. Dərs prosesində Ģagirdləri elmin yeni nailiy-

yətlərinin  öyrənilməsinə  istiqamətləndirmək  lazımdır.  ġagirdlə-

rin elmi, məntiqi düĢüncələrinin üzə çıxarılıb inkiĢaf etdirilməsi 

də nəzarətdə saxlanılmalıdır. 

2.

 

Həyatla,  demokratik  cəmiyyət  quruculuğu  praktikası 



ilə  əlaqə  prinsipi.  Bu  prinsip    təlim  prosesində  inteqrasiyadan 

istifadə,  inteqrasiyanın  təĢkili  zamanı  xüsusi  əhəmiyyət  verilən 

prinsiplərdən biridir. Belə ki, hazırkı təhsilin əsas məqsədi ayaq-

ları üzərində möhkəm dayana biləcək, cəmiyyət üçün faydalı ola 

biləcək,  öyrəndiklərini  həyata  tətbiq  edə  biləcək  Ģəxsiyyətlər 

yetiĢdirməkdir.  Təlim  prosesində  inteqrasiyadan  istifadə  də 

məhz bu məqsədin reallaĢdırılmasına xidmət edir. Təbii ki, təd-

ris olunan fənn digər tədris fənlərindən əlavə, həm də lazımı sə-

viyyədə həyatla, mədəni-siyasi və sosial-iqtisadi hadisələrlə əla-

qələndirildikdə  Ģagirdlər  informasiya  bolluğu  Ģəraitində  özləri 

üçün lazım olanları seçib mənimsəyə bilərlər. 

3.

 



Münasib Ģəraitin  yaradılması prinsipi.  Bu prinsip həm 

pedaqoji,  həm  psixoloji,  həm  də  gigiyenik  Ģəraitin  olması  ilə 

xarakterizə olunur. Məsələn, sinifdə psixoloji Ģəraiti düzgün qu-

ra  bilən  müəllim  Ģagirdi  tam  anlaya  bilir  və  beləliklə  də  onun 

maraq  və  ehtiyaclarına  uyğun  inteqrativ  dərs  təĢkil  edir,  çünki 

bu  xüsusiyyətlər  nəzərə  alınmadan  istifadə  edilən  inteqrasiya 

informasiya bolluğundan baĢqa bir Ģey olmur. 

4.

 



Əyanilik prinsipi. Bu prinsipə əsaslanan müəllim inteq-

rasiyanı  quru  sözlər  üzərində  deyil,  Ģagirdlərin  maraq  və 

diqqətinə səbəb olacaq əĢya və hadisələrə əsaslanaraq təĢkil edir. 

Y.A.Komenski  əyanilik  prinsipini  təlimdə  “qızıl  qayda”  adlan-

dırırdı.  Duyğularda  olmayan  heç  bir  Ģey,  Ģüurda  da  olmadığın-

dan duyğuya əsaslanmaq lazımdır... ağıl bütün düĢüncələr üçün 

materialı  yalnız  duyğulardan  alır.  Məhz  elə  bu  fikrə  əsasən  də 

qeyd  edə  bilərik  ki,  Ģagirdlərə  iki  fənn  arasında  inteqrasiya 

əsasında dərs keçərkən hər hansı birinə aid əyanilikdən istifadə 

olunsa, bu daha yaxĢı nəticə əldə olunmasına imkan verər. 




 

97 


5.

 

YaĢ  və  fərdi  xüsusiyyətlərin  nəzərə  alınması  prinsipi. 



Fərdi  xüsusiyyətlərin  nəzərə  alınması  elə  yaĢ  xüsusiyyətlərinin 

öyrənilməsindən  baĢlanır.  ġagirdlərin  psixoloji  inkiĢaflarının 

necəliyi  təlimin  müvəffəqiyyətinə  təsir  edir.  Fərdi  xüsusiyyət-

lərin  nəzərə  alınması  ilə  təĢkil  edilən  təlim  prinsipi  istedadlı 

uĢaqların  qabiliyyətlərini  inkiĢaf  etdirir,  digər  Ģagirdlərin  isə 

psixoloji funksiyalarının normal inkiĢafına Ģərait yaradır. 

6.

 

Biliyin  möhkəmləndirilməsi  və  Ģagirdlərin  dərketmə 



səviyyəsinin  inkiĢafı  prinsipi.  Belə  ki,  inteqrasiyadan  istifadə 

bilavasitə  bu  prinsipə  əsaslanır.  Çünki  müəllim  fənlərarasında 

inteqrasiya  yaradarkən  müəyyən  bir  tədris  fənninə  aid  bilik  və 

bacarıqların möhkəmləndirilməsini, və ya fənlərarasında məntiqi 

əlaqə yaradaraq Ģagirdlərin dərketmə, nəticə çıxarma, müqayisə-

etmə  və  s.  bu  kimi  bacarıqlarının  inkiĢafını  qarĢıya  məqsəd 

qoyur. 

7.

 



ġüurluluq  və  fəallıq  prinsipi.  Bu  prinsip  Ģagirdlərin 

öyrəndiklərini Ģüurlu Ģəkildə dərk edib tətbiq etməsinə əsaslanır. 

Belə  ki,  Ģagird  özü  də    inteqrasiya  yarada  bilməli,  öz  fikrini 

digər fənlərə müstəqil Ģəkildə əsaslanmaqla ifadə edə bilməlidir. 

Bundan əlavə dərs prosesində fəallıq nümayiĢ etdirən Ģagirdlərin 

sayı çox olduqda dərsin keyfiyyəti də əsaslı Ģəkildə artır. Müəl-

lim  çalıĢmalıdır  ki,  Ģagirdlərin  maraq  və  ehtiyaclarını  nəzərə 

almaqla onları dərsdə fəallaĢdıra bilsin. 

8.

 

Tərbiyəedici  prinsip.  Ümumiyyətlə,  təhsil  sistemi  tər-



biyə edir. Belə ki, təlimin bütün cəhətləri, təĢkili forması, müəl-

lim  –Ģagird  münasibəti  ümumilikdə  tərbiyəvi  xarakter  daĢıma-

lıdır ki, təhsilin bugünkü vəzifəsi uğurla həyata keçirilsin. Ġnteq-

rativlik  prinsipi  onu  tələb  edir  ki,  müəllim  tədris  edəcəyi 

mövzuya  aid  elə  nümunələrdən,  faktlardan  istifadə  etsin  ki,  bu 

Ģagirdlərin  psixikasında  və  əxlaqında  müsbət  dəyiĢikliklərə  və 

inkiĢafa yol açsın. 

9.

 



ĠnkiĢafetdirici  prinsip.  Tədris  prosesində  inteqrasiya-

dan  istifadə  Ģagirdlərin  istər  psixi,  istərsə  də  fiziki  inkiĢafına 

əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Belə  ki,  bu  prinsipdən  isti-

fadə  edən  müəllimlər  Ģagirdlərin  qaçmaq,  tullanmaq,  əzələ-




 

98 


lərinin inkiĢafı ilə  yanaĢı, həm də idraki qabiliyyətlərinin-təfək-

kür, qavrayıĢ, hafizə, diqqət, təxəyyül və s. inkiĢafına məharətlə 

nail olurlar. 

10.


 

Təhsilverici  prinsip.  Məlumdur  ki,  elə  təlim  təhsil 

almaqdır. Çünki real həyatda təlim və təhsil  bir-birinə çevrilir. 

         Hər  bir  müəllim  çalıĢmalıdır  ki,  tədris  prosesində  Ģagird-

lərin  idraki  qabiliyyətlərini  və  müstəqilliklərini  inkiĢaf  etdirsin, 

Ģagirdlərin  özlərini  öyrənməyə  sövq  etsin.  Bu  münasibətdə 

professor  B.Əhmədovun  aĢağıdakı  sözləri  daha  dəqiq  və 

təsirlidir.  “Bu  gün  müəllimin  təsirinə  məruz  qalan  gənc  sabah 

düĢmən  qüvvələrinin  də  təsirinə  məruz  qala  bilər.  ġagird  təsir 

altına  düĢməyi  yox,  təsirə  ağıllı  müqavimət  göstərməyi  öyrən-

məlidir,  müstəqil  formalaĢmalı,  hər  Ģeyə  yaradıcı,  tənqidi  mü-

nasibət  göstərməyi  bacarmalıdır”.  Hazırkı  kurikulum  da  Ģagird-

lərin  “nəyi  bilməli  və  nəyi  bacarmalı”  olduğunu  müəyyənləĢ-

dirmək  üçün  əsas  təlim  nəticələrini  məzmun  və  fəaliyyətlərinin 

qarĢılıqlı  əlaqəsi  vasitəsilə  təqdim  edir.  Hər  bir  fənnə  aid  olan 

məzmun standartlarının təyin edilməsi, həyata keçirilməsi, bu və 

ya digər dərəcədə fənnin tədrisində müəyyən əhəmiyyət daĢıyan 

fənlərarası inteqrasiyanın məzmunundan asılı olur. 

Ġnteqrasiyaya  fənlərin  xüsusilə  ümumtəhsil  məktəblərinin 

fənlərinin məzmunu və strategiyalarının hazırlanmasında istinad 

olunur. Dərsdə istifadə edilən digər prinsip, metod və priyomlar 

kimi  inteqrasiyadan  da  Ģagirdlərin  maraq  və  ehtiyacları  nəzərə 

alınmaqla istifadə olunur.  

“Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsi-

yası  (Milli  Kurikulumu)”  sənədində  tələbyönümlük,  nəticəyö-

nümlük, Ģagirdyönümlük prinsipləri ilə yanaĢı, inteqrativ təlimin 

əhəmiyyəti  də  xüsusi  olaraq  qeyd  olunmuĢdur.  Ümumtəhsil 

məktəblərində  fənlərin  tədrisi  vasitəsilə  Ģagirdlərin  hərtərəfli 

inkiĢafına  nail  olunması,  onların  Ģəxsiyyət  kimi  formalaĢdırıl-

ması  cəmiyyətdə  və  təbiətdə  baĢ  verən  informasiya  prosesləri 

fonunda  özlərini  dərindən  dərk  etmələri  ilə  bilavasitə  bağlıdır. 

YetiĢməkdə  olan  gənc  nəslin  informasiya  cəmiyyətinin  forma-

laĢdırılması  Ģəraitində  müstəqil  həyata  hazırlanması  çox  aktual 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə