Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 

205 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
R
ADİOAKTİV ŞÜALANMANIN TƏSİRİ.  
ŞÜALANMANIN UDULMA DOZASI  
 
 
 
Radioaktiv şüalanma vә onun tәrkibi. Radioaktiv şüalanmanın təsiri müəyyən 
şəraitdə  bütün  canlı  orqanizmlər  üçün  təhlükəli  ola  bilər.  Bu  təsirin  xarakteri  şü-
alanmanın növündən və intensivliyindən asılıdır. Hətta nisbətən zəif şüalanma canlı 
toxumaların  normal  fəaliyyətini  poza  bilir.  Belə  ki,  nüvə  şüalanmasının  təsiri  ilə 
orqanizmin toxumalarında atom və molekulların ionlaşması baş verir – toxuma hə-
min hissədən zədələnir. Nəticədə canlı orqanizmin əsəb sisteminin fəaliyyəti, mad-
dələr  mübadiləsi,  hüceyrələrin  bölünmə  prosesi,  nəsil  davametdirmə  qabiliyyəti 
pozulur. Orqanizm ölümlə nəticələnən ağ qan (leykositlərin sürətlə azalması), xər-
çəng və şüalanma xəstəliyinə tutulur.   
Radioaktiv şüalanma mürəkkəb tərkibə malikdir. O, 
 - və - zərrəcikləri,  - və rent-
gen şüalanması, proton, neytron, ağır elementlәrin ionlarından ibarət ola bilər. 
-zərrəciklər adi kağız vərəqdən və insan dərisindən keçə bilmir. Lakin onun açıq 
yaradan,  qıdadan və nəfəs yolları ilə havadan  orqanizmə düşməsi  insan üçün çox 
təhlükəlidir.  
-zərrəciklər böyük nüfuzetmə qabiliyyətinə malikdir: onlar insan dərisindən ke-
çib içərilərə doğru bir neçə santimetr nüfuz edə və toxumaları ciddi zədələyə bilir. 
Ən dərin nüfuzetmə qabiliyyətinə isə  
 və rentgen şüalanması, habelə neytronlar 
malikdir. Onların qarşısını çox qalındivarlı beton və ya qurğuşun örtük ala bilər. Ona 
görə də şüalanmanın bu tərkibi bütün canlılar üçün ən böyük təhlükədir. 
Şüalanmadan qorunmağın ən sadə yolu şüalanma mənbəyindən mümkün qədər 
uzaqda olmaqdır, çünki şüalanmanın intensivliyi mənbədən olan məsafənin kvad-
ratından tərs mütənasib asılıdır.  
Şüalanmanın  udulma  dozası.  Şüalanmanın  canlı  orqanizmlərə  təsiri  şüalan-
manın udulma dozası adlanan fiziki kəmiyyətlə xarakterizə olunur. 
 Şüalanmanın udulma dozası – cismin udduğu şüalanma enerjisinin onun kütlә-
sinә nisbәti ilә ölçülәn fiziki kәmiyyәtdir: 

Burada 
D  –  şüalanmanın  udulma  dozası,  E  –  udulan  şüalanmanın  enerjisi,                         
m – şüa udan cismin kütləsidir.  
Şüalanmanın udulma dozasının BS-də vahidi qreydir (Qr). 
4.14 
 Radioaktiv şüalanmanın 
tərkibi nədir? 
 Sinfinizdə, yaşadığınız evdə, 
dənizkənarı bulvarda, 
yediyimiz meyvə-tərəvəzdə 
radioaktiv şüalanma varmı? 
 Bütün radioaktiv şüalar insan 
üçün təhlükəlidirmi?  
6 avqust 2007-ci ildə “Xirosima şəhidləri” 
memorialının qranit siyirməsində nüvə partla-
yışından sonra 260 000 nəfər şəhər əhalisindən 
sağ qalan cəmi 5221 nəfərin siyahısı yerləşdirilir. 
Bu o deməkdir ki, nüvə partlayışından sonra sağ 
qalan daha 100 000 nəfər insan aldıqları 
radioaktiv şüalanmanın təsirindən tədricən
sonrakı aylar və illər ərzində həlak olmuşdur.  
 
LAYİHƏ


 
 
206 
 
1
1

 1 Qr şüalanmanın elә dozasıdır ki, şüalanmaya mәruz qalan cismin hәr 1 kq 
kütlәsi ionlaşdırıcı şüalanmadan 1C enerji udsun. 
Praktikada çox vaxt şüalanma dozası rentgenlә (R) ifadə olunur: 
1

 0,01 Qr. 
Günəş radiasiyası, kosmik şüalar, Yer qabığının və ətraf mühitin radiasiyası şüa-
lanmanın udulma dozasının tәbii fonunu təşkil edir. O, ildə hər bir insan üçün 0,002 
Qr -dir. İnsanın çox qısa müddətdə aldığı 3-10 Qr şüalanma dozası onun üçün ölüm-
cül hesab olunur. 
Dozimetr.  Radioaktiv  şüalanma  haqqında  məlumat  almaq  üçün  onun  tərki-
bindəki zərrəcikləri və ya 
-şüalanmanı qeyd edən sayğacdan – detektordan istifadə 
olunur. Praktikada ən çox Heyger sayğacından – zərrəcikləri avtomatik sayan dozi-
metrdən istifadə olunur. Sayğac şüşə borudan ibarətdir. Borunun daxili divarı metal 
folqa ilə – katodla örtülmüşdür. Borunun oxu boyunca nazik naqil – anod keçiril-
mişdir (
a
).   
 
 
Anod və katod arasında yüksək gərginlik yaradılır. Boru kiçik təzyiqə malik neon 
və ya arqon qazı ilə doldurulur. Radioaktiv şüalanmanın tərkibində olan yüklü zər-
rəciklər  balona  daxıl  olduqda  oradakı  qazı  ionlaşdırır:  elektronlar  anoda,  müsbət 
ionlar isə katoda doğru istiqamətlənir. Sayğacdan keçən cərəyan şiddəti kəskin artır 
və rəqəmsal qurğu tərəfindən qeyd edilir (bax: 
a
). 
 
 
 
 
(a) 
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
Nüvə  tədqiqatları  laboratoriyasında  işləyən  alimin  1  saatda  udduğu  şüalanma 
dozasının orta qiyməti 14 mkQr-dir. Alim gündə 6 saat işləyirsə, il boyu 260 iş günündə 
aldığı  şüalanma  onun  üçün  nə  dərəcədə  təhlükəlidir?  İnsan  üçün  şüalanma  dozasının 
minimal həddi ildə 50 mQr-dir.  
 
Araşdırma_2_LAYİHƏ____4_207'>Araşdırma
2
LAYİHƏ


 
 

207 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
1. Radioaktiv şüalanma nə üçün insan və digər canlı orqanizmlər üçün təhlükəlidir?  
2. Hansı şüalanmadan qorunmaq çox çətindir? Nə üçün? 
3. Radioaktiv şüalanmadan necə qorunmaq olar? 
4. Şüalanmanın udulma dozası nə deməkdir və insan üçün hansı doza ölümcüldür? 
5. Şüalanmanın udulma dozasının miqdarını necə təyin etmək olar? 
 
 
 
 
 N
ÜVƏ REAKTORU  
 
 
 
 
 
 
Nüvə enerjisindən dinc məqsədlərlə istifadənin başlıca problemi enerji ayrılma-
sının çox qısa müddətdə partlayış şəklində deyil, əksinə, uzun müddət kiçik dozalar-
da baş verməsinə nail olmaqdır.  

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Radioaktiv şüalanmanın tərkibi ... 
2. Şüalanmanın udulma dozası –... 
3. Şüalanmanın udulma dozasının təbii fonu – ...  
4. Dozimetr ... 
Nә öyrәndiniz 
Öyrәndiklәrinizi yoxlayın
 
4.15 
 Zəncirvarı nüvə reaksiyası 
tənzimlənmədikdə nə baş verir? 
 Zəncirvarı nüvə reaksiyasını 
tənzimləyib onun enerjisini 
insanlara faydalı olabilən istiqa-
mətlərə yönəltmək mümkün-
dürmü? Bunu necə etmək olar?  
Öyrəndiniz ki, zəncirvarı reaksiyada neytron 
udan uran nüvəsindən 2-3 yeni nəsil neytron 
atılır, kənara iki yeni nüvə qəlpəsi sıçrayır və 
200 MeV enerji ayrılır. Yeni nəsil neytronlar isə 
qarşılarına çıxan başqa uran nüvələri tərəfindən 
udulur: yeni nəsil neytronlar, nüvə qəlpələri və 
enerji ayrılması sel artımı şəklini alır. 
 
Nüvə enerjisini dinc məqsədlərə yönəltmək olarmı?
Məsələ. 
Verilən natamam zəncirvarı 
nüvə reaksiyasını iş vərəqinə köçürün. 
Elementlərin dövri sistemi cədvəlindən 
istifadə etməklə nöqtələrin yerinə 
reksiyalarda yaranan uyğun nüvə 
qəlpələrinin simvollarını yazın. 
 
Nəticəni müzakirə edin:  
 Bu zəncirvarı nüvə reaksiyasını necə 
tənzimləmək olar? 
 Zəncirvarı nüvə reaksiyası zamanı  
ayrılan enerjini digər enerjilərə çevirmək 
olarmı? Fərziyyələrinizi söyləyin. 
 
Araşdırma
1
2
200
 
3
200
 
2
200
 
vә s.
vә s. 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə