Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

Tənqidçilər bu anlayışın çoxmənalılığını

vur ğuladıqda Kun bunun strukturunu analiz

et di. Bu məqsədlə o, paradiqmanın «simvolik

üm umiləşdirmə» (qanunların riyazi for mu -

ləsi),  «nümunələr»  (konkret  mə sə lə lər in  həlli

qaydaları), «paradiqmanın meta fizik tərəfi və

dəyərləri» (elmin dəyər quruluşu) kom po -

nentlərini ayırdı. Kun yazırdı: «Paradiqmada

əsas olan tədqiqat fəaliyyətinin nümunəsidir

ki, bir neçə alim konkret məsələni həll

etməyə yönəlir. Nümunə vasitəsilə onlar

məsələnin həllinə uğur gətirən fəaliyyətin

qayda və metodlarını əxz edirlər. Müəyyən

dünyagörüş hesabına Paradiqma hansı mə -

sələlərin həllinin müm künlüyünü, han sının

isə qeyri-müm kün lüyünü müəyyən edir». 

Konkret məsələni həll edən alim yeni

təzahürlərlə rastlaşa bilər. Məntiqlə bu

paradiqma alimlər tərəfindən mənim sə nil -

məlidir. Çox vaxt real praktikada bunu həll

etmək olmur. Alınan empirik faktlar öz

izahını tapa bilmir. Bu faktı Kun anomaliya

adlandırdı. Fikrimizcə, normal elm ano ma li -

ya  ların təzyiqindən «dağıla» bilər. Bu zaman

əsas tənqid paradiqmaya yönəlir. Anomaliya

elmi icmaların narahatlığına çox da səbəb

olmadı. Ciddi alimlər hesab edirdilər ki,

anomaliya aradan qaldırılmalıdır. Onun

uğuru isə müvəqqəti xarakter da şımalıdır.

Məsələn, Merkurinin perigeynin (yunanca



peri «ətraf»,  ge «yer») fırlanması klassik

cazibə nəzəriyyəsi çərçivəsində özünü

doğrultmadı. Bu anomaliya idi. Eyn 

şteyn


tərəfindən ümumi nisbilik nə 

zə 


riy 

yəsinin


kəşfi onu göstərdi ki, bu təzahür, həqiqətən

də, klassik paradiqma (cazibə nə zəriyyəsi)

çərçivəsində izah oluna bilməz. 

Köhnə paradiqmadan yenisinə keçidi Kun

gelştatların (gelştat almanca «fiqur», «for -

ma») yerdəyişməsinin psixoloji aktı kimi

dəyərləndirirdi. Kuna görə paradiqmalar

ölçüyəgəlməzdir. Onlar tədqiqat predmetini

fərqli görməyə məcbur edirlər. Bu və ya digər

paradiqmaları qəbul edən alimləri ortaya

çıxan  təzahürlər müxtəlif dillərdə danışmağa

məcbur edir. Elə bu səbəbdən, Kuna görə elm

toplanan həqiqətlər hesabına biliyin kəsilməz

artımı deyil, diskret prosesdir. O, biliklərin

varisliyi  və  elmi  ənənələrin  prob le ma ti ka -

sının yeni aspektinə də diqqət yönəltmişdi.

Bütün bunlarla yanaşı, Kunun elm qarşısında

əsas xidməti elmə sosio-mədəni fenomen

kimi baxması oldu. Qeyri-elmi biliklərin

müxtəlif sosial faktorlar və paradiqmaların

dəyişməsinə təsirini öyrəndi. Elmi inqilablar

tezisini müdafiə edən böyük alim elmi və

siyasi inqilablar arasında analogiya aparırdı.

Siyasi inqilablar şüurun inkişafı ilə başlayır.

Yəni bu mövcud institutlar qoyulmuş prob -

lemləri artıq həll etmək iqtidarında olma -

dıqda baş verir. Elmi inqilablar da  elmi

bölümün dar bir kəsiminin, şüurun inkişafı ilə

baş verir. Burada mövcud paradiqma artıq

çəkdiyi yolu davam edə bilmir. 

XX əsrin sonu XXI əsrin əvvəllərində

elmdə yeni radikal dəyişikliklər baş verdi. Bu

dəyişikliklər yeni paradiqmaların hesabına

yarandı və indi də davam edir. Elmi biliklərin

intensiv şəkildə bütün sosial sahələrə tətbiqi,

biliyin əldə olunması və saxlanması  sahə -

sində baş verən inqilab elmi fəaliyyətin

xarakterini dəyişdi. 

Əvvəllər öndə olan dissiplinar tədqiqatları

elmlərarası tədqiqatlar əvəz etməyə başladı.

Elmin fənlərarası tədqiqatlarında elm elə

mürəkkəb obyektlər sistemi ilə toqquşur ki,

bunlar əvvəllər ayrı-ayrı elmi istiqamətlərdə

fraqmental öyrənilirdi.  Buna görə də onların

sistemliliyinin effekti dar elmi istiqamət

yanaşmasında üzə çıxmırdı. 

Elmlərarası tədqiqatların müasir obyekt -

ləri açıq və özü inkişaf edən mürəkkəb sis -



51

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




temlərdir. Bu tip obyektlər tədricən əsas

fundamental elmlərin fənn sahələrinin xarak -

terini təyin etməyə başladılar. Qeyd etmək

lazımdır ki, tarixən inkişaf etmiş sistemlər

müqayisədə özünü təşkilatlandıran sis tem -

lərdən daha mürəkkəb tipli obyektlərə

malikdirlər. Özü inkişaf edən sistemlər

kooperativ effektlə və prinsipial geridönməz

proseslərlə xarakterizə olunurlar. Bununla

qarşılaşan insan artıq hesab edir ki, onun

fəaliyyəti hansısa sistemə qoşulub. Empirik

tədqiqatların strategiyası haqqında təsəv 

-

vürlər dəyişməyə başladı. Müasir elmin tarixi



inkişaf sisteminin içərisində insanın da bir

key 


fiyyət komponenti kimi daxil olması

xüsusi yer tutur. Buna misal olaraq, tibbi-

bioloji obyekti, bütövlükdə biosferanı, eko  lo -

giyanı, biotexnologiya obyektlərini gös 

-

     tər mək  olar.   



Nüfuzlu alimlərdən biri sayılan Karl

Mayntser  «Mürəkkəblik  və  özü nü təş kilat -

landırma. Əsrin sonunda yeni elmin və

mədəniyyətin yaranması»  məruzəsində mü -

rəkkəb qeyri-xətti sistemlər nəzəriy yəsindən

ümumelmi uğurlu istifadənin səbəblərini və

perspektivlərini göstərir, xətti təfəkkürdən

qeyri-xətti təfəkkürə keçidin xüsusiyyətlərini

açıqlayır. Təbiətdə mürəkkəb sistemlər və

özünütəşkilatlandırma, mürəkkəb neyron

şəbəkəsi və təhsil strategiyası, mürəkkəb

iqtisadi sistemlər və ekoloji ətraf mühit,

mürəkkəb sosial sistemlər və kommunikasiya

şəbəkələri, mürəkkəb elm-texnologiya və

biliyin artımı, mürəkkəblik və məsuliyyət

kontekstində sivilizasiyanın gələcəyinə baxış

kimi ciddi mövzular K.Mayntserin

məruzəsində fundamental bir tərzdə işıq lan -

dı rılır.

K.Mayntser inandırıcı surətdə sübut edir

ki, qeyri-xəttilik və müasir qeyri-xətti mo del -

lər barədə təsəvvürlər olmadan varlıqları bir

mürəkkəb sistem kimi və mürəkkəblik

fenomeninin özünü dərk etmək çətindir.

İndiyə qədər elmin bəzi sahələrində do 

-

minantlıq edən xətti təfəkkür müasir şəraitdə



kifayət deyil və hətta təhlükəlidir. «Bizim

yanaşma nəzərdə tutur ki, fiziki, sosial və

mental reallıq qeyri-xətti və mü rək kəbdir.

Sinergetik epistomologiyanın bu mühüm

nəticəsi bizim davranışın ciddi kor rektəyə

ehtiyaclı olduğunu səbəbləndirir. Yenə də

vurğulamağa dəyər ki, qeyri-xətti mürəkkəb

reallıqda xətti təfəkkür təhlükəli ola bilər...

Bizim həkim və psixoloqlar in san lara ağıl və

bədənə malik mürəkkəb qeyri-xətti varlıqlar

kimi baxmağı öyrənməlidirlər. Xət ti təfəkkür

düzgün  diaqnozun  qoyul ma sın da  uğur -

suzluğa düçar ola bilər». Bundan sonra

K.Maynster belə bir tövsiyə-xə bər dar lıq edir:

«Biz yadda saxlamalıyıq ki, si 

ya 


sət 

də və


tarixdə monokauzallıq ehkamçılığa,

tolerantlığın yoxluğuna və fanatizmə aparıb

çı xara bilər... Mürəkkəb sistemlərin tədqiqinə

yönələn yanaşma epistemologiyada və

etikada yeni nəticələr doğurdu. O, mürəkkəb

qeyri-xətti dünyada xaosun qarşısını almaq

və sinergetik effektlərin kreativ im 

-

kanlarından istifadə etmək üçün şans verir». 



Göründüyü kimi, elmin indiki durumu

paradiqmaların bir-birini əvəzləməsi və

varislik prinsipi əsasında bərqərar olub. Bu

mənada Tomas Kunun elmi inqilablar və

paradiqmalar nəzəriyyəsi uzun illər öz elmi

dəyərini itirməyəcək. 



Е.Əliyev

52

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə