61
tədbirləri
tətbiq edilmir və onlar, ümumi halda nəzərdə tutulmuş olarsa, ixrac gömrük rüsumu və vergilərindən
azad edilirlər.
Emal üçün gətirilmiş xarici mallar və ya onların emal məhsulları gömrük ərazisində sərbəst dövriyyə
üçün buraxılırsa, onlar idxal gömrük rüsum və vergilərinə cəlb edilir.
Gömrük nəzarəti altında malların emalı gömrük rejimi bitdikdə və emal məhsulları milli gömrük
ərazisində sərbəst dövriyyəyə buraxıldıqda, onların dövlət standartları ilə müəyyən edilmiş təhlükəsizlik
tələblərinə cavab verməlidirlər.
7.3.3. Gömrük ərazisindən kənarda emal rejimi
Gömrük ərazisindən kənarda malların emalı rejiminin digər emal rejimləri kimi iqtisadi xarakteri daha
böyük əhəmiyyət
kəsb edir, amma onlardan fərqli olaraq passiv tipə aid edilir.
Bu halda da ödənişlərin təxirə salınması prinsipi tətbiq edilir:
mallar emal üçün gömrük ərazisindən
kənara aparılarkən ödənilmiş gömrük rüsum və vergiləri, kompensasiya mallarının gömrük ərazisində
sərbəst dövriyyə üçün buraxılması ilə rejimin fəaliyyəti bitdikdən sonra geri qaytarılmalıdır. Bu halda
vergi güzəştlərindən istifadə edilməsi məhdud xarakter daşıyır.
Milli iqtisadiyyatın emal sahələrinin inkişaf etdirilməsinin obyektiv tələbatı, ixraca meylli istehsal
sahələrinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Gömrük ərazisindən kənarda malların emalı gömrük rejiminin tətbiqini müəyyən edən Gömrük
Məcəlləsi, digər emal rejimlərində olduğu kimi bu rejimdə də onun hüquqi reqlamentasiyasının ümumi əsasını
müəyyən edir. Bu müddəaların detallaşdırılması və konkretləşdirilməsi Nazirlər Kabinetinin,
Dövlət Gömrük
Komitəsi ilə digər dövlət orqanlarının birgə normativ aktları və DGK-nin öz aktları ilə həyata keçirilir.
Aşağıdakı hallarda gömrük ərazisindən kənarda malların emalı gömrük rejimindən istifadə edilməsinə
icazə verilmir:
1) əgər malların çıxarılması idxal gömrük rüsum və vergilərinin qaytarılması, onlardan azad
edilməsi, yaxud ixracda nəzərdə tutulmuş ödəmələrin alınmasını tələb etməyə əsas verirsə;
2) mallar emal üçün çıxarılana qədər, sərbəst dövriyyə üçün buraxılış rejimindən idxal gömrük
rüsum və vergilərindən azadetmənin təsir müddəti ərzində;
3) DGK-nın İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri ilə razılaşdıraraq müəyyən etdiyi digər
hallarda.
Gömrük Məcəlləsində gömrük ərazisindən kənarda emal edilməsi mümkün olmayan malların hər hansı
siyahısı yoxdur. Ümumi qayda ilə Azərbaycan gömrük sərhədindən keçirilməsi
qadağan olunan mallar bu
rejimdə də yerləşdirilə bilməz.
Gömrük ərazisindən kənarda emal üçün icazə aşağıdakı hallarda verilə bilər:
1) gömrük orqanları, kompensasiya mallarının bu gömrük rejimində çıxarılmış malların emalı
nəticəsində alınmasının müəyyən edilməsini mümkün saydıqda;
2) malların gömrük ərazisindən kənarda emalı Azərbaycan iqtisadiyyatının maraqlarına ciddi
zərbə vurmadıqda.
Nazirlər Kabineti Respublikanın mənafeyini nəzərə alaraq müstəsna hal kimi gömrük ərazisindən
kənarda emal edilən mallardan alınan məhsulların xarici mallarla əvəz edilməsi qaydasını müəyyən edir (GM
maddə 92).
Azərbaycan Dövlət Gömrük Komitəsi malların emalı üzrə ayrı-ayrı
əməliyyatların
məhdudlaşdırılmasını, Azərbaycan mallarından istifadə edilməsinin mümkünlüyü və qaydaları da daxil olmaqla
emal əməliyyatlarının şərtlərini İqtisadi İnkişaf Nazirliyi ilə birgə müəyyən edir. DGK həmçinin gömrük
məqsədləri üçün emal məhsullarının məcburi hasilat miqdarını təyin etmək qaydalarını da İqtisadi İnkişaf
Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla artıq ödənilmiş və ya alınmış gömrük
ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir.
Hər üç emal gömrük rejimindən istifadənin əsasını vahid baza prinsipləri təşkil etdiyindən, malların bu
rejimdə emalının hüquqi reqlamentasiyası digər emal rejimləri ilə müəyən edilən müddəaları analoji xarakter
daşıyır. Bu xüsusiyyət icazənin alınması, onların ləğvi və ya geri çağırılması, rejimin benefisiarlarına qoyulan
tələblər, malların emal müddətləri və sairəyə aiddir.
Malların gömrük ərazisindən kənarda emalı zamanı rejimin fəaliyyəti, kompensasiya mallarının
Azərbaycan gömrük ərazisində sərbəst dövriyyə üçün iqtisadi siyasət
tədbirləri tətbiq etmədən, həmçinin,
gömrük rüsum və vergilərindən tamamilə, yaxud qismən azad edilməklə buraxıldıqda bitir.
Emal məhsulları idxal gömrük rüsum və vergilərindən o zaman azad edilir ki, onlar emal üçün icazə
almış şəxs, yaxud onun gömrük brokeri tərəfindən bəyan edilmiş olsun. Bu azadetmə iki formada tətbiq edilir.
Tam azadetmə o zaman mümkündür ki, gömrük orqanı:
62
- malların emalında məqsədin yalnız təmir olduğuna;
- bu təmirin müqavilə və ya qanunvericiliyə görə təmənnasız aparıldığına əmin ola bilsin.
Əgər malların sərbəst dövriyyə üçün ilkin buraxılışında çatışmazlıqlar nəzərə alınmışsa,
tam azadetmə
tətbiq edilə bilməz.
İdxal gömrük rüsum və vergilərindən qismən azadetməyə aşağıdakı hallarda yol verilir:
- çıxarılmış malların təmiri təmənna ilə aparılır;
- çıxarılmış mallarla rejimin reqlamentasiyası ilə müəyyən edilmiş emal əməliyyatları aparılır.
Qismən azadetmə yol verilən hallarda gömrük vergiləri təmirin və emal üzrə əməliyyatlarının dəyəri
nəzərə alınmaqla hesablanır. Başqa sözlə, çıxarılmış malların emalı prosesində əlavə edilmiş dəyər nəzərə alınır.
Əgər mallar gömrük ərazisindən kənara emal üçün aparılanda gömrük rüsum və vergiləri ödənilmişsə,
rejim bitdikdə, onun reqlamentasiyasına uyğun olaraq, onlara faiz hesablanmadan geri qaytarılır.
Qabaqcadan ödənilmiş məbləğlərin qaytarılması kompensasiya mallarının idxal edilməsi və onların
gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir.
Ödənilmiş məbləğlərin maksimum saxlanılma müddəti DGK tərəfindən müəyyən edilir. Bu müddət
bitdikdən sonra onlar büdcəyə köçürülür və geri qaytarılmır.
Əgər emal üçün aparılmış Azərbaycan malları emala məruz qalmamışlarsa, rejimin benefisiarının xahişi
ilə gömrük orqanları belə malların əvvəl ödənilmiş gömrük vergiləri məbləğinin geri qaytarılması ilə idxalına
icazə verə bilərlər.
Gömrük ərazisindən kənarda malların emalı rejimindən istifadə edilməsi ilə emal üçün aparılmış, yaxud
onlardan alınmış kompensasiya malları uyğun olaraq, Azərbaycan gömrük ərazisinə qaytarılmamışsa və ya
vaxtında qaytarılmamışsa, emal üçün icazə almış şəxs azad edildiyi gömrük
ödənişlərinin ödənilməsi
vəzifəsindən başqa, qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıyır. Belə halda məsuliyyətdən azad olmaq o
zaman mümkün ola bilər ki, aparılmış malların geri qaytarılması, mümkün olmayan itirilməsi, malları və ya
emal məhsullarının qəza, qarşısıalınmaz qüvvə, malların normal şəraitdə saxlanılması və daşınması zamanı təbii
daşınma və itki nəticəsində, Azərbaycan qanunvericiliyinə görə xarici dövlətin orqanları və vəzifəli şəxslərinin
hərəkətləri nəticəsində baş vermiş olsun. Sadalanan hallarda məsuliyyətdən azad olunmaq üçün malların itirilmə
və ya məhvedilmə faktı Azərbaycan Respublikasının xaricdəki konsul idarələri tərəfindən təsdiq olunmalıdır.
Bununla belə gömrük ərazisindən kənarda malların emalı gömrük rejimini digər emal rejimlərindən
fərqləndirən hüquqi reqlamentasiyasının əsas
aspektləri, rejimin tətbiqi mexanizmində özünü biruzə verir.
Gömrük Məcəlləsi bu rejimdə gömrük ərazisində malların emalı rejmində istifadə edilən əməliyyatların
aparılmasına icazə verir:
1) montaj, yığma və digər mallara uyğunlaşdırma da daxil olmaqla, malların hazırlanması;
2) malların işlənilməsi və emalı;
3) bərpası və qaydaya salınması da daxil olmaqla, malların təmiri;
4) emal prosesində tam və ya qismən sərf olunması ilə emal məhsullarının istehsalına kömək edən və
yüngülləşdirən bəzi köməkçi malların istifadəsi.
Gömrük Məcəlləsi digər emal rejimləri üçün nəzərdə tutulmuş məhdudiyyətlərdən başqa, bu rejim üçün
əlavə məhdudiyyətlər nəzərdə tutur.
Gömrük Məcəlləsi hər üç emal rejimi üçün verilmiş icazənin ləğv edilməsi və geri çağırılmasının vahid
qaydalarını müəyyən edir.
Gömrük Məcəlləsinə görə malların emal müddəti DGK tərəfindən müəyyən edilən qaydada təyin edilir.
Müddətlərin təyin edilməsi malların emal prosesinin iqtisadi cəhətdən məntiqəuyğun davam etmə vaxtına
əsaslanmalıdır.
7.4. Digər gömrük rejimləri
7.4.1. İxrac rejimi
Malların ixracı Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə
müəyyən olunan tələblərə uyğun olaraq həyata keçirilir. Digər gömrük rejimlərindən
fərqli olaraq ixrac
rejimində malların
“rejim altında yerləşdirilməsi şərtləri” deyil,
“rejimə irəli sürülən tələblər” məfhumu
tətbiq edilməsi, bilavasitə ixrac rejiminin hüquqi reqlamentasiyasından irəli gəlir.
Gömrük Məcəlləsi ilə müəyyən edilən bu tələblər aşağıdakılardır:
a) ixrac gömrük rüsumlarının və digər gömrük ödənclərinin ödənilməsi;
b) iqtisadi siyasət tədbirlərinə riayət edilməsi;
c) ixrac rejimi altında buraxılmış malların, gömrük bəyannaməsinin qəbul edildiyi günə olan
vəziyyətində, normal saxlama və daşıma şəraitində onların məruz qaldığı aşınma və təbii itkisi nəzərə
alınmaqla, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxarılması;