Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

33 
 
Dövlət orqanları  və  vəzifəli  şəxslər Azərbaycan Respublikasının gömrük orqanlarına, onlara həvalə 
edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə kömək etməyə borcludurlar.  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə gömrük orqanlarının  əsas funksiyaları 
aşağıdakılardır: 
1) ölkənin gömrük siyasətinin işlənib hazırlanmasında iştirak edir və bu siyasəti həyata keçirir;  
2) icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş qanunvericilik 
aktlarına riayət edilməsini təmin edirlər, gömrük işini həyata keçirərkən idarələrin, müəssisələrin, təşkilatların 
və fiziki şəxslərin, həmçinin sahibkarların hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;  
3) az səlahiyyətləri daxilində respublikanın, iqtisadi təhlükəsizliyini təmin edirlər;  
4) Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar;  
5) ticarət - iqtisadi münasibətlərdə gömrük tənzimlənməsi vasitələrini tətbiq edirlər;  
6) gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərini alırlar;  
7) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barədə iqtisadi siyasət tədbirlərinin 
işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata keçirirlər;  
8) Azərbaycan Respublikasının gömrük sərhədindən malların və  nəqliyyat vasitələrinin keçirilməsi 
qaydalarına riayət olunmasını təmin edirlər;  
9) gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin 
pozulmasına qarşı mübarizə aparırlar, narkotik vasitələrin, silahın, Azərbaycan xalqının və xarici ölkə 
xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət obyektlərinin, yox olmaq 
təhlükəsi altında olan heyvanların və bitki növlərinin, digər malların Azərbaycan Respublikası gömrük 
sərhədindən qanunsuz keçirilməsinin qarşısını alırlar; beynəlxalq terrorçuluqla mübarizəyə  və Azərbaycan 
Respublikasının təyyarə limanlarında beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin 
qarşısının alınmasına köməklik göstərirlər;  
10) gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirir və  təkmilləşdirir, Azərbaycan 
Respublikasının gömrük sərhədindən mal dövriyyəsinin surətləndirilməsi üçün şərait yaradırlar;  
11) xarici iqtisadi fəaliyyətin gömrük statistikasını  və Azərbaycan Respublikasının xüsusi gömrük 
statistikasını aparırlar;  
12) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar;  
13) idarələrin, müəssisələrin, təşkilatların və fiziki şəxslərin xarici iqtisadi əlaqələrinin inkişafına kömək 
edirlər; 
14) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının 
heyvan və bitkilərin,  ətraf mühitin qorunması, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyinin 
müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsinə kömək edirlər;  
15) öz nəzarətləri daxilində valyuta nəzarətini həyata keçirirlər; 
16) Azərbaycan Respublikasının gömrük işinə aid beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin 
edir; Azərbaycan Respublikasının gömrük işi ilə  əlaqədar beynəlxalq müqavilələrin işlənib hazırlanmasında 
iştirak edir; xarici dövlətlərin gömrük işinə aid məsələlərlə məşğul olan gömrük və başqa səlahiyyətli orqanlar 
ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər;  
17) gömrük işi sahəsində elmi - tədqiqat işləri aparır və məsləhətlər verirlər; dövlət orqanları, idarələr, 
müəssisələr və  təşkilatlar üçün bu sahədə mütəxəssislərin hazırlanmasını  və onların ixtisaslarının artırılmasını 
həyata keçirirlər;  
18) müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikasının 
prezidentinə, başqa dövlət orqanlarına, idarə, müəssisə  və  təşkilatlara, vətəndaşlara gömrük məsələləri üzrə 
məlumatlar verilməsini təmin edirlər;  
19) vahid maliyyə - təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir, gömrük orqanlarının maddi-
texniki bazasını inkişaf etdirir, bu orqanların işçiləri üçün lazımı əmək və sosial şərait yaradırlar.  
Azərbaycan Respublikası Prezidentinin  11 noyabr  2008-ci il tarixli 12 saylı  
«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat 
vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında»  Fərmanına görə, . Azərbaycan 
Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və  nəqliyyat vasitələrinin 
yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının 
Dövlət Gömrük Komitəsinə  həvalə olunmuşdur. Bu fərman 2009-cu ilin yanvar ayının 1-dən qüvvəyə 
minmişdir. 
Gömrük sisteminə daxil olmayan, lakin DGK-nın tabeçiliyində olan qurumlar aşağıdakılardır:  
- gömrük məqsədləri üçün malların ekspertizasını  və  tədqiqini aparmaqdan ötrü yaradılan gömrük 
laboratoriyaları;  


34 
 
- gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı və onların ixtisasının artırılması 
məqsədi ilə yaradılan elmi-tədqiqat müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələri (məsələn, tədris 
mərkəzi);  
- gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama mərkəzləri, poliqrafiya, tikinti-
istismar idarələri və digərləri (məsələn, gömrük anbarları və ya müvəqqəti saxlanc anbarları).  
Gömrük orqanlarının, gömrük laboratoriyalarının, elmi-tədqiqat və  tədris müəssisələrinin, idarə  və 
təşkilatların mülkiyyəti dövlət mülkiyyətidir.  
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir, onun üzərində Azərbaycan 
Respublikasının dövlət gerbi təsvir olunmuş  və öz adı yazılmış girdə möhürü, müvafiq möhür və  ştampları, 
banklarda və kredit təşkilatlarında manatla və valyuta ilə hesabları vardır.  
Gömrükxanalar öz fəaliyyətlərini DGK-nin ümumi rəhbərliyi altında həyata keçirirlər. DGK 
gömrükxanaların fəaliyyət zonasının hüdudlarını müəyyən edir. Gömrükxananın tabeçiliyində, işin xarakteri və 
həcmindən asılı olaraq, gömrük postları yaradılır. Gömrükxanaların fəaliyyət zonalarının sərhədləri 
respublikanın ərazi bölgü prinsipi ilə müəyyən edilmiş bölgələrin inzibati sərhədləri ilə üst-üstə düşməyə bilər. 
Ehtiyac olduğu halda ixtisaslaşmış gömrükxanalar yaradıla bilər.  
Onlara həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetitirilməsini təmin etmək üçün gömrükxanalara 
aşağıdakı hüquqlar verilmişdir:  
- mal və  nəqliyyat vasitələrinin müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilməsinə icazə 
vermək;  
- gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif fərmanlarını həyata keçirmək;  
- mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında eyniləşdirilməsini aparmaq;  
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması üçün nəqliyyat vasitələrinin 
dayanacaq yerinin və müddətinin müəyyən edilməsi, dayanacaq yerlərindən yola düşmələrinə icazə 
verilməsi; 
- Azəbaycan Respublikasının gömrük ərazisini gömrük orqanlrının icazəsi olmadan tərk etmiş 
nəqliyyat vasitələrini dayanmağa məcbur etmək, hava və  dəniz gəmilərini geriyə qaytarmaq (xarici 
gəmilər və digər dövlətlərin ərazisində olan gəmilərdən başqa);  
- gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və ekspertizası;  
- deklarant və gömrük daşıyıcılarından gömrük rəsmiləşdirilməsi icraatında və gömrük 
nəzarətinin keçirilməsində köməklik göstərilməsini tələb etmək; 
- mal və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti keçirmək;  
- öz səlahiyyətləri daxilində gömrük ödənişləri müddətinin uzadılması barədə qərar qəbul etmək;  
- gömrük qaydalarını pozan şəxsləri məsuliyyətə cəlb etmək;  
- ödənilməmiş gömrük ödənişlərini almaq;  
- gömrükxananın struktur bölmələrinin fəaliyyət yerini, onların iş vaxtını müəyyən etmək. 
Gömrük postları öz fəaliyyətini bilavasitə gömrükxana rəhbərliyinin tabeçiliyi altında həyata keçirir. 
Ehtiyac olarsa birbaşa DGK-ya tabe olan gömrük postu da yaradıla bilər.  
Qəbul edilmiş ümumi qaydalara görə gömrük postları hüquqi şəxs statusuna malik olmur. Ancaq lazım 
olduqda DGK belə status müəyyən edə bilər. Bu halda gömrük postunun müstəqil balansı, banklarda 
hesablaşma və digər hesabları yaradılır və post dövlət mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ 
idarəetmə hüququ alır.  
Mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün ixtisaslaşdırılmış gömrük 
postu fəaliyyət göstərə bilər. Belə ki, Komitə  sədrinin 20.02.1998-ci il tarixli 002 saylı  əmri ilə Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 saylı  qərarının tələblərinə müvafiq olaraq, 
respublika ərazisinə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təmin 
etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək, aksiz vergilərinin qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada düzgün hesablanıb tutulmasını və vaxtında dövlət büdcəsinə köçürülməsini təmin etmək məqsədi ilə
DGK-ya bilavasitə tabe olmaqla, Bakı  şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının 
gömrük ərazisi olan - Aksiz gömrük postu yaradılmışdır.  
Gömrük postlarının əsas vəzifələri aşağıdakılardır: 
- nəzarətində olan ərazidə gömrük işinin təşkil edilməsi;  
- gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi;  
- qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı mübarizə aparılması.  
İxtisaslaşmış aksiz gömrük postunun isə əsas vəzifələri aşağıdakılardır:  
- xüsusi və aksiz yığımı markaları üçün idxal edənlərdən ərizələrin qəbul edilməsi;  
- markaların satışından  əldə olunan vəsaitlərin daxil olmasına və onların DGK-nın hesablarına 
köçürülməsinə nəzarət edilməsi;  
- markaların qorunmasının təhlükəsizliyinin təmin olunması;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə