Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

nəzərdə  tutulmuşdur.  Suya  atılan  maddələr  üçün  Azərbaycan 
Respublikası təbiəti mühafizə üzrə Baş Dövlət Müfəttişliyi və Baş 
Sanitar Dövlət Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. 
Səyyar  mənbələrdən  (avtomobillərdən)  ətraf  mühitə 
atılan  çirkləndirici  maddələr  işlədilən  yanacağın  həcminə  əsasən 
hesablanır.  Bərk  tullantıların  yerləşdirilməsinə  görə  ödəmələr 
müəyyən  edilmiş  limitdən,  tullantıların  toksiklik  dərəcəsindən, 
miqdarından  və  yığılma  yerindən  asılıdır.  Tullantıların 
yerləşdirilməsinin baza normativləri tullantının vahid kütləsinin IV 
sinif toksiklik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasili 
kimi təyin edilir. 
Təhlillər  göstərir  ki,  zaman  keçdikcə  ətraf  mühiti 
çirkləndirməyə  görə  ödəmələr  tamamilə  həvəsləndirmə  üzrə  və 
təbiəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas funksiyasını 
yerinə  yetirə bilmir. Belə ki,  onlar indeksasiya apanlma- dığından 
rəmzi xarakter alır. Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17, 
Azərbaycanda  10  idi.  2001-ci  ilin  yanvarından  bu  əmsal  94 
müəyyən  edilmişdir,  Azərbaycanda  isə  2005-ci  ilə  kimi  pulun 
indcksasiyası  aparılmadığmdan  həmin  əmsal  dəyişməmişdir. 
Halbuki,  pulun  qiymətdən  düşməsi  davam  edirdi.  Bundan  başqa 
ətraf  mühitin  çirklənməsi  haqqında  məlumatlar  hər  zaman  dürüst 
olmur,  belə  ki,  Azərbaycanda  hələ  də  dəqiq  ölçmə  işləri  həyata 
keçirilmir.  Müəssisələrə  çirklənmənin  səviyyəsini  azaltmaq 
sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Monitorinq də 
hələlik kifayət qədər geniş təd- biq edilmir. Odur ki, əsasən seçmə 
ölçmələrdən,  laboratoriya  sınaqlarından  və  xüsusi  hesablama 
metodlarından  (ilk  növbədə,  balans  metodu)  istifadə  edilir. 
Tullantıların  (axıntılarm)  həcminin  müəssisələr  tərəfindən 
gizlədilməsi halları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir 
və belə halda artırıcı  əmsaldan istifadə edilməsi  lazım gəlir. Əgər 
limit təyin edilmə- yibsə, onlar limitdən artıq hesab edilir. 
Hələ indiyə qədər neft və qazçıxarma sahəsində atmosferə 
atılan karbohidrogenlərin və digər tullantıların miqdarı dəqiq təyin 
edilməmişdir. Neft tutumlarının səthindən nə qə 
124 


dər  buxarlanma  baş  verdiyi  müəyyən  edilməmişdir.  Vaxtı  ilə 
normativ itkilərin ətraf mühitə atılmasını gizlədirdilər, halbuki, bu 
rəqəm  7-9 
%
  təşkil  edirdi.  Eyni  sözləri  su  obyektlərinə  axıdılan 
çirkab  sulan  haqqında  da  demək  olar.  Hazırda  Azərbaycandakı 
80-dən  çox  şəhər  və  rayon  mərkəzindən  bütün  kommunal-məişət 
sulan  təmizlənmədən  ətraf  mühitə  atılır.  Hələ  də  Bakı,  Gəncə, 
Sumqayıt, Əli-Bayramlı, Mingəçevir, Naxçıvan, Xankəndi, Ağdam, 
Şuşa,  Daşkəsən  və  s.  şəhərlərdən  axıdılan  məişət  tullantı  sulan 
tamamilə  təmizlənmir.  Əslində  bu  axıntılar  qəza  hallarında  ətraf 
mühitə  axıdılan  çirkab  sulanna  bərabər  tutulmalı  və  günahkarlara 
qarşı yüksəldici əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza 
vaxtı’yayhm  axıntılar  (atılmalar)  zamanı  ətraf  mühitə,  təsərrüfat 
obyektlərinə  böyük  zərər  dəyir.  Belə  hallarda,  məsələn,  Rusiyada 
iqtisadi sanksiyalar 25 dəfə artırıhr. Azərbaycanda isə həmin rəqəm 
10
-a bərabərdir. 
Özünüyoxlama sualları 
1
 .Azərbaycanda ətraf mühitin mühafizəsinə hansı hüquqi zərurətlər 
daxildir. 
2.
 
Təbiəti mühafizə fəaliyyətində hansı həvəsləndirmə metodları 
vardır. 
3.
 
Rusiya Federasiyasında təbiətdən istifadə təcrübəsi necədir. 
4.
 
Təbiətdən istifadədə haqq ödəmələrinin iqtisadi mexanizmi hansı 
funksiyaları yerinə yetirir. 
5.
 
Resurslardan istifadəyə görə ödəmələr hansı prinsiplərə 
əsaslanır. 
ö.Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr hansılardır. 
T.Çirkləndirmələrə görə ödəmə metodikası hansı prinsiplər 
əsasında müəyyən edilir. 
8
.Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin cəminə hansı 
göstəricilər daxildir. 
125 


VIII
 
FƏSİL 
TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏ ÜZRƏ 
TƏDBİRLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ 
8.1.
 
Təbiətdən istifadə sahəsində ekoloji fondlar sistemi 
Təbiətdən  istifadənin  ödənişli  (pullu)  sistemi  ekoloji 
tədbirlərin  maliyyələşdirilməsinin  əsas  mənbəyidir.  Təbii 
ehtiyatların  istifadəyə,  ətraf  mühiti  çirkləndirməyə,  tullantıların 
ycrləşdirilməsinə görə ödəmələr sistemi, habelə onların tutulması və 
istifadəsi  təbii  ehtiyatlar  üzərində  mülkiyyət  münasibətləri  ilə 
müəyyən edilir. 
Təbiətdən  səmərəli  istifadə  tədbirlərinin  əsas  mənbələri 
aşağıdakılardır: 
-
 
müəssisələrin şəxsi vəsaitləri
-
 
müxtəlif səviyyəli büdcələr
-
 
büdcədən  kənar  məqsədli  fondlar-ehtiyatlar  üzrə,  ekoloji, 
sığorta  fondları,  habelə  özəlləşdirmə  prosesində  yaradılmış 
ekoloji fondlar; 
-
 
bank  kreditləri,  sponsor  vəsaitləri,  beynəlxalq  təşkilatların 
maliyyə köməyi; 
-
 
ianələr vəs. 
Təəssüflər  olsun  ki,  keçid  dövründə  təbiəti  mühafizə 
tədbirlərinin 
büdcələrdən 
maliyyələşdirilməsi 
mürəkkəb 
məsələlərdən birinə çevrilmişdir. Ekoloji məqsədlər üçün mərkəzi 
büdcədən demək olar ki, vəsait ayrılmır, şəxsi vəsaitlərin isə həcmi 
çox  cüzidir  (0,2-0,3  %).  SSRİ  dövründə  də,  təbiəti  mühafizəyə 
yönəldilən vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil 
edirdi. Məsələn, bu rəqəm bütün İttifaq üzrə 0,8- 1,2%, Pribaltika 
respublikaları  üzrə-1,5-1,7  %,  Gürcüstan  və  Ermənistan  üzrə- 
0,7-1,0 %, Azərbaycan üzrə isə -0,3-0,5 % təşkil edirdi. Müqayisə 
üçün  qeyd  etmək  lazımdır  ki,  təbiəti  mühafizə  tədbirlərinə  hər  il 
ümumi  daxili  məhsulun  2-3  %-i  qədər  vəsait  lazımdır.  Buna 
baxmayaraq müəssisələr bu məq 
126 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə