109
Bu qaydalar:
- deklarant üçün - gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı;
- gömrük orqanları üçün - gətirilən malların deklarantlar tərəfindən
bəyan edilən gömrük dəyərinə
nəzarət etmək üçün istifadə olunur.
Gömrük orqanlarında malların buraxılmasının əsassız olaraq gecikdirilməsinin qarşısını almaq üçün
gömrük dəyərinə nəzarət prosesi qısa müddətdə həyata keçirilməlidir. Malın gömrük rəsmiləşdirilməsi
müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə
olan qanunvericiliyə müvafiq qaydada malın şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş verə bilər. Malın
şərti olaraq buraxılması dedikdə, onun gömrük dəyərinin şərti olaraq müəyyən edilməklə buraxılması başa
düşülür, yəni gömrük dəyərinin tam və dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmiş
məlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük
rejimi əsas götürülür.
Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün GDB-1 və GDB-2 formada gömrük dəyəri
bəyannaməsi tətbiq edilir.
GDB-1 gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1106
saylı 25 dekabr 1997-ci il tarixli əmri ilə təsdiq edilmiş Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş 1 üsulla
GDB-2 gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş 2-6-cı üsullarla
müəyyən edildikdə tətbiq edilir.
Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən
edilmiş qaydada deklarant
tərəfindən GDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrük
rüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb
olunmursa, (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YGB-si ilə bəyan edilir.
Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük
dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.
Gömrük dəyəri bəyannaməsi gömrük sənədi hesab olunur.
Deklarant gömrük dəyəri bəyannaməsində gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün
məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət
daşıyır.
Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük
məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.
Deklarant (alıcı) malın gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi
qərardan narazılıq edərsə mövcud qanunçuluqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin XIII bölməsinə müvafiq olaraq şikayət etmək hüququna malikdir.
Deklarant gömrük dəyəri üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrük dəyəri haqqında
bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:
1) malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
2) müqavilə (kontrakt) və ona əlavə olunan razılışma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
3) hesab-faktura (invoys) və bank ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu,
həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri;
4) nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
5) yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya
(hesab-fakturaya nəqliyyat xərci daxil edilməyibsə);
6) göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa;)
7) qablaşdırma vərəqləri;
8) idxalı müəyyən edilmiş qaydada icazə əsasında həyata keçirilən mallar üçün icazə;
9) malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.
Bu sənədlər gömrük dəyərinin təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının tələbi üzrə
deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi
aşağıdakı sənədlər tələb oluna bilər:
a) sövdələşməyə aidiyyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);
b) satıcının xeyrinə üçüncü şəxslərin tədiyə üçün hesablaşma sənədi;
c) qiymətləndirilən malın sövdələşməsinə aidiyyatı olan komisyon, broker xidməti üçün
hesablaşma sənədi;
ç) mühasibat sənədləri;
d) icazə və ya müəlliflik sazişi;
e) ixrac (idxal) icazəsi;
ə) anbar qəbzləri;
f) malı daşımağa dair sifariş;
110
g) kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı (qiymətlərin siyahısı);
ğ) qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
h) gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.
Malın gömrük dəyərini qiymətləndirmək və deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini
yoxlamaq üçün istər deklarant tərəfindən təqdim olunan, istərsə də gömrük orqanında olan məlumatdan istifadə
oluna bilər.
Məlumat inandırıcı və tam olmaqla bəyan edilmiş gömrük dəyərinin təsdiqini təmin etməlidir.
Deklarant əvvəllər gətirilən eyniadlı və ya eynicinsli malların gömrük dəyəri, ya da onların daxili
bazarda qiyməti, istehsalçının gömrük orqanlarında olmayan kalkulyasiyası və preyskurantı haqqında məlumat
əldə edə bilər. Belə məlumatdan müvafiq təsdiqedici sənədlər təqdim edildiyi
halda istifadə oluna bilər
(məsələn, eyniadlı və eynicinsli malların sövdələşməsinə aid olan kommersiya gömrük və ödəniş sənədləri).
Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara
malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların məlumat qiyməti, habelə əvvəllər
gömrük rəsmiləşdirilməsindən keçən eyniadlı və ya eynicinsli mallar haqqında məlumatlar daxil edilir.
Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük
dəyəri haqqında məlumat təqdim oluna bilər.
Deklarant gömrük dəyəri bəyannaməsinin (GDB-1 və ya GDB-2) bütün qrafalarını Təlimata uyğun
olaraq sərbəst doldurur (gömrük qeydiyyatı üçün nəzərdə tutulan qrafadan başqa).
Deklarant tərəfindən gömrük dəyəri bəyannaməsi düzgün doldurulduğu, gömrük dəyərinin müəyyən
edilməsi üsulu
düzgün seçilib tətbiq olunduğu, bəyan edilən məlumatlar tələb olunan sənədlərlə təsdiq olunduğu
hallarda GDB-nin bütün vərəqlərində
“Gömrük qeydiyyatı üçün” qrafasında
“Gömrük dəyəri qəbul edildi”
qeydiyyatı aparılır və GDB-ni yoxlayan vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.
GDB-ni sənədləşdirən və onun düzgünlüyünü yoxlayan gömrük orqanının vəzifəli şəxsinin öz şəxsi
təşəbbüsü, deklarantın tapşırığı və ya xahişi ilə deklarant tərəfindən doldurulan gömrük dəyəri qrafalarında hər
hansı bir məlumatda dəyişiklik etmək, bu qrafalara əlavələr etmək hüququ yoxdur.
Sənədlər gömrük rəsmiləşdirilməsinə qəbul edildikdən sonra deklarant tərəfindən bəyan edilən gömrük
dəyərində gömrük orqanı tərəfindən edilən bütün düzəlişlərə malların gömrük qiymətləndirilməsi kimi baxılır və
deklarant tərəfindən müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Deklarant tərəfindən aparılan hesablamaya gömrük orqanının vəzifəli şəxsi tərəfindən düzəliş aparmaq
zərurəti yarandıqda onda GDB-nin “gömrük qeydiyyatı üçün və ya blankın əks üzündə “Gömrük qeydiyyatı”
başlığı altında qeydiyyat aparılır.
Gömrük orqanının vəzifəli şəxsinin apardığı bütün qeydiyyatlar onun imzası və şəxsi
nömrəli möhürü
ilə təsdiq edilməklə tarix göstərilir.
GÖmrük orqanının hesablanmasına uyğun olaraq deklrant GDB-nin müvafiq qrafasında dəyişiklik edir,
onu imza və möhürlə təsdiq etməklə tarixi göstərilir.
GDB-də çoxsaylı düzəliş edildikdə köhnə blankda qeyd aparılmaqla yeni blank doldurula bilər. Hər iki
blank gömrük orqanında saxlanılır. Gömrük orqanının aparıcı düzəlişə deklarant tərəfindən razılıq olduqda
bəyannamənin “10 b” qrafası ümumi qaydada doldurulur.
Gömrük dəyəri dəqiqləşdlirildikdən sonra gömrük orqanının vəzifəli şəxsi YGB-də
“Gömrük dəyəri
dəqiqləşdirilmişdir” qeydiyyatını apırır. Deklarant və ya gömrük orqanının vəzifəli şəxs tərəfindən gömrük
dəyərinin dəqiqləşdirilməsinə dair GDB və YGB-nin ayrılmaz hissəsi hesab olunan forma-blank doldurulur.
Deklarant gömrük orqanının apardığı dəqiqləşmə ilə razı olmadıqda, GDB-də müvafiq düzəliş
aparmaqdan və ya GDB-ni imzalanmaqdan imtina edə bilər. Bu halda deklarant gömrük orqanından yazılı
formada onların bəyan etdiyi gömrük dəyərinin qəbul edilməsinə dair izahat (aydınlıq gətirmək üçün)
tələb edə
bilər.
Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərinin qiymətləndirilməsi və ya gömrük orqanı
tərəfindən qəbul edilmiş qərardan şikayət verməsi müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük
tədiyəsi ödəməkdən azad etmək hüququ vermir.
Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri dəqiqləşdirilənədək bəyan olunmuş mal haqqında
mövcud gömrük qanunvericiliyinə uyğun olaraq qərar qəbul edilir.
Gömrük rəsmiləşdirilməsi zamanı deklarantda bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənədlər,
istifadə edilən məlumatları təsdiq edən dəlillər olmadıqda, həmçinin müqavilə şərtlərində malın satışı ilə
əlaqədar olaraq qiymətlərə yenidən baxılmaqla son qiymətin müəyyən edilməsi halı olduqda gömrük orqanı,
deklaranta maldan istifadə etmək haqqında qərarı ancaq gömrük tədiyələrini tam həcmdə ödədikdən sonra
vermək hüququna malikdir.
Gömrük orqanı deklarantın yazılı ərizəsinə əsasən bəyan edilmiş mala mövcud qanunçuluğa müəyyən
edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu əsasında möhlətdən istifadə etmək
icazəsi verə bilər.