Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

* * *
Ölkəmizdə qəzetçiliyin tarixi o qədər də qədimlərə söykənmir. Lakin bu-
rada da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, müsəlman Şərqində
birinciliyə imza atdı. 1875-ci il iyulun 22-də “Əkinçi” qə    zetinin işıq üzü
görməsi ilə Azərbaycanda ilk milli mətbu orqanın əsası qoyuldu. Bu
qəzetin təsisçisi və redaktoru görkəmli mütəfəkkir Həsən bəy Zərdabi idi. 
Əhalinin böyük hissəsinin savadsız olduğu bir dövrdə qəzet buraxmağa
qərar vermiş Həsən bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə ən başlıca
vəzifəsini – xalqı maarifləndirməyi öz qarşısında məqsəd qoydu. Bu cə fa -
keş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bildi.
Həsən bəy Zərdabi “Əkinçi”nin səhifələrində milli oyanış, milli birlik
məsələlərinə geniş yer verirdi. Məhz buna görə də çar hökuməti iki il sonra
qəzeti bağlatdırdı. Qəzetin sonuncu sayı 1877-ci ilin sentyabrında çıxdı....
XIX əsrin sonlarından etibarən Azərbaycanda bir-birinin ardınca qə -
zetlər, jurnallar nəşr olunmağa başladı. XX əsrin əvvəllərində isə Azər bay -
can mətbuatı milli şüurun oyan masında, milli ideologiyanın for  ma   laş  ma sında
çox böyük rol oynadı. Bu isə 1918-ci ildə Azərbaycan Xalq Cüm huriy yə -
tinin yaradılmasına gətirib çıxardı.
* * *
Beləliklə, demək olar ki, hər bir cəmiyyətdə ictimai fikrin formalaş ma -
sın da KİV-in, o cümlədən 
mətbuatın rolu
çox böyükdür. Məhz buna görə
də bəzən onu “
dördüncü hakimiyyət
” adlandırırlar. 
İnternetin kütləvi informasiya vasitəsi kimi sürətlə inkişaf etdiyi bir
vaxtda qəzetlər hələ də informasiya bazarında öz mövqeyini saxlamaq -
da dır. Bu gün 
dünya oxucusu 
yüzlərlə qəzet vasitəsilə çox müxtəlif və rən -
garəng informasiya almaq imkanına malikdir. Müasir oxucunun maraq
dairə  si müxtəlif olduğuna görə həmin marağı ödəyən qəzetlər də rən ga -
rəngdir. 
İnformasiyanın bol və müxtəlif olduğu bir dövrdə oxucu mətbuatda eyni
hadisə ilə bağlı müxtəlif şərhlərlə qarşılaşır. Belə bir şəraitdə ölkədə və
3. İlk qəzetlə bağlı təqdim olunan versiyalardan hansına üstün-
lük verirsiniz?
4. Sizcə, nəyə görə mətndə Venesiyanın iqtisadi yüksəlişi vur -
ğulanır?
5. Altından xətt çəkilmiş cümlədəki fikri genişləndirin və şərh edin.
6. Sizcə, “Əkinçi” adının hansı simvolik mənası var idi?
37
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


dünyada baş verənlərdən düzgün nəticə çıxarmaq oxucudan tənqidi tə -
fək kür tələb edir. Faktları analiz etmək üçün oxucu bir neçə informasiya
vasitəsinə müraciət etməli, fakt haqqında obyektiv məlumatı jurnalist
şərhindən ayırmağı bacarmalıdır.
Hidayət Fehruzoğlu
Şüurlu oxu
7. Mətnin sonuncu hissəsində 
öz əksini tapmayan fikir hansıdır?
A. İnformasiya bolluğu şəraitində yaxşı oxucu tənqidi təfəkkürə
malik olmalıdır.
 B. KİV əsas reklam daşıyıcısı kimi iqtisadiyyatın inkişafında böyük
rol oynayır.
C. Bu gün informasiya bazarında mətbu orqanlarla İnternet
rəqabət aparır. 
D. KİV ictimaiyyətə təsiri baxımından cəmiyyətdə böyük rol
oynayır. 
8. Aşağıdakı cümlələri mətnin hansı hissələrinə əlavə etmək olar?
A. Bu gün dünyada cəmiyyətə təsir göstərmək üçün böyük gücə
malik olan iri media şirkətləri mövcuddur.
B. XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycanda “Kaspi”,
“Bakinskiye izvestiya”,“Ziya”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”
ki mi qəzet və jurnallar çap olunurdu.
C. Qay Yuli Sezarın tələbi ilə senatın iclasları, xarici dövlət rəh bər -
ləri ilə yazışmalar haqqında qısa hesabatlar və döyüş
bölgələrindən gələn məlumatlar da xəbərlərə daxil edilirdi.
D. Bu qəzetin nüfuzu o qədər böyük idi ki, orada hətta Fransa kralı
XIII Lüdovikin və kardinal Rişelyenin məqalələri dərc olu -
nurdu.
Yazı
9. Qəzet işi ilə bağlı aşağıdakı terminlərin mənalarını araşdırın və
müxtəlif mənbələrdən istifadə etməklə müasir qəzetlər haqqında
kiçik mətn yazın.
media, manşet, reportaj, press-reliz, nekroloq,
rubrika, köşə yazısı, oçerk
38
II BÖLMƏ


Araşdırma
10. Ölkəmizdə çıxan bir neçə qəzetin adını, yaranma tarixini,
naşirini, yaydığı xəbərin xarakterini, əsas oxucu auditoriyasını
müəyyən edin.
Dil qaydaları
11. Göy rənglə verilmiş söz birləşmələrinə daxil olan sözlərin qram-
matik əlamətlərini göstərin.
1
2. İsmi birləşmələri sxem üzrə qruplaşdırın.
elmi prinsiplər, mədəniyyət ocağı, təbiətin sirləri, yaxşı kitab, 
ən qiymətli əsər, gözəllik aşiqi, riyazi biliklər, 
müharibə meydanı, biliyin səviyyəsi, çinar kölgəsi, 
məktəb həyəti, ad günü, məntiqi təfəkkür, evin divarı 
1, 2 – söz birləşməsinin tərəfləri
T
0
– şəkilçisiz tərəf
T
m
– mənsubiyyət şəkilçisi qəbul etmiş tərəf
T
y
– yiyəlik hal şəkilçisi qəbul etmiş tərəf
1
3. Verilmiş söz birləşmələrini sxem üzrə qruplaşdırın.
birinci sıra, o bina, xeyli adam, lirik şair, alovlu nitq, döyünən
ürək, daş ürək, gümüş qab, belə cəsarət, təmiz ad, yadlaşan
insanlar, sevimli peşə, qərib ölkə, həmin şəhər, bu məsələ, 
dəmir darvaza, yeddi gün
Bəzi ismi birləşmələrin formalaşmasında heç bir qrammatik şə -
kilçi iştirak etmir; məsələn: 
yabanı bitki, beş dəftər, bu il. Bunlara
I növ təyini söz birləşmələri deyilir.
Elə ismi birləşmələr də var ki, birinci tərəfi yiyəlik halda olur,
ikinci tərəfi isə mən subiyyət şəkilçisi qəbul edir. Bu cür ismi
birləşmələr 1-ci tərəf qeyri-müəyyən yiyəlik halda olduqda (
kitab
səhifəsi)  II növ təyini söz birləşməsi, müəyyən yiyəlik halda
olduqda isə (
kitabın səhifəsi) III növ təyini söz birləşməsi adlanır.
Yadda saxla!       
İSMİ BİRLƏŞMƏLƏR
1T
0
+ 2T
0
I növ təyini söz birləşməsi
1T
0
+ 2T
m
II növ təyini söz birləşməsi
1T
y
+ 2T
m
III növ təyini söz birləşməsi
isim + isim sifət + isim əvəzlik + isim
say + isim feili sifət + isim
39
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə