iqtisadi ziyan-ətraf mühitin çirklənməsi nəticəsində onun
faydalılıq dərəcəsinin dəyişməsidir. İqtisadi ziyan aşağıdakı xərclər
hesabına yaranır:
-
cəmiyyətin ətraf mühitində dəyişmələrlə əlaqədar əlavə
xərclər;
-
ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün xərclər;
-
gələcək cəmiyyətin qıt olan ehtiyatlarının dönməz olaraq
bir hissəsinin götürülməsi ilə əlaqədar xərclər.
Ziyan biranlıq, permanent (torpaqların eroziyası və
şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra baş verən, ləng
hərəkət edən) və s. olur. Bundan başqa iqtisadi ziyanı iki
növə-potensial və hesablama yolu ilə təyin olunan növlərə bölürlər.
Potensial ziyan-elə iqtisadi ziyandır ki, ləğvinə indiki
zamanda əlavə xərc tələb olunmur. Hesablama ziyanı-ziyanın elə
hissəsidir ki, müəyyən dövrdə üzə çıxır və iqtisad elminin indiki
səviyyəsinə uyğun olaraq pul formasında ifadə edilməsi
mümkündür. Həmin sahəyə dair məlumatımız artdıqca hesablama
ziyanı potensial ziyana çevriləcək, potensial isə-artıq dəymiş ziyan
kimi özünü göstərəcəkdir. Qiymətləndirmə hesablamalarına görə
potensial iqtisadi ziyan 70-80 %, hesablama ziyam isə faktik
ziyanın 60-65 %-ni təşkil edir.
Adətən ziyanın aşağıdakı strukturunu qeyd edirlər:
1)
əhalinin sağlamlığına;
2
) kommunal və məişət təsərrüfatına;
3)
kənd və meşə təsərrüfatına; 4) nəqliyyata, sənayeyə; 5) digər
sahələrə dəyən ziyanlar. Hər bir lokal ziyan ayrılıqda təyin edilir,
sonra isə toplanır. Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların
toplanması metodu adlanır, yaxud da birbaşa hesablanır. Bu halda
hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil edir:
1)
maddələrin çirklənmə mənbəindən atılmasının (axıdıl-
masının) təyini;
2)
qarışıqların qatılığmm atmosferdə (su hövzəsində)
müəyyən edilməsi;
3)
natural ziyanın təyini;
101
4)
iqtisadi ziyanın təyini.
Atmosfer havasının çirklənməsindən dəyən iqtisadi
ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir: xəstələnmələrin
artması nəticəsindəki xərclər, əsas fondların təmirinin sayının
artması, onların xidmət müddətinin azalması; kənd təsərrüfatı
torpaqlarının məhsuldarlığının azalması, meşələrin məhsullarının
azalması və s. Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb
edir və iqtisadi ziyam daha dəqiq təyin edir. Təcrübilə, adətən,
iqtisadi ziyamn yuvarlaşdınlmış qiymətləndirilməsi üsulundan
istifadə edirlər. Bu təxmini qiymətləndirmə verir, lakin daha ümumi
məsələləri həll etmək üçün əsas ola bilər.
Atmosferə dəymiş ziyanı təyin etmək üçün aşağıdakı
disturdan istifadə etmək olur:
Burada
M;
y-çirklənmənin hər şərti tonuna görə ödəmədir ( xüsusi
ziyandır), man. şərti ton ilə ifadə olunur. Bu qiymiətdə inflyasiya
nəzərə alınmalıdır. Hesablamada baza göstəricisi aşağıdakı kimi
ifadə edilir. Məsələn, 1 ton S
02
=l şərti ton).
cr-ölçüsüz kəmiyyət, ərazinin növündən asılı olaraq,
atmosferin çirklənməsinin nisbi təhlükəsini səciyyələndirir (xüsusi
cədvəldən götürülür).
^-ölçüsüz
kəmiyyət,
qarışıqların
atmosferdə
səpələnməsinin xarakterindən asılıdır (cədvəldən götürülür). Əgər
qaz təmizləyən avadanlıq yoxdursa, yaxud təmizləmə dərəcəsi 70
%-dən azdırsa, onda ^=3; təmizləmə 70-90 % olarsa-^=2,5; 90
%-dən çox olarsa
-(p-2
götürülür. Qaz xassəli çirklənmə və
aerozollar üçün
^=1
götürülür.
M-çirkləndirici maddələrin gətirilmiş kütləsi (şərti ton
/il), aşağıdakı distur ilə təyin edilir:
102
M = E M,4
;
Burada
M i -
i çirkləndirici maddənin ümumi kütləsi,
“(i maddəsinin) nisbi aqressivlik göstəricisidir. Bu
göstərici həddi yol verilən qatılıq (HYVQ) nəzərə alınmaqla təyin
edilir (1/HYVQ).
Su hövzələrinin çirklənməsindən dəyən ziyanın yu-
varlaqlaşdırılmış qiymətləndirmə metodu aşağıdakı disturla ifadə
edilir:
Ya
= 2 ' - c 7 - M ;
Burada
y
-xüsusi ziyan (şərti ton axmtıya görə-man) cr^-müxtəlif su
təsərrüfatı sahələri üçün sabit göstərici (konstanta), xüsusi
cədvəldən göturulur.
Ziyan hesablama yolu ilə təyin edilir həm də məhsul
hasilatına dəyən xüsusi ziyanın hesablanması ilə də təyin edilə bilər.
Təxmini metodla hesablamalar göstərir ki, cəmiyyətə
dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60 %, su hövzəsinin
çirklənməsindən-30 % və bərk tullantılarla çirklənmədən
10
%
təşkil edir. İnkişaf etmiş xarici ölkələrdə təbiətdən səmərəsiz
istifadəyə görə dəymiş iqtisadi ziyan 4-8 % (ümumi daxili məhsul)
təşkil edir. Rusiya üzrə ümumi ziyanın qiyməti 15-17 % təşldl edir
(1990). Azərbaycanda bu rəqəm daha yüksəkdir.
6.3.
Ekoloji xərclər və layihələrin smeta dəyərinin
müəyyən edilməsi
] 0
■
Təbiətdən səmərəli istifadə tədbirlərinin effektivliyi dəqiq
ekoloji xərclərin uçotunun aparılmasını tələb edir. Təbiəti mühafizə
xərcləri-insanlann yaşayış mühitinin keyfiyyəti
103
ni saxlamaq üçün ictimai zəruri xərclərdir. Təbiəti mühafizə
xərclərinin tərkibində aşağıdakı elementləri ayırmaq olar:
1)Ətraf mühitə zərərli maddələrin atılmasını (axıdılması- nı)
azaldan tədbirlərə çəkilən xərclər birbaşa olub çoxsahəlidir:
qurğuların tikintisi, texnologiyaların təkmilləşdirilməsi,
xammalın kompleks istifadəsi, tullantıların duruldulması,
neytrallaşdınlması, basdınlması və s.
2)
Təbii ehtiyatlar potensialım saxlamaq üçün xərclər xüsusi
qorunan təbiət ərazilərinin yaradılmasına, bərpa olunan
təbii ehtiyatların təkrar istehsalına və s. sərf edilir;
3)
İctimai inkişaf xərcləri-insanların rekreasiya, estetik və
digər tələbatlarının təmin edilməsi.
İqtisadi nöqteyi-nəzərdən insanın ətraf mühitə təsir
fəaliyyəti aşağıdakı xərcləri tələb edir:
-
təsirin qarşısının alınması xərclərini;
-
iqtisadi ziyanlara sərf edilən xərcləri;
-
bilavasitə ziyanın ləğvinə, neytrallaşdırılmasma və
kompensasiyasına yönəldilmiş xərcləri.
Göstərilən xərclər ən effektiv ekoloji xərclər hesab
olunur. Çünki onlar ziyanın qarşısımn alınmasına sərf edilir. Onlar
əsasən mühafizə (preventiv) tədbirlərin yerinə yetirilməsinə
yönəldilir. Onlara yeni aztullantılı, mütərəqqi texnologiyaların
yaradılması, ekoloji təhsil, kadrlar hazırlığı, ƏMTQ, ekoloji
ekspertiza (EE), ekoloji infrastruktur obyektlərinin yaradılması,
ekoloji sığorta və s. daxildir.
Kompensasiya xərclərinin səviyyəsi isə aşağıdakılar ilə
təyin edilə bilər:
-
ətraf mühiti tam bərpa etmək üçün maksimal zəruri
xərclərin həcmi;
-
minimal effektiv xərclər üzrə, aşağı səviyyəsi, maliyyə
xərcləri;
-
prioritet sayılan sahələr üzrə həyata keçirilən xərclər;
-
maliyyə cəhətdən məqbul xərclər.
104
Dostları ilə paylaş: |