Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   45

la rı olan şöbələrə bölünür. Bu şöbələrin öyrənilməsinə onilliklər sərf edilib
və indiyədək funksiyası olmayan sahə müəyyən edilməyib”.
* * *
Belə düşünmək olar ki, beyni daha böyük və ağır olan canlının əqli
imkanları da böyükdür. Bu mifi ilk dəfə Aristotel dağıdıb. O bildirib ki, can -
lının intellekt səviyyəsi onun beyninin böyüklüyü ilə deyil, beyin çə kisinin
həmin canlının ümumi ağırlığına nisbəti ilə ölçülür. Doğrudan da, dünyada
ən böyük canlılardan olan balinanın 7,8 kiloqram ağırlığında beyninin hər
qramı bədənin 5 kiloqram ağırlığında hissəsini idarə edir. İnsan beyninin
1 qramı isə bədənin cəmi 50 qramına “cavabdehdir”.
Lakin Aristotel bir səhvə yol verib. Eramızdan əvvəl 350-ci ildə qələmə
aldığı “Heyvanların hissələri haqqında” əsərində o yazırdı: “Bütün can lı -
ların arasında öz çəkisi ilə müqayisədə ən böyük beyin insan beynidir”.
Aristotelin vaxtında kiçik heyvanların və həşəratların beynini tədqiq etmək
üçün xüsusi avadanlıq yox idi. Əgər olsa idi, böyük alim bu göstəriciyə
görə birinciliyi qarışqaya verərdi. Təsəvvür edin: insanın təxminən 1500
qramlıq beyni onun bədən çəkisinin 2%-ni təşkil edir, qarışqanın 3 mil -
liqramlıq beyni isə bu həşəratın çəkisinin 6%-ni təşkil edir. Ona çatmaq
üçün insanın beyni indikindən azı ... dəfə böyük olmalı idi.
Lakin canlının əqli səviyyəsini ölçmək üçün
bu amildən başqa, iki vacib göstərici də var.
Bunlardan biri beyindəki neyronların sa yı -
dır. Tədqiqatlar göstərir ki, insan bey nin dəki
qırışlar çox mürəkkəb bir kompleksdir. Bu
kompleks neyron adlandırılan on milyardlarla
hüceyrədən ibarət olub bütün bədəni idarə
edən bir mərkəzdir. 
İkinci amil isə bu neyronlar arasında olan
əlaqələrdir. Beyin ölçülərindən asılı olmaya raq
neyronlar arasındakı əlaqə intellektin inkişa -
fına xidmət edir. Beyinə nə qədər çox infor-
masiya daxil olursa, neyronlar arasındakı
əla  qə nin səviyyəsi də bir o qədər artır. Bu əla -
qə zəiflədikcə intellekt də məhdudlaşır.
4. Oxuduğunuz sonuncu cümlədə nöqtələrin yerinə hansı say
uyğun gəlir?
5. Beyin və bədən nisbəti haqqındakı fikirlərə inansaq, insan qə -
dər ağıllı olması üçün balina beyninin çəkisi neçə kiloqram
olma lıdır?
26
I BÖLMƏ
Son araşdırmalar göstərir ki, insan
beynində 86 milyard neyron var.


İnsan beyni
iki yarımkürədən ibarətdir. 
Sol yarımkürə
məntiq, dəqiq
düşünmə sistemindən ibarətdir, sağ yarımkürə isə daha çox yaradıcı tə -
fək kürlə əlaqəlidir. 
Alimlərin apardığı araşdır ma lar 
sübut edib ki, beyinin hər iki yarım -
kürəsindən birgə istifadə vacibdir. Bu halda beyinin yarım kürələrindən biri
digərini aktivləşdirir. Tarixin yaddaşında dahi kimi qalan insanların əksə -
riyyətində həm məntiqi, həm də yaradıcı təfəkkür güclü inkişaf etmişdi. 
Arif Əliyevin “Tarixi yanlışlıqlar: 
insan və təbiət” kitabından
Söz ehtiyatı
6. “Əfsanə” və “mif” sözlərinin həqiqi və məcazi mənalarını izah edin.
Yazı
7. Mətndəki elmi fikirləri ümumiləşdirin. Nəticələrə öz fikirlərinizi
də əlavə etməklə mətnə sonluq yazın.
8. İnsan beyninin cəmi 10%-nin fəal olması haqqında “əfsanə” ilə
bağlı cədvəlləri doldurun.
9. Verilmiş cədvəldən istifadə etməklə müxtəlif canlıların intellekt
əmsalını müəyyənləşdirin və bunu əks etdirən diaqram qurun.
“Əfsanə”nin yaranması
Sitat
Müəllif
Mənbə
Tarix 
“Əfsanə”nin puç olması
Sitat
Müəllif
Mənbə
Tarix 
Qrup
Beyinin orta
çəkisi, qramla
Bədənin orta
çəkisi, kiloqramla
Beyindəki neyronların
sayı (milyard) 
İnsan 
1500
75
86 
Delfin 
1600
250
90
Fil 
4800
4500
23 
Şimpanze 
420 
60

27
KAMİLLİYƏ DOĞRU


Dil qaydaları
10. Mətndə göy rənglə verilmiş birləşmələrin tərkibindəki hansı söz
əsas mənanı ifadə edir? Hansı söz bu mənanı dəqiqləşdirir? 
11. Verilmiş sözlərə asılı tərəf artırmaqla söz birləşmələri düzəldin. 
... nemətlər, ... görmək, ... xanəndə,  ... qovuşmadan, ... yazıçı,
... gözəlliyi, ... düşünən,  ... inanmayanda, ... övladları 
12. Sözləri leksik və qrammatik cəhətdən uyğunlaşdıraraq mürəkkəb
söz birləşmələri yaradın. 
dağlar
söz oxuyanda
dostum
yaxşı
soruşmaq
atadan
igid 
kitab
İçərişəhər
qarlı oğullar
Vətən
maraqlı
zirvələr
dərsi
dar  
küçələr 
Nümunə: 
dostumun maraqlı kitabı
13. Söz birləşmələrinin tərəflərinin ifadə vasitələrini göstərin.
yaş artdıqca, onun ağlı, sonuncu məktub, xeyirxah əməl, 
onun həyatı, səhər açılanda, dünyanı  seyr etmək, uşaqlardan 
biri, təravətli üz, ilin başlanğıcı, sözə başlayan
Söz birləşmələri quruluşca sadə və mürəkkəb olur.
Sadə söz birləşmələri: 
sinif otağı, gələcək üçün çalışan.
Mürəkkəb söz birləşmələri: 
dağların sərin havası, axşam şəhər -
dən qayıdanda.
Tərkibindəki sözlərin sayından asılı olmayaraq söz birləş mə -
lərinin iki tərəfi olur: əsas (II tərəf) və asılı (I tərəf); məsələn: 
uşaq
(asılı) 
bağçası (əsas), məsələnin həlli (asılı) yolu (əsas), dağ yoluna
(asılı) 
çıxanda (əsas).
Yadda saxla!       
SÖZ BİRLƏŞMƏSİNİN ƏSAS VƏ ASILI TƏRƏFİ
Söz birləşməsi I tərəfin ifadə vasitəsi II tərəfin ifadə vasitəsi
dağ havası
isim
isim
28
I BÖLMƏ


14. Mürəkkəb söz birləşmələrini seçib dəftərinizə yazın.
Şair Nizaminin gözəl vətəni
Qoynunda bəsləyib böyütdü səni.
Oxşadı alnını ulduzlu göylər,
Açdı qucağını gülüzlü səhər.
Bir yanda Xaçbulaq, bir yanda Qoşqar,
Bizim dünyagörmüş o qoca dağlar,
Kəpəzin, Göygölün təmiz havası,
Qayalar döşündə qartal yuvası,
O dağlar mülkünün min çoban səsi,
Kəhriz başındakı çinar kölgəsi
Sənin qismətinə düşdü əzəldən. 
(S.Vurğun)
15. Oxuyun. Fərqləndirilmiş hissədə söz birləşmələrini müəyyən edib
cədvəli doldurun.
Astaranın girəcəyində, yolun sağında ağsaçlı qoca bir kişinin, so -
lunda isə övladları müharibədə həlak olmuş ağbirçək ananın böyük
portreti və şəklin kənarında iri hərflərlə onların ürək sözləri ya zıl -
mışdır.
Ananın sözləri: 
“Ey yoldan ötən, ayaq saxla, ağbirçək ananın
sözlərinə qulaq as: qədəm basdığın bu torpaq sənin doğma vətənindir.
Bu yurd sənin qeyrətindir... Vətən sənin fəxrindir... Onu sev, ona
sədaqətli ol!”
Atanın sözləri: “Torpaqda izi olmayanın süfrədə üzü olmaz”.
(B.Vahabzadə)
16. Söz mücrüsü. Verilmiş  ifadələrin köməyi ilə vətənpərvərlik möv -
zu  sun da  esse  yazın.
Başımızın üstünü alan qara buludlar, tarıxə qayıdış, mübarizəyə
çağırmaq, vətənin harayı, ən təsirli misralar, şairin alovlu nitqi,
babalarımızın şanlı zəfər yolu, keçmişi yada salmaq, Azərbaycanın
sərhədləri, böyük və vahid Azərbaycan, qeyrət dərsi, parçalanmış
vətənin naləsi, vətənin səsinə səs vermək 
Söz birləşməsi
Quruluşca növü
Asılı tərəf
Əsas tərəf
   yoldan ötən
sadə
yoldan
ötən
29
KAMİLLİYƏ DOĞRU


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə