105
- “NB” - bank vasitəsi ilə nağd;
- “GK” - gömrükxananın kassasına;
- “RK” - rabitə müəssisəsinin kassasına göstərilir.
Yeddinci
- “ödəniş haqqında məlumat” hər bir ödəniş formasının qarşısında aşağıdakı rekvizitlər
yazılır:
- əgər ödəniş gömrükxananın kassasında aparılırsa, kassa mədaxil orderinin tarixi və nömrəsi;
- əgər ödəniş nağdsız qaydada aparılırsa, onda ödəniş sənədlərinin nömrəsi və tarixi;
- əgər ödəniş bank vasitəsi ilə nəğd formada aparılırsa, tədiyyənin qəbul edildiyini təsdiq edən sənədin
nömrəsi və tarixi;
- əgər ödəniş rabitə müəssisəsinin kassasına qəbul edilibsə, kassa mədaxil
orderinin nömrəsi və tarixi
göstərilir;
8.1. yarımqrafasında - “Ödənişin cəmi”-ndə gömrük tədiyələrinin rəqəmlə və yazı ilə “manat” və xarici
valyutanın cəmi göstərilir.
Qrafa 9. “Gömrük əməkdaşının imzası”.
Qrafada GMO-nu rəsmiləşdirən gömrük əməkdaşı imza edir. İmza ixracı inspektorun şəxsi nömrəli
möhürü ilə təsdiq edilir.
Qrafa 10. “Tədiyyəni qəbul edənin imzası”.
Ödəniş nağd formada icraçı inspektora və ya gömrükxananın kassasına ödənildikdə ödənişi qəbul edən
imza edir və şəxsi nömrəli möhürü ilə təsdiq edir.
Başqa hallarda bu qrafa doldurulmur.
Qrafa 11. “Tədiyyəçinin imzası”.
Bu qrafada gömrük ödənişlərinin tədiyyəçisi və ya hüquqi şəxsin vəkil etdiyi soyadı, adı və vəzifəsi
göstərilir.
Mövzu 10.2.3. Gömrük ödənişlərinin tutulması və ödəyicilərin məsuliyyəti
Gömrük ödəmələrinin ödənilməsinə görə məsul şəxs gömrük ödəmələrinin düzgün hesablanmasına və
vaxtında ödənilməsinə, təqdim olunan sənədlərin düzgünlüyünə məsuliyyət daşıyır.
Gömrük ödəmələri bilavasitə deklarant və ya gömrük qanunvericiliyinə uyğun olaraq digər şəxslər
tərəfindən ödənilir.
Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə hər bir marağı
olan şəxs gömrük ödənişlərini ödəyə bilər.
Gömrük ödəmələri müəyyən edilmiş müddətlərdə və müəyyən
edilmiş qaydada ödənilmədikdə,
ödəmələrin məbləği gömrük orqanları tərəfindən onların ödənilməsinə məsul şəxslərdən tutulur.
Azərbaycan Respublikasının gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxs
deklarant olmadığı hallarda, bu cür şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə deklarantla birgə məsuliyyət
daşıyır.
Ödənilməmiş gömrük ödənişləri ödəməmə faktının aşkar edilməsi vaxtından asılı olmayaraq
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulur.
Borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gecikdirilən günə borc məbləğinin 0,3
faizi miqdarında penya alınır, ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan məbləğ Azərbaycan
Respublikasının Qanunvericiliyinə əsasən ödəyicinin əmlakından tutulur.
Gömrük ödənişlərinin ödənilməsi və ya ödəməkdən yayınma, ödənişin miqdarından asılı olaraq həm
inzibati, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Bu barədə daha ətraflı məlumatlar 15-cü mövzuda
verilmişdir.
106
Mövzu 11.
Gömrük dəyəri və onun təyin edilməsi üsulları
11.1. Gömrük dəyəri anlayışı və təyin edilməsi sistemi
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin təyin edilməsinin
prinsip (latınca
“prinsipim” -
sözündən olub “əsas”, “başlanğıc” deməkdir) və normalarının hüquqi əsasını
“Gömrük tarifi haqqında” qanun (1995) müəyyən edir.
Gömrük dəyərinin müəyyən edilməsi sisteminə aşağıdakı sənədlər daxildir:
1)
ÜTT / QATT-ın Gömrük qiymətləndirilməsi üzrə məcəlləsi (mütəxəssislər
bu
Məcəlləni
“Gömrük dəyər kodeksi” də adlandırırlar);
2)
Ticarət və Tarif üzrə Baş Sazişin (QATT) VII maddəsinin yerinə yetirilməsi haqqında Saziş
(1994-cü ildə Uruqvay raundundan sonra imzalanmışdır).
QATT-ın VII maddəsi gömrük rüsumlarının yığılması məqsədi üçün malların qimətləndirilməsinə
aiddir. O, malın gömrük dəyərinin bütün dövlətlər üçün ümumi prinsiplərini müəyyənləşdirir və orada göstərilir
ki, malın dəyəri onun idxal qiymətinə əsaslanmalıdır, saxta qiymətlərə, yaxud da milli mənşəli malların qiyməti
əsasında müəyyən edilə bilməz.
Gömrük qiymətləndirilməsinin müxtəlif milli metodologiyası rüsumunun proteksionist nəticəsinə
bilavasitə təsir göstərir. Belə hallarda gömrük qiymətləndirilməsi metodu idxal edilən malın
qiymətinin
artırılmasına gətirib çıxarır. Saziş çərçivəsində gömrük qiymətləndirilməsinin vahid və neytral sistemi
müəyyənləşdirilib: sistem ticari reallığa uyğun olmalıdır və əsassız olaraq müəyyən edilmiş və saxta göstərilmiş
gömrük qiymətləndirilməsini qadağan edir. Həmin saziş eyni zamanda QATT-da mövcud olmayan gömrük
qiymətləndirilməsini qadağan edir. Saziş QATT-da mövcud olan gömrük qiymətləndirilməsi haqqında
müddəaları əhəmiyyətli dərəcədə dəqiqləşdirmək və genişləndirmək üçün kompleks qiymətləndirmə
qaydalarına yenidən baxılmasını məqsədəuyğun hesab edir. İnkişaf etməkdə olan ölkələrin bu Sazişi beş il
ərzində qəbul etməmək hüququ vardır. Uruqvay raundunun yekununda bu
Saziş təkmilləşdirildi və
dəqiqləşdirilmiş formada ÜTT-in hüquq kompleksinə daxil oldu.
Azərbaycan Respublikası yaxın gələcəkdə ÜTT daxil olmaq istədiyi üçün (hələlik Azərbaycan ÜTT-nin
məşvərətçi üzvüdür) gömrük dəyərinin təyini üzrə beynəlxalq normativ sənədləri gömrük orqanlarının
fəaliyyətində tətbiq olunmasına maksimum dərəcədə nail olmalıdır.
11.1.1. Gömrük dəyəri
Gömrük tariflərinin tətbiqi, tarif tənzimləmələri tədbirləri, onların beynəlxalq norma və qaydalara
uyğunluğu, həmçinin tarif əhatəsinin real səviyyəsi gömrük rüsumları və ödənişlərinin bazasının
hesablanma
formasını müəyyən edən qaydalardan asılıdır.
Malların gömrük sərhədindən keçirilməsi zamanı vergiqoyma bazasının təyin edilməsi qaydalarının
müəyyən edilməsində həm dövlət, həm də kommersiya dairələri maraqlıdır. Belə ki, Dövlət büdcəsinin gəlir
hissəsinin iyirmi faizə qədəri gömrük rüsum və vergiləri hesabına formalaşır. Kommersiya dairələri üçün
keçirilən mallara vergiqoyma qaydaları barədə bilgilər xarici iqtisadi fəaliyyətin real səmərəsini, konkret
əqdlərin gəlir və çıxarını hesablamağa imkan verir.
Gömrük ödənişləri hesablanarkən hansı gömrük dəyəri baza kimi qəbul edilməlidir?
Aydındır ki, malın istehsalçıdan istehlakçıya doğru hərəkətinin müxtəlif
mərhələlərində onun dəyəri
müxtəlif olacaqdır, belə ki, müxtəlif dəyər komponentlərini özündə cəmləşdirəcəkdir və bu dəyərlərin hər biri
özünəməxsus qaydada hesablanacaqdır.
Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük ödənclərinin hesablanması üçün istifadə
olunan dəyəri, malın satıcıdan alıcıya qədər müəyyən hərəkət mərhələsində formalaşır, bu mərhələyə uyğun
komponentləri (xərc və gəlirləri) özündə cəmləşdirir və malın gömrük dəyəri kimi baxılır.
Deməli, gömrük dəyəri malın vergitutma məqsədi üçün istifadə olunan dəyəridir. Başqa sözlə, gömrük
dəyəri gömrük ödənişlərinin (ƏDV, aksiz, rüsumlar və gömrük rəsmiləşdirilməsi üçün yığımlar) hesablanma
bazası hesab olunur.
“Malların gömrük dəyəri” kateqoriyasının funksional təyinatı da
elə bunda, yəni gömrük ödənişlərinin
hesablanma bazası olmağındadır.
Bundan başqa gömrük dəyərinin hesablanması bilavasitə və dolayı yollarla digər gömrük məqsədləri
üçün, məsələn, gömrük statistikası, barter əməliyyatlarında malların qiymətlərinin reallığının yoxlanması,
gətirilən malların ekvivalent olmasına nəzarət, idxal-ixrac əməliyyatlarına valyuta nəzarəti və s. üçün də mühüm
əhəmiyyət kəsb edir.
İstənilən vergitutma sisteminin tətbiqi onun səmərəliliyinin təminatı üçün ən azı iki tədbiri zəruri edir: