Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

KAMİLLİYƏ DOĞRU
11
möhkəm xarakterə malik ola bilərsiniz. Özünüzdə çatışmazlıqlar görür -
sünüzsə, onları aradan qaldırmaq haqqında düşünün. “Mən belə doğul -
muşam, dəyişə bilmərəm” kimi səhv düşüncələrdən uzaq olun. 
Ətrafınızda çoxlarının hörmət etdiyi, o cümlədən sizin üçün nüfuz sa -
hibi olan insanlara diqqət yetirin. Hansı xüsusiyyətlər hesabına onlar cə -
miyyətdə sayılıb-seçilirlər? Bu xüsusiyyətlərdən hansılar sizdə yoxdur? Bu
cəhətlərə malik olmaq üçün nə etmək lazımdır? Unutmayın: xarakterinizi
dəyişmək, daha güclü etmək üçün bəzən bir az cəhd göstərmək, iradə
nümayiş etdirmək kifayətdir.
* * *
Yəqin ki, həyatda oxşamaq istədiyiniz, ideal kimi qəbul etdiyiniz insanlar
var. Bunlar tarixi şəxsiyyətlər və ya ta nıdığınız müasir insanlar ola bilər.
Müəyyən yaşa qədər həyatınızın hər döv ründə bir ideal seçə  bilər siniz.
Bu çox yaxşı haldır, çünki örnək seç di yiniz bir modelin olması sizə ilham
verir, məqsədinizi və malik olmaq istədiyiniz xarakteri daha real təsəvvür
etməyə imkan yaradır. 
Lakin idealınızın bütün xüsusiyyətlərini özünüzdə əks etdirməyə
tələsməyin. Dərindən düşünsəniz, görəcəksiniz ki, siz həmin şəxsi bir və
ya iki xüsusiyyətinə görə ideal seçmisiniz. Əslində isə, onun elə xü su siy -
yətləri var ki, heç də qəbul edilməli deyil. Bir sözlə, çalışın, şəxsləri yox,
keyfiyyətləri ideal seçəsiniz. 
* * *
Hadisələr qarşısında əyilməmək, sarsılmamaq, insanlara təsir gücünə
malik olmaq, onları öz arxasınca apara bilmək lider xarakterinə xas olan
xü susiyyətlərdir. Belə bir xa rakterə sahib olmaq istəyirsinizsə, intellektual,
fiziki və ruhi cəhətdən güclü olmalısınız. 
Davranışınızda, danışığınızda, hərəkətlərinizdə ardıcıllıq olmalıdır.  Bu
gün birini tərifləyib sabah onu pis ləməyin. Birinə qarşı obyektiv, digərinə
qarşı subyektiv olmayın. Güclülər qarşısında meh riban, zəiflər qarşısında
əzazil olmaqdan çəkinin. Düşüncə və davranışında ziddiyyət olan insana
ətrafdakıların güvən məsi və hörmət bəsləməsi qeyri-mümkündür. 
Aylin Atmacanın “Xarakteri necə 
inkişaf etdirməli” kitabından
3. Son abzasdakı suallara cavab verin.
4. Hazırda özünüzə ideal seçdiyiniz adam varmı? Nə üçün məhz o?
5. Sonuncu hissədə əsas fikri açıqlayan açar sözü seçin.


Düşün və cavab ver
6. Mətnin hissələrini adlandırın. Onların mətndəki ardıcıllığına mü -
nasibət bildirin. Siz bu ardıcıllığı necə dəyişmək istərdiniz?
7. Aşağıdakı parçaları mətnin hansı hissələrinə aid etmək olar?
A. Bəzi insanların təbiətində ətrafdakıları özünə tabe etmək xü su -
siyyəti var. Müəyyən bir müddətdə belələrini lider kimi qəbul edir lər.
Lakin bu təbii keyfiyyətin arxasında ağıl, bacarıq, mənəvi də  yərlər
dayanmırsa, belələrinin liderliyi uzun çəkmir.
B. Sizin də gözlənilməz hadisələr qarşısında hərəkətləriniz  bir mə -
nalı və ardıcıl olsun. Belə davranış ha mıya xarakte ri nizin for ma laş -
mış  oldu ğu nu  göstərəcək.
C. Bəzi yaşlı adamlar haqqında deyirlər: “Yeddisində nə idisə, yet -
mişində də odur”. Elə yaşayın ki, gələcəkdə sizin haqqınızda bu ifa də -
ni işlətməsinlər.
D. Tarixdə ad qoymuş güclü xarakterlərin həyat hekayələrini in cə -
lə yin. Lakin onların gözəl xasiyyətlərini təqlid etməyə çalışmayın, çün -
ki bu, ətrafdakılarda gülüş doğura bilər. 
Yazı
8. Hər yarımbaşlıqdakı fikirləri düşüncələriniz və həyatda gördük lə -
rinizlə əlaqələndirərək esse yazın.
Dil qaydaları
9. Bura xıl mış durğu işarələrini bərpa etməklə cümlələri dəftərinizə
köçürün.
1. Təəssüf ki bəzən gec dərk etdiyimiz həqiqətlər uğursuzluğa səbəb
olur. 
2. Bax məsələ də elə bundadır. Əslində cəmiyyət özü dəyişir. 
3. “De görüm, yenə nə eləmisən? Bununla üçüncü dəfədir ki səndən
şikayət gəlir...”
(İ.Şıxlı)
4. Sözsüz ki iş vaxtında təhvil veriləcəkdir.
5. Ax namərd! Əlimdən dövləti yaxşı aldın. Vay gəldilər... Yox
gələn yoxdur. A kişi insafdırmı ki belə xoşbəxtliyi əldən
verəsən? Qarışığa salıb hamısını öldürrəm... Uf nə bədbəxt
oldum... Hə gəlir. Qoy gəlsin... 
(N.Nərimanov)
12
I BÖLMƏ


10. Verilmiş cümlələrdə hansı köməkçi nitq hissələri vardır?
11. 
İdi, imiş, isə hissəcikləri ilə işlənən sözləri müəyyən edin, tapşı -
rıq ları yerinə yetirin.
Biri var imiş, biri yox imiş, uzaq keçmişdə qəddar bir padşah var
imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-
analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir
qayaya  qoyarmışlar. Kim şahın qərarına etiraz edər disə şah onu
cəzalandırarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan
sümüyü görərdin. Bu açıq qə bi ristanlıq insan ətinə dadanmış quşların
məskəni idi. 
(“Ağıllı qoca” nağılından)
• Qalın hərflərlə verilmiş sözlərdə
“-mış
4
”ın funksiyasını izah edin.
• Altından xətt çəkilmiş feillərdə 
“-sa
2
”nın rolunu izah edin.
• Mətndə buraxılmış vergülləri bərpa edin, fikrinizi əsaslandırın.
12. Orfoqrafik və qrammatik səhvləri düzəltməklə mətni köçürün.
Ağxalatlı bir qız yenicə düşmüş cığırnan sahilə yaxınnaşdı. Qa ran -
nıxda kimi isə axtardı. Sahildə heç kəsi görmədiydə öz-özünə
düşündü: “Axı o mənə söz vermişdi, niyə getdi?” Sonra da köksünü
ötürərəy asdadan pıçıldadı: “Eh, yəgin, mən çox ləngi dim”. “Hm,
əlbətdə, günah məndə oldu”. Əlində tutduğu üçkünç mək tubu ağ
xalatının döş cibinə qoydu və könülsüz addımlarnan sahildən
uzağlaşdı. 
(İ.Şıxlı)
Əlbəttə, mən sizə demişdim də.
A.
B.
C.
Bir modal söz, bir bağlayıcı
Bir modal söz, bir ədat
Bir nida, bir ədat
Axı bu işi təkcə sən bilirdin.
A.
B.
C.
Bir ədat
Bir bağlayıcı, bir ədat
İki ədat
Müəllim dedi ki, mükafatı
yalnız Əhməd alacaq.
A.
B.
C.
Bir bağlayıcı, bir ədat
Bir bağlayıcı
İki bağlayıcı
Mən də sənin kimi olmadımmı?
A.
B.
C.
Bir bağlayıcı, bir qoşma
Bir bağlayıcı, bir ədat, bir qoşma
Bir ədat, bir qoşma
Məgər sənin üçün bu qədər
öyüdün təsiri olmadımı?
A.
B.
C.
Bir ədat, bir modal söz
İki ədat, bir qoşma
Bir ədat, bir qoşma
13
KAMİLLİYƏ DOĞRU


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə