58
9. MOTOATICI TAQIM HÜCUMDA
Motoatıcı taqım bölüyün tərkibində hücuma keçir. Taborun və ya bö lüyün
ehtiyatını təşkil edə, döyüş kəşfiyyatı dozorunda fəaliyyət göstərə bilər.
Motoatıcı taqımın hücumda fəaliyyətini necə təsəvvür edirsiniz?
Hücumun atəş hazırlığının gedişində taqımın döyüş maşınları düşmənin gö
rünən atəş nöqtələrini məhv etmək üçün ayrıla bilər.
Şəraitdən və döyüş tapşırığından asılı olaraq motoatıcı taqıma qumba ra
atan, tank əleyhinə bölmə və digər atəş vasitələri verilir. Müstəqil tapşırıq yerinə
yetirdikdə isə mühəndis bölməsi də ayrılır. Bu bölmə mühəndis kəşfiyyatının
aparılması, maneələrdə keçidlərin açılması və s. üçün istifadə olunur.
Taqımın hücumuna aşağıdakı taktiki tapşırıqların ardıcıl yerinə yetirilməsi
daxildir:
�
hücum üçün çıxış mövqeyinin tutulması;
�
hücuma
keçmə həddinə irəliləmə;
�
mühəndis və təbii maneələrin dəf edilməsi;
�
müəyyən olunmuş həmlə obyektinə
hücum və onun ələ keçirilməsi;
�
müdafiənin dərinliyində düşmənin təqib edilməsi.
Dərinlikdən irəliləməklə hərəkətdən hücuma keçmə düşmənin hazırlıq
sız müdafiəsinə bölmələrin hərəkətdən həmlə üçün açılması ilə başlayır.
Bölmələrin mütəşəkkil irəliləməsi və düşmən üzərinə eyni vaxtda həmlə
etməsinə nail olmaq üçün aşağıdakılar təyin edilir:
�
irəliləmə marşrutu,
�
çıxış
məntəqəsi, açılma hədləri,
�
hücuma keçmə həddi.
Motoatıcı taqıma hücumda həmlə obyekti və hücumun sonrakı istiqaməti
təyin edilir.
Taqım
300 mə qədər cəbhədə hücuma keçir. Taborun və ya bölüyün ehti
yatı olan taqıma hücumun gedişində hərəkətin istiqaməti və hərəkət qaydası
göstərilir.
LAYİHƏ
61
50 mə qədər
50 mə qədər
300 mə qədər
Sağ
tinli döyüş düzülüşü
Motoatıcı taqımın hücumda döyüş düzülüşü
İdarəetmə və atəş dəstəyi qrupu hücumun gedişində bölmələrin (atəş vasitə
lərinin) idarə edilməsi və atəşlə dəstəklənməsi üçün təyin edilir. O, manqaların döyüş
düzülüşündən 50 mə qədər arxada və ya bilavasitə onların döyüş düzü lüşündə
fəaliyyət göstərir. Döyüş maşınları (tanklar) arasında məsafə 100 mə qədər ola bilər.
1. Düşmən üzərinə eyni vaxtda həmlə etməyin vacibliyini necə başa
düşürsünüz?
2. Sizcə, düşmənin hazırlıqsız müdafiəsinə nə üçün dərinlikdə irəlilə
yərək hərəkətdən hücuma keçilir?
3. Taborun (bölüyün) ehtiyatı olan taqımın döyüş tapşırığını necə başa
düşürsünüz?
4. Həmlə obyektindəki müşahidə olunan canlı qüvvəni, tankları, top ları
və s. necə məhv edərdiniz?
5. Sizcə, motoatıcı taqıma mühəndis bölməsi niyə məhz müstəqil
fəaliyyət zamanı verilir?
6. Motoatıcı taqımın sol tinli döyüş düzülüşünün sxemini çəkin.
7. Motoatıcı taqımın geriyə bucaq döyüş düzülüşünün sxemini çəkin.
Sual və tapşırıqlar
LAYİHƏ
62
10. MOTOATICI TAQIM MÜDAFİƏDƏ
Motoatıcı taqım bölüyün birinci, yaxud ikinci eşelonunda müdafiə tuta,
taborun ehtiyatında ola, döyüş mühafizəsinə, döyüş kəşfiyyat dozoruna və atəş
pusqusuna daxil ola bilər.
Müdafiədə motoatıcı taqımın döyüş tapşırıqlarını necə təsəvvür edirsiniz?
Birinci eşelon taqımı düşmən həmləyə keçəndə ona zərər vurmaq, həm
ləsini dəf etmək və dayaq məntəqəsini əldə saxlamaq üçün təyin olunur.
İkinci eşelon taqımı birinci eşelon taqımlarını atəşlə himayə edir, düşmənə
itkilər verir, onun müdafiənin dərinliyinə və cinahlara yayılmasının qarşısını alır,
müdafiənin dərinliyinə soxulmuş düşməni məhv edir.
Taborun (bölüyün) ehtiyatını təşkil edən motoatıcı taqım müdafiənin dərinli
yinə soxulmuş düşmənin həmləsini dəf edir, birinci eşelon bölmələrini güclən
dirir (dəyişdirir) və qəflətən ortaya çıxan tapşırıqları həll edir.
Motoatıcı taqıma dayaq məntəqəsi, atəş zolağı, əlavə atəş sektoru, biriki
cəmləşmiş atəş sahəsi təyin olunur. Ehtiyat taqımına bundan başqa, biriki atəş
həddi və hərəkət marşrutu göstərilə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsi cəbhə boyu 300 mə qədər (avtomobil
üzərində taqım 200 mə qədər), dərinliyi isə 200 mə qədər ola bilər. Onun
ölçülərinin ərazinin xüsusiyyətlərindən asılı olaraq artıbazalması mümkündür.
taqımın döyüş
düzülüşü
dayaq
məntəqəsi
atəş sistemi
Motoatıcı taqımın müdafiədə düzülüşü
Müdafiənin düzülüşü düşmənin həmləsinin dəf olunmasını, canlı qüvvə
sinin və tanklarının məhv edilməsini təmin etməlidir.
Döyüş tapşırığından və ərazidən asılı olaraq taqımın manqalarının birinin
döyüş mövqeyi dayaq məntəqəsinin dərinliyində 1ci səngərin 100–200 m arxa
LAYİHƏ