Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə12/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

25 
 
Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı  əsasında Azərbaycan Respublikası Nazirlər 
Soveti 1 iyun 1992-ci ildə 301 saylı “Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri” haqqında qərar 
verdi. Bundan sonra NK 19 yanvar 1994-cü il tarixli qərarı ilə Gömrük Komitəsinin məsələlərinin və ona tabe 
təşkilatların siyahısı  həll edildi və onun maddi-texniki bazası yaradıldı. Son verilən bu qərarda Gömrük 
Komitəsinin maddi-texniki təchizat məsələləri ilə yanaşı, yeni gömrük postlarının açılması da öz əksini 
tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş 
Gömrük  İdarəsi, 12 gömrükxana, Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı  və  təsərrüfat hesablı 
“Azərterminal-kompleks” xarici iqtisadi birliyi daxil idi.  
Azərbaycan Respublikası 24 sentyabr 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil oldu. 
Respublikamız MDB-nin yaratdığı iqtisadi ittifaqa üzv olsa da, Gömrük İttifaqına daxil olmamışdır (Dövlət 
Gömrük Komitəsi 13 mart 1992-ci ildə imzalanmış “Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina 
etmişdir). 
Azərbaycan MDB üzvi kimi 1995-ci ilin 10 fevral tarixində Alma-Atada imzalanmış “MDB ölkələrinin 
gömrük qanunvericiliyinin əsasları haqqında” sazişə qoşulmuşdur. Buna əsas səbəb isə MDB Nizamnaməsinə 
(1992) görə “üzv ölkələrə eyni qanunvericilik bazasına malik olmalıdırlar” bəndidir. 1997-ci il 25 iyul tarixində 
Milli Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”nin  əsasını da məhz 
həmin sazişdəki müddəalar təşkil edir. AR Beynəlxalq təşkilatlardan Ümumdünya Ticarət Təşkilatında 
müşahidəçi statusunda, Ümumdünya Gömrük Təşkilatında isə daimi üzv statusunda iştirak edir. Sonuncu 
təşkilatda ölkəmizi DGK təmsil edir. DGK ÜGT-nin Maliyyə Komitəsinin (1998) və Siyasi Şurasının (2000) 
üzvüdür. 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin uyğun olaraq Dövlət Gömrük Komitəsi Azərbaycan 
Respublikasının beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər 
dövlətlərlə beynəlxalq hüquq normalarına uyğun sazişlər, protokollar və memorandum layihələri 
hazırlanmasında yaxından iştirak edir.  
1992-ci ildən bu günə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan 
Respublikasında dövlətin xarici və daxili siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin həyata 
keçirilməsi sayəsində Komitənin beynəlxalq  əlaqələri daha da genişlənmiş  və keyfiyyətcə yeni səviyyəyə 
çatmışdır.  
Komitənin ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə üstünlük verməsi gömrük sisteminin 
təkmilləşdirilməsində öz bəhrəsini verir.  
Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan 
respublikaları və Ukrayna gömrük orqanları ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 
sazişlər imzalanmışdır. MDB Gömrük Xidmətləri Rəhbərləri  Şurası  çərçivəsində  və  İqtisadi  Əməkdaşlıq 
təşkilatına üzv olan ölkələrlə çoxtərəfli sazişlər mövcuddur. Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş 
Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım 
haqqında memorandum 7 iyul 1997-ci il tarixdə imzalanmışdır.  
DGK MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərlər  Şurasının iclaslarında fəal iştirak edir. 
Bunun nəticəsidir ki, MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərləri  Şurasının 20-ci iclası Bakı 
şəhərində keçirilmişdir. Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası  əsasında 
vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq edilməsi, malların mənşə 
ölkəsinin təyin edilməsini, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi də daxil olmaqla MDB üzvü 
olan ölkələrin gömrük siyasətinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsini təmin edir.  
DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış informasiya sistemi, 
gömrük statistikası, beynəlxalq əməkdaşlıq sahələrində MDB gömrük xidmətləri ilə əməkdaşlıq edir.  
Ukrayna Dövlət gömrük Xidmətindən daxil olmuş “Ukrayna Dövlət Gömrük Xidməti və Azərbaycan 
Respublikası Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında 
Memorandum” Layihəsinin ekspertizası aparılmış və Azərbaycan Respublikası Hökuməti nümayəndə heyətinin 
Ukraynada səfəri zamanı 30 iyul 1999-cu il tarixli Kiyev şəhərində imzalanmışdır.  
Ümumdünya Gömrük Təşkilatlarının Baş Katibi Mişel Danenin müraciət məktubuna əsasən Azərbaycan 
Respublikası  “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq 
Konvensiya”ya qoşulmuş və bu Konvensiya Milli Məclisdə ratifikasiya olunmuşdur.  
2001-ci ilin yanvarından Azərbaycan bu konvensiyaya qoşulan 101-ci dövlətdir.  
DGK Tasis proqramı  çərçivəsində Avropa Gömrüyü ilə  sıx  əlaqələr yaradılması barədə intensiv iş 
aparır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa Gömrüyü, Tasis proqramı  çərçivəsində 
Alman Gömrüyü ekspertləri tərəfindən Dövlət Gömrük Komitəsinin  əməkdaşları üçün narkotiklərin müəyyən 
edilməsi, riskin təyin edilməsi, yükün nəzarətdən keçirilməsi və  gəmilərin yoxlanılması, Hava və  Dəniz 
limanlarında, dəmir yolunda, gömrük sənədlərində  nəqliyyat vasitələrinə  nəzarətə dair, nəzəri və praktiki 
seminarlar təşkil olunmuşdur.  


26 
 
Avropa İttifaqının Tasis proqramı üzrə Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramları 
və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqram çərçivəsində (1996-ci il oktyabr) Daşkənd 
şəhərində Avropa Gömrüyü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Tasis proqramı 
çərçivəsində “Təhsil”, “İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə nəzərdə 
tutulanlar mərhələlərlə həyata keçirilir.  
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına həsr edilmiş Beynəlxalq Konfransa hazırlıq üçün 
Bakı  şəhərində keçirilən iştirakçı dövlətlərin işçi qruplarının üzvlərinin iclasında gömrük əməliyyatları  və 
sənədləşdirilmənin aparılması üzrə  Əsas Sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır. DGK Avropa-
Qafqaz-Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə imzalanmış “Çoxtərəfli Əsas Saziş”in gömrük prosedurası və 
sənədlərin işlənməsi üzrə texniki əlavədə  nəzərdə tutulan müddəaların icrası ilə  əlaqədar tədbirlərin həyata 
keçirilməsi işini davam etdirir.  
Bu baxımdan da Ümumdünya gömrük Təşkilatının Siyasi Komissiyanın 44-cü dekabr sessiyası öz 
fəaliyyəti dövründə ilk dəfə olaraq 5-8 dekabr 2000-ci il tarixində Bakı  şəhərində keçirildi. Sessiyanın işində 
dünyanın 26 ölkəsindən gəlmiş 70-dən çox nümayəndə iştirak etmişdir.  
MDB məkanında ilk dəfə olaraq Siyasi Komissiyanın dekabr sessiyasının Bakıda keçirilməsi, ölkəmizin 
dünya təsərrüfat sisteminə inteqrasiya olunmasını sürətləndirmək, qədim “İpək yolu”nun bərpası Xəzər dənizi 
hövzəsinin enerjidaşıyıcılarını neft kəmərləri layihələrinin gerçəkləşdirilməsi sahəsindəki regional iqtisadi 
əməkdaşlış imkanlarını genişləndirmək və Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsində səmərəli 
fəaliyyət göstərən mexanizmlərin qurulmasına köməklik etməklə  bərabər, ölkəmizin gömrük fəaliyyətinə 
verilən yüksək beynəlxalq qiymətdir.  
Azərbaycan Respublikasının indiki prezidenti, Dünya səviyyəsində tanınmış siyasətçi H.Əliyevin siyasi 
varisi və davamçısı olan İlham  Əliyev qısa müddət  ərzində gömrük işinin təkmilləşdirilməsi və gömrük 
orqanlarının səlahiyyətlərinin artırılması sahəsində mühüm qərarlar qəbul etmişdir.  
Azərbaycan Respublikasında gömrük siyasətinin formalaşdırılmasında və gömrük orqanlarının inkişaf 
etdirilməsində  İlham  Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi 
inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 
inkişaf Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 11 fevral 2004-cü il tarixli fərmanlarının 
xüsusi əhəmiyyəti vardır.  
Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin imzaladığı 5 mart 2004-cü ildə  qəbul olunmuş 
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə  əlaqədar Azərbaycan 
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və  əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanununun X bəndinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə edilən 
dəyişikliklər və  əlavələr nəticəsində gömrük orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə 
istintaq aparmaq səlahiyyəti verilmişdir (“Azərbaycan” qəzeti, 1 aprel 2004-cü il). Bu o deməkdir ki, gömrük 
orqanları gömrük işi sahəsində baş vermiş cinayətlərin istintaqını özü aparmaqla bərabər, ona qarşı mübarizə 
aparmaq və onun qarşısını almaq imkanları da genişlənmişdir. Deməli, bu dəyişiklik gömrük siyasətinin inkişaf 
etdirilməsi sahəsində yeni mərhələnin başlanğıcıdır.  
22-23 yanvar 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikası Dövlət 
Gömrük Komitəsi ilə birgə  təşkil etdiyi "Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz 
dövriyyəsinə qarşı mübarizə" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda Amerika 
Birləşmiş  Ştatları, Fransa, Türkiyə,  İran  İslam Respublikası, Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş 
Krallığı, Rusiya, Belçika, Bolqarıstan, Çin, Gürcüstan, Macarıstan,  İtaliya, Qazaxıstan, Polşa, Türkmənistan
Özbəkistan Qırğızıstan, Latviya, Moldova, Pakistan və Rumıniyanın məsul vəzifəli  şəxslərinin, gömrük 
xidmətləri rəhbərlərinin, həmçinin Ümumdünya Gömrük Təşkilatının, BMT İnkişaf Proqramının, Avropa 
Komissiyasının, Cənubi-Şərqi Avropa Əməkdaşlıq Təşəbbüsünün (SECI), ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə 
Agentliyi,  Şərqi və  Mərkəzi Avropa üzrə, Qərbi Avropa üzrə, Asiya/Sakit Okean ölkələri üzrə Regional 
Məlumat Əlaqələndirmə İdarələrinin (RİLO) nümayəndələri iştirak etmişlər. Beynəlxalq konfransın yekununda 
Bakı Bəyannaməsi qəbul edilmişdir. 
Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında 
səmərəli əməkdaşlığın davamı kimi, 18 may 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan 
Respublikasının Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolu imzalanmışdır. 
16-18 may 2005-ci il tarixdə Bakı  şəhərində  İqtisadi  Əməkdaşlıq Təşkilatı Gömrük Xidmətləri 
Rəhbərləri Şurasının 4-cü iclası keçirilmişdir. 
19-21 may 2005-ci iltarixdə Bakı  şəhərində "Gömrük və Benyəlxalq Ticarətin Təhlükəsizliyi" 
mövzusunda 2-ci Ümumdünya Gömrük Sərgisi və Konfransı, 19 may 2005-ci il tarixdə  də isə "Prezident 
Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" mövzusunda Simpozium keçirilmişdir. 
13 iyul 2005-ci il tarixdə GUAM Ticarətə  və  Nəql etməyə Yardım üzrə layihənin həyata keçirilməsi 
üçün Rəhbəredici Komitənin üçüncü iclası keçirilmişdir. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə