99
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi üçün yığımların
miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq
icra hakimiyyəti, yəni Azərbaycan Respublikası Nazirlər
Kabineti müəyyənləşdirir.
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar
vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.
Saxlanca görə gömrük yığımları. Gömrük anbarlarında və sahibi Azərbaycan Respublikası gömrük
orqanları olan müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlancına görə göstərilən
xidmətlərin orta dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi miqdarda gömrük yığımları alınır.
Müvəqqəti saxlanc anbarlarında saxlanılan mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişləri,
DGK
sədrinin 11.XI.1998-ci il tarixl 14 saylı əmri ilə təsdiqlənmiş və 24.XI.1998-ci ildə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində qeydə alınmış (Qeydiyyat N 136)
“Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları)
haqqında” Əsasnaməyə uyğun alınır.
Malların gömrük müşayiətinə görə gömrük yığımları.
Malların gömrük müşayiətinə görə Azərbaycan Respublikası DGK-nın Azərbaycan Respublikası
Nazirlər Kabinetinin razılığı ilə müəyyən etdyi miqdarda gömrük yığımları alınır.
Gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri əsas götürülür. Gömrük dəyərinin təyin
olunması qaydaları isə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır
(11-23-cü maddələr).
ƏDV hesablanarkən verginin miqdarı gömrük rüsumlarının miqdarı qədər, aksizli mallarda isə
aksizlərin ümumi miqdarı qədər artır.
Gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilməsi və vaxtın uzadılması.
Gömrük ödənişlərinin ödənilməsi üçün müstəsna hallarda ödəyiciyə möhlət verilə və ya vaxt uzadıla
bilər. Gömrük ödənişlərinin ödənişinə fiziki şəxslərə vaxtuzatma və ya möhlət verilmir.
Gömrük ödəmələrinin ödənişində möhlət verilməsi və ya vaxtın uzadılması haqqında
qərar ödəyicinin
sərbəst formada tərtib etdiyi yazılı ərizəsinə əsasən gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının rəisi
tərəfindən qəbul edilir. Göstərilən ərizə YGB ilə eyni vaxtda gömrük orqanına təqdim edilir.
Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət və uzadılan vaxt gömrük bəyannaməsinin qəbul
edildiyi gündən etibarən iki aydan artıq olmamalıdır.
Möhlət verilməsinə və vaxtın uzadılmasına görə Azərbaycan Respublikası Milli Bankının verdiyi
kreditlər üzrə həmin bankın verdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür.
Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlərə görə müəyyənləşdirdiyi dərəcələr haqqında
məlumat Dövlət Gömrük Komitəsi tərəfindən yerli gömrük orqanlarına çatdırılır. Gömrük ödəmələrinin
ödənişində vaxtın uzadılması və möhlət verilməsinə görə hesablanmış faizlər ödəyici tərəfindən gömrük
ödəmələrinin məbləğinin ödənişi ilə eyni vaxtda ödənilir.
Gömrük ödəmələrinin ödənişinə möhlət verilərkən və vaxt uzadılarkən ödəyici vaxtuzatmanın
sonuncu
günündən gec olmayaraq borcunu və faizləri ödəməlidir. Bu zaman pul vəsaitinin köçürülmə tarixi bank
əməliyyatının həyata keçirilməsi haqqında ödəmə sənədindəki bankın qeyd tarixi sayılır.
Vaxtı uzadılmış gömrük ödəmələrinin ödənişini təsdiq edən ödəmə sənədinin surəti müəyyən edilmiş
müddətlərdə gömrük orqanına təqdim edilmədiyi hallarda, ödəniş günü pul vəsaitinin gömrük orqanının
hesabına faktiki daxil olma tarixi sayılır.
Aşağıdakılar borc hesab olunur:
- gömrük ödəmələri məbləğinin, verilmiş vaxtuzatmaya və ya möhlətə görə faizlərin müəyyən
edilmiş müddətlərdə ödənilməsi və vaxtuzatmanın bitdiyi gündən sonrakı və ya möhlət üzrə ödəmə
müddətindən sonra üç təqvim günü ərzində lazımi pul vəsaitlərinin köçürülməsinə dair bank tərəfindən
icra olunmuş ödəmə sənədinin gömrük orqanına təqdim olunmaması;
- təqdim edilmiş sənəd üzrə pul vəsaitlərinin bank əməliyyatının aparılması haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aparılmış qeyd tarixindən on dörd təqvim günü müddətində gömrük
orqanının hesabına daxil olmaması.
Gömrük ödənişlərinin ödənilməsindən yayınmaya cəhd göstərən şəxslərə bu
cür ödənişlərin ödənilməsi
üçün möhlət verilmir və ya vaxt uzadılmır.
10.2. Müxtəlif gömrük rejimlərində vergi və rüsumların tətbiqi qaydaları
Müxtəlif gömrük rejimlərində vergi və rüsumların ödənilməsi qaydaları aşağıdakı kimidir:
1. Sərbəst dövriyyə üçün buraxılış:
Sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük ərazisinə gətirilən mallar ümumi qaydada gömrük
vergi və rüsumlarına cəlb olunur;
100
2. Təkrar idxal:
Azərbaycan Respublikası ərazisindən ixrac olunmuş mallar qanunla müəyyən edilmiş müddətdə geriyə
gətirildikdə həmin mallara vergi və rüsum hesablanmır, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
Mallar aparıldığı andan üç il ərzində təkrar idxal edildikdə gömrük orqanı ödənilmiş ixrac gömrük
rüsumlarının və vergilərin məbləğini qaytarır.
Malların təkrar idxalı zamanı malları keçirən şəxs malların aparılması zamanı vergi güzəştləri
nəticəsində əldə etdiyi bütün məbləğləri qaytarır.
3. Tranzit:
Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçən mallardan
vergi və rüsumlar tutulmur
(gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları istisna olmaqla), onlara iqtisadi siyasət tədbirləri tətbiq
edilmir. Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının dövlətlərarası
müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir.
4. Gömrük anbarı:
Gömrük anbarı rejimində yerləşdirilən mallardan saxlanc dövründə vergi və rüsumlar alınmır, onlara
iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
İxrac gömrük rejiminə uyğun olaraq aparılmaq üçün nəzərdə tutulan malların gömrük anbarı rejimi
altında yerləşdirilməsi zamanı, malların faktiki aparılması üçün vergi və rüsumlardan azadetmə və ya ödənişinin
qaytarılması nəzərdə tutulubsa, həmin mallar gömrük rüsumlarından vergilərdən azad edilir və ya ödənən
məbləğ qaytarılır. Gömrük rüsumlarından, vergilərdən azad edilərkən və ödənilən məbləğ qaytarılarkən
mallar
gömrük anbarı rejimi altında yerləşdiyi gündən başlayaraq üç aydan gec olmayaraq aparılmalıdır.
5. Rüsumsuz ticarət mağazası:
Rüsumsuz ticarət mağazalarına gətirilən mallardan gömrük vergi və rüsumları alınmır, onlara iqtisadi
siyasət tədbirləri tətbiq edilmir.
6. Gömrük ərazisində malların emalı:
Gömrük ərazisində malların emalı gömrük rejimində yerləşdirilən mallar sonradan qaytarılmaq şərtilə
vergi və rüsumlara cəlb olunur. Malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyi gündən
etibarən ən geci iki il ərzində emal məhsulları ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən idxal gömrük
vergi və rüsumlarının məbləği qaytarılır.
Gömrük ərazisində emal üçün istifadə edilmiş xarici mallar və onların məhsulları ixrac gömrük
rüsumlarından və vergilərindən azad edilir.
7. Gömrük nəzarəti altında malların emalı:
Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti altında
emal olunmaq üçün gətirilmiş
mallardan gömrük vergi və rüsumları alınmır. Emal məhsulları sərbəst dövriyyə üçün buraxılış və digər gömrük
rejimində rəsmiləşdirildikdə ümumi qaydada vergi və rüsumlara cəlb edilir.
8. Müvəqqəti idxal:
Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal olunan mallar gömrük vergi və rüsumlarından
tamamilə və ya qismən azad edilir.
Malların tamamilə və ya qismən azad edilməsi “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac)
edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi”
Qaydalarına müvafiq olaraq həyata keçirilir.
9. Sərbəst gömrük zonası. Sərbəst anbar
Xarici malların və Azərbaycan mallarının sərbəst gömrük zonalarına gətirilməsi və onların sərbəst
gömrük zonalarında yerləşdirilməsi zamanı gömrük vergi və rüsumları alınmır.
Mallar sərbəst gömrük zonaları ərazisindən və sərbəst anbarlarından Azərbaycan Respublikasının
gömrük ərazisinin qalan hissəsinə gətirilərkən və ya sərbəst gömrük zonalarının ərazisindən və sərbəst
anbarlardan Azərbaycan Respublikasının hüdudlarından kənara topdan satış qaydasında aparılarkən malın
mənşəyindən asılı olaraq gömrük vergi və rüsumları alınır.
İxrac zamanı mənşə haqqında sertifikat olmadıqda, ixrac gömrük vergi və rüsumlarının alınması
məqsədi ilə mallar Azərbaycan malları, digər məqsədlər üçün isə xarici mallar hesab edilir.
İxrac gömrük rejiminə uyğun Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması nəzərdə
tutulan mallar sərbəst gömrük zonalarına gətirilərkən və ya sərbəst anbarlara yerləşdirilərkən, əgər
bu cür
azadetmə və ya qaytarma malların faktiki aparılması üçün nəzərdə tutulmuşsa, bu cür malların faktiki aparılması
gömrük rüsumlarının, vergilərin qaytarılması və onlardan azadetmə günündən başlayaraq, altı aydan gec
olmamaqla həyata keçirilir.
10. Gömrük ərazisindən kənarda malların emalı:
Malların gömrük ərazisindən kənarda emalı üçün lisenziya almış şəxs və ya onun gömrük brokeri
tərəfindən emal məhsulları sərbəst dövriyyə üçün bəyan edildikdə bu məhsullar tamamilə və ya qismən gömrük
rüsumlarından, vergilərdən azad edilə bilər.