Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə188/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   184   185   186   187   188   189   190   191   ...   216

EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin 

ən  həssas  sistemləri  -  əsəb  (sinir),  immunitet  və  endokrin  olmasını  təyin 

etməyə  imkan  yaratdı.  Elektromaqnit  çirklənmənin  insana  təsiri  üzrə  qeydə 

alman  nəticələr  arasında  orqanizmin  əsas  funksiyalarının,  o  cümlədən, 

ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi, pozuntuların inkişafı və 

b. göstərmək olar. 

EMS-in  hətta  nisbətən  zəif  səviyyədə  təsiri  xərçəng  xəstəlikləri, 

davranışın  dəyişməsi,  huşun  itirilməsi,  bronxit,  astma,  aritmiya,  miqren, 

xroniki  yorğunluq  və  bir  çox  digər  neqativ  vəziyyətin  inkişafına  səbəb  ola 

bilər. 


Bəzi  məlumatlara  görə,  böyük  şəhərlərdə  infarkt  miokard  hadisələrinin 

baş verməsinin çox hissəsi, sıçrayışla güclü aşağı tezlikli texnogen EMS-lər ilə 

bağlıdır. 

EMS-nin  təsiri,  xüsusən  ana  bətnindəki  körpə,  uşaqlar  və  allergiya 

xəstəliklərinə məruz qalan şəxslər üçün təhlükəli sayılır, çünki onlar EMS-nin 

intensivliyi şəhərdən kənardakı səviyyəni 1000 dəfə keçir. Moskvada yalnız 

son illər elektromaqnit çirklənməsi 20-30 dəfə artmışdır. Rusiyanın iri sənaye 

mərkəzlərində EMS-nin gərginliyi son bir neçə onillikdə 1000 dəfə artmışdır 

(Xotunsev, 2002). 

Cədvəl 22.2 

Sanitar-qoruyucu zonanın sərhədi 

Yüksək gərginlikli xəttin gərginliyi, KV 

Xəttin 


məsafəsi 



1150 

300 


750 

250 


500 

150 


330 

75 


220 

25 


110 

20 


35 

15 


20-yə qədər 

10 


Faktlar  təsdiq  edir  ki,  iri  sənaye  şəhərinin  aşağı  tezlikli  elektromaqnit 

sahəsinin  adi  səviyyəsi  təbii  «maqnit  qasırğası»na  uyğun  gəlir.  EÖX 

yaxınlığında yaşamaq təhlükəlidir. 

Yaşayış  yerini  kəsib  keçən  yüksək  gərginlikli  xətt  yolu  boyu  sanitar 

qoruyucu zonanın sərhədi 22.2 saylı cədvəldə verildiyi kimi göstərilir. 

Qoruyucu-sanitar  zonası  hüdudunda  yaşayış  binası,  dayanacaq  və 

nəqliyyat  dayanacağı  yerləşdirmək,  istirahət  yeri,  idman  və  oyun 

meydançaları düzəltmək qadağan olunur. 



398 


22.2.

 

SELİTEB ZONANIN FİZİKİ ÇİRKLƏNMƏ PROBLEMİ 

Müasir seliteb zonada fiziki problemlərin  dəyişilməsi ilə əlaqədar təsir 

növü xüsusi yer tutur, yəni fiziki çirklənmə dedikdə, mühitin aşağıdakı fiziki 

problemlərinin  dəyişilməsi  ilə  baş  verən  çirklənmə  nəzərdə  tutulur: 

temperatur-energetik fistilik), dalğa (işıq, səs. və elektromaqnit çirklənməsi), 

radiasiya (radiasiya və radioaktiv çirklənmə). 



22.2.1 Mühitin elektromaqnit çirklənməsi 

Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün 

növlərini mənşəyinə görə aşağıdakı qruplara ayırmaq olar: 

 



Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar 

və s.); 


 

Yerin sabit elektrostatik maqnit sahəsi; 



 

Yerin  atmosferi  və  ionosferində  baş  verən  bəzi  proseslər  zamanı 



əmələ gələn elektromaqnit sahələri (şimşək, qütb şəfəqi və s.); 

 



Bioloji obyektlərdən törənən elektrik sahələri

 



Antropogen mənşəli elektromaqnit şüalanması. 

İnsan  fəaliyyəti  ilə  törənən  elektromaqnit  sahələri  yalnız  son  10  ildə 

Yerin təbii fonu ilə müqayisədə min dəfədən də çox artmış və bu sahələrin 

diapazonu  da  kəskin  genişlənmişdir.  Odur  ki,  insanın  elektromaqnit  sahəsi 

(EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə 

və radiolokasiyanm intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək 

üçün  elektromaqnit  enerjisindən  istifadə  sfe-  rinin  genişlənməsi,  məişət 

elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır. 

Son  onilliklərdə  ətraf  mühitin  yeni  faktoru  -  antropoen  mənşəli 

elektromaqnit sahələri - elektrosmoq formalaşmışdır. 

Mühitin  elektromaqnit  çirklənməsi  dünya  miqyasında  vacib  məsələ 

olduğundan, ÜST bu problemi bəşəriyyət üçün ən aktual problemlər sırasına 

daxil  etmişdir.  Bəzi  mütəxəssislər  isə  EMS-ni  bütün  canlılar  üçün  fəlakətli 

nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. 

EMS-lərinin  gərginliyi  xüsusən,  elektrik  ötürücü  xətlərin  (EÖX),  radio  və 

telestansiyalarm,  radiolokasiya  və  radiorabitə  (o  cümlədən  mobil  və  peyk) 

vasitələrinin,  müxtəlif  energetik  və  enerji  sərfi  qurğularının,  şəhər  elektrik 

nəqliyyatının  yaxınlığında  kəskin  yüksəlmişdir.  Son  illər  şəhərlərdə  bütün 

tezlikli  dipazonlu  (lOQQs-yə  qədər)  EMS-nin  müxtəlif  mənbələrinin  sayı 

artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistembri), DAM-lərin radarları, 

kiçik dalğalı sobalar, kompüterlər və b. daxildir. 

397 



Çirklənmiş 

Su 

hava 

 

Şəkil 22.1. Şəhərə əsas daxil olanlar və onların çıxarının model-sxemi 



Bebliklə, yaşayış yerinin ekoloji optimallaşdınlmasınm əsasını bir- birinə 

daim  təsir  göstərən  və  bir-birilə  qarşılıqlı  kəsişən  iki  proses  təşkil  edir: 

birincisi-təbii  mühitin  dəyişməsinin  insana  təsiri  və  ikincisi-insanın  təsir 

dərəcəsinin  təbii  mühitin  dəyişməsinə  təsiri.  Bu  təsirin  nizama  salınmasına 

diqqəti artırmalıdır, yəni ətraf təbii mühitin həm keyfiyyət, həm də kəmiyyət 

parametrlərinin dəyişməsi üzrə əsaslı normalar hazırlanmalıdır. 

 

Şəkil 22.2. Rusiya Federasiyasında əhalinin doğum və ölümünün 



dinamikası. 1 - ölənlərin sayı: 2 - doğulanların sayı 

396 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə