97
Malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən
dəyər artımının bir hissəsinin büdcəyə alınması forması əlavə dəyər vergisidir. (Vergi Məcəlləsi, 153-cü
maddə).
Məlumdur ki, ayrı-ayrı məhsul (iş, xidmət) müəyyən xərclər hesabına başa gəlir və məhsulun maya
dəyərini təşkil edir. İstehsalçı isə, həmin maya dəyərinin üstünə öz mənfəətini də gələrək baha qiymətə satır. Bu
zaman məhsula əlavə dəyər qoyulmasa və məhsul daha baha qiymətə satılmasa, əmək haqqı ödənilə bilməz,
əlavə mənfəət əldə olunmaz, nəticədə isə məhsulun istehsal olunmasına heç bir maraq qalmaz. Məhz ƏDV də
məhsulun dəyərinə əlavə olunmuş dəyərdən tutulur və büdcəyə köçürülür. ƏDV satış zamanı yarandığı üçün bir
növ istehlakçının cibindən gedir.
İdxal olunan mallara ƏDV-nin tətbiqi iki funksiyanı yerinə yetirir:
1) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, daha doğrusu, daxili bazarda yerli və idxal mallarının
arasındakı rəqabətin tənzimlənməsini;
2) dövlət büdcəsinin gəlir hissəsini doldurmaq üçün fiskal funksiyanı.
ƏDV-nin müəyyənləşdirərkən advaoar dəyərdən istifadə olunur. ƏDV-nin dərəcələri qanunvericilik
normalarına uyğun qoyulur ƏDV müqavilədə göstərilən valyuta əsasında hesablanır, daha doğrusu, malın
gömrük dəyəri hesablanan valyuta əsas götürülür.
ƏDV hesablanarkən üç əsas dəyər elementinin cəmi əsas kimi götürülür:
- malın gömrük dəyəri;
- gömrük rüsumu;
- aksiz kəmiyyəti.
Ödəniləcək əlavə dəyər vergisi aşağıdakı düsturla hesablanır:
ƏDV = (MGD + GR + A). ƏDVd 100; burada
ƏDV - ödəniləcək ƏDV-nin kəmiyyəti (miqdarı);
MGD - malın gömrük dəyəri;
GR - gömrük rüsumu;
A - aksiz;
ƏDVd - hər bir mal üçün müəyyən olunmuş ƏDV-nin miqdarı
Azərbaycan Respublikasında 1995-ci ildən başlayaraq xarici ticarət mallarından əlavə dəyər vergisi
tutulur. İdxal malları istehsal olunduğu ölkənin ərazisində əlavə dəyər vergisinə cəlb olunmadığı üçün,
istehlakçı ölkələrdə həmin mallardan əlavə dəyər vergisi tutulur. Lakin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə
xüsusi gömrük sistemi fəaliyyət göstərdiyindən, bu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gətirilən
malların əlavə dəyər vergisinə cəlb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə
tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabineti əlavə dəyər vergisindən azad olunan malların
siyahısını sonuncu dəfə 31 yanvar 2005-ci il tarixli 11 saylı qərarı ilə təsdiq etmişdir. Bu mallar
aşağıdakılardır:
1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora
məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;
2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına
gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar,
həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki
şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin,
hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat
vasitələri istisna
olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan
artıq olmayan mallar;
6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə
maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin
yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə
Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar,
alətlər,
komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;
7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların
fərdiləşdirilməsi,
«Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq
izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar,
98
ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə —
Zəng Mərkəzi
Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar ;
8.
qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş
müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;
9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl
detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar,
onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.12.
ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına
idxal olunan
avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə).
10.1.3. Aksizlər
Aksiz, fransızca
“accise”, latınca
“accido” sözlərindən götürülmüş, mənası
“kəsirəm” deməkdir.
Kütləvi istehlak mallarına (duz, çay, tütün, şərab və s.), həmçinin hər cür xidmətlərə qoyulan dolayı vergiyə
aksiz deyilir (Vergi Məcəlləsi, 182-ci maddə).
“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin 184-cü muddəsinin 1.2-ci bəndinə görə idxal malları
üçün aksiz vergilərini Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq gömrük orqanları yığırlar.
İdxal malları üçün aksiz vergisinin miqdarı Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq
müəyyən edilən (Gömrük Məcəlləsinə görə aksiz vergisinin faizi Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən olunur), lakin topdan satış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir.
Hal-hazırda aksiz faizləri 10-dan (qiymətli metal və gümüş məmulatı) 90-dək (içməli spirt) dəyişir.
Aksiz faizləri məhsul və xidmətin qiymətinə uyğun olaraq müəyyən edilir və buraxılış qiymətinə daxil
olur, yəni məhsulun qiyməti 100 manatdırsa və aksiz faizi 60-dırsa, onda məhsulun buraxılış və ya satış qiyməti
160 man. olacaqdır.
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin
2000-ci il 30 avqust tarixli 393 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının
Nazirlər
Kabineti 19 yanvar 2001-ci ildə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan
malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 20 saylı qərar qəbul etmişdir. Həmin qərara görə
aşağıdakı idxal mallarına aksiz dərəcələri tətbiq edilmişdir:
1) içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;
2) tütün məmulatları;
3) neft məhsulları.
“Azərbaycan Respublikası Vergi Məcəlləsinn 191.3-cü maddəsinə görə, aksizli mallar idxal edildikdə,
aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Aksizlər dövlət büdcəsinə
ödənilir.
Aksizlər advalor tariflərə görə hesablandıqda malın gömrük dəyəri vergi qoymanın bazası (əsası) kimi
götürülür.
Ümumi qaydalara görə aksizlərin ödəyiciləri deklarantlardır. Ödəmə Yük
Gömrük Bəyannaməsini
(YGB) təqdim etməzdən əvvəl və ya təqdim edəndə həyata keçirilir. Gömrük qanunvericiliyinə görə bəzi
hallarda gömrük anbarının sahibi, gömrük daşıyıcısı və başqaları da ola bilər.
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları
Mal qismində ölkənin gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, habelə müşayiət
olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən, kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə
qanunvericiliklə müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.
Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları, gömrük sisteminin
xidməti xərcləri kimi
qiymətləndirilməlidir. Bu gömrük yığımları birbaşa büdcə vəsaiti hesab olunur.
Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim
olunana qədər və ya təqdim olunan vaxt həyata keçirilir. Bu gömrük yığımları ödənməsinin özünəməxsusluğu
aşağıdakılardır:
1) gömrük yığımlarının ödənilməsi üçün heç bir vaxtalma və ya vaxtuzatma nəzərdə tutulmayıb;
2) gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yığımları geri qaytarılmır.