Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

ni  maksimum  götürmək  lazımdır.  Qiymətlərin  təyinatında  sabit 
dünya təmayülü ondan ibarətdir ki, durmadan təbii ehtiyatların nisbi 
bahalaşması,  renta  münasibətləri  sisteminin  tətbiq  edilməsidir. 
Təbii  ehtiyatların  qiymətləndirilməsində  gələcək  nəsillərin  də 
marağı nəzərə alınmalıdır. 
Rusiyada  fəaliyyətdə  olan  qaydalara  əsasən  müəssisələr 
əgər  təbiəti  mühafizəyə  ayrılmış  vəsaiti  mənimsəyirlərsə,  ona 
müqabil  ödəmələrin  məbləğində  korrektiv  (düzəliş)  aparılır.  Bu 
düzəlişlərin  təşəbbüskarı  təbiətdən  istifadə  edən  olmalıdır. 
Qiymətvermə «Təbiəti mühafizə tədbirlərinin siyahısına» müvafiq 
apanhr.  Bundan  başqa,  müəssisə  əgər  əhaliyə  sosial  və  mədəni 
sferalarda  xidmət  göstərirsə  ödəmələrin  ölçülərinin  azalmasına 
ümid bəsləyə bilər, yaxud ondan tamam azad ola bilər. 
Bütövlükdə, təbiətdən səmərəli istifadənin hər bir vasitəsi 
(instrumenti) yaranmış vəziyyətdən asılı olaraq müxtəlif dərəcədə 
səmərə verə bilər. 
7.2.
 
Təbiətdən istifadəyə görə ödəmələrin ekoloji-iqtisadi 
məzmunu və formaları 
Təbiətdən istifadədə Ödəmələr təbii ehtiyatlar üzərindəki 
mülkiyyətin iqtisadi realizə formasıdır. Bütövlükdə, ödəmələr təbii 
ehtiyatlardan  istifadəyə  (resurs  ödəmələri)  və  ətraf  təbii  mühiti 
çirkləndirməyə görə (emissiya ödəmələri) tətbiq edilir. 
Təbiətdən istifadədə haqq ödəmək, iqtisadi mexanizmin 
bir elementi kimi, bir sıra funksiyaları yerinə yetirir: 
-
 
təbii ehtiyatlardan istifadədə qənaətə həvəs yaradır; 
-
 
ətraf mühitə atılan zərərli maddələrin miqdarının 
azalmasına təsir göstərir, yaxud da qarşısını tamam alır; 
-
 
təbii ehtiyatlardan istifadədə təsərrüfatçılığın sosial- iqtisadi 
şəraitini yaxşılaşdırır; 
-
 
təbii ehtiyatlar yığımının artırılmasını stimullaşdırır; 
115 


-
 
təbiətdən  səmərəli  istifadə  üçün  pul  vəsaitinin 
toplanmasına  şərait  yaradır  və  təbiəti  mühafizə 
tədbirlərinin maliyyələşdirilməsi mənbəyi yaradır. 
Təbii 
ehtiyatlardan 
istifadəyə 
görə 
ödəmələr 
aşağıdakılardan ibarətdir: 
1
) ödəmənin növü; 
2
) ayrı-ayrı ödəmələrin 
ölçüsünün təyini üsulları; 3) ödəmələrin təyin edilməsi, alınması və 
istifadəsi. 
Resurslardan  istifadəyə  görə  ödəmələr  aşağıdakı 
prinsiplərə əsaslanır: 
-
 
yaxşı  (əla)  ehtiyat  üçün  ödəmənin  qiyməti  yüksək 
olmalıdır; 
-
 
ödəmənin qiyməti kifayət (lazımi) səviyyədə olmalıdır ki, 
resurs  tutumunu  azalda  bilsin,  ya  da  resursu  əvəz  etməyə 
imkan yaratsın; 
-
 
ödəmənin  ölçüsü  bazann  konyukturasını  (məzənnəsini, 
tələb və təklifi) nəzərə almalıdır; 
-
 
istifadə  olunmayan  təbii  ehtiyatların  potensial  qiyməti 
olmalıdır,  hesablamalarda  nəzərə  ahnmahdır  və  zaman 
keçdikcə korrektə edilməlidir; 
-
 
ödəmələrin  ağırlığının  (yükünün)  istifadəçilərin  üzərinə 
düşməsinin qarşısının alınması təmin edilməlidir. 
Təbii  ehtiyatlara  görə  ödəmələrin  təyin  edilməsinin 
konkret prinsipləri ola bilər: Xərclər üsulu, nəticə (renta) üsulu və 
yenidənbərpa. Xərclər üsulu sənaye müəssisələrinin su götürməyə 
görə  ödəmələrini  təyin  edərkən  istifadə  edilir.  Bu  zaman  hasilat, 
mənimsəmə və istifadəyə çəkilən xərclər nəzərə ahnmahdır. Yüksək 
keyfiyyətli resursun istehsalat prosesinə cəlb edilməsi az xərc tələb 
edir, onun dəyəri az olur, lakin is- tehlak qiyməti  yüksək olur. Bu 
təbiətdən  səmərəli  istifadəni  stimullaşdırmır.  Nəticə  (yekun) 
üsulunda əsasən yalnız gəlir gətirən resurslara qiymət verilir. Lakin 
zaman  keçdikcə,  qiymətə  malik  olmayan  resurs  (sərvət),  qiymətli 
resursa  çevrilə  bilər  və  deməli,  həmin  sərvət  potensial  qiymətə 
malik olur. 
Bir sıra ehtiyatlar dinamikliyinə görə, ödəmə təyin etmək 
məsələsində mürəkkəbdir. Məsələn, bioresurslar və su 
116 


bir  çox  halda  əhali  yaşayan  arealın  yerləşməsi  və  inzibati-ərazi 
bölgüləri ilə uyğunlaşmır. 
Ümumiyyətlə,  təbii  ehtiyatlara  görə  ödəmələr  özündə 
aşağıdakıları  əks  etdirir: 
1
)  təbii  ehtiyatlardan  istifadə  hüququna 
görə  ödəmə; 
2
)  təbii  ehtiyatların  mühafizəsi  və  artırılması  üçün 
ödəmə.  Təbii  ehtiyatlardan  istifadə  hüququna  görə  ödəmə, 
mülkiyyətin realizasiya forması kimi mütləq həm də diffe- rensial 
rentanın  alınması  deməkdir.  Bir  halda  ki,  effektlər  müəssisənin 
fəaliyyətindən  asılı  deyil,  deməli  onlar  aimmalıdır.  Ödəmələrin 
mütləq  qiyməti  ya  tender  (konkurs,  müsabiqə)  yolu  ilə  müəyyən 
edilə  bilər,  ya  da  bank  faizinin  səviyyəsi  ilə  bağlana  bilər.  Təbii 
ehtiyatlann artmlması və mühafizəsinə görə ödəmə təsərrüfata cəlb 
edilmiş təbii ehtiyatların bərpasına çəkilən xərclərdir. 
Təbii  ehtiyatlardan  istifadəyə  görə  ödəmələrin  növləri 
aşağıdakılardan ibarətdir: 
-
 
Yerin təkindəki istifadəyə görə ödəmələr
-
 
mineral-xammal bazasımn artınlmasma görə ödəmələr; 
-
 
meşə gəliri (meşədən istifadəyə görə); 
-
 
sənaye müəssisələrinin su götürməsinə görə ödəmələr
-
 
torpaqdan istifadəyə görə torpaq vergisi; 
-
 
heyvanların ovlanmasına (izazəyə) görə ödəmə; 
-
 
təbiətdən istifadəyə görə lisenziya verilməsinə görə ödəniş. 
Yer təkindən istifadə edilərkən aşağıdakı  ödəmə  növləri 
həyata keçirilir: 
-
 
konkursda (auksionda) iştiraka görə yığım və lisenziya 
almağa görə rüsum; 
-
 
mineral-xammal bazanın bərpası üçün tutulma. 
Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı ödəmələr 
də təklif edilir: 
-
 
faydalı qazıntı yataqlanmn axtarışı və kəşfiyyatına görə 
ödəmələr; 
-
 
faydalı qazıntıların hasilatına görə ödəmələr; 
117 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə