Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

27 
 
25-27 iyul tarixində isə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzində 
təsnifat və harmonikləşdirilmiş sistemə dair seminar keçirilmişdir. 
14-15 sentyabr 2005-ci il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris 
Mərkəzində ÜGT-nin MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərliyinin IV iclası keçirilmişdir. 
2-3 fevral 2006-cı il tarixdə Bakı  şəhərində Ümumdünya Gömrük Təşkilatı  və Macarıstan Gömrük 
Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. 
4-9 aprel 2006-cı il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris 
Mərkəzində Koreya Gömrük Xidmətinin Tədqiqat və Texnologiyalar üzrə Direktorluğunun və Koreya 
Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndələrinin iştirakı ilə "Azərbaycan 
Gömrük Xidmətinin müasirəşdirilməsi və inkişaf etdirilməsi layihəsi" çərçivəsində, informasiya 
texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir. 
7 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Avropa Komissiyası və 
BMT-nin  İnkişaf Proqramının birgə layihəsi olan "Azərbaycan Respublikasında Gömrük Xidmətinin 
Təkmilləşdirilməsi Layihəsi" nin imzalanma mərasimi olmuşdur. 
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin Tacikistana rəsmi səfəri 
çərçivəsində, mart ayının 15-də Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti 
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanmışdır.  
2008-ci ildə Piratçılıqla mübarizədə gömrüyün rolu mövzusunda beynəlxalq konfrans 
keçirilmişdir.Mayın 20-24 tarixlərində Yunanıstanın Halkidiki vilayətinin Sithonia Peninsula regionunda 
Ümumdünya Gömrük Təşkilatı  və Yunanıstan  İqtisadiyyat və Maliyyə Nazirliyinin birgə  təşkilatçılığı ilə 
"Kontrafakt və piratçılıqla mübarizədə gömrüyün fəaliyyəti və nailiyyətləri" mövzusunda beynəlxalq konfrans 
keçirilmişdir. Konfransda Ümumdünya Gömrük Təşkilatının, Avropa Komissiyasının, Türkiyənin, Çinin, 
İordaniyanın,Tailandın, İtaliyanın, eləcə də CİOPORA-nın, Beynəlxalq Filipp Morris şirkətinin, Sony Ericsson 
şirkətinin, İmperial Tobakko şirkətinin, Phillips şirkətinin, İFPİ-nin, eVay-ın, BASCAP-ın və digər təşkilatların 
nümayəndələri çıxış etmişdir.İyunun 9-dan 13-dək Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris 
Mərkəzində harmonik sistem üzrə regional seminar keçirilmişdir. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, 
Moldova, Rusiya və Türkiyənin gömrük xidməti  əməkdaşları  iştirak etmişlər.  İyunun 26-dan 28-dək Belçika 
Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş  qərargahında Gömrük Əməkdaşlıq 
Şurasının 111/112-ci sessiyası keçirilmişdir.  İyunun 27-də isə "Azərbaycan Respublikası Hökuməti və 
Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə  əməkdaşlıq və qarşılıqlı yardım haqqında 
Saziş" imzalanmışdır.  


28 
 
Mövzu 5.  
Azərbaycan Respublikasında gömrük siyasəti və gömrük işinin təşkili  
 
Gömrük işinin mahiyyəti və strukturunun izahı  və  əsaslandırılması  məsələsi təkcə konseptual-nəzəri 
deyil, həm də təcrübi əhəmiyyətə malikdir.  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin birinci maddəsinə görə, gömrük işi dedikdə - 
bütünlükdə gömrük siyasəti, habelə mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 
sərhədindən keçirilməsi qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük 
nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələri başa düşülür. Bu qısa tərif gömrük işinin 
mahiyyətini bütünlükdə açmasa da, əsasən onu hərtərəfli səciyyələndirə bilir.  
İlk baxışda gömrük işi mahiyyət etibarı ilə çox sadə görünür. Əslində isə sadə göründüyü qədər 
mürəkkəb və kompleks xarakterli olan gömrük işi, həm də elementlərinin həmcins olması ilə diqqəti cəlb edir. 
Bu isə, gömrük işinin müxtəlif məqsədli məsələlərin həlli yolları ilə əlaqədə olması ilə bağlıdır.  
Gömrük işinin tərkibinə yuxarıda göstərilənlərdən başqa gömrük statistikası  və Xarici İqtisadi 
Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) aparılması, qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər 
cinayətlərə qarşı mübarizə, gömrük qaydalarının pozulması ilə bağlı işlərin icraata götürülməsi və baxılması da 
aid edilir. Ancaq bu cür yanaşsaq, onda gömrük işinin strukturunu nəzəri cəhətdən tam şərh edə bilərik. Gömrük 
işinin mahiyyətini öyrənmək isə həm tələblər, həm də bu işlə tanış olmaq istəyənlər üçün xüsusi əhəmiyyət kəsb 
edir. İndi isə gəlin gömrük işinin strukturu ilə tanış olaq. 
Ümumilikdə gömrük işinin strukturu aşağıdakı 12 blokda öz əksini tapmışdır:  
1) Gömrük siyasəti;  
2) Gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi prinsipləri;  
3) Gömrük rejimləri; 
4) Gömrük-tarif tənzimlənməsi;  
5) Gömrük ödənişləri;  
6) Gömrük rəsmiləşdirilməsi; 
7) Gömrük nəzarəti;  
8) Gömrük statistikası və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası;  
9) Qaçaqmalçılıq və gömrük işi sahəsindəki digər cinayətlər;  
10) Gömrük qaydalarının pozulması və ona görə məsuliyyət;  
11) Gömrük qaydalarının pozulmasına görə işlərin icraatı;  
12) Gömrük qaydalarının pozulması üzrə işlərə baxılması.  
Sadalanan bu bloklar gömrük işinin təşkilində nə  qədər müstəqil hesab edilsə  də, bir o qədər də  şərti 
xarakter daşıyır. Çünki onların adı, mahiyyəti, rolu və statusu müxtəlif olsa da, ümumilikdə gömrük işinin 
bütövlüyünə, daha geniş mənada isə ölkəmizin iqtisadi təhlükəsizliyinə xidmət edir. 
Gömrük işinin ümumi səviyyəsi, mahiyyəti və strukturunu daha ətraflı şərh etmək üçün, gömrük işində 
istifadə olunan terminlərlə tanış olmaq lazımdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 17-ci 
maddəsində  əsas terminlərin açılışı verilmişdir. Gömrük işinin təşkilində istifadə olunan əsas terminlər 
aşağıdakılardır: 
“gömrük  ərazisi”, “gömrük sərhəddi”, “gömrük işi”, “gömrük siyasəti”, “gömrük 
qanunvericiliyi”, “gömrük xidməti”, “gömrük rəsmiləşdirilməsi”, “gömrük ödənişləri”, “gömrük 
rüsumları”, “gömrük nəzarəti”, “gömrük rejimi”, “gömrük orqanları”, “gömrük sistemi” və s.  
Gömrük  ərazisi dedikdə, həmin ölkənin gömrük qanunvericiliyinin tam həcmdə  fəaliyyət göstərdiyi 
ərazi başa düşülür. Bu cür yanaşma, bilavasitə gömrük qanunvericiliyi normalarının  əraziyə görə  fəaliyyət 
hüdudlarını əks etdirir. 
Gömrük Məcəlləsinin 3-cü maddəsində deyilir: “Azərbaycan Respublikasının gömrük ərazisi – 
Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və 
tikililər) və onların üzərindəki hava məkanından ibarətdir. AR ərazisində  sərbəst gömrük zonaları  və 
sərbəst anbarlar yerləşə bilər. Bu məcəllə  və gömrük işi üzrə Azərbaycan Respublikasının digər 
qanunvericilik aktlarında müəyyən edilən hallar istisna edilməklə sərbəst gömrük zonalarının və sərbəst 
anbarlarının əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazidir”.  
Gömrük  ərazisi anlayışının bu cür şərtləndirilməsi o deməkdir ki, digər xarakterli zonalar, məsələn 
xüsusi iqtisadi zonalar və s. gömrük ərazisinin bir hissəsidir. Belə xüsusi xarakterli zonaların fəaliyyətinin 
tənzimlənməsi müvafiq hüquqi qüvvəyə malik aktların qəbul edilməsi ilə həyata keçirilməlidir.  
Gömrük-hüquq normalarının tətbiq edilməsinin məkan hududlarının təyini üçün gömrük sərhədi 
məfhumundan istifadə edilir.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə