Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

lərin ikinci hissəsi istehsalçının gəliri hesabına örtülməlidir, çünki 
həmin məbləğ buraxılan məhsulun maya dəyərinə salına bilməz. 
Təbii 
ehtiyatların 
bərpasına 
(artırılmasına) 
və 
mühafizəsinə  görə ödəmələr  məhsulun maya dəyərinə  əlavə edilir 
və xüsusi fondların mənbəi olur. Rusiyada ilkin mərhələdə nəzərdə 
tutulan üç fonddan (meşə, su və Yerin təki) yalnız Yerin təki üzrə 
fond qalmışdır. 
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyatlara görə 
ödəmələrin  qiyməti  (ölçüsü)  xeyli  aşağıdır.  Onlann  vaxtında 
indeksləşdirilməsi  həyata  keçirilməli,  dünya  təcrübəsində 
ehtiyatlara  qiymətqoyma  meylləri  nəzərə  alınmalıdır.  Məsələn, 
cəriməyə görə ödəmə Rusiyada 5 % təşkil edir, ixracata gedən meşə 
materialı  üçün  bu  rəqəm  40  %  -dir.  Gələcəkdə  müxtəlif  təbii 
ehtiyatlardan  istifadəyə  görə  ödəmələri  onların  tam  iqtisadi 
qiymətinə  müvafiq  olan  səviyyəyə  qədər  mərhələlərlə  həyata 
keçirtmək  lazımdır.  Belə  halda,  ola  bilsin  ki,  renta  iqtisadiyyatı 
ideyasını həyata keçirmək mümkün olsun. Dövlət büdcəsinin gəlir 
hissəsi əsasən rentamn tam həcmdə tutulması hesabına da formalaşa 
bilər. 
7.3.
 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələr 
Ətraf  mühiti  çirkləndirməyə  görə  ödəmələr  ekoloji 
pozuntulara  görə  günahkarın  maddi  məsuliyyətinin  artınlması 
prinsipinə söykənir və zahiri effektinə görə bu məsələ eyni zamanda 
milli  və  beynəlmiləl  mahiyyət  kəsb  edir.  Bu  ödəmələr  məhsul 
istehsahnı  ümumi  xərclərin  və  ictimai  xərclərin  real  qiymətinə 
yaxınlaşmasını  təmin  edə  bilər.  Ətraf  mühiti  çirkləndirməyə  görə 
ödəmələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır. Birinci 
mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə (respublika müxtar 
vilayət), diyar, vilayət və s. iştirakı ilə təcrübə həyata keçirildi. O 
vaxt iki metodik yanaşma təklif edildi: 
1
) zərər əsasında və 
2
) təbiəti 
mühafizə  tədbirlərinə  lazım  olan  zəruri  xərclərin  məbləği  qədər. 
Yəni ödəmələr əvvəl 
121 


dən müəyyən edilmiş ekoloji normativlərə nail olmaq üçün kifayət 
etməli  idi.  Eksperiment  göstərdi  ki,  təbiətdən  istifadənin  iqtisadi 
mexanizminin hüquqi əsası zəruri olaraq yaradılmalıdır. Deyilənlər 
təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət nəticələrin 
ümumiləşdirilməsinə şərait yaratdı. Eyni zamanda bir çox neqativ 
hallar  da  aşkar  edildi.  Xüsusən,  aydın  oldu  ki,  əksər  müəssisələr 
təbiəti mühafizə qanunlarına riayət etməyə hazır deyillər. Bununla 
yanaşı,  ətraf  mühitə  dair  dövlət  statistikasında  qeyri-təkmillik 
mövcud olduğu aşkar edildi. 
İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O zaman 
Rusiyada, sonralar isə digər respublikalarda hər il üçün ətraf mühiti 
çirkləndirməyə  görə  ödəmə  normativləri  müəyyən  olunmuşdur. 
Analoji normativlər Azərbaycanda 2 mart 1992- ci ildə Respublika 
Nazirlər  Sovetinin  qərarı  ilə  təsdiq  edildi.  İki  növ  normativ 
müəyyən  edildi:  həddi  yol  verilə  bilən  tullantıları  (axıntıları) 
yerləşdirməyə görə və həmin həddi aşmağa görə. 
Çirkləndirməyə  görə  ödəmə  metodikası  bu  prinsiplər 
əsasında müəyyən edildi: 
-
 
təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin sti- 
mullaşdırılması; 
-
 
tullantımn (axmtımn) hər inqridiyenti üçün ödəmə
-
 
vahid sahələrarası yanaşma; 
-
 
regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji vəziyyət 
və ekoloji əhəmiyyət əmsallarının tətbiqi); 
-
 
ödəmə tutulmasının sadəliyi və rahatlığı; 
Ödəmələr aşağıdakılara görə tutulurdu: 
-
 
stasionar (daimi) və səyyar mənbələrdən atmosfer havasına 
zərərli maddələrin atılmasına görə; 
-
 
zərərli maddələrin su obyektlərinə axıdılmasına görə; 
-
 
bərk tullantılann yerləşdirilməsinə görə. 
Həddi  yol  verilə  bilən  atılmalar  və  axıntılar  müvafiq 
normativlər  çərçivəsində  tutulan  ödəmələr  buraxılan  məhsulun 
maya  dəyərinə  əlavə  edilməlidir,  toplanan  pul  vəsaiti  isə  təbiətin 
bərpasına yönəldilməlidir. Təbiəti mühafizə obyektlərinin 
122 


yaradılmasına  və  onların  istismarına  yönəldilən  cari  xərclər  də 
məhsulun maya dəyərinə əlavə edilməlidir. 
Ətraf  mühiti  çirkləndirməyə  görə  ödəmələrin  cəminə 
aşağıdakılar təsir göstərir: 
1)
 
çirkləndirici maddələrin atılmasının (axıdılmasmın, yer- 
ləşdirihnəsinin) ümumi kütləsi (çəkisi, həcmi); 
2)
 
çirkləndirici maddələrin aqressivlik (toksiklik) Ü
2
xə 
strukturu; 
3)
 
normativ və limitlərə riayət edilməsi
4)
 
resurs qoruyucu texnologiyadan istifadənin dərəcəsi 
(səviyyəsi); 
5)
 
həyata keçirilən təbiəti mühafizə tədbirlərinin müddəti və 
həcmi; 
6)
 
fəaliyyət göstərən təbiəti mühafizə avadanlığının səmərəsi 
(effektivliyi). 
Üçüncü  mərhələ,  artıq  SSRt-nin  dağılmasından,  iqtisadi 
əlaqələrin  qırılmasından  və  MDB  ölkələrində  inflyasiyadan  sonra 
başladı və ödəmələrin həcmi artınidı. Məsələn, Be- lorusiyada 350 
dəfə,  Rusiya  və  Ukraynada  250-320  dəfə,  Azərbaycanda  10  dəfə 
artırıldı. Sonralar 1997-ci ildə bu artım 470 dəfə təklif edildi, lakin 
ödəmələrin minimum əmək haqqı ilə ölçülməsi müəyyən çətinliklər 
yaratdığından məsələ təxirə salındı. 
Ödəmə aşağıdakı disturla müəyyən edilir: 
Burada 
© = S 
m f i f k
;
 
/»1 
/
77
. -zərərli maddənin atılması, ton. 
B, -ödəmə norması (regional əmsallarla birlikdə). 
k  -
  pulun  dəyərdən  düşməsinin  (inflyasiya)  indeksləş- 
dirmə əmsah. 
Azərbaycanda  Nazirlər  Sovetinin  təsdiq  etdiyi  ödəmə 
normativləri (mart 1992-ci il) atmosferə atılan maddələr üçün 
123 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə