Dərslik layiHƏ 4 MÜNDƏRİcat


Coğrafi  koordinat  sistemində



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

110
Coğrafi  koordinat  sistemində  yer  səthinin  istənilən  nöqtəsinin  koordinat 
başlanğıcına nəzərən vəziyyəti bucaq ölçüləri ilə təyin olunur. 
Coğrafi  koordinat  sistemi  bir­birindən  çox  uzaq  məsafələrdə  yerləşən  ob­
yekt lərin  qarşılıqlı  vəziyyətinin  təyin  edilməsi  ilə  bağlı  məsələlərin  həlli  üçün 
rahatdır. Ona görə də, bu koordinat sistemi əsasən uzaq mənzilli döyüş vasi tə­
lərinin (ballistik raketlərin, aviasiyanın və s.) tətbiqi ilə bağlı hesablama işlərində 
istifadə olunur.
Coğrafi  koordinat  sisteminin  element­
ləri coğrafi en və coğrafi uzunluq dairəsin­
dən  ibarətdir.  London  şəhəri  yaxınlığın­
dakı  Qrinviç  rəsədxanasından  keçən 
meridian  başlanğıc  və  ya  sıfır  meridianı 
kimi qəbul edilmişdir 
Yer  səthində  verilmiş  nöqtədən  (M) 
keçən  şaquli  xətlə  ekvator  müstəvisi 
arasında  qalan  bucağa 
coğrafi  en 
dairəsi  (ϕ)  deyilir.  En  dairəsi  meridian 
qövsünün  üzəri  ilə  ekvatordan  hər  iki 
qütbə doğru hesablanır və 0–90° arasında 
qiymətlər  alır.  Ekvatordan  şimalda  yerlə­
şən  nöqtələrin  en  dairəsi  şimal,  cənubda 
yerləşənlər isə cənub enliyi adlanır.
Başlanğıc  (Qrinviç)  meridian  müstəvisi  ilə  verilmiş  nöqtədən  (M)  keçən  meri­
dian müstəvisi arasında qalan ikiüzlü bucaq 
coğrafi uzunluq dairəsi (λ) adlanır. 
Uzunluq  dairəsi  ekvator  və  ya  paralel  qövsünün  üzəri  ilə  başlanğıc  meridiandan 
şərqə və qərbə doğru ölçülür və müvafiq olaraq şərq və qərb uzunluq dairəsi adını 
alır. Onun qiymətləri 0–180° arasında dəyişir.
Düzbucaqlı koordinat sistemi zonaldır. Yer səthinin xəritəsini tərtib etmək üçün 
o,  altı  dərəcəli  zonalara  bölünür.  Zonaların  hər  birində  koordinat  sistemi  qurulur. 
Koordinat  başlanğıcı  zonanın  orta  meridianı  ilə  ekvator  xəttinin  kəsişməsidir.  Hər 
bir zona müstəvi olaraq qəbul edilir.
Xətti  kəmiyyətlərlə  işləmək  coğrafi  koordinat  sisteminin  bucaq  kəmiyyətləri  ilə 
işləməkdən asan olduğu üçün düzbucaqlı koordinat sistemi ərazidə və xəritə üzə­
rində praktiki məsələlərin həllində daha geniş tətbiq olunur.
Coğrafi koordinatların təyini. En və uzunluq dairələri hər bir xəritə vərəqinin 
künclərində yazılır. Məsələn, şəkildəki vərəqin cənub və şimal tərəflərinin (paralel­
lərin) en dairələri müvafiq olaraq 54°45´ və 54° 50´, qərb və şərq tərəflərinin (meri­
dianların) uzunluq dairələri 18° 07´30˝ və 18° 15´­yə bərabərdir.
Xəritə  üzərində  coğrafi  koordinatları  təyin  etmək  üçün  1:25000  və  1:50000 
miqyaslı  xəritə  vərəqlərində  əlavə  dəqiqə  çərçivəsi  mövcuddur.  Bu  çərçivələrdə 
Müstəvi üzərində koordinatlar sistemi
  LAYİHƏ


111
meridian  və  paralellər  növbələşən  1´­lik  ağ  və  qara  parçalara  bölünmüş,  dəqiqə 
parçaları isə nöqtələr vasitəsilə 10˝­lik hissələrə ayrılmışdır.
Nöqtələrin coğrafi koordinatlarının müəyyən edilməsi (A nöqtəsi) və coğrafi 
koordinatlara əsasən nöqtələrin xəritəyə çəkilməsi (B nöqtəsi)
Hər hansı bir nöqtənin, məsələn, şəkildəki A nöqtəsinin coğrafi koordinatlarını 
təyin  etmək  üçün  nöqtənin  cənub  və  şərq  tərəfindən  eyni  on  saniyəlik  nöqtələri 
birləşdirən paralel və meridian xətləri keçirilir (şəkildə müvafiq olaraq 54° 45´ 20˝ və 
18°  08´  50˝).  Çəkilmiş  xətlərlə    nöqtə  arasındakı  parçaların  enliyi  və  uzunluğu 
çərçivədəki on saniyəlik bölgü üzərində müəyyən edilərək (şəkildə müvafiq olaraq 
9˝ və 8˝) bu xətlərin (meridian və paralelin) en və uzunluq dairəsinin qiymətləri ilə 
cəmlənir. Beləliklə, A nöqtəsinin coğrafi koordinatları:
En dairəsi    
λ
 = 54° 45´ 20˝+ 9˝ = 54° 45´ 29˝,
Uzunluq dairəsi  
ϕ
 = 18° 08´ 50˝ + 8˝ = 18° 08´ 58˝
Coğrafi  koordinatlarına  görə  nöqtəni  xəritəyə  köçürmək  üçün  (şəkildə  B  nöq­
təsi) əvvəlcə bu nöqtənin en dairəsinin qiyməti çərçivənin qərb və şərq tərəflərində, 
uzunluq dairəsinin qiyməti isə cənub və şimal tərəflərində kiçik cizgilərlə qeyd edilir. 
Sonra bu cizgilər xətkeşlə birləşdirilərək paralel və meridian xətləri çəkilir. Paralel 
və meridian kəsişərək nöqtənin xəritə üzərindəki yеrini müəyyən edəcəkdir.
  LAYİHƏ


112
Düzbucaqlı koordinat sistemi
Topoqrafik xəritələrin proyeksiyası. Yer səthini xəritədə təhrifsiz təsvir etmək 
üçün Yer kürəsi 6°­dən bir çəkilmiş meridianlarla 60 zonaya bölünür. Qrinviç meri­
dianından başlayaraq 1­dən 60­dək ərəb rəqəmləri ilə nömrələnir. Hər bir zonanın 
orta meridianı 
ox meridianı adlanır.
Yer səthinin altı dərəcəlik zonalara 
bölünməsi
Yer kürəsinin zonalar şəklində 
təsviri
Düzbucaqlı  koordinatlar. Topoqrafiyada  nöqtənin  vəziyyətini  müstəvi  (xəritə) 
üzərində  təyin  edən  xətti  kəmiyyətlər  –  absis  (x)  və  ordinat  (y
düzbucaqlı 
koordinatlar adlanır. Bu koordinatlar riyaziyyatda qəbul edilmiş koordinatlardan bir 
qədər fərqlidir.
Düzbucaqlı  koordinat  sistemi  zonanın  ox  meridianı  ilə  ekvator  qarşılıqlı 
perpendikulyar  düz  xətlər  şəklində  təsvir  еdildiyi  üçün  bu  xətlər  koordinat  oxları 
olaraq qəbul еdilmişdir: ox meridianı – X absis, zona daхilindəкi ekvator parçası isə 
Y ordinat oxudur. Koordinatların qiyməti şimala və şərqə doğru artır. Oxların kəsi­
şdiyi nöqtə koordinat sisteminin başlanğıcı hesab olunur.
Koordinat  oxları  altı  dərəcəli  zonanı  dörd  rübə  bölür.  Rüblər  X  absis  oxunun 
müsbət istiqamətindən saat əqrəbinin hərəkəti istiqamətində hesablanır. Zona daxi­
lindəki  istənilən  M  nöqtəsinin  koordinat  başlanğıcına  nəzərən  vəziyyəti  koordinat 
oxlarına qədər olan ən qisa (perpendikulyar üzrə) məsafə ilə təyin olunur. Şəkildən 
göründüyü  kimi,  absis  və  ordinat  qiymətləri  mütləq  qiymətcə  eyni  olsalar  da, 
işarədən asılı olaraq M nöqtəsi koordinat zonasının dörd müxtəlif rübündə yer alır.
İstənilən koordinat zonasının eni ekvator üzərində təqribən 670 km, 40­cı 
en dairəsində 510 km­dir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə