Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

 
 

199 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 U
RAN NÜVƏSİNİN BÖLÜNMƏSİ
 
 
 
 
 
Ağır  nüvәlәrin  bölünmәsi.  Təcrübələrdən  müəyyən  olunmuşdur  ki,  eyni  şə-
raitdə ağır nüvələrin neytronlarla bombardman edilməsi zamanı qeyri-adi hadisələr 
baş verir: 
– orta kütləli kimyəvi elementlərin nüvələri yaranır; 
– yeni nəsil neytronlar yaranır; 
– yeni nəsil neytronlar yeni-yeni nüvə reaksiyaları yaradır və onları artan silsilə 
ilə davam etdirir
– böyük miqdarda enerji ayrılır. 
4.12 
 Nüvənin iki qəlpəyə 
bölünməsi hansı 
qüvvələrin təsiri 
altında baş verir: 
nuklonlar arasın-
dakı güclü nüvə 
qüvvələrinin, yoxsa 
elektrik təbiətli  
Kulon  qüvvələ-
rinin? 
Alimlər  nüvənin  quruluşunu  habelə  nuklonlar  arasındakı 
rabitə  enerjisinin  nüvənin  kütlə  ədədindən  asılı  olduğunu 
bildikdən sonra nüvəni daha dərindən öyrənməyə başladılar. 
Onlar  müxtəlif  elementlərin  nüvələrini  sürətli  zərrəciklərlə  – 
protonlar, 
 zərrəcikləri, neytronlar və  zərrəcikləri ilə bom-
bardman etməklə nüvədə baş verən prosesləri araşdırdılar. 
Bu  araşdırmalar  gözlənilmədən  yeni  bir  kəşflə  nəticələndi. 
Müəyyən  edildi  ki,  ağır  nüvələr  neytronlarla  bombardman 
edildikdə onlar iki qəlpəyə – orta kütləli kimyəvi elementlərin 
nüvələrinə bölünür.
 
Uran nüvəsinin neytronla bombardman edilməsi zamanı gözlənilməz hadisə baş verdi... 
Məsələ. 
1938-ci ildə alman alimləri Otto Han və Fris Ştrassman neytronlarla bombardıman 
edilən ağır uran nüvəsinin bölünməsi reaksiyasını kəşf etdilər. Bu reaksiya zamanı ney-
tronu udan uran-235 izotopu yeni izotopa çevrilir. Lakin yaranan bu izotop dayanıqsız olub 
dərhal orta kütləli iki nüvəyə bölünür. Reaksiya zamanı üç yeni eyni zərrəcik yaranır (
a
)
Nüvə reaksiyası zamanı alınan 
 izotopunu və yeni yaranan zərrəcikləri təyin edin.  
Reaksiyanı yazın.
 
 
Nəticəni müzakirə edin: 
 Əgər yeni yaranan zərrəciklərin hər birinin qarşısına Uran-235 nüvəsi çıxsa nə baş 
verərdi? 
 Bu reaksiyada qeyri-adi olan nədir: öyrəndiyiniz digər nüvə reaksiyalarından o, nə ilə 
fərqlənir?
 
 
Araşdırma
1
(a) 
LAYİHƏ


 
 
200 
 
Məsələn,  uran-235  nüvəsinin  eyni  enerjili  neytronlarla  toqquşması  nəticəsində 
yeni  neytronların  yaranması  və  külli  miqdar  enerji  ayrılması  ilə  müşayiət  olunan 
müxtəlif nüvələr alınır  –  şəkildə  göstərilən  nüvə  reaksiyalarından  ixtiyari  biri baş 
verə bilər (
b
)
 
Uran  nüvәsinin  bölünmә  mexanizmi.  Bu  mexanizmi  nüvəni  damlaya  bən-
zətməklə  Nils  Bor  izah  etmişdir.  Onun  fikrincə,  nüvə  elektrik  yüklü  nuklonlar 
toplusundan  ibarət  maye  damlasına  bənzəyir.  Bu  damla  neytronla  toqquşduqda 
həyəcanlanır. Nuklonlar arasında mövcud olan cazibə xarakterli nüvə qüvvələri ilə 
itələmə  xarakterli  Kulon  qüvvələri  arasındakı  balans  pozulur.  Nüvə  deformasiya 
edərək  uzunsov  forma  alır  və  onun  uclarındakı  nuklonlar  bir-birindən  aralanır. 
Nəticədə, nuklonlar arasındakı Kulon qüvvələrinin təsiri nüvə qüvvələrinin təsirini 
üstələyir və nüvə iki qəlpəyə bölünür (bax: 
a
). Uran nüvəsinin bölünməsi zamanı 
kiçik  kütləli  kimyəvi  elementlərin  nüvələri,  məsələn,  barium  və  kripton  nüvələri 
yaranır. Nüvə reaksiyasında kütlənin azalması baş verdiyindən bu azalmaya ekvi-
valent böyük miqdarda enerji ayrılır.  
Nüvənin bölünmə prosesi iki-üç (reaksiyadan asılı olaraq daha çox ola bilər) yeni 
nəsil  neytronların  buraxılması  ilə  nəticələnir.  Buna  səbəb  ağır  nüvələrdəki  ney-
tronların sayının protonların sayından çox olmasıdır. Bölünmədən alınan orta kütləli 
nüvələrdə neytron-proton sayı nisbəti ağır nüvədəki uyğun nisbətdən az olduğundan 
artıq qalan neytronlar kənara atılır.    
 
 
 
 
 
 
(b) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Uran-235  nüvəsini  neytronla  bombardman  etdikdə  iki  yeni  nüvə  yaranmış  və 
müxtəlif sayda neytronlar buraxılmışdır. Bu nüvə reaksiyalarını tamamlayın: 

 
 
 

. 
 
Araşdırma
2

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Ağır nüvələrin neytronlarla bombardıman edilməsi zamanı ... 
2. Neytron udan uran nüvəsinin iki yerə bölünməsinə səbəb ... 
3. Uran nüvəsinin bölünməsi zamanı enerji ayrılmasının səbəbi... 
Nә öyrәndiniz
LAYİHƏ


 
 

201 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
1. Uran nüvəsini neytronla bombardman etmək əlverişlidir, yoxsa protonla? Nə üçün?  
2. Nə üçün uran nüvəsinin bölünməsindən yeni nəsil neytronlar yaranır? 
3. Uran nüvəsinin bölünməsi prosesində böyük miqdarda enerjinin ayrılmasına səbəb nədir? 
 
 
 
  
Z
ƏNCİRVARİ NÜVƏ REAKSİYASI. ATOM BOMBASI  
 
 
 
 
 
Zәncirvarı nüvә reaksiyası. Uran nüvəsinin bölünmə reaksiyası zamanı yaranan 
yeni “nəsil” neytronların qarşısına başqa uran nüvələri çıxdıqda onların da bölünmə 
reaksiyaları  baş  verir.  Bu  reaksiyaların  hər  birindən  növbəti  “nəsil”  neytronlar 
yaranır  və  beləliklə,  ilkin  neytronların  təsiri  altında  uran  nüvəsinin  bölünməsinin 
uzun zənciri alınır (
a
)
 Zәncirvarı reaksiya – bölünәn uran nüvәlәrinin sayının sel artımıdır
 
Öyrәndiklәrinizi yoxlayın
 
4.13 
 Bu şəhərlərə atılan cəmi iki atom 
bombasının partlayışı nəticəsində 
ümumilikdə nə qədər insan məhv 
edilmişdir? 
 İnsanları yandırıb külə döndərən, 
binaları dağıdıb şəhəri məzarlığa 
çevirən belə “fövqəladə güc” 4t 
kütləyə malik atom bombasında 
nədən yaranmışdır?  
XX əsrin əvvəllərində ağır kimyəvi 
elementlərin nüvələrinin bölünməsi pro-
sesinin tədqiqi yeni-yeni ixtiralara yol açdı. 
Təəssüf ki, ilk belə ixtira insanlığa qarşı 
yönələn kütləvi qırğın  silahı – atom 
bombası hazırlanması ilə nəticələndi. Yəqin 
ki, Yaponiyanın Xirosima və Naqasaki 
şəhərlərində törədilən atom faciəsi 
haqqında eşitmisiniz. 
İlk 30 saniyə müddətində şəhər 
əhalisinin 30% -i həlak oldu! 
Məsələ. 1945-ci il avqustun 6-da ABŞ 
hərbçiləri Yaponiyanın Xirosima şəhərinə 
atom bombası atdılar. Bombanın partladığı 
episentrə yaxın sahədə ilk 30 saniyə 
müddətində şəhər əhalisinin 30%-i yanıb 
külə döndü (
a
). Bir həftə keçdikdən sonra 
şəhər əhalisinin daha 28% - i radioaktiv şüa-
lanmadan həlak oldu. Xirosima şəhərində 
atom bombasının partladığı gün 260 000 
insan yaşayırdı. Partlayışın ilk 30 saniyə-
sindən və bir həftədən sonra həlak olanların 
sayını təyin edin. 
Nəticəni müzakirə edin: 
 Atom bombasının partlaması zamanı insanları dərhal yandıran belə böyük enerji 
haradan yaranır? 
 Sonrakı həftə həlak olanlar hansı şüalanmanın öldürücü təsirinə məruz qaldılar? 
 
Araşdırma
1
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə