Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə10/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

21 
 
1475-ci ildə Rusiyanın knyazı III İvan öz nümayəndəsi Markı Uzun Həsənin yanına ticarət və 
diplomatik münasibətləri genişləndirmək üçün göndərmişdi.  
Səfəvi dövlətinin hökmdarı I Təhmasib sənətkarlığın və ticarətin inkişafını genişləndirmək məqsədilə 
1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik tamğa vergisini ləğv etdi. 
Şamaxıdan Rusiya, İran, Suriya ölkələrinə və İrəvan şəhərinə tranzit ticarət yolları gedirdi. 
XVI əsrdə Şamaxıda daimi İngiltərə-Moskva şirkəti təşkil edilmişdi. 
XVI  əsrdə  Cənubi Qafqazda ipək istehsalı  əsas yer tutmuş  və ticarətin hamısı  Şamaxı  və  Ərəşdə 
cəmləşmişdi. 
XVI-XVII əsrlərdə Azərbaycan Moskva dövləti, Avropa və Asiya ölkələri ilə iri miqyaslı xarici ticarət 
aparırdı. Azərbaycandan Moskva dövlətinə və digər ölkələrə parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq 
maddələri, soyuq silah ixrac edilirdi. Qızıl və gümüş  məmulatları, ləl-cəvahirat,  ədviyyat,  ətir və s. isə idxal 
edilirdi.  
Azərbaycan XVIII əsrin sonu, XIX əsrin  əvvəllərinə  qədər, yəni Azərbaycan Çar Rusiyası  tərəfindən 
işğal olunana qədər sərbəst vergi və gömrük siyasəti yetirmişdir. Vergi və rüsumların yığılması vəzifəcə naibin 
səlahiyyətə daxil idi.  
XVIII  əsrin sonu XIX əsrin  əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda daşa fəal siyasət 
yeritməsi 1801-ci il Şərqi Gürcüstanın Rusiyaya birləşməsi ilə  nəticələndi. Rusiyanın niyyəti Azərbaycanı 
tutmaq idi. General Sisyanovun bu işğal planında ilk hədəf Car-Balakən oldu (1803-cü il). Sonra Gəncə xanlığı 
(1804-cü il), Qarabağ xanlığı (1805-ci il), Bakı xanlığı (1806-cı il), Quba xanlığı (1806-cı il), Talış xanlığı 
(1809-cı il) Rusiya imperiyasının tərkibinə qatılır. 1804-cü ildə başlamış Rusiya-İran müharibəsi 1813-cü ilin 
oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan 
müqaviləsi Azərbaycanın Rusiya və  İran arasında iki yerə bölünməsinin başlanğıcını qoydu. 1828-ci ildə 
bağlanan "Türkmənçay" myqaviləsindən sonra Azərbaysanın  şimal  ərazisi Rusiyanın, cnub ərazisi isə  İranın 
tərkibində qaldı. İndiyə qədər də bu tarixi haqsızlıq davam edir.  
Azərbaycanı  işğal edən Rus imperiyası  İran və Türkiyə ilə  həmsərhəd olan əraziləri tam nəzarətə 
götürmək üçün təcili tədbirlər planı hazırladı. Həmin tədbirlər planında Bakı şəhərində gömrükxananın açılması 
məsələsi də göstərilmişdir.  
Bakı şəhərində gömrükxana İmperator 1 Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 
fevral) 1807-ci il traixində təqdim olunmuş "Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə" 22,434 saylı 
Fərmanı ilə təsis edilmiş və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. 5 mart 1807-ci ildə Davıdov-
Voronçsov  İmperator Fərmanın surətini Bakı gömrükxanasına göndərmişdir.  Əldə etdiyimiz başqa bir arxiv 
sənəddə, artıq 1809-cu ilin Sentyabr ayında Bakı gömrükxanası "Bakı liman və sərhəd gömrükxanası" adlanırdı 
(Şəkil 3).  
"Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra Azərbaycanda Rusiyanın gömrüklə 
bağlı  qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya ərazisində 1811-ci ildə  qəbul olunmuş gömrük tarifləri 
qüvvədə idi. 
1813-cü ildə Bakı gömrükxanasında reyestr üzrə aşağıdakı gömrük kitablarında qeydiyyatlar aparılırdı: 
1) dəniz ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 
2) quru yolu ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab;  
3) dəniz ilə aparılan mallar və tutulan rüsumların qeydiyyatı kitabı; 
4) quru yolu ilə aparılan mallar və tutulan rüsumların qeydiyyat kitabı; 
5) dəniz gəmiləri ilə gələn sərnişinlərin qeydiyyat dəftəri; 
6) quru yolu ilə gələnlərin qeydiyyatının aparıldığı dəftər və s.  
5 mart 1815-ci ildə  İmperiyanın Maliyyə Nazirliyindən Bakı gömrükxanasına göndərilən 1533 saylı 
məktubda göstərilirdi ki, "1811-ci ildə qəbul olunmuş ticarət haqqındakı Əsasnamədə dəyişiliklər edilir və yeni 
maddələr  əlavə olunur". Bu əlavələr dəniz və quru sərhədlərindən qanunsuz yolla keçirilən malların məhv 
edilməsi ilə əlaqədar idi.  
Bakı gömrükxanası "Qafqaz və Zaqafqaziyada gömrük idarəetməsi barədə Əsasnamə”yə görə, 31 iyul 
1831-ci il tarixindən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən “Bakı anbar 
gömrükxanası” adını almışdır.  
Bakı gömrükxanası 4 may 1847-ildə Zaqafqaziya Karantin  - Gömrük dairəsinin tabeliyində olan Bakı 
Karantin-Gömrük idarəsinə çevrilir.Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 
1861-ci ildə  təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən təşkili və idarə 
edilməsi barədə  Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı Karantin-Gömrük kontoruna 
çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinə tabe edilmişdir. Bakı Karantin-Gömrük kontoru 
1-ci dərəcəli hesab edilməklə  bərabər, 18 ştat (rəis, karantin üzrə direktor-həkim, katib-xəzinadar, 2 rüsum 
yığan, nəzarətçi, tərcüməçi, gəmi baxıcısı və 10 gömrükxana yoxlayıcısı) ayrılmışdır. 


22 
 
Həmin  Əsasnamənin 4-cü paraqrafına görə Naxçıvan sahəsində  aşağıdakı gömrük təşkiləatları tabe 
edilmişdir: 
1. Naxçıvan Baş Karantin-gömrük Kontoru və Culfa Karantin gömrükxanası; 
2. Şərur Karantin-gömrük Zastavası - ikinsi dərəcəli; 
3. Ordubad Karantin-gömrük Zastavası - ikinsi dərəcəli; 
4. Ayırıcı karantin-gömrük Postları:  
Şahtaxtı postu; 
Naxçıvn postu; 
Ordubad postu; 
Aladərə postu; 
Bazar postu. 
5. Erivan Tranzit Postu. 
Əsasnamənin 5-ci paraqrafına görə Bakı Karantin-gömrük Dairəsi iki sahəyə ayrılır: 
1. Cəbrayıl - Erivan Quberniyasından İran sərhəddi boyu Astara çayına qədər olan məsafə buraya aid 
edilir; 
2. Bakı - Bakı Quberniyasının Xəzər dənizinin sahili boyu Astara çayından başlayaraq Dağıstan 
Vilayətinə qədər olan sərhəd məsafəsi buraya aid edilir.  
Cəbrayıl sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir: 
1) Cəbrayıl Karantin-gömrük Kontoru, ikinci dərəcəli; 
2) Biləsuvar Karantin-gömrük Zastavası, birinci dərəcəli; 
3) Ayırıcı karantin-gömrük Postları:  
Dağlıq Bəhramtəpə postu; 
Aslandüz postu; 
Maralyan postu; 
Xudafərin postu. 
Bakı sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir:  
1) Astara Karantin-gömrük Zastavası - birnci dərəcəli
2) Nizova Karantin-gömrük Zastavası - üçüncü dərəcəli; 
3) Karantin-gömrük Zastavası - üçüncü dərəcəli: 
Kür deltası zastavası; 
Salyan zastavası; 
Pereval zastavası; 
Lənkəran zastavası. 
4) Apşeron Daimi karantin-gömrük Postu; 
5) Bakı ayırıcı karantin-gömrük Postu. 
Yeni ərazilərin işğalı hesabına Rusiyanın iqtisadi İnkişaf potensialı artdığı üçün yeni təkmilləşdirilmiş 
“Gömrük tarifi” (1891) və “Gömrük nizamnaməsi” (1892) qəbul olundu. Yeni nizamnaməyə görə Rusiyanın 
Avropa və Asiya hissəsində gömrük işlərinin tənzimlənməsində vahid qaydalar tətbiq olundu. Eyni zamanda, 
sahil zonası və dəniz sahilindən 3 dəniz milində yerləşən sular da gömrük zonası elan edildi. 
XX  əsrin  əvvəllərində, Rusiya dövlətinin gəlirləri içərisində gömrük yığımları spirtli içkilərin 
ticarətindən əldə olunan gəlirlərdən sonra ikinci yeri tuturdu.  
1897-ci il dekabr ayının 8-də “Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının  ştatları” 
barədə qanuna əsasən Bakı Karantin - Gömrük kontoru Bakı Gömrük dairəsi idarə heyəti tabeliyində Bakı 
gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük dairəsinin idarəçiliyinə tabe etdirilir. 
1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş 
“Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi” əsasında fəaliyyət göstərmişdir. Bu dövrdə gömrükxana idxal 
və ixrac mallarının gömrük müayinəsini, gömrük rüsum və  yığımlarının tutulmasını, gömrük anbarlarında 
gömrük sərhədini keçən malların müvəqqəti saxlancını, malların keçirilməsinə  nəzarəti həyata keçirirdi. 
Gömrüyün funksiyalarına həm də, yoluxucu xəstəliklərin müəyyən edildiyi tədbirdə bütün sərnişinlərin və gəmi 
heyətinin sahildə müəyyən olunmuş müddətlərdə təcrid edilməsi də daxil idi.  
Azərbaycan Demokratik Respubllikasının (1918-1920-ci illər) vaxtında bu sahədə konkret bir iş 
görülməsə də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdı.  
Bütün vergi siyasətinə maliyyə naziri N. Yusifbəyli rəhbərlik etmişdir.  
1919-cu ilin martında F.Xoyski hökuməti istefa verdikdən sonra, N. Yusifbəyli Baş nazir (14 aprel 
1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə  çıxış edərək, digər sahələrlə yanaşı qonşu 
dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da xüsusi qeyd etmişdir.  
Azərbaycan Respublikasının Hökuməti ölkənin iqtisadi dayanıqlığını  təmin etmək, daxili bazarını 
qorumaq və ölkəyə lazım olan malların qanunsuz çıxarılmasının qarşısını almaq sahəsində əməli işlərini davam 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə