kosmosa göndərilən «COBE»
süni peyki
vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində
Penziasla Uilsonun ölçmələrinin doğru ol -
duğunu təsdiqlədilər.
Peykdəki həssas cihazların göstəriciləri
«Böyük partlayış»ın həqiqət olduğunu bir
daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar
«Böyük partlayış»ın ilk anlarındakı hərarət
və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər.
Beləcə, «COBE» «Böyük partlayış»ın hə -
qiqət olduğunu aşkar dəlillərlə ortaya qo y -
muşdur və elmi çevrələr artıq bu açıq
ger
çəkliyi etiraf etmək məcburiyyətində
idilər.
Bir başqa dəlil isə fəzadakı hidrogen və
helium qazlarının miqdarının hesablanması
zamanı ortaya çıxdı. Belə ki, kainatdakı
hidrogen və helium qazlarının nisbəti «Bö -
yük partlayış»dan «artıq» qalan hidrogen-
helium nisbətinin nəzəri gös təricilərinə son
dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması
Böyük Partlayışın elm aləmində qəti şəkildə
qəbul olunmasıyla nəticələndi. Tanınmış elmi
jurnal olan «Scientific American» 1994-cü
ilin oktyabrında «Böyük Partlayış» modelini
«əsrimizin qəbul olunmuş yeganə modeli»
olduğu barədə yazdı.
Uzun illər boyunca «hüdudsuz kainat»
modelini dəstəkləmiş alimlər də bir-birinin
ardınca bunu etiraf edirdilər. Fred Hoyl ilə
birlikdə uzun müddət sabit kainat nə zə riy -
yəsini müdafiə edən Dennis Şiama (Dennis
Sciama) «Böyük Partlayış» gerçəkliyi qar -
şısında düşdüyü aciz durumu belə anlatdı:
«Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini mü -
dafiə edənlərlə ona qarşı çıxanların arasında
çox sərt çəkişmə vardı. Çoxları kimi mən
inandığım üçün deyil, gerçək olmasını is -
tədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim.
Modelin yanlışlığını göstərən dəlillər ortaya
çıxdıqca həm mən, həm də Fred Hoyl onlara
necə cavab verəcəyimizi bilmirdik. Amma
dəlillər çoxaldıqca artıq oyun bitdi və «sabit
kainat» nəzəriyyəsini bir tərəfə atdıq».
Beləliklə, elm inkişaf etdikcə ortaya
çıxardığı dəlillər «sabit kainat» nəzəriyyəsini
tarixin arxivinə göndərdi. Bunun ardınca isə
da ha önəmli suallar meydana çıxmağa baş -
ladı: onların da ən başlıcası «Böyük part -
layışdan öncə nə var idi» sualı idi.
«Böyük partlayışdan öncə nə var idi»
sualının bircə cavabı mövcuddur: yerləri və
göyləri böyük bir düzən içində yaradan üstün
güc və qüdrət sahibi olan Allahdır. İnamından
asılı olmayaraq, əksər
elm adamları bunu qəbul
etmək məcburiyyətində
qalırdılar. Hətta elmi
platformada bunu qəbul
etməyi özlərinə sığış dır -
masalar belə, bəzi fikir
və ifadələri onları bunu
təsdiqləməyə məcbur
edir. Məsələn, tanınmış
ateist filosof Entoni Flu
(Anthony Flew) etirafın
insanın ruhuna xeyirli
olduğunu deyərək, bun -
ları yazırdı: «Mən də bir
46
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
etiraf edəcəm. Ateizm ba xımından «Böyük
Partlayış» modeli olduqca xoşagəlməzdir.
Çünki elm faktiki olaraq dinin iddiasını
sübuta yetirib ki, kainatın bir başlanğıcı var.
Mən hələ də ateizmə ina nıram, amma etiraf
edim ki, Böyük Part layışın qarşısında ateizmi
müdafiə etmək olduqca çətindir».
İngilis fiziki H.P.Lipson və digər elm
adamları bu nəzəriyyəni istər-istəməz qəbul
etmək məcburiyyətində olduqlarını etiraf
edirlər: «Məncə, bu nöqtədən daha da irəliyə
getmək və yeganə izahın yaradılış olması ilə
razılaşmaq məcburiyyətindəyik. Buna özüm
də daxil olmaqla, əksər fiziklər üçün son
dərəcə xoşagəlməz və hətta ağır olduğunun
fərqindəyəm, əgər təcrübə ilə əldə olunmuş
faktlar bir nəzəriyyəni təsdiqləyirsə, xo
-
şumuza gəldi-gəlmədi, onunla razışmalıyıq.
Nəticədə istəsələr də, istəməsələr də, elm
materialist alimlərin qarşısına tək bir ger -
çəkliyi qoyur: maddə və zaman sonsuz güc
sahibi olan, göyləri, yeri və ikisinin arasında
olanları qüsursuz yaradan bir Yaradıcı, hər
şeyə qadir olan Allah tərəfindən yaradılıb».
Big Bang modeli bəşəriyyətin kainatı
tanımasına yardımçı olmaqla yanaşı, çox
önəmli bir funksiyanı da gerçəkləşdirib. Sitat
gətirdiyimiz ateist filosof Entoni Flunun
dediyi kimi, «Böyük Partlayış»la birlikdə
«elm dinin iddiasını sübuta yetirib». Dini
qaynaqların irəli sürdüyü bu gerçək kainatın
yoxdan yaradılmasıdır. Bu, elmi kəşfdən
minlərcə il öncə Allahın insanlara yol gös -
tərmək üçün göndərdiyi Müqəddəs kitablarda
yazılıb. İlahi qaynaqlar arasında təhrif edil -
məmiş yeganə kitab olan Qurani-Kərimdə
həm kainatın yoxdan yaradılışı, həm də bu
yaradılışın biçimi ilə bağlı bilgilər verilib:
«Həqiqətən, göylərin və yerin yara dıl -
ması gecəylə gündüzün bir-birini əvəz
etməsi ağıl sahibləri üçün dəlillərdir».
(«Ali-İmran» surəsi, 190).
On dörd əsr öncə vəhy edilən bu bilgilər
XX əsrin elmi məlumatları ilə tamamilə
uyğun gəlir. Hər şeydən əvvəl, kainatın yox
ikən var edilməsi Quranda belə yazılır:
«O, göyləri və yeri (yoxdan) var
edəndir».
(«Ənam» surəsi, 101)
Günümüzdən tam 14 əsr öncə, insanların
kainatla bağlı bilgiləri son dərəcə məhdud
olan dönəmlərdə Quranda bildirilən bir başqa
gerçək isə eynilə Big Bang nəzəriyyəsinin
önə çəkdiyi kimi, bütün kainatın çox kiçik
həcmdə bir yerdən ayrılıb genişlənməklə
ortaya çıxmasıdır:
«Məgər kafir olanlar göylə yer bir-
birinə bitişik ikən bizim onları ayır
dı
-
ğımızı, hər bir canlını sudan yaratdığımızı
bilmirlərmi? Yenə də iman gətirməzlər?»
(«Ənbiya» surəsi, 30)
Bu ayənin ərəbcə orijinalında çox önəmli
bir kəlmə seçimi var. Ayənin «bir-birinə
bitişik ikən» şəklində tərcümə edilən «ratq»
kəlməsi ərəbcə lüğətlərdə «bir-biri ilə iç-içə,
ayrılmaz halda, qaynayıb-qarışmış» anlam la -
rına gəlir. Yəni bütün halında olan iki mad -
dəni anlatmaq üçün işlədilir. Ayədəki
«ayır dıq» ifadəsi isə ərəbcə «fatq» feilidir ki,
bu da «ratq» halındakı bir nəsnəni yarıb,
parçalayıb, xaricə çıxarmaq anlamına gəlir.
Məsələn, toxumun cücərərək, torpağı yarıb
çıxması bu feil ilə ifadə edilir.
Bunu biləndən sonra yenidən ayəyə diq -
qət edək. Orada Göy və Yerin «ratq» du -
rumunda olduğundan bəhs edilir. Ardınca isə
bildirilir ki, bunlar «fatq» feili ilə ayrılıblar.
Yəni biri digərini yararaq, xaricə çıxıb.
Doğurdan da, «Böyük Partlayış»ın ilk anını
xəya
lımızda canlandıranda «kosmik yu
-
murta» deyilən nöqtənin (gələcək) kainatın
bütün maddələrini içinə aldığını görürük.
Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu
nöqtənin içində «ratq» halındadır. Ardınca
həmin «kosmik yumurta» şiddətlə partlayıb,
47
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013