Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

8. Verilmiş sözləri leksik və qrammatik cəhətdən əlaqələndirib söz
birləşmələri yaradın. 
9. Söz birləşmələrini seçib yazın. 
ağsaqqal nəsihəti, acı söz, səhərə qədər, yaxşı yaşayan, sözün
qüdrəti, sənin üçün, gözəlliyin sirri, həyatı sevmək, meşəbəyi,
kömək etmək, tanış olmaq, meşə gavalısı, el gücü, 
soyuq münasibət, şəhərlərarası, işləri bitirəndə
10. Altından xətt çəkilmiş söz və ifadələrə diqqət yetirin. Onların söz
bir ləş məsi, yoxsa mürəkkəb söz olduğunu müəyyənləşdirin. Fik -
ri nizi  əsaslan dırın. 
1. Günəbaxan bitkisinin tumlarından əlavə, köklərinin də müali -
cə vi əhəmiyyəti var.
2. Günə baxan insanlar maraqlı bir təbiət hadisəsinin – gün tutul -
ma sının şahidi oldular.
3. İstisu Azərbaycanın təbii sərvətlərindən biridir.
4. Birinci dəfə idi ki, bulaqdan isti suyun qaynadığının şahidi olur-
dum.
5. Bu yerlərdə kəklik, sığırçın, turac, sarıköynək və s. quşlara rast
gəlmək olur. 
6. Sarı köynək Solmaza çox yaraşırdı.
su
hadisə
sədaqət
qatar
durna
meşə
elmi
and
təbiət
hövzə
qalın
balıq
çay
əsər
Söz birləşməsi də söz kimi əşya və ya hadisələri adlandırır. Lakin
sözlə müqayisədə söz birləşməsi daha konkret anlayış ifadə edir: 
ağac – alma ağacı, hündür ağac;
oxumaq – mahnı oxumaq, kitab oxumaq.
Söz və söz birləşməsindən fərqli olaraq cümlə bitmiş fikir ifadə
edir. Cümlədə intonasiya bitkinliyi olur:  
Kəndlilər yaylaqdan arana qayıdanda – söz birləşməsi
Kəndlilər yaylaqdan arana qayıtdılar – cümlə
Cümlə bir sözdən də ibarət ola bilər:
Soyuqdur.  
Yadda saxla!       
SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ
23
KAMİLLİYƏ DOĞRU


11. Nümunələri cədvəl üzrə qruplaşdırın və seçiminizi əsaslandırın.
təbiət oyanır, hamı üçün, dərsdən sonra, beşaçılan, ağacdələn, 
göy guruldayır, mənim arzum, dağa sarı, dünəndən bəri,  
havanın sərinliyi, şad olmaq, atılır-düşür, yaxşı oxuyur,  
soyuqlar düşdükcə, nəvə həsrəti, əmrə əsasən, atı suvarır,
təmiz ad, qadağan etmək, istedadlı şagirddir, kəmənd atmaq 
12. Dördündən biri fərqlidir.
A) başısoyuq  B) qara maşın  C) atıb-tutmaq  D) hörmət etmək
A) söhbət bitdi  B) üçrəngli bayraq   C) sözün qüdrəti   D) tamaşanın sonu
A) ən gözəl B) vətən həsrəti  C) vətən üçün  D) tətildən əvvəl
A) şad olmaq  B) tələffüz etmək C) soruşa bilmək D) səhəri gözləmək
13. Söz birləşmələrini cümlə şəklinə salın. Onları müqayisə etməklə
xüsusiyyətlərini açıqlayın.
Nümunə: Ağsaqqal sözə başlayanda – Ağsaqqal sözə başladı.
qəlbləri isidən sevgi, mənim doğma diyarım Azərbaycan, 
dövlət himnini oxumaq, yeni işə başlayarkən, məktub yazan,
hikmətli sözlər, soyuqlar düşəndə 
14. Verilmiş sözlər hansı bənddəki sözlə birləşib cümlə yarada bilər?
Yağış
Günəş
İsti
A) yağanda   
A) boylananda A) 
havalar
B) səsi  
B) kimi B) 
düşər-düşməz
C) damcısı  
C) ulduz dur
C)  düşəndə
D) haqqında  
D) qürub edərkən
D) oldu  
E) yağdı
E) şüası
E) çörək
*
15. Şeirdəki söz birləşmələrini seçib yazın. Onların tərkib hissələri
arasındakı sintaktik əlaqəni müəyyənləşdirin.
Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
(B.Vahabzadə)
Mürəkkəb söz
Qoşmalı sözlər Söz birləşmələri
Cümlələr
24
I BÖLMƏ


İNSAN BEYNİ
Son vaxtlara qədər geniş yayılmış bir
fikir var idi ki, insan öz beyninin yalnız
10%-dən istifadə edir. Qalan 90% isə
daim “mürgüləyir”. Fikir sa hibləri bu qə -
naətlə sanki be 
y inin möhtə 
şəm liyini
sübut etmiş olur     dular: “Baxın, 10%-lə
təbiətə mey dan oxuyan insan bu həddi
aşa bilsə, nələr edə bilər”. Hətta de yir -
dilər ki, 10% həddini aşa bilən hind
yoqları havada uça, suyun üzündə gəzə
bilirlər.
Bəs bu əfsanə necə yaranıb?
XIX əsrin sonları–XX əsrin əvvəllərində alimlər beyinin ayrı-ayrı şö bə -
lərinin funksiyalarını başa düşməyəndə belə qənaətə gəldilər ki, həmin or -
qanlar “yuxudadır”. Məşhur amerikalı psixoloq Uilyam Ceyms 1906-cı ildə
qə ləmə aldığı “Kişi enerjisi” məqaləsində yazırdı: “Biz yarıyuxulu və ziy yət -
dəyik… Mümkün əqli və fiziki imkanlarımızın yalnız kiçik hissə sin dən is -
tifadə edə bilirik”. Bu sitat sonralar (1936-cı ildə) Deyl Karneginin “Dost ları
necə qazanmalı və insanlara necə təsir etməli” kitabına yazılmış girişdə
belə xatırlandı: “Harvard Universitetinin professoru Uilyam Ceyms bildirirdi
ki, adi insan özünün gizli əqli imkanlarının yalnız 10 faizindən istifadə edir”.
Karneginin kitabı az bir zamanda böyük populyarlıq qazandı və beləliklə,
Ceymsdən gətirilən sitat da bütün dünyada məşhurlaşdı. 
Lakin müasir elm 10% haqqında əfsanəni puç edib və beyinin hər bir
hissəsinin öz funksiyası olduğunu sübuta yetirib, yəni beyində “bikar” hissə
tapmayıb. Alimlər müasir tibbi avadanlıqlar vasitəsilə apardıqları təd -
qiqatlar nəticəsində bu qənaətə gəliblər ki, insan beyninin bütün şöbələri
daim fəaldır. Kanadalı alim Barri Beyerşteyn isə “Ağıl haqqında miflər”
(1999) əsərində bunu təsdiq edən elmi dəlillər gətirir: 
“Əvvəla, əgər beyinin cəmi 10%-dən istifadə edilirsə, yerdə qalan “ya -
rarsız” zonaların zədələnməsi beyinin fəaliyyətinə təsir göstərməli deyil.
Lakin beyin zədələrini araşdırarkən məlum olub ki, təsirsiz ötüşən zə də
yoxdur. İkincisi, insan beyni vahid kütlə şəklində deyil; o, ayrıca funk si ya -
1. Oxuduğunuz hissəni 2-3 cümlə ilə ümumiləşdirin. 
2. Mətn müəl lifinin bu məsələ ilə bağlı mövqeyi necədir? 
3. Sizcə, müəllif öz möv qeyini necə sübut edəcək?
25
KAMİLLİYƏ DOĞRU


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə