lər zəif olur. Təbiəti mühafizə üzrə kompleks sxemlər bütün
regionları əhatə edir.
Planqabağı təhlil planlaşdırma sənədləri sisteminə
daxildir. Buraya ərazi təbiəti mühafizə kompleks sxemləri
(ƏTMKS), elmi-texniki tərəqqiyə (ETT) dair kompleks proqramlar
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin baş sxemləri,
ərazi-sənaye kompleksləri (ƏSK) sxemləri və layihələri, şəhərlərin
baş planları və s. daxildir. ƏTMKS plan- qabağı sənədlərin
qarşılıqlı uzlaşmasını, əlaqələndirilməsini və inteqrasiyasını təmin
edir. O sənədlərin hər birində təbiəti mühafizə bölməsi keyfiyyətli
olduqda uzlaşdırma daha səmərəli olur.
Hər bir müəssisə (firma) ƏTMKS-nın tələblərinə uyğun
ekoloji proqramlar əsasında təbiəti mühafizə tədbirləri planı işləyib
hazırlamalıdır. Ekoloji sferada iqtisadi vasitələrlə yanaşı sərt ekoloji
məhdudiyyətlər olduğundan, burada «direktiv plan» və
«plan-proqnoz» əvəzinə « plan- müqavilə» olmalıdır. Yəni,
təbiətdən istifadə müqavilə əsasında təbiətdən istifadə edənlə icra
hakimiyyəti orqanı arasında həyata keçirilməlidir.
Təbiətdən istifadə ediləndə ekoloji ekspertizanın nəzərə
tutulan fəaliyyət üçün rəyi olmalıdır. Rəydə istifadə edilən
texnologiyaya, habelə təbiətdən istifadəyə xüsusi kompleks icazə
olmalıdır.
Xüsusi kompleks icazədə təbiətdən istifadəyə dair
aşağıdakı şərtlər qoyulur:
-
təsərrüfat və digər fəaliyyət zamanı ekoloji tələblər;
-
istifadəyə verilmiş təbii ehtiyatların mühafizəsi və saxlama
(qoruma) təminatı şərtləri;
-
istifadə normaları (limitlər), həddi texnoloji itkilər normativi,
tullantıya, axmtıya həddi icazə verilən normalar;
-
ətraf mühiti çirkləndirməyə, tullantıları yerləşdirməyə, təbii
ehtiyatlardan istifadəyə görə ödəmə qiymətlərinin qoyulması;
89
- cərimə sanksiyalarının inzibati xətalar məcəlləsinə əsasən
tətbiq edilmə şərtləri və qaydaları.
Təbiəti mühafizədə plan-müqavilə məqbul hesab edilir,
ona görə ki, ekoloji tələbatlar kəskin tərəddüdlərə çox az məruz
qalırlar. Təbiəti mühafizə tədbirlərinin səmərəsi isə əksər hallarda
uzunmüddətli xarakter daşıyır. Plan-müqavilənin hazırlanması sərt,
« yuxandan aşağı» yox, əksinə qarşı qaşıya « görüş-interaktiv»
olmah və iqtisadi, elmi-texniki proqnoz nəzərə alınmahdır. Həm də
plan-müqavilə çərçivəsində müəssisələr birlikdə ətraf mühitin
keyfiyyətini normal təmin edə bilərlər. Ərazi üzrə ekoloji-iqtisadi
münasibətlərin həyata keçirilməsi çirkləndirməyə dair hüquqi
bazadan birgə istifadə edilməlidir.
Bütövlükdə təbiətdən istifadənin plan müqaviləsinin
kooperativ planlaşdırmaya çevirmək zəruri olardı. Plan isə ekoloji
problemin təyin edilməsindən başlayır. Konkret problem üçün
kooperativ planlaşdırmanın sxemini bir çox halda mütəxəssislərin
müəyyən qrupu hazırlayır və onun həll istiqamətini
müəyyənləşdirirlər. Danışıqlar zamanı meydana çıxan ikitərəfli,
çoxtərəfli münasibətlər nəticəsində tədbirlər kompleksi arzu olunan
(məqsədli) proqram ətrafındakı əlaqələr fəaliyyətin həyata
keçirilməsinə təsir göstərirlər. Kooperativ planlaşdırma prosesində
real prioritet sistemi formalaşır, öhdəliklərdə (kontraktlarda)
iştirakçıların üzərlərinə götürdükləri vəzifələri möhkəmləndirir.
Təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlər
səviyyəsində planlaşdırma sənədlərindən biri də «sənaye
müəssisələrinin ekoloji pasportudur» (ГОСТ 17.0.0.04.90). Ekoloji
pasport- kompleks sənəddir, müəssisə və ətraf mühit qarşılıqlı
münasibəti özündə cəmləşdirir və material balansı əsasında ətraf
təbii mühitə təsirin ölçüsü (qiyməti) barədə səhih məlumat almağa
imkan yaradır.
Ekoloji pasportda aşağıdakı məlumatlar öz əksini tapır:
- müəssisə haqqında ümumi məlumatlar;
90
-
müəssisənin istifadə etdiyi texnologiya;
-
istifadə olunan resurslann (xammal, yanacaq, enerji)
kəmiyyət və keyfiyyət xassələri;
-
əsas məhsul növlərinin istehsalı sxemində texnologiyanın
siyahısı, dünyada olan texnologiya haqqında məlumat,
təbiəti mühafizə üzrə ən yüksək xüsusi göstəricilərə nail
olmaq üçün texnologiyalar haqqında məlumat;
-
tullantı sularının və atmosferə atılmaların təmizləyici
sxemləri;
-
müəssisədən aynlan zərərli maddələrin (axıntı, tullantı)
kəmiyyət və keyfiyyət xüsusiyyətləri.
İstehsalın xüsusiyyətləri istehsal olunan məhsul haqqında
məlumatın material axınının balans sxemi şəklində göstərilməsidir.
Bu imkan verir ki, çirklənmənin həcmi, ətraf mühitə atılmalar,
tullantıların miqdarı dəqiq təyin edilsin. Ekoloji pasport eyni
zamanda planlaşdırılan tədbirlərin siyahısını, onların müddətini,
xərclərin həcmini, tullantıların ümumi həcmini (tədbirlərdən əvvəl
və sonra) əks etdirməlidir.
Sxem 11. Təbiətdən istifadənin kooperativ
planlaşdırma əlaqələri
91
Ekoloji pasportdakı sistemloşdirilmiş informasiya
aşağıdakı məsələlərin həllində istifadə edilə bilər:
-
atılmaların (axmtıların) çirkləndirici maddələrinin və məhsul
buraxılışının ətraf mühitə və əhalinin sağlamlığına təsirinin
qiymətləndirilməsində;
-
təbiətdən istifadəyə görə ödəmələrin təyin edilməsində;
-
müəssisələr üçün ətraf mühitə atılmalann (axmtıların) və
tullantıların yerləşdirilməsinin həddi icazə verilən norma-
lann (limitlərin) təyin edilməsində;
-
təbiəti mühafizə tədbirlərinin planlaşdırılması və onların
effektivliyinin (səmərəsinin) qiymətləndirilməsində;
-
müəssisənin yenidənqurma layihəsinin ekspertizasında;
-
müəssisənin təbiəti mühafizə sahəsində qanunvericiliyə
riayət etməsinə nəzarət işlərində;
-
təbii və material ehtiyatlarından, enerjidən və təkrar
xammaldan
istifadənin
effektivliyinin
(səmərəsinin)
artırılmasında.
Ekoloji pasport ilin əvvəlinə tərtib edilir və sonralar hər il
dəqiqləşdirilir, yerli təbiəti mühafizə orqanları yenidən
razılaşdırılır.
90-cı illərin əvvəlində keçmiş SSRİ-də və o cümlədən,
Azərbaycanda iri müəssisələr üçün ekoloji pasport tərtib edilməyə
başlandı. Lakin SSRİ-nin dağılmasından sonra, bütün əlaqələrin
qırılması ilə əlaqədar iqtisadi şəraitin pisləşməsi və digər səbəblər
üzündən bir çox müəssisələr ekoloji pasport tərtib etmirlər. Tərtib
edilən pasportlar isə real gerçəkliyi əks etdirmir. Keyfiyyətli
olanları isə fəaliyyətdə nəzərə alınmır. Həm də müəssisələr həmin
pasportların tərtibində maraqh deyillər.
2001-ci ildən Rusiyada yeni prinsiplər əsasında «Təbiət
istifadəçisinin ekoloji pasportu» (ГОСТ P 17.0.0.06-2000) qüvvəyə
minmişdir. Gələcəkdə həmin pasport hava, su, torpaq, tullantılar
haqqında ilkin məlumatlar bazası olacaqdır. Hazırlanmış ekoloji
pasport maketi gələcəkdə statistik hesabat
92
Dostları ilə paylaş: |