123
vafiq iĢ dəftəri və müəllimlər üçün nəzərdə tutulan metodik
vəsaitdən ibarətdir.
Əvvəlki dərsliklərdən hazırlanmasına görə fərqlənən dərs-
liklər paraqraflardan ibarət tədris vahidindən və hər belə va-
hiddən sonra isə inteqrasiya resurslarından, yekunlaĢdırıcı qiy-
mətləndirmə vasitələrindən, yəni test tapĢırıqlarından ibarətdir.
Ümumiyyətlə, yeni dərsliklərdəki materiallar Ģagirdlərin yaĢ və
anlama səviyyələrinə, habelə arzu və istəklərinə uyğun seçilir.
2. Dərsliyin istiqamətləndirici məzmuna malik olması.
Ġndi dərsliklər informasiya yığını olmaqdan çox istiqamətlən-
dirici məzmuna malik olmalıdır. Yəni dərslikdə verilən ma-
teriallar öz ardıcıllığı, öz strukturu ilə hər Ģeydən əvvəl Ģagirdi
fəaliyyətə təhrik etməli, idraki bacarıqlarını formalaĢdırmalıdır.
ġagirdlər dərslikdən istifadə nəticəsində axtarıĢa, tədqiqatçılığa
sövq olunmalıdır. Ona görə ki, müasir təhsil konsepsiyası ənə-
nəvi didaktik sistemdən fərqli olaraq koqnitiv strukturların in-
kiĢafı problemini sadəcə olaraq hafizə məkanında deyil, yeni
psixoloji məkanda, təfəkkür və hiss məkanında həll edir. Krea-
tivlik ön plana çəkilir. Dərsliyin məzmunu Ģagirdlərin tətbiq-
etmə, təhliletmə, anlama, nəticəçıxarma və s. bacarıqlarını inki-
Ģaf etdirməlidir.
3. Dərsliyin inteqrativ xarakter daĢıması. Qeyd edildiyi
kimi dərsliyin ən vacib xüsusiyyətlərindən biri Ģəxsiyyəti for-
malaĢdırmaqdır. Cəmiyyətə yararlı, hərtərəfli Ģəxsiyyət forma-
laĢdırmaq üçün isə yalnız nəzəri bilikləri bilmək və yaxud prak-
tik çalıĢmaları həll etmək kifayət deyildir. ġagird həm də biliyi
həyata tətbiq etməyi, araĢdırmalar aparmağı, öyrəndiklərindən
müstəqil həyatda istifadə etməyi də bacarmalıdır.
Deməli, dərslik komplekti:
təhsil prosesində müəllim-Ģagird fəaliyyətinin tam tə-
səvvür olunmasını və üzvi Ģəkildə əlaqələndirilməsini
təmin edir;
müəllimin planlaĢdırmadan qiymətləndirməyə qədər
bütün fəaliyyətini istiqamətləndirir;
124
Təlim prosesində Ģagirdlərin müstəqilliyinin və tətbiq
bacarıqlarının geniĢlənməsinə imkan yaradır.
Standartların dərsliklərlə reallaĢdırılması.
Dərslik-məzmun standartlarının reallaĢdırılması üçün
mühüm vasitə olub müəllim-Ģagird (tədris-təlim) fəaliyyətinin
tənzimlənməsinə xidmət edir.
Müəllim üçün vəsait-təlimin səmərəli təĢkilində müəllim
üçün istiqamətverici rol oynayır.
ĠĢ dəftəri-Ģagirdlərin təlim prosesində əldə etdikləri
biliklərin müstəqil Ģəkildə tətbiqinə imkan yaradan vasitədir.
Müasir fənn kurikulumlarında təlim strategiyaları
Təlim strategiyaları müasir fənn kurikulumunun tərkib his-
sələrindən biridir. Təlim strategiyalarına daxildir: 1)təlimin təĢ-
kilinə verilən tələblər; 2)təlimin forma və üsulları; 3) planlaĢ-
dırma.
125
1.Təlimin təĢkilinə verilən əsas tələblər bunlardır:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim
məqsədləri kompleks (inkiĢafetdirici, öyrədici, tərbiyəedici)
həyata keçirilir, real nəticələrlə yekunlaĢan müəllim və Ģagird
fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması-bütün
Ģagirdlərə eyni təlim Ģəraiti yaradılır və pedaqoji proses onların
potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
Ģagirdyönümlülük-Ģagird pedaqoji prosesin mərkə-
zində dayanır. Bütün tədris və təlim iĢi Ģagirdlərin maraq və
tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkiĢafına yönəldilir;
inkiĢafyönümlülük-Ģagirdlərin idrak fəallığı izlənilir,
nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdiĢlərinin inkiĢaf
səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaĢdırılması-pedaqoji prosesin sə-
mərəli və effektiv qurulması, Ģagirdlərin təlimə marağının
artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyiĢlər qeyd
olunur və dəyərləndirilir, nəticə etibarı ilə Ģagirdlərin daha uğur-
lu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması-pedaqoji prosesin
münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psi-
xoloji mühitdə təĢkil edilməsi keyfiyyətin və səmərəliliyin yük-
səldilməsi üçün əlveriĢli və təhlükəsiz təlim Ģəraiti yaradır.
Təlim
strategiyalarına
daxildir
Təlimin təĢkilinə
verilən tələblər
Təlimin forma və
üsulları
PlanlaĢdırma