Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

müəyyən  edilir.  Sığorta  hadisəsi  qəzalar  nəticəsində  ətraf  mühitə 
(atmosferə)  qəfil,  qəsdən  olmayan  zərərli  atılmalann,  yer  səthinin 
çirklənməsinin,  su  obyektlərinə  çirkabın  axıdılması  sayəsində  baş 
verən  neqativ  haldır.  Sığorta  hadisələrinin  və  zərərli  maddələrin 
siyahısı  hər  bir  konrket  hal  üçün  sığorta  müqaviləsi  bağlananda 
göstərilir.  Sığorta  ödəmələri  tarif  məzənnələrinə  əsasən  sığorta 
olunan tərəfdən müəssisənin illik dövriyyəsinin ölçülərinə müvafiq 
olaraq faizlə ödənilir. 
Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdirir: 
-
 
əmlakın zədələnməsi və ya məhv olması nəticəsində 
ziyanın kompensə edilməsini; 
-
 
ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar ziyanları; 
-
 
çirklənmiş ərazinin təmizlənməsinə və onun yararlı hala 
salınmasma çəkilən xərcləri
-
 
sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin həyatını 
və əmlakını xilas etmək üçün zəruri xərcləri; 
-
 
ilkin araşdırmalar, məhkəmə prosesinin aparılması ilə 
əlaqədar xərcləri və s. 
Ekoloji  sığorta  üçün  müəyyən  edilən  sığorta  qiyməti 
müəssisənin  illik  dövriyyə  ölçüsü  kimi  qəbul  edilir.  Sığorta 
ödəmələri  illik  dövriyyəni  tarif  stavkasına  vurmaqla  hesablanır, 
Tarif  stavkaları  təsərrüfat  (sənaye)  sahəsində  asılı  olaraq 
differensiyalaşdınhr.  Onlar  həm  də  sahə  daxilində  istehsalat 
prosesindəki  riskin  dərəcəsindən  və  preventiv  (seçmə)  tədbirlərin 
yerinə yetirilməsindən asılı olaraq differensiyalaşdınhr. 
Tarifin qiyməti aşağıdakı struktura malikdir: 
-
 
sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna ayırmalar; 
-
 
sığorta hadisələrinin qarşısım almaq üçün maliyyə fonduna 
ayırmalar; 
-
 
sığorta olunanın xərclərinin əvəzini ödəmələr; 
-
 
sığorta olunanın normativ gəliri. 
Sığorta  kompaniyası  zərərçəkənlərə  aşağıdakı  növlərdə 
sığortaəvəzi ödəyir: 
-
 
əmlakın zədələnməsi və məhvinə görə dəymiş ziyanın 
kompensasiyasını; 
133 


-
 
həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə əlaqədar 
zərərin (ziyanın) cəmini; 
-
 
çirklənmiş ərazinin təmizlənmə xərclərini; 
-
 
zərər çəkmiş insanların həyatını və əmlakını xilas etmək 
üçün çəkilən xərcləri; 
-
 
məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri. 
Sığorta kompensasiyasının ödənilməsi sığorta təşkilatının 
ilkin  kapitalla  təyin  edilən  gücündən  sığorta  edilənlərin  sayından, 
müvafiq ödəmələrin cəmindən və s.-dən birbaşa asılıdır. 
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əhatə etmir 
və  yalnız  əvvəldən  gözlənilməyən  və  təsadüfi  çirklənmələrdən 
dəymiş riskin ziyanı sığorta edilir. Bəzi kompaniyalar təklif edirlər 
ki,  ətraf  mühitin  pisləşməsi  də  sığorta  edilsin.  Sığorta  edilənlər 
hesab  edir  ki,  çirklənmə  ilə  əlaqədar  bütün  hadisələrin  80  %  -i 
sığorta edilə bilər. 
Sığorta  müqaviləsi  aşağıdakı  əsas  bölmələri  (hissələri) 
özündə əks etdirir; 
-
 
müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri
-
 
illik dövriyyənin (pulla ifadəsində) həcmi; 
-
 
müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat; 
-
 
istehsalat  prosesinin  xarakteri,  xammalın,  materialların  və 
istehsal edilən məhsulun növləri haqqında məlumat; 
-
 
ətraf  təbii  mühit  haqqında  məlumat  (əhalinin  sayı,  sıxlığı, 
istifadə edilən sahələrin xarakteri, torpaq, yerüstü və yeraltı 
sular); 
-
 
əsas  atılmalar  (axıntılar)  və  tullantılar,  ətraf  mühitin 
vəziyyətinə nəzarət metodlan; 
-
 
atılmaların  (axıntıların)  risk  dərəcəsi,  onların  ləğvi  üzrə 
tədbirlər və s. 
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu 
ilə  uzadıla  bilər.  Fasiləsiz  olaraq  2  və  daha  çox  ilə  müqavilə 
bağlanarkən güzəştli (10-30 %) imtiyazlar nəzərdə tutulur. 
Ekoloji 
məsuliyyətin 
sığorta 
prosesi 
sığorta 
kompaniyasının iştirakı olmadan da, sənaye kompaniyalarının qarşı 
134 


lıqlı sığortalanma yolu ilə də həyata keçirilə bilər. Onlar birləşmiş 
fondlar  yarada  bilər,  yaxud  şəxsi  (məxsusi)  ehtiyat  fondları 
formalaşdıra bilər. 
Bütövlükdə ekoloji  sığorta  ekoloji  menecment üçün çox 
cazibədardır və özündə iqtisadi- ekoloji maraqları birləşdirir. Onun 
geniş tətbiq edilməsinə aşağıdakılar mane olur: 
1)
 
tamamlanmış normativ-hüquqi bazanın olmaması; 
2)
 
müəssisələrin  ağır  iqtisadi  vəziyyəti,  sığorta  haqlarının 
ödənilməməsi; 
3)
 
ekoloji  risklərə  görə  yüksək  tarif  stavkalarının  olması, 
avadanlıqların  köhnəlməsi  üzündən  sığorta  hadisələrinin 
ehtimalının böyük olması. 
8.3.
 
Ekoloji lizinq 
Ekoloji  və  digər  fondların  hesabına  ekoloji  lizinq 
(müəssisələr  tərəfindən  ekoloji  avadanlığın  icarəyə  götürülməsi) 
inkişaf edə bilər. Ekoloji lizinq öz mahiyyətinə görə uzunmüddətli 
kreditləşdirmədir,  belə  ki,  müəyyən  müddətdə  geri  qaytarmaq 
prinsipinə  əsaslanır.  Eyni  zamanda  ekoloji  lizinq  həm  də 
maliyyələşdirmə  (investisiya)  formasıdır.  Lizinqdə  eyni  zamanda 
həm  avadanlığın  ahnması,  həm  də  maliyyələşdirmə  məsələsi  həll 
olunur,  çünki  icarədar  avadanlığın  dəyərinin  birdəfəlik 
ödənməsindən  azad  olur  və  bununla  da  firmanın  investisiya 
imkanları artır. 
Ekoloji fondlardan başqa əmlak mülkiyyətçisi ola biləcək 
sahələr: 
-
 
banklar və onların filialları; 
-
 
xüsusi maliyyə lizinq kompaniyası; 
-
 
istənilən firma. 
Lizinqdə  əsas  kapital  icarəyə  uzun  müddətə  verilir. 
Mülkiyyət hüququnda (funksiyasında) bölünmə gedir: mülkiyyətçi 
bir şəxsdir, istifadə edən isə başqa şəxsdir. İcarə müddəti 1 ildən 20 
ilə  qədər  ola  bilər.  Bir  illik  sövdələşmə  reytinq,  orta  müddətli 
sövdələşmə isə xayrinq adlanır. 
135 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə