Respublikanın ümumtəhsil məktəblərinin 8-ci
sinifləri üçün “Azərbaycan dili” dərsliyi
Müəlliflər: Yusif Seyidov
Təhminə Əsədova
Bakı: Çaşıoğlu, 2012.
Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə
bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1.
Məzmun baxımından;
2.
Dizayn və bədii tərtibat baxımından.
1. Məzmun baxımından
Dərslik qüvvədə olan tədris proqramı əsasında hazırlanmışdır. 144 səhifədən ibarət
olan dərsliyin tədris materialı əsasən, iki bölməyə ayrılmışdır: “6–7-ci siniflərdə
keçilmişlərin təkrarı” (6 saat) və “Sintaksis”. “Sintaksis” (90 saat) özü 4 bölmədən
ibarətdir: söz birləşmələri, cümlə, cümlə üzvləri və sadə cümlələr.
Dərslikdə Azərbaycan dili üzrə tədris proqramının tələbləri əsasən gözlənilmişdir.
Azərbaycan dilinin qrammatikasının söz birləşmələri və sadə cümlə ilə bağlı məsələləri
şagirdlərin yaş səviyyəsinə uyğun işlənilmişdir.
Bununla yanaşı, elmi-metodiki cəhətdən mübahisəli görünən, şagirdlərin yaş
səviyyəsinə görə dolaşıqlıq və çətinlik yaradan aşağıda göstərilən müəyyən qüsur və
çatışmazlıqlar da dərslikdə öz əksini tapmışdır:
Səhifə 4-də 1-ci və 5-ci abzaslarda rast gəlinən “keçibsiniz”, “öyrənibsiniz” kimi
sözlər ədəbi dil normasına uyğun deyil.
Səhifə 8-də çalışma 18-dəki “xüsusi” sözü artıqdır. Çalışma 19-da Mirzə
İbrahimovdan verilmiş parçanın başqası ilə əvəzlənməsi, yaxud da “ramka” sözünün
“çərçivə” ilə əvəzlənməsi məqsədəuyğun olardı.
Səhifə 13-də çalışma 47-də verilmiş kiçik mətnin adının (“Buzlaq”) dəyişdirilməsi
məqsədəuyğundur.
Səhifə 10-da çalışma 30-da abzasın sonunda S. Vurğundan verilmiş nümunədə
“kim bilir” ifadəsinin biri artıqdır. Çalışma 32-də və 33-də şərt hissəsindən sonra gələn
oxşar sözlər kursivlə abzasdan verilməli, fərqli şriftlə yazılmalıdır.
Səhifə 14-də M. Şirəliyev haqqında mətnin sonuncu abzasında Azərbaycan Dövlət
Universitetinin qarşısında mötərizədə “indiki Bakı Dövlət Universiteti”, Dilçilik
İnstitutunun əvvəlində isə “Elmlər Akademiyasının” sözləri yazılması daha yaxşı olar.
Səhifə 16-da 2-ci çərçivənin sonuncu abzasındakı “çünki” sözünün kursivlə deyil,
adi şriftlə verilməsi daha məqsədəuyğun olar.
2
Səhifə 17-də çalışma 60 ilə 61 arasındakı nəzəri, çalışmalara birbaşa bağlılığı
olmayan cümlənin yerinin dəyişdirilməsi məsləhətdir.
Səhifə 21-də tələb qoyulur ki, şeiri köçürün, halbuki tapşırıqda bir şeir yox, üç şeir
parçası, daha doğrusu, üç şeirdən parça var. Dəqiqləşdirilməsi məsləhətdir.
Səhifə 23-də mətndə bir neçə dəqiqləşmə aparılsa, yaxşı olar. Türkiyə
Cümhuriyyəti qurucusunun adı “Mustafa Kamal Atatürk” şəklində yazılmayıb.
“Türkiyə Cümhuriyyəti və Türkiyə Respublikası” eyni məna və məzmunda
olduğundan bunlardan birindən istifadə olunması məsləhətdir. “Familiya” sözü artıq
dilimizdə işlənmədiyindən, “soyad” yazılsa, daha yaxşı olar. Türkiyə parlamentinin adı
Böyük Millət Məclisi şəklində yazılır. Nəzəri hissədən sonra gələn çalışma 74-ün şərt və
mətn hissəsinin mavi fonda verilməsinə ehtiyac yoxdur, sadəcə, şərt hissəsini
fərqləndirmək daha yaxşı olardı. Tac Mahal haqqında olan mətnin də redaktə və
korrektə olunmasına ehtiyac var.
Səhifə 26-da “Qara hərflərlə verilmiş birinci növ təyini söz birləşmələrindən cümlə
təhlilində tərəflərinə ayrıla bilənləri bir cərgədə, ayrıla bilməyənləri başqa cərgədə
yazın”-şərtli çalışmada belə bir cümlə var: “Şərqin ən böyük memarı Əcəmi
Naxçıvani olmuşdur”. “Böyük memarı Əcəmi Naxçıvani” qara hərflərlə, yəni birinci
növ təyini söz birləşməsi kimi verilmişdir. Ancaq burada “Böyük memarı” söz
birləşməsi birinci növ təyini söz birləşməsi olsa da, bu birləşmə üçüncü növ təyini söz
birləşməsinin əsas tərəfi olduğu üçün (həmin səhifədə qeyd olunduğu kimi) bütövlükdə
cümlənin bir üzvü-mürəkkəb mübtədası kimi çıxış edir, ayrı-ayrı cümlə üzvü ola bilmir.
Buna görə də bu cümlə əvəzinə, müstəqil işlənən birinci növ təyini söz birləşməsinə aid
başqa cümlə seçmək daha məqsədəuyğun olardı.
Səhifə 27-də nəzəri hissə ilə çalışmaya verilmiş fon bir-birinə qarışmışdır.
Səhifə 28-də “Qeyri-təyini ismi birləşmələr” haqqında danışılarkən mətnin C
variantında “əsgərlərdən biri” birləşməsinin qeyri-təyini söz birləşməsi kimi verilməsi
digər dərsliklə-Q. Kazımov və b.-nın müəllifi olduqları 8-ci sinif “Azərbaycan dili”
dərsliyi (2012) ilə ziddiyyət yaradır. Buna görə də çaşqınlıq yaranmaması üçün vahid
fikirin təqdimi məqsədəuyğun olar. Bundan əlavə, qeyri-təyini ismi birləşmələrin
növləri nəzəri cəhətdən izah olunmalı idi.
3
Səhifə 34-də “Mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma heç vaxt
pozulmur” cümləsində “heç vaxt pozulmur” əvəzinə, “bir qayda olaraq” ifadəsinin
verilməsi daha dəqiq olar. Belə ki, xəbər birinci və ikinci şəxs əvəzliyi ilə ifadə
olunduqda uzlaşma pozulur.
Səhifə 37- də çalışma 106-da belə cümlə var: “Əldən-ələ keçir vəfasız həyat...”.
Bu cümlədə “əldən-ələ” sözləri zərf olmadığı üçün mürəkkəb söz sayılmır və defislə
yazılmır.
Səhifə 38-də feli birləşmələrdən danışılarkən isimləşən feli sifətin və məsdərin bu
birləşmə zamanı hansı rol oynadığı bəlli olmur. Məsələn, “mənim yazdığım”, “mənim
yazmağım”, “mənim yazacağım” kimi birləşmələrin ismi, yoxsa feli birləşmələr olması
dəqiq göstərilsə, daha məqsədəuyğun olar.
Yenə həmin səhifədə çalışma 108-dəki “öyrənibsiniz” sözü ədəbi dilə uyğun deyil.
Səhifə 39-da yanaşma əlaqəsi cərgəsində səbəb və məqsəd zərflikləri ilə xəbər
arasındakı əlaqə qeyd edilmir.
Səhifə 42-54-də sintaktik əlaqələrdən danışılarkən qeyd olunmur ki, qeyri-
müəyyən təsirlik halla fel arasında hansı sintaktik əlaqə var. Yaxud, nə üçün ikinci növ
təyini söz birləşməsi arasında idarə əlaqəsi yoxdur.
İkinci tərəfi mənsubiyyət şəkilçisini itirdiyi nümunələr (bizim kənd, sizin ev) və
onların arasındakı sintaktik əlaqələr verilməmişdir. Halbuki bu tipli ifadələr dilimizdə
olduqca işləkdir. Həm də bu tipli birləşmələrin necə sintaktik təhlil edildiyi də
göstərilməmişdir.
Səhifə 53-də qeyd edilmişdir ki, feldə idarə etmək qabiliyyəti güclüdür və o, ismin
dörd halını idarə edir (yönlük, təsirlik, yerlik və çıxışlıq). Lakin (Azərin oxuduğu)
təsriflənməyən fellərin (feli sifətin və məsdərin) yiyəlik halı da idarə edə bildiyi
haqqında məlumat verilməmişdir.
Səhifə 54-də mübtədanın məna cəhətdən nə bildirməsi barədə məlumat artıqdır.
Həm də bu mənaların sayı çoxdur. Cəmi 4-nü yazıb, qalanlardan bəhs etməmək düzgün
deyil.
Səhifə 57- də mübtəda ilə xəbərin uzlaşması bəhsində ayrıca nəzəri fikir yoxdur,
misal verilib, təsviri izah gəlir.
4
Səhifə 59-60-da feli və ismi xəbərin ifadə vasitələrindən danışarkən söz
birləşmələri diqqətdən yayınıb.
Mübtəda ilə xəbərin uzlaşması mövzusu baş üzvlərə aid bəhsin sonunda verilsə,
yaxşıdır.
Səhifə 70- də tərzi-hərəkət zərfliyinin sifətlə ifadə olunması fikri aşağı siniflərdəki
fikirlə uyğun gəlmir. Aşağı siniflərdə şagirdə öyrədilir ki, əlamət bildirən söz felin
qarşısında gəldikdə zərf olur.
Səhifə 72-də yer zərfliyindən danışarkən, təsirlik halı haranı? sualına cavab verən
sözlərin də yer zərfliyi kimi işlənə bilməsindən danışılmışdır. Mövzu vahid fikir
əsasında formalaşmalıdır. Bu kimi mübahisəli fikirlər dərsliyə gətirilməməlidir.
Səhifə 73-də təsirlik hallı sözün bəzən yer zərfliyi olması fikri də aşağı sinif təlimi
ilə uyğun gəlmir. Çünki təsirlik hal tamamlıq halı hesab olunur.
Səhifə 75-də fikir zaman mənalı isimlərə də aiddir. Felə aid olub, hərəkətin
zamanını bildirən “səhər...” tipli sözlər isim deyil, zərfdir.
Səhifə 76-79-da səbəb və məqsəd zərfliklərinin fərqi tam açılmır. Həmçinin
onların ifadə vasitələri də göstərilməmişdir. Halbuki digər cümlə üzvlərinin ifadə
vasitələri çox səliqəli şəkildə göstərilmişdir.
Səhifə 79-da “Cümlə üzvlərinin quruluşca növləri” bəhsinin izahı cümlə
üzvlərindən qabaq verilsə, daha yaxşı olar. Yenə burada qaydalarla çalışmalar qarışıq
verilmişdir ki, bu da dərsliyin oxunaqlı olmasını çətinləşdirir.
Səhifə 82-də frazeoloji birləşmələrin mürəkkəb cümlə üzvü olması fikri mürəkkəb
söz təlimi ilə uzlaşmır. Frazeoloji birləşmə mürəkkəb feldirsə, sadə cümlə üzvü
olmalıdır.
Səhifə 87-də cümlə üzvünün əlavəsinin tərifi fərqli bir rənglə verilməmişdir.
Ümumiyyətlə, dərslikdə xüsusi, daha vacib qeydlərin fərqləndirilməsi məsləhətdir. Söz
birləşmələrinin asılı tərəflərinin və xitabların əlavəsi haqqında dərslikdə məlumat
verilməmişdir. Buna baxmayaraq, bu mövzu ilə bağlı ilk çalışmanın (212) birinci
cümləsi feli bağlamanın asılı tərəfinə aiddir. Digər tərədən əlavələrdə durğu
işarələrindən danışılmamışdır. “Cümlə üzvlərinin əlavəsi” bölməsində söz
birləşmələrinin asılı tərəfinin də əlavəsindən bəhs edilsə idi, yaxşı olardı.
5
Səhifə 87-88- də “Həmcins üzvlü cümlələr”, “Bədii xitablar”, “Xitabların
münasibət bildirməsi”, “Əlavə cümlə və əlavə söz” bəhslərinə yer ayırmaq artıqdır.
Səhifə 91-də çalışma 215-də şərtə əlavə edilməlidir: “Cümlələrdə təyinləri seçin”.
Çünki birinci və sonuncu cümlədə təyin yoxdur.
Yenə həmin səhifədə cümlədə tamamlığın yerindən danışılarkən qeyd olunub: “O
həmişə aid olduğu cümlə üzvünün – xəbərin yanında olur”. Bu cümlədə “O” şəxs
əvəzliyi mübtəda rolunda çıxış etdiyi üçün ondan sonra zərf gəldiyinə görə vergüldən
istifadə olunmalıdır.
Yenə həmin səhifədə qeyri-müəyyən vasitəsiz tamamlığa aid nümunələrdən birində
– “insaf deyil ki, on illərlə elm oxuyub mühəndislik sənətini tamamlamış bir adamı
göndərəsən yer qazsın və ya yük daşısın” cümləsində “ elm”, “yer”, “yük” sözləri
qeyri-müəyyən vasitəsiz tamamlıq kimi verilmişdir. “Yer”, “yük” sözləri qeyri-
müəyyən vasitəsiz tamamlıq olsa da, “elm” sözü feli sifət tərkibinə daxil olduğu üçün
onu ayrıca tamamlıq götürmək olmaz.
Səhifə 94-də söz sırasının pozulması daha çox şeirlərdə baş verir. Lakin buna bircə
cümlə ilə toxunulur və nümunələr göstərilməyib.
Səhifə 98-də “ Həmcins üzvlərdə şəkilçilərin və köməkçi vasitələrin ixtisarı”
mövzusuna aid çalışma verilməməsi dərsin praktiki baxımdan öyrədilməsinə çətinlik
yaradır. Məlumdur ki, bu mövzu nitq mədəniyyəti ilə də sıx bağlıdır.
Səhifə 99-da həmcins üzvlərdə ümumiləşdirici sözlərdən danışılarkən burada
durğu işarələrinə toxunulmamışdır. “Yəni”, “məsələn”, “bir sözlə” tipli sözlərin
işlənmə yeri və onlarda durğu işarələri öyrədilməmişdir. Bu mövzu və orada işlənən
durğu işarələri gündəlik yazı qaydaları ilə sıx bağlı olan praktiki bir dərsdir. Lakin bu
cür praktiki mövzu ilə bağlı cəmi iki çalışma verilmişdir. Onlardan birində (226) cəmi
bir söz birləşməsinin (“onların hamısı”) ümumiləşdirici söz kimi işlədilməsi tələb
olunmuşdur. İkinci çalışmada da (227) kiçik bir tapşırıq verilmişdir. Ümumiləşdirici
sözlərə verilən tərif də tam deyil.
Səhifə 100-də “Həmcins üzvlü cümlələr”də verilən məlumatlar “Cümlənin
həmcins üzvləri” (səh. 96) bölməsinin sanki təkrarıdır.
Səhifə 105-də “Xitabların münasibət bildirməsi” mövzusunun ixtisar edilməsi
məqsədəuyğundur.
6
Səhifə 106-da “Xitabın ifadə vasitələri” təkrar verilmişdir. Bunun haqqında artıq
səh. 101-də ilkin və lazımi məlumat verilmişdir.
Səhifə 107-də ara sözlərin hansı prinsiplə söz, söz birləşməsi və cümlə şəklinə
bölünməsi izah edilməmişdir. Bu barədə nümunə kimi verilən misallar da azlıq təşkil
edir (hər bölməyə cəmi bir misal). Qarşıya çıxacaq bu yöndə tapşırıqları şagirdin hansı
prinsiplə həll edə bilməsi çətinləşir. Əgər cümlə şəklində ara sözlər xəbərlik yarada
bilməsinə görədirsə, onda niyə “görünür” sözü cümlə şəklində olan ara söz sayılır,
“deyəsən” sözü sayılmır. Axı “deyəsən” sözü də xəbər yerində işlənə bilir.
Ümumiyyətlə, bu mövzu əsaslandırılmamış, elmi əsaslara söykənməyən bir mövzudur.
Gələcək nəşrlərdən çıxarılması məsləhətdir.
Səhifə 108-də “Ara sözlərin ifadə vasitələri” mövzusu dəqiq deyil, elmi cəhətdən
mübahisəlidir.
Səhifə 110-da ara sözlərlə bağlı verilən qrafik çox çaşdırıcıdır. Bundan əlavə,
istifadədə olan digər dərslikdə ara sözlərin mənaca beş növü verilsə də, burada üç növü
verilib.
Səhifə 117-də sadə cümlənin şəxsə növləri dərsliklərdə müxtəlif cür göstərilmişdir.
Bu dərslikdə aşağıdakı kimi verilmişdir:
1.
Şəxsli cümlələr (onun da bir neçə növü var)
2.
Şəxssiz cümlələr - cümlələr deyilsə də, onun yalnız bir növü var. Şəxssiz cümlə
deyilsə, daha yaxşı olardı.
Bu bölmədə, ümumiyyətlə, qaydalarla onların izahını verən nümunələr
fərqləndirilməmişdir.
Burada “Əlavə cümlə və əlavə söz” bəhsi artıqdır.
Həmin səhifədə şəxsə görə cümlə növlərinin bölgüsü tədris proqramına uyğun
deyil.
Səhifə 123-də deyilir: “Mübtədası olmayan müəyyən şəxsli cümlənin də xəbəri
üçüncü şəxsin cəmindəki fellə ifadə olunan tipi var”. Buna örnək kimi iki cümlə
verilmişdir:
1.
Birinci yeri tutanlara mükafat verdilər.
2.
Heç bir şərt qoymadan səhər saat 9-da işə başladılar.
7
Bu cümlələrin birincisi qeyri-müəyyən şəxsli, ikincisi isə müəyyən şəxsli cümlə
sayılır. Lakin bunlara verilən izahlar aydın deyil, çaşdırıcıdır. Əslində, bu cümlələrin hər
ikisi qeyri-müəyyən şəxsli cümlədir. Çünki hər iki halda mübtədanı bir qrup şəxs kimi
düşünmək olar.
Səhifə 124-də ümumi şəxsli cümlələrin xəbərlərinin birinci şəxs təki və cəmində,
ikinci şəxsin təkində, üçüncü şəxsin təkində və cəmində olduğu göstərilmişdir. Amma
digər dərslikdə bu tip cümlələrin xəbərlərinin ancaq ikinci şəxs tək və üçüncü şəxs
cəmdə olduğu bildirilmişdir. Digər bir tərəfdən bu bölmədə qaydaların həcmi çalışma və
nümunələrə nisbətən xeyli çoxdur.
Səhifə 129-da verilən izahatda adlıq
cümlənin hansı
bölgüdə
yer
aldığı
göstərilməmişdir. İzahatda bu cümlələrin
müxtəlif qrammatik
mənalarda
olması
haqqındakı məlumat artıqdır.
Səhifə 131-də söz cümlələrin yalnız ədatlarla ifadə olunan forması
verilmişdir.
Modal sözlər və nidalarla ifadə vasitələrinə toxunulmamışdır. Bunlar gündəlik
nitqimizdə xüsusi yer tutduğu üçün toxunulsaydı, daha yaxşı olardı.
Səhifə 131-də adlıq cümlələrin qrammatik məna növləri haqqında məlumat
artıqdır.
Səhifə 135-də dərslik “Müxtəsər və geniş cümlələr”lə qurtarır. Bundan sonra
təkrar məqsədi ilə hər hansı ümumiləşdirici test və tapşırıqların verilməsi yaxşı olar.
2. Dizayn və bədii tərtibat baxımından
Səhifə 5-də tapşırıq 1-in şərt hissəsi Səməd Vurğundan verilmiş mətndən seçilmir,
yəni tapşırığın şərti olan birinci abzas, əslində, bir az kiçik ölçülü qara şriftlə verilsə idi
ki, daha yaxşı olardı. Eyni hal tapşırıq 2-də müşahidə olunur.
Səhifə 6-da çalışma 3-ün şərt hissəsi verilmiş bədii nümunələrdən seçilmir.
Çalışma 4 və 5-də “sürü, ilxı, naxır” sözləri cümlədəki digər sözlərdən fərqləndirilsə
idi, yəni bu sözlər ya dırnaq arasında, ya kursivlə yazılsa, ya da onların altından xətt
çəkilsə idi daha məqsədəuyğun olardı. Deyilənlər çalışma 6-dakı “dəniz, göl, çay, dağ,
dərə, bağ, yol” sözlərinə də aiddir.
8
Səhifə 7-də çalışma 7-də “Nizami, Nəsimi, Xətayi, Füzuli, Vaqif” sözləri
fərqləndirilsə idi, daha yaxşı olardı. Çalışma 8-in şərt hissəsi verilmiş mətndən seçilmir.
Çalışma 9-da “vətən, xalq, ölkə, azadlıq” sözlərinin fərqləndirilməsi, çalışma 10-da
verilmiş dörd söz birləşməsinin cümlədə fərqləndirilməsi, onların arasındakı nöqtələrin
götürülməsi məsləhətdir. Eyni irad çalışma 11-dəki cümlələrə də aiddir. Çalışma 12-nin
də şərt hissəsi bədii nümunələrdən fərqlənmir.
Səhifə 8-də çalışma 13-də “kitab, dəftər, yol, ütü” sözləri, çalışma 14-də söz
birləşmələri, çalışma 15-də nümunə üçün verilmiş isimlər, çalışma 16-da sifətlər,
çalışma 17-də fellər fərqləndirilməmişdir.
Səhifə 9-da çalışma 20, 21, 22, 23 və 24-də nümunə üçün verilmiş bütün sözlər
cümlədə fərqləndirilsə, çalışma 25, 26 və 29-da şərt hissəsi nümunələrdən fərqli şriftlə
verilsə, daha yaxşı olar.
Səhifə 11-də çalışma 34-ün şərt hissəsi fərqləndirilsə, verilən cümlələr nömrələnsə
idi, çalışma bütöv mətnə bənzəməzdi. Çalışma 35, 36 və 37-də sadalanan fellər
fərqləndirilməmişdir. Sözlərin və cümlələrin fərqləndirilməsi ilə bağlı deyilən iradlar 38,
39, 40, 41, 42, 43, 44, 45, 46 və 47-ci çalışmalara da aiddir.
Səhifə 15-də çalışma 50-nin şərt hissəsi mətndən seçilmir. Çalışma 51, 52, 53, 54-
də verilən sözlər, 55-də isə şərt hissəsi fərqləndirilməmişdir.
Səhifə 17-də yuxarıdakı göy fonun 1-ci və 2-ci abzaslarında verilən misallar
fərqləndirilməmişdir. Üçüncü abzasda “şüşə” sözü kursivlə verilsə də, sonra gələn
“pəncərə şüşəsi” söz birləşməsi, daha sonra isə “ağac” sözü və “alma ağacı”
birləşməsi fərqləndirilməmişdir. Çalışma 59 və 60-da da verilən sözlər və söz
birləşmələri də fərqləndirilməmişdir.
Səhifə 18-də yuxarıdakı mavi fonda verilmiş “Fərqli cəhətləri” bölümünün a) və
c) bəndlərində gətirilən misallar nəzəri hissədən seçilmir. Çalışma 62-də şərt hissəsi
fərqləndirilməmişdir.
Səhifə 19-da çalışma 64 və 65-də şərt hissəsi fərqləndirilməmişdir.
Səhifə 20-də çalışma 66-da şərt fərqləndirilməmiş, sondakı nümunə isə sanki şeirin
ikinci bəndinə “yapışıb”.
Səhifə 21-də çalışma 69-un şərt hissəsi fərqləndirilməmişdir.
9
Səhifə 22-də yuxarıdakı abzas mavi fonda verilməli, buradakı misallar isə kursivlə
göstərilməlidir. Çalışma 70 və 71-in şərt hissəsi fərqləndirilməmişdir.
Səhifə 23-də çalışma 73-ün şərt hissəsi fərqləndirilməmişdir.
Səhifə 24-də çalışma 75-in şərt hissəsi fərqləndirilməmişdir. Çalışma 76-nın mavi
fonda verilməsinə ehtiyac yoxdur.
Səhifə 25-də çalışma 77, 78, 79 və 80-də sözlər və söz birləşməsi, çalışma 81-də
isə şərt hissəsi fərqləndirilməmişdir.
Tapşırıqlarda ayrı-ayrı sözlərin, birləşmələrin, şərtlərin fərqləndirilməsi ilə bağlı
göstərilənlərə bənzər iradlar bütün dərslik boyu davam edir.
Səhifə 27-də çalışma 82-nin mavi fonda verilməsi anlaşılmır. Burada Əcəmi ilə
bağlı cümlələr Nəbi Xəzridən gətirilmiş sitatdan ayrılmayıb.
Səhifə 28-də mavi fondakı ilk abzasın sonunda “sözü” və “təyin” sözləri kursivlə
deyil, adi şriftlə verilməlidir.
Səhifə 33-də çalışma 96 mavi fonda verilmişdir.
Səhifə 38-də aşağıdakı mavi fonda ilk cümlədən sonra iki nöqtə (:)qoyulmalıdır.
Səhifə 43-də yuxarıdan ilk abzas mavi fonda verilməlidir. Nümunələrin bəzisi
kursivlə, bəzisi adi şriftlə yazılmışdır. Çalışma 123-də mətnin adı yuxarıdan
verilməlidir.
Səhifə 44-də ortadakı fonda verilmiş misalın ilk cümləsi kursivlə, qalanı adi şriftlə
yazılmışdır.
Səhifə 45-də aşağıdakı nəzəri parçanın ilk cümləsi mavi fondan qıraqda qalıb.
Səhifə 46-da çalışma 128 və 129 səhvən mavi fonda verilmişdir.
Səhifə 58-də mətnin axırdan əvvəlki cümləsində “uralı” sözü “kralı” kimi
yazılmalıdır.
Dərslikdə demək olar ki, illüstrasiyalar yoxdur. Səməd Vurğunun, Məmmədağa
Şirəliyevin, Muxtar Hüseynzadənin, Nəsrəddin Tusinin, Əcəmi Naxçıvaninin xırda
ölçülü portret şəkilləri verilmişdir. Bunlar mətnlə, ya da mövzuyla bağlı olsa da, çox
keyfiyyətli deyil.
10
Nəticə
1.
Dərsliyin başlıqları əsasən bir-birini tamamlayır; ardıcıl, sistemli düzülmüşdür,
məntiqlidir. Nəzəri materiallar müəyyən qədər qənaətbəxşdir, əsasən tədris proqramına
uyğun gəlir.
2.
Dərslikdə 281 çalışma verilmişdir. Çalışmalar ardıcıl sıra nömrəsi ilə təqdim
olunmuşdur. Lakin çalışmalarda fənlərarası əlaqələr müşahidə edilmir, çalışmalar bəzən
qarışıq verilir, əksəriyyəti həcmcə çox böyükdür.
3.
Dərslikdə həddən artıq çox tapşırıq və qayda verilmişdir. Bunlar həm şagirdin,
həm də müəllimin vaxtının çox hissəsini alır, yorucu görünür. Tapşırıqların əksəriyyəti
çox bəsitdir.
4.
Bölmələrin sonunda yoxlama və ya test, yaxud da ümumiləşdirici, tematik testlər
verilməmişdir.
5.
Dərsliyin redaktəyə ciddi ehtiyacı var.
6.
Rənglər pərakəndə, qeyri-dəqiqdir.
7.
Misal və nümunələrin kursivlə verilməsi məqsədəuyğundur.
11
Document Outline - page3
- page5
- page7
- page9
- page11
- page13
- page15
- page17
- page19
- page21
Dostları ilə paylaş: |