Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

Ekoloji  özəlləşdirmə  fondu  özəlləşdirilən  obyektlərdə 
təbiəti  mühafizə  amillərinin  nəzərə  alınması  və  ekoloji  ekspertiza 
aparılması  sayəsində  yaradıla  bilər.  Həmin  fondun  formalaşma 
mənbələri aşağıdakılar ola bilər: 
-
 
müəssisənin yeni sahibinin ona əvəzsiz verilən təbiəti 
mühafizə obyektlərinin qiyməti; 
-
 
müəssisə balansmda olan təbiəti mühafizə obyektləri üzrə 
amartizasiya aynmaları; 
-
 
məqsədli faizsiz kreditlərin vəsaitləri
-
 
təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan məqsədli 
maliyyə vəsaitləri. 
Ekoloji  fondlara  daxil  olan  vəsaitlərin  daha  da  effektiv 
formalarının  axtarışı  bir  vaxtlar  bir  sıra  regionlarda  ekoloji 
bankların  (ekobanklar)  yaranmasına  səbəb  oldu.  Belə  banklar 
Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi. 
Bütövlükdə,  ödəmələrin  və  xüsusi  fondların  vəsaitlərinin 
istifadəsinin  təhlili  göstərir  ki,  təbiəti  mühafizə  tədbirlərinin 
maliyyələşdirilmə  məbləği,  ümumiyyətlə,  ekoloji  situasiyam 
sabitləşdirmək üçün kifayət deyildir. Əksər hallarda, tətbiq  edilən 
ödəmələr  rəmzi  xarakter  daşıyır  və  heç  də  öz  vəzifələrini  yerinə 
yetirmirdi.  Bir  sıra  ölkələrdə  ekoloji  fondlardan  təbiəti  mühafizə 
istiqamətli obyektlərin tikintisinə təxminən 25 % vəsait xərclənirdi. 
Rusiyada,  eləcə  də  Azərbaycanda  xalq  təsərrüfatında 
gəlirin 90,%-i təbii-resurs sahələri hesabına əldə edilirdi. Bu gəlirin 
həmin  səviyyədə  qalması  və  artması  üçün  onun  müəyyən  hissəsi 
təbii  ehtiyatların  bərpasına,  artırılmasına  və  təbiəti  mühafizəyə 
yönəldilməlidir.  Bu  gün  isə  təbiəti  mühafizə  fəaliyyətinin 
maliyyələşdirilməsi  tamamilə qeyri-qənaətbəxşdir. Belə ki,  həmin 
maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1 %-dən azdır. 
Ancaq ətraf mühitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi 
daxili məhsulun 
8
 %-ni, Azərbaycanda isə 10-15 %-ni təşkil edir. 
Bütün  dünyada  təbiəti  mühafizə  xərcləri  iri  kompaniyalar  və 
firmalar tərəfindən artı 
130 


rılsa da, dövlətlərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və 
bir çox ölkələrdə yüksəkdir (35-90 
%).
 
8.2.
 
Ekoloji sığorta 
Ekoloji fəlakətlərin sayı ildən- ilə artır və müvafiq olaraq 
iqtisadi  ziyanın  həcmi  də  artmaqdadır.  Fəlakətlərin  nəticələrinin 
ləğv  edilməsi  hiss  ediləcək  dərəcədə  maliyyə  vəsaiti  tələb  edir. 
Yüksək  risk  şəraitində  həmin  ziyanın  azaldılması  üçün  zəmanət 
lazımdır. Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji 
sığorta  hüquqi  şəxslərin,  vətəndaşlarm  gərgin  ekoloji  vəziyyəti 
şəraitində  yarıtmaz  nəticələrin  aradan  qaldırılmasında  əmlak 
mənafelərini  qorumaq  və  seçmə  tədbirlərin  həyata  keçirilməsini 
təmin  etməlidir.  Gözlənilməz  çirlklənmə  hallarımn  payı  ümumi 
halların 30 %-dən çoxunu təşkil edir. 
Ekoloji  sığorta  sığortalamanm  elə  bir  xüsusi 
kateqoriyasıdır  (növüdür)  ki,  sığorta  edən  təşkilat  sığorta  olunan 
obyektə  çirklənmə  nəticəsində  gözlənilmədən  dəyən  ziyamn 
əvəzini  qismən  və  ya  tamamilə  ödəyir.  Ekoloji  sığorta  bütün 
tərəflərin maraqlannı özündə əks etdirir. Onlar aşağıdakılardır: 
-
 
sığorta  edənlərin  fəaliyyəti  vasitəsilə  bütün  əhalinin 
maraqlarını təmsil edən dövlətin fəaliyyəti
-
 
üçüncü  şəxs  adlandırılan  tərəflərin  (fiziki  və  hüquqi) 
maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri
-
 
müəssisələrin  özlərinin  (sığorta  olunanlann)  yəni,  təbiət 
istifadəçiləri,  onların  tərəfindən  və  günahları  ucləntından 
çirklənmə baş verməsi
Bu  prosesdə  əhalinin  və  dövlətin  maraqlarım  sığorta 
edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir. 
Ekoloji  sığorta  üçüncü  tərəfin  zərərini  ödəmək  üçün 
məcburi sığorta olunan (çirkləndirən) tərəfin marağını ödəmək üçün 
könüllü həyata keçirilmişdir. 
Ekoloji  sığortanın  məqsədi  ondan  ibarətdir  ki,  qəza, 
qəsdən olmayan çirkləndirmənin kompensasiya edilməsinə 
131 


zəmanət  təminatı  verir  və  əlavə  maliyyə  mənbəyi  kimi  vəsaitin 
toplanmasına  şərait  yaradır.  Beləliklə,  ödənişli  təbiətdən  istifadə 
sistemi ilə ekoloji sığorta arasında hansısa qarşılıqlı əlaqə mövcud 
olur. 
Ekoloji  sığorta  «Ətraf  mühitin  mühafizəsi  haqqında» 
Azərbaycan Respublikasının müvafiq qanununda təsbit edilmişdir. 
2002-ci  ildə  isə  «Məcburi  sığorta  haqqında»  qanun  qəbul 
edilmişdir.  Rusiyada  könüllü  sığorta  haqqında  hələ  1992-  ci  ildə 
nümunəvi  əsasnamə  təsdiq  edilmiş,  qaydalar  hazırlanmış  və 
1994-cü ildə bir sıra regionlarda eksperiment aparılmışdır. 
Ekoloji  sığortanın  başlıca  mahiyyəti  ondan  ibarətdir  ki, 
əsas  prinsipə  üçüncü  şəxslərin  ziyamnm  maksimum  qarşısının 
alınmasına;  sığorta  olunanın  iqtisadi  marağının,  şəxsi  ehtiyatların 
qorunub  saxlanması  kimi  təmin  edilməsi  və  gələcəkdə  fəaliyyət 
göstərməsinə; sığorta edənin səğorta kompensasiy- asım minimuma 
endirmək,  yaranmış  maliyyə  ehtiyatlanm  təbiəti  mühafizə 
tədbirlərinə yönəltmək prinsipinə riayət olunsun. 
Sığorta  kompaniyası  sığortanın  könüllü  növü  üzrə, 
qəfildən,  qeyri-qəsdən  və  gözlənilmədən  çirklənmə  nəticəsində 
üçüncü  şəxslərə  dəyəcək  ziyandan  mülki  (əmlak)  mühafizənin 
sığortasını  təmin  edir.  Sığortanın  obyekti  mülki  (vətəndaşlıq) 
məsuliyyətin riskidir. Həmin risk fiziki və hüquqi şəxslər tərəfindən 
mülki  qanunvericilik  normalarına  müvafiq  olaraq  sığorta  olunana 
elan edilən əmlak iddiasıdır. 
Ekoloji 
sığorta 
sisteminin 
əsas 
göstəriciləri 
aşağıdakılardır: 
-
 
sığorta riski; 
-
 
sığorta məbləği; 
-
 
sığorta haqqı; 
-
 
sığorta tarifləri. 
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş- vermə 
ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haqqında məlumatlar 
kütləsi əsasında ehtimal nəzəriyyəsi vasitəsilə 
132 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə