Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev


    Günәş vә digәr ulduzlar – öz-özünә idarә edilәn tәbii istilik nüvә reaktorlarıdır.  Hidrogen bombası



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   72

 
 
214 
 
Günәş vә digәr ulduzlar – öz-özünә idarә edilәn tәbii istilik nüvә reaktorlarıdır
Hidrogen bombasıİdarәedilmәyәn istilik nüvә reaksiyası hidrogen bombasının 
partladılması ilә  әldә edilmişdir.  Bombanın  partlayıcı  başlığı  deyterium-litium 
qarışığından ibarət LiD adlanan maddə təşkil edir. Alışdırıcı (detonator) kimi atom 
bombasından istifadə olunur. Əvvəlcə hidrogen bombasının daxilində atom bombası 
partladılır. Nəticədə, temperatur kəskin artır və güclü neytron seli yaranır. Neytron-
ların litium izotopu ilə birləşmə reaksiyası baş verir. Sintez nüvə reaksiyasından he-
lium və tritium nüvələri yaranır: 
.    (1) 
Deyterium və litium nüvələrinin yüksək temperaturda neytronla birləşməsindən 
idarəedilməyən  istilik  nüvə  reaksiyası  baş  verir  –  külli  miqdarda  enerji  ayrılır  və 
hidrogen bombası partlayır (
a
)
 
 
 
 
 
 
1. Hansı reaksiyalar istilik nüvə reaksiyasına aid edilir?  
2. İstilik nüvə reaksiyasının Yer şəraitində aparılmasının hansı çətinlikləri var? 
3. Günəş və digər ulduzların enerji mənbəyini nə təşkil edir? 
4. Hidrogen bombası və atom bombası: bunların oxşar və fərqli xüsusiyyətləri nədir?  
 
 
Yaradıcı tәtbiqetmә 
 
Hidrogen bombasının partlayışından nə qədər enerji ayrılır?
Məsələ. 
Hidrogen bombasının partlaması nəticəsində (1)
 
reaksiyasından  ayrılan 
enerjinin hər nuklona düşən miqdarını hesablayın (element və zərrəciklərin a.k.v.-sini 
cədvəl 4.3-dən götürün). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
Hansı bombanın partlaması nəticəsində ayrılan enerjinin hər nuklona düşən miqdarı 
daha böyükdür: atom, yoxsa hidrogen bombasının?
 
 
Araşdırma
2
• 
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. İstilik nüvə reaksiyası – ... 
2. Günəş və digər ulduzlar –... 
3. Hidrogen bombası –... 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
(a) 
LAYİHƏ


 
 

215 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

 
 
 
 
 
 
1. Verilәn istilik-nüvә reaksiyasından hansı zәrrәcik yaranır? Sintez reaksiyası 
zamanı nә qәdәr enerji ayrılar? 
. 
2. İstilik-nüvә vә zәncirvarı nüvә reaksiyaları bir-birindәn nә ilә fәrqlәnir? Bu reaksiyalar 
harada baş verir? 
3. Verilәn istilik nüvә reaksiyasından ayrılan enerjinin hәr nuklona düşәn miqdarını 
hesablayın.  
. 
4. Şәkildә hidrogen bombasının sadәlәşdirilmiş sxemi tәsvir edilmişdir. Bu sxemә 
әsasәn bombanın işәsalınma mexanizmini izah edin. 
 
 
 
 
 
 
N
ÜVƏ SİLAHI BEYNƏLXALQ SÜLHÜN QARANTIDIRMI? 
(DƏRS-DEBAT)
 
 
 
 
 
1. Bütün ölkәlәrin, o cümlәdәn Azәrbaycanın nüvә silahına malik olmaq hüququ var. 
 
• Lehinə  
Nüvə silahı – öz ərazisini düşmən hücumundan qoruyan ən effektiv müdafiə 
vasitəsidir. İxtiyari ölkə, o cümlədən Azərbaycan da öz torpaqlarını düşmən 
hücumundan  qorunmaq  hüququna  malikdir.  Bəzən  adi  silahlarla  bunu 
etmək çətin olur. 
 
 
Çalışma
 
4.8
4.18 
 Bütün ölkələrin, o cümlədən Azərbaycanın 
nüvə silahına malik olmaq hüququ varmı? 
 Nüvə silahına yiyələnmək və onun tətbiqindən 
daşınmaq prinsipinə əməl etməyə ehtiyac 
varmı? 
 Nüvə silahına malik olmaq ölkələrarası sülhün 
kompromis yollarının axtarılmasına zəmin 
yaradırmı? 
 Nüvə silahına malik olan ölkə beynəlxalq 
sazişlərə təsir edə bilirmi?  
Nüvə silahı çox böyük dağıdıcı 
gücə malikdir. Onun partlayışı 
böyük sosial, iqtisadi və ekoloji 
xarakterli fəlakətlərlə nəticələnir.  
XXI əsr ölkəsi düşmən hücumla-
rından qorunmağın ən etibarlı 
yolunu nüvə silahına malik 
olmaqda görür. 
 
 
 
D e b a t
 
• Problem suallar ətrafında müzakirə aparın və dərslikdə verilən 
dəlillərə əlavələr edin. 
LAYİHƏ


 
 
216 
 
 
Əleyhinə 
Əlbəttə,  hər bir  ölkənin, o  cümlədən  Azərbaycanın  nüvə silahına  malik 
olmaq  hüququ  var.  Lakin  bu  o  demək  deyil  ki,  Azərbaycan  mütləq  bu 
hüququndan  istifadə  etməlidir.  Nüvə  silahının  hər  hansı  ölkəyə  tətbiqi, 
əlbəttə, həmin ölkənin də bu silahı Azərbaycana tətbiqi deməkdir. Onun 
nəticələrinin kiçik ölkə üçün hansı fəlakətlər törədəcəyini təsəvvür etmək 
çətin deyildir. 
 
2. Nüvә silahına yiyәlәnmәk vә onun tәtbiqindәn daşınmaq prinsipinә әmәl etmәyә 
ehtiyac var. 
 
• Lehinə  
Nüvə silahına yiyələnmək və onun tətbiqindən daşınmaq prinsipi – düşməni 
ona qarşı nüvə silahı tətbiq etməkdən çəkindirmək deməkdir. Nüvə silahına 
nə qədər çox ölkə malik olarsa, ondan istifadə riski bir o qədər azalacaqdır. 
 
• Əleyhinə 
Bu prinsipin ciddi çatışmazlıqları vardır: 
1) rasional deyil, çünki bir ölkənin digərinə nüvə silahı tətbiq etməsi 
bütün Yer kürəsində fəlakət törədəcək;  
2) nüvə silahı əldə etmək istəyən ölkələrin sayı durmadan artacaq;  
3) nüvə silahı həndəsi silsilə ilə yayılacaq. 
 
3. Nüvә silahına malik olmaq ölkәlәrarası sülhün kompromis yollarının axtarılmasına 
zәmin yaradır. 
 
• Lehinə  
Nüvə  silahına  malik  olan  ölkələrin  bir-biri  ilə  müharibə  konfliktlərinə 
girməsi ağır itkilər baxımından sərfəli deyil. Odur ki, nüvə silahı beynəlxalq 
sabitliyi saxlamaq vasitəsidir. 
 
• Əleyhinə 
Birdən nüvə silahına malik olan ölkənin prezidenti əsəbi adam oldu 
necə? Belə olan halda qarant varmı ki, o sülh kompromisi axtaracaq
yoxsa nüvə silahı tətbiq edəcək? Yoxdur!! 
 
4. Nüvә silahına malik olan ölkә beynәlxalq sazişlәrә tәsir edә bilir. 
 
• Lehinə  
Beynəlxalq forumlarda müzakirə olunan problemlərin həll yolları, adətən, 
nüvə silahına malik ölkələr tərəfindən müəyyənləşdirilir. Əgər bütün öl-
kələr nüvə silahına malik olarsa, beynəlxalq məsələlərin həllində ölkələr-
arası təsir balansı yaranar və saxlanar.  
 
• Əleyhinə 
Beynəlxalq məsələlərin həllində nüvə silahı hər şeyi həll etmir. Hazırda 
diplomatik müzakirələrdə ölkənin iqtisadi gücü və potensialı daha 
mühüm əhəmiyyət kəsb edir. 
 
 
 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə